Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 03.08MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 12 » Turkiye
Turkiye
14.50



Türkiyə


Yüzilliklər
ərzində Türkiyə XIV-XVI əsrlərdə yaranan Osmanlı imperiyasının mərkəzi olub.
İmperiya XX əsrin əvvəlinə qədər mövcud olub və Birinci Dünya Müharibəsində
məğlubiyyətdən sonra süqut edib. 1923-cü ildə milli hərəkatın lideri Mustafa
Kamal Atatürk müasir Türkiyə Respublikasının əsasını qoyub. Avropa ilə Asiyanın
qovuşduğu ərazidə unikal coğrafi mövqeyi Türkiyəyə regionda böyük təsir qüvvəsinə
malik olmağa və Qara dənizə çıxışa nəzarət etməyə imkan verir. Türkiyə 1952-ci
ildən NATO-nun üzvüdür. Uzun illər milli iqtisadiyyatın böhran vəziyyətində
olmasından sonra Ankara 2002-ci ildə Beynəlxalq Valyuta Fondunda sərt iqtisadi
dirçəliş proqramını razılaşdırıb. Həmin vaxtdan Türkiyə bir sıra müsbət nəticələr
əldə edib. Ölkədə iqtisadiyyatın inkişafı hiss olunur, inflyasiya isə aşağı
düşüb. Bununla yanaşı, xarici borclar yenə də problem olaraq qalır. Ordunu dünyəvi
quruluşlu formada olan dövlətin əsas qarantı hesab edən hərbçilər Türkiyənin
siyasi həyatında güclü təsirə malik olublar.




Son zamanlar isə Türkiyənin Avropa Birliyinə daxil olmaq niyyətinə görə hərbi
dairələr siyasi arenada o qədər də hiss olunmurlar. Artıq bir neçə ildir ki,
Türkiyə ilə qonşusu Yunanıstan arasında gərginlik mövcuddur. Əsas səbəb isə
Egey dənizində ərazi mübahisəsi, yunan və türk hissələrinə bölünən Kiprin taleyidir.
Türkiyə hələ 1999-cu ildə Avropa Birliyinə rəsmi namizəd statusu qazanıb. Namizədlərə
verilən tələblərə uyğun olaraq, Ankara həm iqtisadi sahədə, həm də insan hüquqları
sahəsində ciddi islahatlar keçirib. Ölkədə ölüm hökmü ləğv olunub, işgəncələrə
qarşı daha ciddi addımlar atılıb, həmçinin, cinayət məcəlləsində bir sıra başqa
köklü dəyişikliklər edilib. Qadın hüquqlarına, kürdlərin öz dillərində təhsil
alma və veriliş hazırlama da daxil olmaqla, mədəni hüquqlarına dair mühüm islahatlar
keçirilib. Siyasi sövdələşmələrin gərginliyindən sonra, Avropa Birliyinə daxil
olma barədə danışıqlar nəhayət ki, 2005-ci ilin oktyabrında başlayıb. Bu danışıqların
10 ilə yaxın uzanacağı gözlənilir. Hələlik isə danışıqlar çətin gedir. Bu çətinlik
Türkiyənin Kipri Avropa Birliyinin üzvü kimi qəbul etməsindən bir neçə həftə
sonra baş verib. Belə ki, Ankara bu addımın heç də Kiprin diplomatik olaraq
tam tanınması mənası vermədiyini bəyan edib.

1980-90-cı illərdə ölkənin şərq və cənub-şərqində Kürdüstan Fəhlə Partiyasının
(PKK) sepаratçıları ilə Türkiyə hərbçiləri arasında çoxillik vətəndaş müharibəsi
gedirdi. Bu vətəndaş müharibəsində 30 minə yaxın insan həlak olub. PKK kürdlərin
siyasi və mədəni hüquqlarının genişlənməsinə nail olmaq istəyir. 2004-cü ilin
yayında kürd sepаratçıları 5 illik atəşkəs rejimindən çıxdıqlarını bəyan ediblər.
Onlar türk hakimiyyətini kürd silahlılarının məhvi üçün əməliyyat keçirməsində
günahlandırıblar. Həmin vaxtdan ölkənin cənub-şərqində kürd silahlıları ilə
türk hərbçiləri arasında bir neçə qarşıdurma olub. Yeni zorakılıq aktı artıq
onlarсa insanın ölümünə səbəb olub.

Azərbaycana və Türkiyəyə ərazi iddiası olduğu üçün yalnız Ermənistanla diplomatik
əlaqələrini kəsib.

                        FAKTLAR

Rəsmi
adı: Türkiyə Respublikası

Əhali: 71,1 mln insan (BMT-nin məlumatı, 2006)

Paytaxt: Ankara

Ərazi: 779 452 kv km

Əsas dil: türk

Əsas din: İslam

Orta yaş həddi ( kişi/qadın): 68 yaşdan-73 yaşadək (BMT-nin
məlumatı)

Pul vahidi: türk lirəsi = 100 pens

Əsas ixracı: meyvə və tərəvəz, parça, paltar, qara metal və
polad

Adambaşına düşən ortaillik gəlir: 4 710 dollar (Ümümdünya bankının
məlumatları, 2005)

İnternetdə domen: tr

Beynəlxalq telefon kodu: +90





                                                  MEDİA

Türkiyədə radio və televiziya çox yaxşı inkişaf edib. Dövlət teleradio yayımı
korporasiyası TRT 300-ə yaxın özəl televiziya kanalı və 1000-dən çox radiostansiya
ilə rəqabət aparır. Bir çox çap mətbu orqanları, telekanallar və radiostansiyalar
böyük biznesə, məsələn, aparıcı media konqlomeratı “Doğan” qrupuna məxsusdur.
Türkiyə jurnalistləri üçün ən təhlükəli hərbçilərin təsiri, kürdlərin vəziyyəti
və İslam dininin siyasiləşməsindən yazmaqdır. Bu mövzularda yazmaq bəzən həbslərə
və məhkəmə təqiblərinə gətirib çıxarır. Hüquq müdafiə təşkilatları və qrupları
zaman-zaman jurnalistlərin həbsi və polislərin onlara hücumu barədə xəbər verirlər.
Tez-tez radiostansiyalar və televiziya kanalları müvəqqəti olaraq ağrılı mövzularda
materialların proqramlara daxil edilməsinə görə yayım hüququndan məhrum edilirlər.
Jurnalistlərə qarşı daha sərt cəzalar AB-yə daxilolma üçün keçirilən islahatlar
çərçivəsində ləğv olunub. Lakin əsası Parisdə olan “Sərhədsiz reportyorlar təşkilatы”
2006-cı ildəki hesabatında qeyd edib ki, jurnalistlər hələ də “məhkəmə özbaşınalığından
asılıdırlar”. Türk millətinin təhqir edilməsi cinayət kimi qəbul edilir və Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır. Məhz bu maddəyə görə jurnalistlərə
və mətbuat orqanlarına qarşı tez-tez ittiham irəli sürülür. Uzun illər ərzində
ölkədə kürd dilində veriliş vermək qadağan olunmuşdu, amma 2004-cü ilin iyun
ayından dövlət teleradio şirkətinin proqramlarında bu dildə verilişlər verilir.
Bu addım Türkiyənin millətlərin və milli azlıqların hüquqları sahəsində AB standartlarına
uyğunlaşdırma ilə bağlı keçirdiyi islahatların bir hissəsi oldu. Türkiyə tamaşaçıları
kürd dilində peyk telekanallarına da baxa bilərlər.


Mətbuat

“Hürriyyət” – böyük tirajlı gündəlik qəzet

“Milliyyət”- böyük tirajlı gündəlik qəzet

“Cümhuriyyət” – sol cərəyanın gündəlik qəzeti

“Türkey daily news”- ingilis dilində

“New Anatolian” – ingilis dilində

“Zaman” – gündəlik qəzetin ingilis dilində internet versiyası

“Yeni əsir” – gündəlik qəzet

“Sabah”- gündəlik qəzet


Televiziya

Türkiyə radio və televiziyası (TRT) – dövlət korporasiyası,
dörd milli telekanalda yayımlanır

“Star TV” – birinci özəl kanal, televiziyada dövlət monopoliyasına
son qoyub

“Şou TV” – özəl televiziya şəbəkəsi, böyük populyarlıq qazanıb

“Kanal D”- özəl televiziya şəbəkəsi, böyük populyarlıq qazanıb

ATV – özəl kanal

HTV- özəl kanal

“CNN Turk” – xəbər kanalının Türkiyə bürosu



Category: Ordan-burdan | Views: 738 | Added by: Sago | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024