Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 18.36MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 15 » SSRi-ni kim nece xatrlayr???
SSRi-ni kim nece xatrlayr???
23.26
    AZƏRBAYCANDA SSRİ-ni NECƏ XATIRLAYIRLAR? AZƏRBAYCANDA SSRİ-ni NECƏ XATIRLAYIRLAR?
Kim necə xatırlayır?
 1991-ci ildə dünya xəritəsindən silinməsəydi, dekabrın 30-da Sovet Sosialist Respublikalar İttifaqının 85 yaşı olacaqdı. Zamanında 22,4 milyon kvadrat kilometrlik ərazisi olan, təsir dairəsi dünyanın insan ayağı dəyən və dəyməyən hər nöqtəsinə uzanan SSRİ-nin adı bugünkü gəncə heç nə demir. Ancaq SSRİ-də doğulmuş, böyümüş, yaşamış adamlar o dövləti yaxşı xatırlayırlar.
Tarixi arayış

     SSRİ 1922-ci il dekabrın 30-da 4 sovet sosialist respublikasının (Rusiya Federasiyası, Ukrayna, Belorusiya və Zaqafqaziya Fedarasiyası) birliyindən yaradılır.

     1925-ci ildə SSRİ respublikalarının sayı 6-ya çatır – Özbəkistan və Türkmənistan da onun təsisçiləri sırasına qoşulur.

     1929-cu ildə Tacikistan 7-ci SSRİ respublikası olur.

     1936-cı ildə Qazaxıstan və Qırğızıstan müttəfiq respublikalara çevrilir. Həmin il Zaqafqaziya Federasiyası ləğv olunur, Azərbaycan, Ermənistan və Gürcüstan SSRİ-nin ayrıca təsisçiləri sırasına keçir. Beləliklə, müttəfiq respublikaların sayı 12-yə çatır.

     1940-cı ildə Moldaviya, Latviya, Litva, Estoniya SSRİ-nin subyektləri olurlar. Həmin il Karel-Fin Sovet Sosailsit Respublikası da yaradılır və müttəfiq respublikaların sayı 16-ya çatır.

     1956-cı ildə Karel-Fin Sovet Sosailsit Respublikası ləğv olunur və SSRİ öz tarixinin sonunadək 15 respublikanın birliyi kimi yaşayır.

     1980-ci illərin sonundan başlayan milli azadlıq hərəkatları dalğası SSRİ-nin çöküşünə aparır. 1990-91-ci illərdə müttəfiq respublikalar bir-birinin ardınca müstəqilliklərini elan edirlər. 1991-ci il dekabrın 26-da Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə SSRİ dünyanın xəritəsindən rəsmən silinir.

     Politoloq Zərdüşt Əlizadə, 1946-cı ildə SSRİ-də doğulub: «Mən SSRİ-ni qüdrətli fövqəldövlət hesab edirəm. Əlbəttə, SSRİ avtoritar, totalitar dövlət idi. İmperialist dövlət kimi başqa bu tipli dövlətlərdən – Amerikadan, İngiltərədən, Fransadan fərqlənmirdi.

     Ancaq bu totalitar fövqəldövlətdə elmin, təhsilin, səhiyyənin inkişafına böyük fikir verilirdi. SSRİ-nin sonuna yaxın böyük bir islahat potensialı toplanmışdı. Təəssüf ki, bu potensialdan səviyyəsiz millətçilər istifadə etdilər və o dövləti dağıtdılar. Keçmiş SSRİ-nin ayrı-ayrı dövlətləri Avropanın bir hissəsi olub, bəziləri isə yarımmüstəmləkə şəklində yaşayır, onların tam müstəqilliyindən söhbət gedə bilməz.

     Mən SSRİ-ni öz dövlətim hesab edirdim. Moskvanı öz paytaxtım sayırdım, özümü sovet adamı. İmperiya tərkibində yaşayan bir çox xalqların, eləcə də Azərbaycanın mədəni inkişafına böyük təkan verilmişdi. SSRİ Azərbaycan xalqının mədəniyyətinə həm də ağır zərbələr vurmuşdu. Bizdə bir neçə yarıtmaz siyasi xadim də yetişdirmişdi».

     Kinorejissor Ayaz Salayev, 1960-cı ildə SSRİ-də doğulub: «Mən SSRİ-ni ilk növbədə bu dövlətin dağıdılmasını arzulayan və əfsusular olsun ki, onu görməyən atamın timsalında xatırlayıram. Ağlım kəsəndən SSRİ-yə, onun ideologiyasının əsasını təşkil edən Kommunist Partiyasına, Leninə və Yer kürəsinin digər eybəcər varlıqlarına nifrətlə yaşamışam. Ona görə də Azərbaycanın müstəqilliyi mənim üçün 1991-ci ildən başlamır.

     Azərbaycan müstəqil olandan bəri müxtəlif rejimlərlə üzləşsək də, mən yenə özümü heç vaxt SSRİ-də olduğu qədər alçalmış hiss etməmişəm. SSRİ vaxtı mənə elə gəlirdi ki, heç vaxt dünyanı görə bilməyəcəm. Təxminən 10 yaşımda bir məktəbli dostum təəssüflə demişdi: «Dünyada bir dəfə doğulasan, o da SSRİ-də…» İndi həmin dostum öz vətəni olan İsraildə, mən də öz vətənim olan Azərbaycanda yaşayıram.

     Rəhmətlik bibim deyərdi ki, neçə ildir bu ölkdə yaşayıram, amma elə olmayıb ki, paltarım, ayaqqabım, çantam eyni rəngdə olsun.

     SSRİ dövründə qadağan olunmuş kitabların üzünü çıxarıb gecələr oxuyardıq və buna görə həbsxanaya düşmək təhlükəsi ilə üzləşərdik. O illərdə Reyqana da yalnız və yalnız ona görə paxıllıq edirdik o, Allaha olan inamından açıq-aşkar, televiziyada danışa bilir. Mən SSRİ-ni belə xatırlayıram.

     SSRİ mənim yaddaşqımda həm də ət və yağ növbələri ilə qalıb. Biz dönər kababı haqqında Türkiyədə nəşr olunan kitablardan məlumat alardıq.

     Hökumət səninlə istədiyi vaxt istədiyi kimi davrana bilərdi, bu təhlükə hər an başının üstünü kəsdirə bilərdi. SSRİ mənim yaddaşımda tamamilə müdafiəsiz yaşamağımla qalıb. Yəni hökumət sizin müdafiənizdə yox, sizə qarşı dayanırdı.

     SSRİ ilə bağlı ən xoş xatirələrim o mühitdən qaçmaqla əlaqədardır. Oxuduğum institutda dissident müəllimlərimin mühazirələri, baxdığım xarici filmlər, gecələr oxduğum qadağan olunmuş ədəbiyyat, mətbəxlərdə təhlükəli və elə o dərəcədə şirin söhbətlər də həmin dövrün xatirələri içərisindədir.

     SSRİ mənim üçün bütün normal, sivil dünyanın yaşadığı mənəvi dəyərlərdən kənarda qurulmuş süni və eybəcər bir cəmiyyət idi. Bugünkü Rusiyanın ən böyük səhvi ondan ibarətdir ki, təzə himninin musiqisini SSRİ-nin himnindən götürüb.

     Mən bu gün SSRİ-nin həsrətini çəkən adamları heç cür başa düşə bilmirəm, daxilən azadlıqda yaşamaq isətəyən adam üçün orda yer yox idi. SSRİ bizi hər hansı xarici ölkədən gələnin yanında ikinci dərəcəli adama çevirən bir ölkə idi.

     SSRİ mənim üçün hörmət etmədiymiz bayraq, gerb və himn altında yaşamağımız demək idi. Azərbaycan bayrağının yanından isə gündə yüz dəfə keçsəm də, ürəyim əsir. Himnimizi gündə yüz dəfə eşitsəm də, xəyallarımı aparır. Bu himndə, bu bayraqda nəsillərin, eləcə də mənim atamın həsrəti var.

     SSRİ mənim üçün Krasnoyarsk diyarının Reşotı stansiyasında güllələnmiş babamın olmayan qəbri və nəhayət, SSRİ mənim üçün bu gün oturub bütün bunları ləzzətlə söyləməyim deməkdir.

     Jurnalist Məmməd Nazimoğlu, 1959-cu ildə SSRİ-də doğulub: «Mən sovet dövründə anadan olmuşam, orta təhsil almışam, ali məktəbə pulsuz qəbul olunmuşam, üstəlik, mənə təqaüd veriblər. SSRİ-nin vaxtında, 1983-cü ildə «Bakıelektrikməişətcihaz» birliyinin orqanı olan «Çinar» qəzetinə təyinat alıb işləmişəm. Sovet hökuməti mənə ev verib.

     SSRİ mənim yaddaşımda talonla donmuş ət və yağ almaq növbələri ilə də qalıb. Səhər 7-də yuxudan durub növbəyə dayanmaq lazım idi. Bizim qonşuda qoca bir kişi vardı, o, saat 6-da durub gedirdi, mən isə yubanırdım. Ona görə evdə məni danlayırdılar ki, niyə o kişi səhər tezdən durub növbə tuta bilir, amma sən 8-ə kimi yatırsan.

     Ümumiyyətlə, SSRİ dövrü həm qorxulu nağıl, həm də bizim həyatımızın bir hissəsi olduğu üçün niskillə xatırlanır. SSRİ yaxşı dövlət idisə belə, bir də qayıtmasın. Yeni dövrün öz qaydaları var. Bunun ən şirin tərəfi odur ki, biz müstəqilik, istədiyimizi eləyirik. SSRİ-nin vaxtında xarici ölkə deyəndə Bolqarıstana, Rumıniyaya getməyi nəzərdə tuturdular. Amma indi hətta mənim kimi bir kənd uşağı Amerikaya gedib-gəldi. Yəni artıq sərhədlər açılıb, pərdələr götürülüb, insanların həyata baxışı dəyişib.

     Düzdür, SSRİ-nin dağılması ilə bağlı bir sıra milli-mənəvi dəyərlər itməkdədir. Hərdən deyirlər ki, SSRİ qalsaydı, bəlkə də mobil telefon görməyəcəkdik. Mən bu fikirlə razı deyiləm. Ona görə ki, xarici istehsallı texnika, texnologiya SSRİ-yə də gətirilirdi.

SSRİ haqqında danışmaq bu gün mənim üçün kədərli deyil. Məncə, bizim erkən gəncliyimiz müstəqillik dövrünə düşsəydi, daha çox şeyə nail ola bilərdik.
Category: Azərbaycan | Views: 671 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024