Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 18.03MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 24 » “Avroviziya”(FOTOSESSİYA)
“Avroviziya”(FOTOSESSİYA)
13.48
“Avroviziya” müsabiqəsində ölkəmizi təmsil edəcək müğənninin final seçimi olacaq (FOTOSESSİYA)
Qalibiyyət uğrunda üç gənc ifaçı mübarizə aparacaq
Fevralın 2-də 52 illik tarixi olan və Avropanın bir çox mötəbər ölkələrinin qatıldığı “Avroviziya” müsabiqəsində ölkəmizi ilk dəfə təmsil edəcək müğənninin final seçimi olacaq. Bununla bağlı Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək yekun konsertində qalib bəlli olacaq.

Konsertdə “Avroviziya" müsabiqəsində iştirak edərək, qalib gəlmiş Sertap Erener, Ruslana, Mariya Şerifoviç də iştirak edəcək.

Bu tədbirdə tamaşaçılara hər bir musiqini özünəməxsus və professional şəkildə izləyəcək ən yüksək səviyyəli texniki dizayn, işıq effektləri təqdim ediləcək.

Serbiyada keçiriləcək yarışda qalibiyyət uğrunda üç azərbaycanlı gənc ifaçı- Elnur Huseynov, Aynur İsgəndərli və Unformal (rok qrup) mübarizə aparacaql. Onların şəkilləri ilə ANS PRESS-in foto rubrikasında tanış ola bilərsiniz.

Elnur Hüseynov 1987-ci il martın 3-də Türkmənistanın Aşqabad şəhərində hərbiçi ailəsində anadan olub. Anası musiqi nəzəriyyəçisidir. 1992-ci ildə konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil alıb. 1999-cu ildə Bakıya gələrək, 2000-ci ildə Tibb Texnikumunda diş texniki fakultəsinə daxil olub. 2001-ci ildə Asəf Zeynallı ad. Musiqi məktəbinə daxil olur. Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. 2003-cü ildə “Sing your Song” tele-layihəsində “Qran-pri” mükafatına layiq görülüb. 2004-cü ildə məktəbi bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənib. M. Maqomayev ad. Azərbaycan Dövlət Filarmoniyasında kapella işləyib. Həmçinin kilsə xorunda da işləyib. Sevda Məmmədovadan və Fidan Hacıyevadan dərs alıb. Hal-hazırda Rəşad Həşimovdan dərs alır.

Aynur İsgəndərli 1987-ci il 20 avqustda Bakıda musiqiçi ailəsində doğulub. 1994-cü ildən 2005-ci ilə qədər 5 saylı ümumtəhsil məktəbində oxuyub. Paralel olaraq, 16 saylı 5 illik musiqi məktəbində fortepiano sinfində təhsil alıb. 7 yaşında “Hər birimiz bir çiçək” televiziya verlişinin solisti olub. Hələ məktəb yaşlarında ikən “Şərq ulduzları” uşaq vokal ansablı tərkibində böyük səhnələrdə konsertlərdə çıxış edib. 2004-cü ildə “Azəri star” tele-layihəsində iştirak edib 3-cü yeri tutub. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada – vokal oxuma fakultəsinə daxil olub. Həmin il “8-ci Beynəlxalq Asiya Festivalında” iştirak edərək “ Gələcəyin ən perspektivli müğənnisi” nominasiyasını qazanıb. Hazırda 3-cü kurs tələbəsidir, Vagif Gərayzadənin rəhbərlik etdiyi “Augara” ansambılının solistidir. Həmçinin muğamla, jazla məşğul olur və şer yazır.

Unformal qrupu 2001-ci ilin oktyabrında B.İ.C. prodüser mərkəzi tərəfindən təşkil edilən Azerbaijan Rock Award Competition mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək “Qızıl Aypara” mükafatina layiq görülüb və öz debütünü edib.

Category: Məşhurlar | Views: 651 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024