Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 00.14MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2007 » Dekabr » 30 » Siçovul ili
Siçovul ili
22.54

Əlini bəsdərəcək, yoxsa quyruq göstərəcək... Siçan Solub bəyin "ili" bizə nə vəd edir?
Qarşıdan gələn ilin Siçovul ili olduğunu çoxlarımız bilir. Amma az adam xəbərdardır ki, Çin təqvimində Siçovul ili 2008-ci ilin fevralın 7-də başlayıb 2009-cu ilin yanvarın 15-də bitəcək.
Siçovullar, o cümlədən astroloжi gəmiricilər müxtəlif olur. Şərq təqvimində də Dəmir, Su, Alov Torpaq ünsürlü heyvanlar var. Ynsürlər də dövrü olaraq dəyişdiyindən, bizi "U-Szı" və ya "Torpaq Siçovulu" ili gözləyir.
Qədim Çin astroloqlarının dediklərinə görə, bu siçovul yerdən möhkəm yapışan, öz ərazisini son nəfəsinədək qoruyan, praqmatik, ağıllı, təmkinli, boş xəyallar qurmayan və hamıdan üstün olmağa çalışmayan məxluqdur.
Torpaq siçovulu yavaş olsa da, inadlı əməyi ilə varlanmağa çalışır, başqa siçovullar təki izafi risqə getmir. Bu gəmirici nəyin bahasına olursa-olsun, məqsədinə çatasıdır.
Çin təqvimində "Torpaq Siçovulu", Yaponiyada "Sarı Siçovul", Vyetnam təqvimində isə "İnadkar Siçan" ilində doğulmuş insanlar ətrafdakıların nəzərində ünsiyyətcil, mehriban və şən adamlardır.
Fəqət, bu təəsürat aldadıcıdır.
İnsanda rəğbət doğuran davranış və xoş kəlmələrin arxasında narahat, əndişəli xislət gizlənib. Torpaq siçovulu bu nöqsanını var gücü ilə gizlətməyə çalışır, sirlərini yad nəzərlərdən ört-basdır edir.
Torpaq siçovulu ilində doğulmuş dünyaca məşhur şəxslər arasında Uilyam Şekspir, I Pyotr, Жül Vern, Bomarşe, Cek London, Antuan de Sent Ekzüperi, Lev Tolstoy, Lüdviq Feyerbax, Emil Zolya, Kim İr Sen, Yanoş Kadar, Moris Torez, Henrix Himmler və Hans Quderian var.
Çinli və yaponların dediklərinə görə, Torpaq Siçovulu ilinin rəngi tünd sarıdır. Buna görə də Yeni İli sarı, çəhrayı, narıncı, qırmızı rəngli paltarda qarşılamaq gərəkir. Evi də bu rəngdəki bəzəklərlə süsləmək lap yerində olan əməl sayılır.
İlin ən əsas xüsusiyyəti isə onun kişi cinsinə mənsub olmasıdır. Buna görə də 2008-ci ildə qənaət etmək, əşyaları kreditə almaq, borc alıb borc vermək, artıq pulları gəlir verəcək yerlərə yatırmaq, bədxərclik etməmək lazımdır. Qarşıdan gələn sənə maliyyə baxımından çox adama düşərli olacaq. Yazı-pozu adamları, rəssamlar isə çətin ki, 2008-dən narazı qalsınlar.
İqtisadiyyatda azacıq dirçəliş olacaq, amma sonra ağır maliyyə böhranı və bahalaşma başlayacaq, sonrakı illərdəki yoxsulluq və səfalətin əsası qoyulacaq.
Siyasətdə isə ən gözlənilməz hadisələr baş verəcək, ağır problemlər və müzakirələr yaşanacaq.
Qərbdən və müsəlman şərqindən fərqli olaraq, buddizm, sintoizm, daosizm və konfusianlığın hökmran olduğu "qıyıqgöz" Şərqlə Hindistanda siçovul iyrənilən, murdar və qorxulu gəmirici sayılmır.
Hindistanda siçovul filbaşlı müdriklik tanrısı Qaneşin minik heyvanı, Yaponiyada isə bəxtəvərlik tanrısı Fuzimaranın yol yoldaşıdır.
Qədimlərdə Çində siçovul və ya siçanın olmadığı ev "bədniyyət adamların yaşadığı məkan" sayılardı. Elə indi də belədir.
Lay Mu Szenin "Müdriklik bulaqları" adlı, Çinin tarixi-mədəniyyət irslərindən biri sayılan əsərdə bildirilir ki, siçovul nəyisə gəmirirsə, deməli pul sayır. Buna görə də çinlilər zəngin və varlı adama "pullu siçovul" deyirlər.
Cənubi Çindəki əsatirlərdə isə siçovul insanlara düyü bəxş edən və "tanrıların qidasını adamlara verən" canlı sayılır.
Eyni zamanda, çinlilər siçovulu qadın cinsli "tülkü ruh"ların kişi formasında təcəssümü hesab edirlər.
Dünya xalqlarının mif, əfsanə, əsatir və inanclarına gəldikdə isə, əksər hallarda siçan və ya siçovullar htonik, yəni səmadan gələn ildırım və göy gurultuları, bir də torpaqla əlaqədar olan canlı sayılır.
Aralıq dənizi sahillərində yaşayan misirlilər, fələstinlilər və yunanların əsatirlərində siçan torpaqdan yaranıb yerdən çıxmış varlıqdır. Strabon siçanları "torpaqdan doğulanlar" adlandırır, qədim tevkrlər isə sevimli oğullarını "siçan kimi yerdən doğulan" adlandırırdılar.
Yunanlar və finikiyalılar hesab edirdilər ki, səmada tanrılar arasında savaş gedəndə ildırımlardan biri siçana dəyib, o da zərbədən müvazinətini itirib yerə düşüb.
Orta əsrlərdə isə siçanla siçovulu göy gurultusundan yaranmış canlı sanırdılar.
Siçan və siçovullar göy gurultusu ilə yağışdan əvvəl davranışlarını dəyişdirdilər. Onların hərəkətlərinin fəallaşması "rəqs", çıxardığı səslər isə "oxuma" sayılır, səmadakı "faciələr barədə yerdəkilərə verilən xəbər" hesab olunurdu. Buna görə fit, təbil və zəng səsləriylə siçanların qovulması göy gurultusundan əvvəl cadugərlərin izaf edilməsinə bərabər tutulurdu.
Yunan, Roma və Babilistan mifologiyasında siçanların profetik funksiyaları aşkar görünür. Tarixçi Plini isə yazır ki, pars kahinləri siçan və siçovulları atəşpərəstliyin "həlim baxdığı" heyvanlar biliblər.
Qədim yunanlar əmindilər ki, ailədə ər və ya arvaddan biri o birinə xəyanət edəndə siçan evinin altını üstünə döndərir. Ölüm, dağıntılar, savaşlar, aclıq, xəstəliklər və səfalətin ilk elçiləri də siçovullar sayılırdı.
Yunanıstandakı şəhər-dövlətlərdə aclıq və ya savaş əndişəsi yarananda üzərində siçovul rəsmi həkk edilmiş sikkələr buraxılır, Misirdə isə ağ siçan bəxtəvərlik və bolluq rəmzi hesab olunurdu.
Yunanıstanda Homer dönəmlərindən başlayaraq Sminfenli Apollona pərəstiş vardı. Bu tanrının atributu, simvolu və müqəddəs canlısı isə siçandı. Bəzən də Apollonu siçovulun belinə oturmuş halda təsvir edirdilər.
Yunanların siçan və siçovullar barədə əsatir təsəvvürləriylə miflərdəki personaжlar və onlarla genetik bağlılığı olan ilham pəriləri inancları arasında oxşarlıqlar az deyild.
Məsələn, qədim yunanlar hesab edirdilər ki, siçan və siçovulun atası səma, anası isə səmanın arvadı olan torpaqdır.
İlham pərilərinin də ataları səma hökmdarı Zevs və ya Uran, anaları isə Mnemosina və ya Geya olan torpaqdır.
Yunanlar siçanlarla ilham pərilərinin eyni məkanda - dağlarda doğulduqlarına əmindilər.
Atəşpərəstlikdə isə siçovul ağıl və müdriklik tanrısı Rudranın insanların gözünə görüntüyü inkarnasiya (təcəssüm) formalarından biridir.
Kiçik Asiyadakı Çatal Huyukda tapılan, eramızdan əvvəl VI minilliyə şamil edilən neolit dönəminin kahin qadının məzarında da iki siçan və bir siçovul heykəlciyi tapılıb.
Məzardakı siçanlar ölüm, siçovul isə həyatı simvolizə edirdi.
Orta əsrlərin Avropasında isə siçanlarla siçovullar İblisin və şər qüvvələrin xidmətçiləri sayılır. Hollandiyada 15-ci əsrdə "Flemallı usta" adlanan rəssamın triptixində də "İblisin şərinə qarşı" siçan tələsi düzəldən Yusif peyğəmbər əks olunub.
XVI-XVII əsrlərə aid Avropa qrafikasında siçan və siçovullar "yalançı, fani dünya"nın simvollarıdır.
XIX əsrin əvvəllərində isə siçanlarla siçovullar artıq tam
Şər qulluqçularına və təmsilçilərinə çevrilir.
Uilyam Şekspirin "Hamlet"ində siçan ölüm və fanilik rəmzi, E.Qofmanın romantikasında qara qrotesk hədəfidir.
Həmin dövrdə ədəbiyyatı və musiqisində, habelə şifahi xalq yaradıcılığında "Siçan kralı", "Siçovulların İmperatoru" İblisin təzahür formalarından biri kimi qələmə verilir.
Təsadüfi deyil ki, dahi rus bəstəkarı Pyotr Çaykovskinin "Qozqıran" baletində Şər ruhun mücəssəməsi Siçanlar Kraliçası və onun oğludur.
Frans Kafka siçanları bədniyyətlik, siçovulları isə "bəşər murdarlığının cəmləşdiyi varlıq" sayırdı.
ABŞ-ın xəyallar məkanı olan Hollivud isə dünyaya siçanı əsrin fetişləri arasında yer almış Mikki Maus və Cerriyə döndərdi.
... Hər şeyə rəğmən, qarşıdan 2008-ci il gəlir. Siçan və ya siçovul, sarı və ya rəngsiz - fərq etməz, o ili bizlər yaşayasıyıq. İnanc, düşüncə və deyimlərdən əsla asılı olmayaraq.

 

Category: Yeni Xəbərlər | Views: 990 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024