http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-03-28, 14.43MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » eurovision azerbaijan

Şou texnologiyasının ən yüksək nailiyyətləri Azerbaycan Milli Seçimi 2008-də

Şou texnologiyasının ən yüksək nailiyyətləri Azərbaycan Milli Seçimi 2008-də

Azərbaycana şou hazırlanması, səhnə tərtibatı, işıqlandırma və vizual effektlər sahəsində Avropanın ən yaxşı peşəkarları dəvət olunub. Onlar unikal effektlərlə zənginləşdirilmiş əsrarəngiz bir şou hazırlayıb konserti əsl Eurovision bayramına çevirəcəklər. Keçən həftə Ukraynanın IL-76 hava yükdaşıyan gəmisi Kiyevdən Bakıya LED ekranlar, 120 statik, 140 dinamik yüngül proyektor daxil olmaqla 40 ton səhnə avadanlığı gətirib. Ümumilikdə bu 120 kubmetr material deməkdir! Eurovision müsabiqəsinin ötən buraxılışlarının peşəkar istehsalçı-meneceri , Azərbaycan Milli finalının istehsalçı-meneceri Ola Meltsik Bakı gördüyü işləri belə şərh edir: “Azərbaycandakı şounu biz ən yüksək beynəlxalq səviyyədə hazırlayırıq. Biz, səhnənin dekorasiyasına pərçim olunmuş LED ekranlar, həmçinin yüzlərlə işıq cihazları vasitəsilə bu son dərəcə modern səhnəni işıqlandırmaq üçün dəvət olunmuşuq. Tərtibat həqiqətən çox mükəmməldir, bundan başqa, yerli yarışma miqyasında bu çox böyük layihədir”. Azərbaycanın Eurovision müsabiqəsinə qatılması ölkədə bir növ nikbin həyəcan yaratdı. Eurovision Song Contest son bir neçə həftə ərzində ölkə KİV-lərin də müzakirə olunan ən qaynar mövzuya çevrildi. Azərbaycan İctimai Televiziyasi bu şou ilə təkcə ölkə vətəndaşlarını yox, həm də eurovision.tv saytında (17:30-20:30 CET) onlayn İnternet-yayım, Türkiyənin TRT, Gürcüstanın GEGT, Litvanın LRT kanallarında birbaşa yayımla xaricdə yaşayan tamaşaçıları da təəccübləndirmək niyyətindədir. Eurovision-un növbəti veteranı, Bakıdakı konsertin quruluşçu-rejissoru estoniyalı Tarmo Krim hesab edir ki, azərbaycanlıların əllərindən gələni etmək istəyi yaxşı nəticə verir. Bu layihəyə cəlb olunmuş texnologiya isə doğrudan da heyrətamizdir: “Bu mərasimin ən vacib elementi – səhnədir. Səhnə hərəsi 24 kvadrat metr olan 3 LED ekranla bəzədilməlidir. Bu səhnənin görünüşünü həmən dəyişməyə imkan verir. Arena özü dairəvi şəkildədir və effektlidir. Bütün dünya üzrə akustik arenalar içərisində ən nadir nümunələrdən biridir və eyni zamanda, səsləndirilmə baxımından çox böyük iş tələb edir. Bu konsertdə səslənmə də əsrarəngiz olmalıdır.” Möhtəşəmlik – həm Tarmo, həm Ola, həm də bu işə cəlb olunmuş bütün beynəlxalq komandanın bu şouda etmək istədiyidir. Bunun üçün isə onlara bütün imkanlar yaradılıb.
Yazar: eurovision azerbaijan | Əlavə edən: admin (2008-02-04) | Müəllif: xancan
Baxış sayı: 719 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!