http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-20, 13.34MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Digər Müəlliflər

Qalx ayaga qullar dunyasi!!!
Qalx ayağa, qullar dünyası !

Dünya kommunistlərinin marşı hesab edilən «İnternasional» məhz bu sözlərlə başlayır: «Qalx ayağa, qullar dünyası». Artıq bu sözlərin yazıldığı tarixdən bir əsr yarım zaman ötüb. Bəlkə də çoxlarına elə gələ bilər ki, «İnternasional»ın mübarizəyə səslədiyi bu qullar dünyası daha mövcud deyil, quldarlıq münasibətləri isə rəsmi surətdə bütün ölkələrdə ləğv edilib.
Amma paradoks burasındadır ki, bütün bu zahiri rəsmiyyət xatirinə görülmüş tədbirlərə baxmayaraq qullar dünyası nəinki aradan qalxmamışdır, əksinə, ötən 2 əsrlə müqayisədə daha çox böyük bir miqyasa çatmışdır. Bunu beynəlxalq təşkilatların, dövlətlərin açıqladıqları rəsmi statistik göstəricilər inkarolunmaz bir şəkildə təstiqləməkdədir.
Bir sözlə, hələ tarixin heç bir dönəmində, hətta erkən vəhşi kapitalizm dövründə belə quldarlıq münasibətləri bu günkü dərəcədə təşəkkül tapmamışdır. Məsələn, Vatikanın illik məruzəsində göstərilir ki, təkcə 2005-ci ildə planet miqyasında 860 min uşaq sosial istismara məruz qalmışdır. Onlardan 200 milyon nəfəri məcburi əmək, küçələrdə işləmə, insan alveri kimi istismar formalarına tabe tutulduqları halda, qalan yüz milyonlarla uşaq hərbi əməliyyatlara və kriminal pozğunluqlara cəlb edilmişdirlər. BMT-nin açıqladığı rəqəmlərdə isə hər il orta hesabla 1,2 milyon nəfər uşağın insan alveriylə məşğul olan tacirlərin tərəfirdən qul bazarlarında satıldığı göstərilir. Ümumilikdə isə hər il planet miqyasında 1–18 yaş arası 1 milyarda qədər uşaq və yeniyetmə kapitalizmin iyrənc istismar formalarını öz üzərində hiss edib yaşamaqdadırlar. Müqayisə üçün deyək ki, vəhşi kapitalizmin tüğyan etdiyi XVIII əsrdə bütövlükdə planetdə heç bu qədər insan yaşamırdı. Başqa sözlə deyəcək olarsaq, bu gün planet miqyasında sosial istismara məruz qalmış insanların sayı, həm də məhz ancaq uşaqların sayı XVIII əsrdə yaşamış planet sakinlərinin ümumi sayından daha böyük rəqəm təşkil edir. Deməli son 300 il ərzində bəşəriyyət tərəqqi adı altında ancaq və ancaq kapitalizmin qul bazarları üçün «xammal» yetişdirməklə məşğul olmuşdurlar. Nəticədə kriminal kapitalizmin illik qazancı qlobal miqyasda 2 trilyon dollar kimi qiqant məbləğ təşkil etməkdədir. Daha dəqiq desək, qlobal suç təşkilatları silah ticarəti, narkobiznes, insan alveri, o cümlədən «seks» biznesindən hər il 2 trilyon dollara qədər pul qazanırlar. Bu isə Almaniya, Fransa, İngiltərə, İsveçrə, İsveç, Norveç, Hollandiya, Belçika kimi zəngin 15 qərbi Avropa dövlətlərinin illik büdcəsinin toplam cəmindən daha böyük məbləğ deməkdir.
Bu üzqızardıcı faktlardan çox önəmli bir nəticə çıxmaqdadır;–400 illik kapitalizm tarixi ərzində kriminal kapitalizm suç olmaqdan çıxaraq kapital dünyasının adi həyat ritminə çevrilmişdir. Dövlətlərdən daha güclü, daha zəngin olan kriminal kapitalizm artıq suç ünsürü ola bilməz, o normadır, adi həyat qaydasıdır. Məsələn, götürək «seks» ticarətini. Beynəlxalq təşkilatların açıqladıqları rəqəmlərə görə hər il dünyada 1-2 milyon arası qadın «seks» biznesinin qurbanına çevrilir və qadın alveriylə məşğul olan suç təşkilatları hər il bu biznesdən 5-7 milyard dollar kar əldə edirlər ki, bu qiqant məbləği ən böyük Trans Milli Korparasiyaların; – SONY, BP, Volksvaqen kimi korparasiyaların illik gəliriylə müqayisə etmək olar. Təkcə Türkiyə dövlətində qadın tacirlərinin qazancı 360 milyon dollar təşkil edir. Seks biznesi o qədər karlı bir işdir ki, hətta bir çox inkişaf etmiş dövlətlər belə müxtəlif bəhanələr gətirərək rəsmi fahişəxanalar saxlayır, bar əyləncə mərkəzlərində qadın alveri üçün münbit şərait yaradırlar. Belə leqal fahişəxanalar «qırmızı fənərlər məhəlləsi» adı altında Avropa dövlətlərinin demək olarki hamısında mövcuddur və təbiiki dövlətə vergi ödəmək şərtiylə. Məsələn, təkcə Türkiyənin «Ankara Genəl»ində bədənini satmaqdan başqa çarəsi olmayan 300 nəfər fahişə qadın bir il ərzində dövlət büdcəsinə 500 min dollar vergi verirlər.
Belə olan halda dövlətlə kriminal təşkilatlar arasında nə fərq qalır? Hər ikisi də eyni fəaliyyət növüylə–qadın alveriylə məşğuldur, sadəcə biri leqal, digəri qeyri-leqal şərtlər çərəivəsində. Məgər bu tip «mamaroza dövlət» anlayışının özü bir daha sübut etmirmi ki, kapitalizm şəraitində kriminal biznes artıq suç ünsürü yox, cəmiyyətdə qəbul görmüş normadır. Deməli kapitalizm cinayətin, insan alverinin, qul əməyinin normaya çevrildiyi cəmiyyətdir. Məsələn, hesablamalar göstərir ki, Türkiyə dövlətində mafiyanın illik dövriyyəsi 60 milyard dollardır. Bu isə bütövlükdə Türkiyə milli gəlirinin 51-nə bərabər məbləğ deməkdir və dövlət büdcəsindən daha çoxdur. Başqa sözlə, Türkiyədə mafiya dövlətdən daha zəngindir. Eyni mənzərə digər inkişaf etmiş dövlətlərdə də hökm sürür. Yapon mafiyası «Yakhuzalar» 60 mindən çox şirkətə sahibdirlər.
Ümumilikdə götürdükdə isə fırıldaq, saxtakarlıq kapitalist bazar iqtisadiyyatının mahiyyətindən, onun iqtisadi anatomiyasından doğan bir şeydir. Məsələn, gəlin elə götürək dünya maliyə bazarının döyünən ürəyi olan Amerika birjasını, hansıki bütün dünya maliyə bazarına və dünya iqtisadiyyatına nəzarəti həyata keçirir. Bu sektorun işinə yaxından bələd olan ekspertlər səmimi surətdə etiraf edirlər ki, Amerika maliyə birjaları tamamilə fırıldaq üzərində qurulub və heç bir istehsal gücünə əsaslanmır. Burada baş verən bütün məzənnə dəyişiklikləri real iqtisadi göstəriciləri deyil, subyektiv amilləri, yalançı reklam kompaniyalarını özündə əks etdirir və nəticədə trilyonlarla dollarlıq fırıldaq pullar qazanılır. Təkcə Amerikada 9 trilyon dollarlıq belə saxta, yalançı səhmlər mövcuddur. (V.A.Lisiçkin, L.A.Şelepin «Qlobalnaya imperiya zla» səh.201). Bu isə bütövlükdə Avropa Birliyi iqtisadiyyatına bərabər məbləğ deməkdir.
Əgər bir iqtisadi sistem rəsmi səviyyədə bu cür fırıldaq, saxtakarlıq üzərində qurulubsa və bu qlobal maliyə fırıldağının da miqyası Avropa Birliyi və Yaponiya kimi ölkələrin iqtisadiyyatıyla müqayisə oluna biləcək qədər böyükdürsə, artıq bu o deməkdir ki, kapitalizmdə dövlətlə mafiya arasında fərq silinir. Nəticədə ortaya mafiyalaşmış dövlət anlayışı çıxır. Nədir mafiyalaşmış dövlət? Amerika belə bir dövlət anlayışının bariz sübutu və «parlaq» nümunəsidir. Biz bir az əvvəlki misalda bunun şahidi olduq. Bununla bağlı yenə də Amerikanın timsalında bir digər misala da müraciət edək.
Fikir verin, hal-hazırda İraq müharibəsinin hər günü Amerikaya 1 milyard dollara başa gəlir. Başqa sözlə desək, Amerika İraqda hər gün 1 milyard dollar pul itirir. Bəzi proqnozlara görəsə İraq müharibəsi Amerikaya ümumilikdə 2 trilyon dollara başa gələcəkdir. Sual olunur, nə üçün? Neftə görəmi, xeyr, bu qətiyyən belə deyil. Çünki hesablamalar göstərir ki, Amerika İraq neftindən heç vaxt bu qədər pul qazana bilməyəcək. Bəs onda nə və hansı səbəblər 8 trilyon dollarlıq xarici borcu olan bu dövləti müharibələrə bu qədər çox vəsait xərcləməyə vadar edir? Cavab birmənaıdır, ölkədəki silah sənayesi maqnatlarının hökumətə təzyiqləri. Məlumdur ki, Amerika silah sənayesi ölkə iqtisadiyyatının əsas sütunlarından biridir və əsas etibarilə özəl şirkətlərə məxsusdur. Bu sənaye isə onun məhsullarına tələbat artdığı müddətcə gəlirlə işləyə bilər. Belə olan təqdirdə silah maqnatları dövlətdən yeni-yeni sifarişlər tələb edirlər ki, nəticədə müharibələr qaçınılmaz xarakter alır. Beləliklə də hökumət dövlətin xəzinəsini müharibələr vasitəsiylə əslində silah maqnatlarının cibinə transfer edirlər. Nəticədə dövlətin timsalında bütün Amerika cəmiyyəti itirsədə, ayrı-ayrı şəxslər milyardlarla dollar vəsait əldə edirlər və müharibələr də elə ancaq onlara lazımdır.
Deməli Amerika dövlətinin müharibələrdə itirmiş olduğu yüz milyardlarla dollar pulu silah maqnatlarının cibində tapmaq olar. Bu hal özü bir daha sübut edir ki, kapitalizm şəraitində dövlət «biznes krallarının» ticari maraqlarının siyasiləşmiş ifadəçisindən başqa bir şey deyildir.
Bu isə yekunda gətirib ona çıxarır ki, planet əhalisinin 15-20%-i lüks içərisində yaşadığı halda, qalan 80% əhalinin nəsibi yoxsulluq, səfalət və sosial təminatsızlığın artması olur. Beynəlxalq Ərzaq Komitəsinin verdiyi məlumatlara görə 1970-ci ildə planet əhalisinin 462 milyon nəfəri aclıq çəkirdisə, 1989-cu ildə aclıqdan əziyyət çəkənlərin sayı təqribən 2 dəfəyə qədər artaraq 820 milyon nəfərə çatmışdır. İndi isə hal-hazırda planet miqyasında 3 milyarda qədər əhali aclıq və səfalət içərisində yaşayır. Son 50 ildə planetdə məhsul istehsalı 10 dəfə artaraq 3 trilyon dollardan 30 trilyon dollara çatsada, ərzaq istehsalı 7 dəfədən çox artsada dünya miqyasında yoxsulluq azalmamış, əksinə, 7 dəfə artmışdır.
Səbəb kapitalizm və onun törətdiyi qeyri-bərabər mənimsəmə faktorudur. Bu qeyri-bərabərliksə Amerika kimi inkişaf etmiş kapitalist dövlətlərindən tutmuş Banqladeş kimi geridə qalmış ölkələrə qədər hər yerdə, həm də bütün amansızlığıyla hökm sürür. Məsələn, zəngin Amerikada varlı təbəqənin nümayəndələri 1,2 milyon dollar dəyəri olan dünyanın ən bahalı avtomobillərində gəzir, 5 milyon dollar qiyməti olan brilyant üzüklər, 300 min dollar dəyəri olan bahalı qol saatları taxmaqda biri-biriləriylə yarışdıqları halda, 10 milyonlarla yoxsul amerikalı ən adi insan hüquq və azadlıqlarından belə məhrumdurlar.
Avropada Ailə İttifaqı (İFE) təşkilatının məlumatına görə hazırda Fransada 2 milyon uşaq ifrat yoxsulluq və səfalət içərisində yaşayır. İngiltərədə isə daha 2 milyon şagird keyfiyyətli təhsil almaq hüququndan məhrumdur. Amma zənginləri belə faktlar maraqlandırmır. Onlar Fransa avtomobil şirkəti olan «Buqatti»nin istehsal etdiyi və hər birinin 1,2 milyon dollar qiyməti olan «VEYRON» avtomobillərinə sahib olmaq üçün biri-biriylə sərvət yarışdırırlar.
Zənginlərin kefə-damağa milyardlarla dollar pul xərclədieləri hər gün planet miqyasında 30 min uşaq acından ölür. İndi qlobal miqyasda cəmi 691 nəfər milyarder bütün planet sərvətinin 43-nü mənimsədikləri halda, milyardlarla insan bu sərvətin cəmi 41-i ilə kifayətlənməli olurlar. Başqa sözlə, indi planetdə qazanılan hər dörd dolların üçü bu 691 supermilyarder və onların ailələrinə çatdığı halda, qalan hər bir dollara milyardlarla insan şərik çıxmağa məcburdur.
Bununsa bir adı var,–qullar dünyası.
Qeyd: Hər il dünya miqyasında kriminal kapitalizmin xalis qazancı 2 trilyon dollara çatır ki, bu da 55 müsəlman dövlətinin toplam illik milli gəlirlərindən dəfələrlə böyük məbləğ deməkdir.


Yazar: Digər Müəlliflər | Əlavə edən: CCCP_AZADLIQ (2009-11-11) | Müəllif: CCCP_AZADLIQ
Baxış sayı: 602 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!