Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 16.27MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 19 » Gelecek haqqinda dusunceler
Gelecek haqqinda dusunceler
03.42
YÜZ İL BUNDAN ƏVVƏL Gələcək haqqında düşüncələr
Aviasiya erası
1908-ci ildə aviasiya özünün ən yüksək dəbdə olan halında idi. O zamanın qəzet və jurnalları gələcəyi təsvir edərək yazırdılar ki: «Bəşəriyyət nəhəng və möhtəşəm göydələnlərdə yaşamalı və hava taksilərinin vasitəsilə hərəkət etməlidir». Hər bir halda, məhz 1908-ci ildə tamamilə açıq-aşkar şəkildə bəlli oldu ki, təyyarələr uzun müddət havada qalıb və böyük məsafələri qət etməklə sərnişinləri daşıya bilərlər. Və bu səbəbdən, 1908-ci ili - aviasiyanın başlanğıcı ili hesab etmək olar.
1901-ci ildə amerikalı ixtiraçı Orvill Payt (Orville Wright) havadan ağır olan və sonralar «Rayt qardaşlarının təyyarəsi» kimi tarixə düşən uçma aparatında ilk idarəedilən uçuş həyata keçirdi.

Bu tarixi hadisə Şimali Karolina ştatında yerləşən kiçik Kitti Xok şəhərciyinin yaxınlığında baş verdi. İki qardaş - Orvill və Uilbur (Wilbur Wright) qardaşlarının ixtira etdiyi və düzəltdiyi «Wright Flyer» adlanan təyyarə havada 12 saniyə qalaraq, 36,5 metr məsafə uçdu. Bundan dərhal sonra daha üç uçuş cəhdi həyata keçirildi. Və bu uçuşlardan birinin müddəti isə hətta bir dəqiqəyə qədər uzandı. 1908-ci ildə Fransa Aeroklubunda çıxış edən Uilbur Rayt belə bəyan etdi: «1901-ci ildə mən öz qardaşım Orvillə dedim ki, insan övladı hələ ən azı 50 il uça bilməyəcək. Və o zamandan bəri mən özüm-özümə inanmıram və gələcəkdən xəbər verə bilən sözlər deməkdən də çəkinirəm».

1908-ci ildə öz dəyərinə görə ilk uçuşdan heç də geri qalmayan daha bir hadisə də baş verdi. Belə ki, ABŞ-ın Dayton şəhərinin sakini olan Çarlz Farnes (Charles Furnas) dünyanın ilk aviasiya sərnişini oldu.

 Uilbur Rayt bu dostunu özünün düzəltdiyi təyyarədə gəzdirdi. Uçuş 29 saniyə davam etdi və Ç.Farnes bir sərnişin qismində 600 metr məsafə qət etdi. Təsadüfən, təqribən elə eyni zamanda, məşhur fransız aviatoru və ixtiraçısı Anri Farman, ilk avropalı sərnişini - Leon de Laqranjı öz təyyarəsində gəzdirmişdir. Qeyd etmək lazımdır ki, hər iki uçuş - həm Amerikada və həm də Fransada baş vermiş sərnişinli uçuş, biri-birindən müstəqil şəkildə baş vermişdi.

Elə həmin 1908-ci ildə təyyarə qəzasında həlak olan ilk sərnişin də oldu. Belə ki, Orvill Raytın idarə etdiyi təyyarə qəzaya uğradı. Qəza zamanı təyyarənin sərnişini həlak oldu, Raytın özü isə ağır zədələr aldı. Qadınlar arasında ilk sərnişin isə fransalı Tereza Peltye olmuşdur. Onu Anri Farmanın sərnişini və eyni zamanda ilk avropalı sərnişin olmuş fransalı təyyarəçi Leon de Laqranj özünün idarə etdiyi təyyarədə aparmışdır.

Həmin dövrdə, havanı fəth etmək uğrunda mübarizə əsas etibarilə amerikalı və fransalı aviatorlar arasında gedirdi. Bu yarışmanın iştirakçıları öz həmkar-rəqiblərinin nailiyyətlərini diqqətlə izləyirdilər. Məsələn, Leon de Laqranj, Uilbur Raytın özünün düzəltdiyi təyyarədə uzun müddətliyinə görə rekord 16 dəqiqə olan uçuşunu müşahidə etmişdir. Bir neçə həftədən sonra isə L. de Laqranj havada 31 dəqiqə uçaraq, Raytın rekordunu təzələdi. Bu hadisədən daha bir ay sonra Rayt havada 57 dəqiqə 31 saniyə qalaraq yenidən rekord vurmağa nail oldu. Uilbur Rayt həmçinin, sərnişinlə bir yerdə uçmaq rekordunun da sahibi olmuşdur. Belə ki, o, sərnişinlə birlikdə 9 dəqiqə havada qala bilmişdi. 1908-ci ilin 31 dekabrında Uilbur Rayt qeyri-mümkün bir işi həyata keçirməyə müvəffəq oldu. Belə ki, o tarixdə ilk dəfə olaraq, Fransanı İngiltərədən ayıran La-Manş boğazını təyyarədə uçub keçdi. Bu zaman Rayt havada 2 saat 20 dəqiqə vaxt keçirdi.


Belə təcrübələr nəticəsində, transkontinental uçuşlar da daxil olmaqla, ümumiyyətlə hava uçuşları həyatın normasına çevrildilər. Aviasiya nəinki insanları, eyni zamanda poçtu, müxtəlif yükləri və sairəni də uzaq məsafələrə daşımağa başladı. Aviasiyanın təsiri nəticəsində kommunikasiya və rabitə, ticarət sənayesi və digər sahələr böyük dəyişikliklərə məruz qaldılar. Müharibələr isə yalnız yerdə və dənizdə yox, həm də havada aparılmağa başladılar. Səciyyəvidir ki, aviasiyanın ilk addımları atılan həmin o 1908-ci ildə Fransa Ali Hərbi Məktəbinin professoru, general Ferdinand Foş deyirdi: «Aeroplanlar - əlbəttə ki, maraqlı oyuncaqlardır. Lakin, onların heç bir hərbi əhəmiyyəti yoxdur». 1921-ci ildə isə təyyarəçilik elminə həsr edilmiş «Havada hökmranlıq» adlı kitab nəşr edildi. Bu kitabda, ilk dəfə olaraq, hava müharibələrinin aparılmasının tam nəzəriyyəsi əks olunmuşdu. Kitabın müəllifi məşhur «Müharibəyə hazırlaşmaq üçün zəngin təxəyyülə malik olmaq lazımdır» ifadəsinin sahibi, italiyalı general Culio Due idi.
Category: Ordan-burdan | Views: 1363 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024