Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 11.45MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 17 » Dollar sel kimi axır...
Dollar sel kimi axır...
22.27
AZƏRBAYCAN BÖYÜK NEFT GƏLİRLƏRİNİ QARŞILAMAĞA TAM HAZIR DEYİL AZƏRBAYCAN BÖYÜK NEFT GƏLİRLƏRİNİ QARŞILAMAĞA TAM HAZIR DEYİL.

Sel kimi Azərbaycana axan neft dolları əhalinin güzəranında pozitiv dəyişiklilərə səbəb olmaq əvəzinə vəziyyəti daha da qəlizləşdirir
Dünya neft bazarında xam neftin qiymətinin yenidan bahalaşacağı ehtimalı çoxdur. Artıq Nyu-York birjasında son bir neçə sutka ərzində neftin 2008-ci ilin dekabr ayında bir barelinin 200 dollardan təchizatı barədə çoxsaylı opsiya müqavilələri imzalanıb.

«Bloomberg» agentliyinin məlumatına görə, belə iri müqavilələr Fars körfəzi ölkələrində və Meksika körfəzində neft yataqlarının tükənməsi ilə bağlı yayılan informasiyadan sonra nəhəng peşəkar treyderlər tərəfindən bağlanıb. Həcminə görə dünyada üçüncü olan Meksika sahilindəki Kantarel yataqlarında son zamanlar neft hasilatında 40 faiz azalma qeydə alınıb.



Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, bu il neftdən sutkalıq istifadə 87,8 milyon barelə qədər artacaq. Bu isə 2007-ci ilə nisbətən 2,1 milyon barel çoxdur. Bu məlumatlar bir sıra neft treyder şirkətlərinə bu ilin dekabr ayında neftin bir barelinin qiymətinin 200 dollar olacağı qənaətinə gəlməyə əsas verib. Hazırda Nyu-York birjasında neftin bir barelinin qiyməti rekord həddə -100 dollara çatıb.

Beləliklə, bi il dünya bazarında xam neftin qiyməti təxminən 2 dəfə bahalaşacaq. Təbii ki, ixracatının 85-90, büdcəsinin 55-60, sənayesinin isə 75-80 faizi neft sektorunun payına düşən Azərbaycanda da bu tendensiya diqqətlə izlənilir. Xəzər regionunun əsas ixracatçısı olan Azərbaycandan 2008-ci ildə 40 milyon tondan artıq neft ixrac ediləcək - xam neft əsasən Avropa ölkələrinə satılacaq.

Neftin 1 dollar bahalaşması əlavə 40 milyon dollar qazanc deməkdir. Ancaq artıq söhbət 1 dollardan yox, bundan qat-qat yüksək artım məbləğlərindən gedir. Nəzərə alsaq ki, 2008-ci ilin dövlət büdcəsində xam neftin 1 barelinin baza qiyməti 50 dollar götürülüb, onda hökumətin sevincini duymamaq mümkün deyil. İlin sonuna qədər neftin bir barelinin qiyməti 200 dollara çatarsa, Azərbaycanın qazancı dördqat olacaq.

Hazırda Azərbaycan neftinin bir bareli dünya bazarında 98,8 dollara satılır. Bu qiymət ilin sonuna qədər sabit qalsa belə, Azərbaycan xam neftin ixracından proqnozdan əlavə 2 milyard dollar qazanacaq. Neftin qiyməti 200 dollara yaxınlaşsa, bu məbləğ 2-6 milyard dollar arasında dəyişəcək. Ancaq çox təəssüf ki, hökumətin hədsiz sevincinə səbəb olacaq bu hesablamalar Azərbaycanın ictimai çevrələrində məyusluqla qarşılanır.

Səbəb sadədir – sel kimi Azərbaycana axan neft dolları əhalinin güzəranında pozitiv dəyişiklilərə səbəb olmaq əvəzinə vəziyyəti daha da qəlizləşdirir. Neft pulları israfçılıqla infrastruktur (yeraltı keçidlər, körpülər və s.) layihələrə xərclənir və bu, sürətli inflyasiya yaradır, qeyri-neft sektoru getdikcə rəqabət qabiliyyətini itirir, ən başlıcası isə neft gəlirlərinin artması fonunda hökumət passivləşməkdədir.

Əgər neftin qiymətinin indiki həddində belə neqativ tendensiyalar müşahidə edilirsə, qiymət 2 dəfə artarsa, daha hansı problemlər ortaya çıxacaq? Azərbaycanın ictimai çevrələrini də vahimələndirən elə bu sualdır. Ən nikbin ekspert belə bu sualın qarşısında bədbinləşir.

Bir sözlə, Azərbaycan böyük neft dollarlarını qarşılamağa hələ tam hazır deyil. Ən başlıcası isə neft dollarlarının xərclənməsi ilə bağlı təkmil qanunverici baza yoxdur.

Azərbacanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi
Category: Yeni Xəbərlər | Views: 721 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024