Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 13.59MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 11 » Azerbaycan dini tolerantliga gore dunyanin en liberal olkesi
Azerbaycan dini tolerantliga gore dunyanin en liberal olkesi
23.10
ABŞ-da nəşr olunan yəhudi jurnalında Azərbaycanın dini tolerantlığa görə dünyanın ən liberal ölkəsi olduğu göstərilib

 

Los Anceles şəhərinin ən böyük ispan dilli “La Opinion” qəzetinin redaktoru Qabriel Lerner Azərbaycana səfər etdikdən sonra “Los Angeles Jewish Journal”da “Azərbaycan yəhudiləri: əsrlərlə bir yerdə yaşamağın nümunəsi” adlı məqalə dərc etdirib.



 ABŞ bürosunun məlumatına görə, məqalədə digər ölkələrdən fərqli olaraq yəhudilərin Azərbaycanda yüksək səviyyədə təmsil olunduğu göstərilib. Müəllif yazıb ki, səkkiz milyonluq müsəlman dövləti olan Azərbaycanda 12 minə yaxın yəhudi yaşayır, xüsusilə Quba yəhudiləri yaxşı tanınırlar. Qabriel Lerner Qubanın yəhudi qəbiristanlığının səliqə-sahman içində olduğunu, yəhudilərin isə dəbdəbəli evlərdə yaşadıqlarını qeyd edib. Azərbaycan Milli Məclisinin üzvü Yevda Abramovla görüşən müəllif deputata istinadən yazıb ki, Azərbaycanda yaşayan yəhudi din adamlarından qəssablarına kimi hamısı İsraildə yaxşı təhsil alıb. Millət vəkili Azərbaycanın dini tolerantlığa görə dünyanın ən liberal ölkəsi olduğunu, Ermənistanda heç 10 yəhudi ailəsinin də qalmadığını vurğulayıb. Y. Abramov “Dağlıq Qarabağ uğrunda müharibə başlayarsa, çoxlu sayda yəhudi şəhid olmağa razıdır” - deyə bildirib. O, Birinci Qarabağ müharibəsində şəhid olan ilk milli qəhrəmanlar arasında yəhudi Albert Aqarunovun da olduğunu əlavə edib. Yevda Abramov ABŞ jurnalistinə Quba yaxınlığında aşkarlanan və 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliyin sübutu olan kütləvi qəbiristanlığı da göstərib. İsrailin ölkəmizdəki səfiri Artur Lenk də Azərbaycanın müsəlman dövlətlər arasında nümunə olduğunu söyləyib. Səfir iqtisadi, siyasi və mədəni əlaqələrdə iki dövlətin çox yaxın olduğunu və İsrailin neftə olan tələbatının altıda birinin məhz Azərbaycanın hesabına təmin edildiyini deyib. Qabriel Lerner məqaləsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla müsahibələrini də təqdim edib. Jurnalist məqalədə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bir milyon azərbaycanlının erməni təcavüzü nəticəsində məcburi köçkünə çevrildiyini bildirib.
Qeyd edək ki, 150 minlik tirajla çıxan “Los Angeles Jewish Journal” Azərbaycanla bağlı artıq ikinci məqaləni dərc edir. Birinci məqalə isə Azərbaycanın Los Anceles şəhərindəkı baş konsulu Elin Süleymanovla müsahibə olub

Category: Yeni Xəbərlər | Views: 939 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024