Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 03.45MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 25 » "Avroviziya-2008"
"Avroviziya-2008"
19.52
"Avroviziya-2008" mahnı müsabiqəsinin finalçıları Ukraynada səfərdədirlər
Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov məlumat verib

"Avroviziya-2008" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparan finalçılar- Elnur Hüseynov, Aynur İsgəndərli və "Unformal" qrupu hazırda Ukraynanın "Avroviziya" sahəsində böyük təcrübəsi olan “Luxen” şirkəti ilə imzalanmış müqavilə əsasında bu ölkədə səfərdədirlər. Bu barədə "Avroviziya-2008" Azərbaycan Təşkilat Komitəsinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov kütləvi informasiya vasitələri nümayəndələri üçün keçirilən geniş mətbuat konfransında bildirib. İ.Ömərovun sözlərinə görə, ukraynalı mütəxəssislər iştirakçıları səhnə mədəniyyətindən tutmuş ingilis dilinin tələffüzünə qədər bütün sahələrdə hazırlayırlar.
"Avroviziya-2008" də Azərbaycanı təmsil edəcək iştirakçının müəyyənləşdirilməsi məqsədiylə keçirilən seçim turunun final mərhələsini Türkiyənin TRT kanalı ilə yanaşı, Gürcüstan, Moldova, Belarus və Litvanın ictimai televiziyaları da yayımlayacaq. Bundan əlavə, Avropanın əksər ölkələrinin nüfuzlu televiziyaları da seçim turunun finalı barədə proqramlar hazırlayacaqlar.
İ.Ömərov onu da bildirib ki, final konsertinə fəxri qonaq qismində Avroviziya TV-nin baş direktoru Biorn Eriçsen və TRT-nin baş direktoru İbrahim Şahin də qatılacaq.
"Avroviziya" müsabiqəsinə ölkəmizin qoşulmasının 300 milyonluq tamaşaçı auditoriyası olan bir məkanda Azərbaycan adının səslənməsi, milli müsiqimizin təbliğ olunması baxımından əhəmiyyətli hadisə olduğunu bildirən İ. Ömərov bu beynəlxalq tədbirdə iştirakın xalqların bir-birini daha yaxından tanımasına və inkişafa xidmət etdiyini vurğulayıb. İ.Ömərov onu da bildirib ki, iki yarımfinal və bir final mərhələsindən ibarət olacaq müsabiqədə Azərbaycanın nümayəndə heyətinə Adil Kərimli rəhbərlik edəcək. Çünki o, 2 ildən çoxdur ki, İctimai Teleradionun Avropa Yayımlar Birliyi ilə işgüzar münasibətlərinin qurulmasında proseslərin aktiv iştirakçısı olub və adıçəkilən qurumda qəbul olunan şəxslərdən biridir.

Category: Məşhurlar | Views: 688 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024