Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 11.00MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2007 » Dekabr » 30 » Hemreylik Günü
Hemreylik Günü
22.52
Dünyanın bir çox ölkəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə Vaşinqtonun şəhərinin mərkəzində tanınmış “Holiday İnn” mehmanxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirə Amerika yaşayan 300 yaxın azərbaycanlı, diaspor nümayəndələri və xarici qonaqlar qatılıblar. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev tədbir iştirakçılarını bayramlar münasibəti ilə təbrik edib. Bayram münasibəti ilə Kişinyovda da tədbir təşkil olunub. Azərbaycanın Moldovadakı səfirliyi və Azərbaycanlılar Konqresinin təşkil etdiyi tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin “Mən öz Azərbaycanıma inanıram” kitabının təqdimetmə mərasimi keçirilib. Tədbirdə bildirilib ki, Moldova ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində Azərbaycan diasporunun da rolu var. Hazırda Moldovada yaşayan azərbaycanlıların sayı 5 mini ötüb. Həmrəylik Günü Özbəkistanda da qeyd edilib. Mərasimə Daşkənd, Buxara, Səmərqənd şəhərlərində yaşayan azərbaycanlılar qatılıblar. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən bayram tədbirində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açılıb. Bayram münasibəti ilə Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən Riqada tədbir keçirilib. Latviya Azərbaycanlılarının “Ocaq” Mədəniyyət Mərkəzinin Bazar Günü Məktəbində keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Tofiq Zülfüqarov bayramın dünyada yaşayan azərbaycanlıların həmrəyliyindəki rolundan danışıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü İslamabadda da qeyd olunub. Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli bayram tədbirində çıxış edərək bu günün mahiyyətindən və Azərbaycanla Pakistan arasındakı dostluq münasibətlərindən söhbət açıb. Belorusda da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Belorus Dövlət Filarmoniyasında xalq artisti Mələkxanım Əyyubova və digər sənətçilərin konserti təşkil edilib.
 
Category: Yeni Xəbərlər | Views: 1023 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024