Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 10.10MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 16 » !3 evsiz soyuqdan oldu
!3 evsiz soyuqdan oldu
23.35
Soyuqlar 13 evsizi öldürdü
Bakı küçələrinin buz bağlaması nəticəsində dünənədək yıxılan və əl-ayağı sınan, müxtəlif ağırlıqlı zədə alanların sayı 170 nəfərə çatıb.
Mərkəzi Təcili Tibbi və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyevin dediyinə görə, indiyədək 131 nəfər xəstəxanalara yatırılıb. Onların arasında əl-ayaqları sınanlar əksəriyyət təşkil edir.
O bildirib ki, yol-nəqliyyat qəzaları nəticəsində travma alan və ya yaralananlar qeydə alınmayıb.
Daxili İşlər Nazirliyində də bu məlumatı təsdiqlədilər. "Ekspress" əməkdaşına bildirildi ki, nəqliyyat vasitələrinin hərəkəti nəticəsində buzlu yollarda zədələnən və ya yaralanan yoxdur.
İlk baxışdan ciddi narahatlıq üçün əsas yoxdur. Sakinlərinin sayı 3 milyona yaxınlaşan meqapolis üçün yanvarın 6-dan bəri kəskin soyumuş havalar nəticəsində xəsarət alanların statistikası təhlükəli deyil.
Lakin gerçəklik fərqlidir.
Müxtəlif rəsmi qurumlardan aldığımız məlumatları cəmlədikdə bəlli olur ki, son 10 gün ərzində paytaxtda 13 nəfər soyuqdan donaraq ölüb.
Azadlıq prospekti, 86 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində təxminən 55 yaşlı kişinin meyidi tapılıb. Ekspertizanın nəticələrinə görə, həmin şəxs soyuqdan donaraq ölüb.
Nizami rayonundakı Qara Qarayev prospektində 33 yaşlı, Yasamal rayonundakı Mətbuat prospektində isə Adil İsgəndər oğlu İsmayılov donmuş vəziyyətdə tapılıb.
Sabunçu, Xətai, Nərimanov və Əzizbəyov rayonlarındada kəskin pisləşən hava şəraiti bir neçə nəfərin əhədini kəsib.
Rəsmi qurumlar isə bu ölümlərin statistikasını aparmır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu qurum yalnız soyuqlar nəticəsində zədə və travma alan, yaxud da halı pisləşən vətəndaşların səhiyyə və tibb müəssisələrinə müraciətlərinin qedyiyyatını aparır.
Nazirlik yetkililərinin dediklərinə görə, "indiyədək soyuqdan donub ölmə faktları qeydə alınmayıb": "Yalnız Yasamal rayonunda buz bağlamış küçədə yıxılan və kəllə-beyin travması alıb dünyasını dəyişən 55 yaşlı qadın var".
Səhiyyə və Daxili İşlər Nazirliklərində bu problemlə bağlı statistikanın aparılmaması, müraciət etdiyimiz rəsmilərin "filan nazirliyinə üz tutun" demələri Bakıda evsiz-eşiksiz vətəndaşların durumunu nəzarətdə saxlayan dövlət strukturunun olmadığını göstərir.
Daha dəqiq desək, Bakının "küçə sakinləri" elə küçənin ümidinə qalıblar. Yaşadıqca küçə onları dolandırır, öləndə də küçə son mənzil olur.
Ekspertlərin fikrincə, Azərbaycanda evsiz-eşiksiz vətəndaşlar və daimi yaşayış yeri olmayan şəxslərlə bağlı vəziyyət qanunvericilikdə əks olunmalıdır.
Avropa Birliyində bununla bağlı 4 qanun var ki, onlar Avropada sərgərdan və avara həyat tərsi sürənlərin dövlətin kontrolundan kənarda qalmasına imkan vermir.
ABŞ, Yaponiya, Avstraliya, Kanada və Malayziyada isə evsizlər, yəni Azərbaycanda "avara" adlandırılan şəxslər mütəmadi olaraq tibbi-gigiyenik nəzarətdən keçirilir, onlara pulsuz peyvəndlər vurulur.
Eyni zamanda, inkişaf etmiş dövlətlərdə, postsovet məkanında isə Latviya, Litva, Estoniya və Rusiyada qış mövsümü başlayanda evsiz-eşiksizlər və avaralar üçün xüsusi "qış sığınacaqları" açılır.
Həmin şəxslər soyuq havalarda bu sığınacaqlara gəlib gecələyir, yataq və isti yeməklə təmin olunurlar.
Azərbaycanda isə daimi yaşayış və iş yeri olmayan vətəndaşların normal yaşam imkanlarıyla yanaşı, heç bir hüquqları yoxdur.
Onlar Bakının zirzəmilərində gecələyir, soyuq havalarda isə donub ölmək təhlükəsiylə üzləşirlər.
Xaqani küçəsindəki "daimi avara", 64 yaşlı Cəfərin dediyinə görə, 7 ildir ki, evi-eşiyi yoxdur. Səbəbini deməsə də, sərgədan həyat tərzi keçirdiyini, küçədəki binaların dəhlizlərində və giriş pilləkanlarında gecələdiyini söyləyir.
Havalar soyuyandan bəri isə o, yerini dəyişərək Xırdalana üz tutub. Sözlərinə görə, orada "dostlarıyla birlikdə isti yer" tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yetkililəri isə "Ekspress" əməkdaşı ilə söhbətlərində bildirdilər ki, ölkədə evsiz-eşiksiz və avara vətəndaşlarla bağlı xüsusi qanunun qəbul edilib, bu şəxslərin vəziyyətinin qanunvericiliklə təsbit edilməsinə ehtiyac duyulmur: "Bunun əvəzinə müvafiq dövlət strukturları və icra orqanlarına həmin vətəndaşlara sosial, tibbi və başqa yardımların göstərilməsini həvalə etmək gərəkdir".
Nazirlik yetkililərinin dediklərinə görə, bunun üçün əlavə büdcə vəsaitinin ayrılmasın ehtiyac var.
Hələliksə ölkədəki, xüsusilə də Bakıdakı evsiz-eşiksizlər bayramdan-bayrama ayrı-ayrı təşkilatlar, şəxslər və dövlət qurumlarının pulsuz payladıqları isti yeməyin ümidinə qalıblar.
Bakının soyuq gecələrini dirigözlü açan evsizlərin halına acıyıb onlara yardım edəcək dövlət qurumu isə yoxdur.
 
Category: Ordan-burdan | Views: 649 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024