Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 19.46MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 16 » Zarina Memmedova azer-starda 1ci oldu
Zarina Memmedova azer-starda 1ci oldu
23.42

Zarina Məmmədova «Azəri Star+» da birinci oldu
14 həftə ərzində Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən «Azəri Star+» gənc müğənnilərin mahnı yarışması ötən gün sona çatdı. «Azəri Star production»la «Space TV»nin birgə layihəsi olan bu yarışmanın son günü, yenə də sözügedən tele-kanal tərəfindən birbaşa yayımlandı.

3 finalçının – Zarina Məmmədova, İlahə Cəfərova və Pərviz Abdullayevin sevincinə şərik olmaqdan ötrü, sayılıb-seçilən estrada ulduzları da - əməkdar artist Nazpəri Dostəliyeva, müğənnilərdən Lalə Məmmədova, Rüfət Axundov, Elza Seyidcahan, Rahidə, Vüqar Bəxtiyar və başqaları, oxuduqları mahnılarla bayram əhval-ruhiyyəsində olan iştirakçıları yalnız qoymadılar. Maraqlı məqamlardan biri də o oldu ki, 2007-ci ilin ən uğurlu duet ortaqları – jurnalist Cavanşir Babəlioğlu və müğənni Mehrim, tamaşaçıların arzusu ilə üçlüyə dəstə k oldular. Layihə rəhbəri Kemal Cenk İçten də final günü çox şən görünürdü. Lakin nəticlər açıqlanmamışdan TrendLife-a danışan Cenk bəy, kimin birinci olacağı barəsində proqnoz verməkdən çəkindi: «Azəri Star» adıyla düzənlədiyimiz bütün müsabiqələr şəffaflığı ilə bütün musiqi yarışmalarından seçilir. «Azəri Star+» isə bir az fərqli formatda tamaşaçılara təqdim olundu. Bircə onu deyə bilərəm ki, Zarina, İlahə və Pərvizin adına açılmış SMS nömrələrindən kimə çox səs gələrsə, o, da birinciliyi əldə edəcək».

Üç saat davam edən canlı yayıma aparıcılar – Lətafət Cəfərova və Əkbər Əlizadənin maraqlı çıxışları da bir başqa özəllik verirdi. Saatın əqrəbləri 23.40-a yaxınlaşanda, qalibliyin bir addımlığında olan iştirakçılar yenidən səhnəyə dəvət olundu. Və müsabiqənin üçüncüsünün adı açıqlandı. Yeganə kişi finalçı Pərviz Abdullayev, payına düşən bu yerlə barışmaq məcburiyyətində qaldı. «Azəri Star+»müsabiqəsinin birincisi adına isə Zarina Məmmədova layiq görüldü. İlahə Cəfərova kimi bu müsabiqənin tarixində ikinci oldu.

Müsabiqə qalibləri ilə səhnədə olan Cenk bəy, yenidən «Azəri Star+» layihəsinin redaktoru Cavanşir Babəlioğlunu finalçıların yanına səslədi. Əlindəki oyuncaq xammer maşını ilə səhnəyə təşrif buyuran Cavanşir, simvolik hədiyyəni Zarinaya təqdim. Canlı yayım bitəndən sonra,İçten, gələn səslərin ümumi siyahısını «Azəri Star+» qaliblərinə təqdim etdi.

Həftələrlə davam edən müsabiqəyə informasiya dəstəyi vermiş TrendLife-İnformasiya Agentliyinin təsis etdiyi hədiyyələr də finalda mübarizə aparan iştirakçılara təqdim olundu. Zarinaya qismət olan avtomobil, iki həftə ərzində ona veriləcək. Biz də öz adımızdan həm «Azəri Star production»nın bütün əməkdaşlarına, həm də qalib olan Zarina xanıma uğurlar arzulayırıq.
 

Category: Məşhurlar | Views: 1631 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024