http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-19, 20.22MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » Bütün Dünya....

Almaniya
Almaniya çoxlu sayda orta əsr qala və monastırları, səfalı Reyn vadisi, Bavariyanın qədim mədəniyyəti, mənzərəli Şvarsvald, sakit Baltika sahili və çoxlu tarixi abidələri ilə turistləri cəlb edir. Ölkənin cənubu özünün saf gölləri və Alp dağətəyi kurortları ilə şöhrət qazanmışdır. Ölkənin cənubu həmçinin əsas mərkəzləri çay vadilərində yerləşən üzümçülüyü ilə də məşhurdur.

Sahəsi : təqribən 357 010 kv.km

Paytaxtı : Berlin ( Bakı vaxtından 3 saat geri qalır)
Həm ölkə paytaxtı, həm də mədəni paytaxt kimi - «kontrastlar şəhəri»dir. Burada qəşəng bulavarlarda yerləşən dəbdəbəli restoranlar, pank və rokerlərə rast gəlinən barlar, aristokratların toplaşdığı yerlər, göl sahilində yerləşən mənzərəli park restoranları və ənənəvi köhnə Berlin tin yeməkxanalarına rast gəlmək olar.

Əhalisi: təqribən 81,8 milyon
Böyük əksəriyyəti (93%) – almanlardır, həmçinin burada avstriyalılar, çexlər, polyaklar, lüjitse serbləri və daniyalılar yaşayırlar.Türkiyədən və keçmiş Yuqoslaviyadan çoxlu emiqrantlara rast gəlmək olar.

Dövlət dili: alman
 Bir sıra regional dialektlərə malikdir. İngilis dili geniş yayılıb. Saarlandda fransız dili, Şlezviq – Qolşteyndə daniya dilində danışırlar. Çox vaxt, xüsusilə Şərqi Almaniyada almanlarla rusca anlaşmaq olur. Sosializm quruluşuna daxil olan bir sıra ölkələrdən fərqli olaraq, şərqi almanlar onun dağılmasından sonra rus dilini «yaddan çıxartmayıblar» və bu dildə cavab verməyə çalışacaqlar. Almanlara yanlış alman dilində müraciət etdikdə kompleksə düşmürlər. Almaniyaya gedərkən 10 ən vacib ifadəni öyrənmək heç də pis olmaz.

İqlim: mülayimdir. Şimalında dəniz,qalan ərazilərdə - dəniz iqlimindən kontinentala keçid.

Pul vahidi: avro
2002-ci ilin yanvarından Almaniya vahid Avropa valyutası – avroya (euro) keçdi. 1 avro 100 sentə bərabərdir. 2012-ci ilin sonuna qədər Milli Bank milli banknotları avroya pulsuz dəyişdirəcək. 5, 10, 20, 50, 100, 200 və 500 avro nominalında banknotlar, 1,2, 5, 10, 20 və 50 sent nominalında qəpiklər tədavüldədir. Banklar bazar ertəsindən cümə gününə qədər saat 8.30 -13.00 (hərdən 14.00 və ya 15.00) kimi, cümə axşıamı – 17.00 və ya 18.00 kimi işləyirlər. Aeroportlarda və böyük vağzallarda bank şöbələri 6.30-  22.30 kimi, həmçinin bazar günləri də işləyir. Valyuta mübadiləsi banklarda və xüsusi mübadilə məntəqələrində, həmçinin mehmanxanalarda (az sərfəlidir) və böyük şəhərlərin mərkəzi poçt idarələrində hər gün və gecə-gündüz işləyirlər. Bütün iri mağazalarda, restoranlarda, kafe və otellərdə kredit kartları qəbul olunur. Kartla nəğd pulu bankomatlarda  (“ Geldautomat”) almaq olar. Bunlar əsasən tək-tək daxil olunan xüsusi  kabinlərdən ibarət olur.
Almaniyaya gömrüksüz idxal normaları : 200 siqaret və ya 50 siqara, və ya 250 qr. tütün; 1 litr 22 dərəcəli və ya 2 litr 22 dərəcədən az spirtli içki; 2 litr şərab ; 500 q. qəhvə, 100 q. çay. Alkoqol və tütünü ancaq 18 yaşından yuxarı şəxslər gətirə bilər.

Avtomobil icarəsi :
Ölkənin əksər şəhərlərində avtomobil icarəsi mümkündür.Qiymət maşının modelindən asılıdır. Bəzi firmalar keçilmiş kilometrləri nəzərə almırlar və həftəlik ödənişi tələb edirlər. İcarə haqqı : gündə 50Dm və çox
İcarədar beynəlxalq sürücülük vəsiqəsini təqdim etməlidir.
Velosiped icarəsi ölkənin bütün şəhərlərində mümkündür. İcarə haqqı – gündə 15 marka; bundan başqa girov tələb edilir.
Taksidən istifadə etmək hər şeydən asandır. Eyni zamanda, ictimai nəqliyyatdan da istifadə etmək olar. Şəhər aeroportlarında nəqliyyat xidməti yaxşı təşkil olunmuşdur.Schonefeld aeroportunda hər 10 dəqiqədən bir, 500 km məsafədə yerləşən eyniadlı dəmir yol stansiyasına pulsuz avtobus yola düşür. Buradan ölkənin digər şəhərlərinə qatarlar, həm də Berlinə elektrik qatarı  (40 dəqiqəlik yol) yola düşür. Şenefelddən həmçinin 383 №-li avtobus gedir.
Tegel aeroportundan №109 avtobusun son dayanacağı – Zoologischer Garten
Uzaq məsafə qət edən qatarlar Almaniyanın əsas şəhərlərini digər ölkələrin şəhərləri ilə birləşdirir, onlara «Avro şəhər»lər deyilir( EC). Ən rahat variant – gecə qatarı seçməkdir.
Siz Schlafwagen ( yatanlar üçün vaqon) və otumaq üçün çoxlu yerlər olan Sitzwagen (oturaq vaqon) arasında seçim edə bilərsiniz. Gündüz qatarlarına, xüsusilə yay mövsümü və tətil vaxtlarında  əvvəlcədən yer sifariş vermək məsləhətdir. Əgər artıq Avropadasınızsa, Almaniyaya qatarla və ya avtobusla çatmaq daha ucuz başa gələcək. Qatarla səyahət avtobusla səyahətə nisbətən daha bahadır. Bu nəqliyyat növü daha sürətli, daha rahat (xüsusən, gecə səyahəti üçün) və daha sərfəlidir.

Dəyərli məsləhətlər:
-    Polis – ümumi telefon – 110. Fərqləndirici rəng – yaşıl
-    Yeməyə başlamazdan əvvəl stol arxasında əyləşən insanlara mütləq Guten appetit (nuş olsun) arzu edin. Sağlığınıza tost deyilməyənə kimi içməyə başlamayın.
-    İngiliscə hər hansı müzakirəyə başlamazdan əvvəl mütləq qarşınızdakı insanın ingiliscə danışıb-danışmaması ilə maraqlanın. Almanların çoxunun bu dildə danışmasına baxçayaraq, əksəriyyəti nəzakətli soruşmasanız bunu etiraf etməyəcək.
-    Alman dilinin 1 neçə əsas sözlərini öyrənin ;
Danke- çox sağolun
Bitte- zəhmət olmasa
Bitte-schon – buyurun.
Salamlaşmanın da müxtəlif variantları mövcuddur. Bavariyalılar «Gruss gott», digərləri günün vaaxtından asılı olaraq «Guten morgen», «guten tag» və ya «Guten abend» deyirlər. Sadə, qeyri-rəsmi salam – hallo da işlədilir. Sağollaşanda və ya vidalaşanda - «auf wiedersehen».
-    Muzeylər üçün istirahət günü, bir qayda olaraq bazar ertəsidir. Həftənin digər günləri muzeylərin standart iş vaxtı – 9.00 - 18.00 kimi, çərşənbə axşamı isə bir çox muzeylər gecə yarıya kimi işləyirlər.
-    Cənubi Almaniyada suvenir olaraq qu quşu ilə saatlar, Hummel heykəlcikləri, termometrlər, ağacdan hazırlanmış fiqrlar, dəri məmulatları, kameralar (və digər optik və dəqiq cihazlar, məsələn binokl), çini qablar, musiqi alətləri, elektrotexnika malları (evininizdə istifadə etdiyiniz elektrik gərginliyinə və tezliyinə cavab verib-vermədiyini yoxlayın), əntiqə əşyalar, qeyri-adi oyuncaq və kuklalar və şərab, pendir, daniya istehsalı olan şüşə qablar və yerli kustar sənətkarların hazırladıqları məmulatları ala bilərsiniz.
-    Mağazalarda qiymət cədvəlləri «ab» - «dan» hissəciyi ilə başlayır, minimum qiymət həddini göstərir.
 
Çay pulu:
Çay pulu məbləğin 5-10% i məbləğində və ya adambaşı 1 avro kimi hesablanılır. Amma çox vaxt daimi müştərilər üçün «müəssisə hesabına havayı qonaqlıq» halları olur və kafelərdə daimi müştəriləri (artıq 3 dəfədən daimi müştəri ola bilərsiniz) pulsuz qədəhlə yola salırlar.

Şəbəkədə gərginlik :
Şəbəkədə elektrik gərginliyi – 220 V, 50 Hs. Avropatipli rozetkalar 2 qalın mildən ibarət olur və torpağa birləşdirilir. Özünüzlə universal keçirici götürsəniz yaxşı olar.

Bayram və istirahət günləri:
1, 6 yanvar, 5-8 aprel, 1, 28 may, 3 iyun, 3 oktyabr – alman birliyi günü, 1,22 noyabr, 25,26 dekabr , həmçinin dini bayram günləri.

Almanlar gəzməyi və səs-küy salmağı çox sevirlər. Onlar məhsul festivalında dini səs-küylü oyunlardan tutmuş opera bayramlarına kimi hər şeydə iştirak edirlər.
Qış – qış karnavalı (fasching) ilə başlayır. Bu, Almaniyanın Köln, Münhen və Mayns kimi böyük şəhərlərində keçirilir, yavaş-yavaş tövbə günü ilə əvəz olunur.
Almaniyanın zəngin müsiqi irsi bir çox festivallarda özünü göstərir. Bəzi şəhərlər spesifik istiqamətli bayramlarla ixtisaslaşıblar. Məsələn, martda keçirilən subaylar festivalı – Thuringian və ya iyulda Berlində keçirilən Riçard Uoqner festivalı. Eyni zamanda digər şəhərlər də bu bayramların keçirilməsi stili ilə ixtisaslaşıblar. Ştutqartda (aprel) və Berlində (noyabr ) caz festivalı – daha canlı və populyardır.
Payız yaxşı məhsul əldə edilməsindən ruhlanıb istirahət etmək üçün ən yaxşı vaxtdır. Rhineland-da  məhsul festivalı- çox gözəl mənzərədir. Bu zaman Reynin üzərində fişənglər təşkil edilmiş barjlar üzür.
Oktobefest –i yaddan çıxarmaq mümkün deyil. Münhen ətrafında çılğın bayram.
Bu izdihamın içinə düşəndə sənə elə gəlir ki, dəhşətli futbol azarkeşləri dəstələrinin arasına düşmüsən. Almaniyaya ən böyük turist axını məhz bu vaxt baş verir.
Yeni il yarmarkaları həmişə alman ailələrinin diqqət mərkəzindədir. Onlar Münhendə, Nürnberqdə, Berlində, Qeydelberqdə və digər şəhərlərdə keçirilir.
Turistlərə əvəzolunmaz təəssüratları aşağıdakı alman şəhərlərinə səyahətlər bağışlayacaq: Berlin, Köln, Hamburq, Frankfurt, Münhen, Düsseldorf, Bonn, Koblens, Lübek və Potsdam.
Bu şəhərlər tarixlə yüklənib və müxtəlif əfsanələrlə əhatələnmişdir.Hər döngədə turistlər keçmişin məşhur adları ilə rastlaşacaq, ötən əsrin memarlıq abidələri ilə tanış olacaqlar. Şəhərlərin diqqətəlayiq yerlərinə mənzərəli ağac-kərpic binalar, əzəmətli saraylar və daş yollar, romantik otellər və cəlbedici memarlıq kompozisiyaları aiddir. Hər tarixi şəhər özünəməxsus orijinal yerlərə və peyzajlara malikdir.

Almaniya şəhər və kurortları :
 
Baden – Baden

Almaniyanın bütün dünyada öz adət-ənənələri, tarixi, xüsusi atmosferi ilə məşhur olan 2 kurortu var – Baden-Baden və Visbaden. Bu adlar bizə 19-cu əsrin rus klassikasından, tarix kitablarından, 20ci əsr ixtiralarından, eyni zamanda indiki qəzet və jurnallardan tanışdır. Bu kurortlar öz aristokrat xarakterini saxlamağa müvəffəq olublar və bura böyük məmuniyyətlə görkəmli siyasətçilər, müəssisə sahibləri və biznesmenlər gəlirlər.Burada sizi də görməyə şad olacaqlar!
Baden-Baden kurort şəhərciyinin əsası bizim eranın əvvəlində romalılar tərəfindən qoyulub. Şəhər həmişə balaca olub və elə indi də orada təxminən 50 min insan yaşayır. Buna baxmayaraq bu gün də Baden-Baden 1 nömrəli kurort və «Avropanın yay paytaxtı» sayılır. Olduqca yumşaq iqlim, şəhərin eleqant mərkəzi, park və bağların çoxluğu, isti termal bulaqlar, müasir termal komplekslər və komfortlu otellər – ola bilsin, bütün bunlar Baden-badenin uğuruna səbəb olub. Səhərdə su və gül çoxdur, şəhər səs-küyü heç hiss olunmur. Buna görə də burada gündəlik qayğılardan azad olub əla istirahət etmək çox asandır.
 Karakalla termalında və ya Fridrixsbad roma-irland termal kompleksində bədən və ruha xeyirli bütün günü keçirmək olar; yaxşı təchiz olunmuş termal kompleks zövq verməklə yanaşı, müxtəlif bərpa prosedurları, vannalar, massaj, aromaterapiya təklif edir.
Baden- Baden mədəni cəhətdən də geri qalmır; muzeylər, filarmoniya, dram teatrı və musiqi teatrı ilboyu proqramlar təklif edir. Bundan başqa bir neçə beynəlxalq festivallar keçirilir. Baden- Badenin kurzalında yerləşən kazino- sözsüz, bir nömrəli diqqətəlayiq yerdir. Kurzalın binası 19-cu əsrin ortalarında içməli mənbə üzərində tikilmişdir. Bu  - Baden- Badenin ürəyidir. Gündüz bura turistlər, gecə isə məşhur insanların limuzinləri gəlir. Burada kinoda olduğu kimi böyük pullar udulur və uduzulur.

Bonn

Qərbi Almaniyanın mövcud olduğu dövrdə almanlar Bonnu «kənd paytaxtı» adlandırırdılar.  Hazırda nazirliklər və bundestaq Berlinə köçürülüb, onların yerləşdikləri yerlər isə boş qalıb. Bura vaxtaşırı olaraq turistlər gəlir.
 Bonn isə əvvəlki –  Reyn üzərində balaca şəhərcik – simasına qayıdıb.
Alman şəhər və şəhərciklərinin böyük əksəriyyəti orta əsr mərkəzləri olub. Hətta buradakı barkaçı ratuşalar da digər yerlərdəkindən öz gözəlliyi ilə fərqlənirlər. Ümumiyyətlə, Bonnda və Bonn ətrafı ərazilərdə barokko çoxdur; elə Bonn universitetini götürək. Bu kürfürstlərin keçmiş sarayı olub. Yalnız Bonn şəhəri Lüdviq Van Bethovenin vətəni olduğu ilə öyünə bilər. Bəstəkar 22 yaşına kimi burada yaşamış, onun musiqi şəxsiyyəti burada formalaşmışdır. Sonra isə Vyanaya şöhrət dalınca getmişdir. Bethovenin Bonndakı  muzeyi bəstəkar haqqında ətraflı informasiya, onun əlyazmalarını, musiqi alətlərini toplamışdır. Burada Bethovenin son royalı saxlanılır. Bu royalda o, «Ay sonatası»nı ilk dəfə ifa etmişdir.
Bethovenin ev muzeyindən başqa Bonnda bir neçə başqa muzeylər də var. Bonn Avropa rəssamlarının geniş kolleksiyasını toplamışdır. Bonn tarixi muzeyi tarixçilər üçün  Berlin muzeyi qədər əhəmiyyətlidir.  Bundan əlavə Bonnda Qadın muzeyi də var.
Bonnda Reyn üzərində teploxodlar hərəkət edir. Adi ekskursiya qayıqları may-oktyabr aylarında işləyirlər. İyul və avqust aylarında bir neçə gecə teploxodlar işləyir, Reyndəki qayalarda salyut təşkil olunur, qalalar işıqlandırılır. Mənzərə heyranedici olur!


Bremen

Bremen ticarət, tacir şəhəri olub, bu da indiyə qədər hiss olunur. Bremenin Köhnə şəhərində ratuşa meydanı şəhərin əzəmətli yerlərini göstərmək üçün tikilmişdi; renessans üslubunda möhtəşəm ratuşa, Bremen kilsəsi, ağsaqqallar şurasının evi və tacir gildiyaları.
Meydanın mərkəzində isə Bremen Rolandı – şəhərin mühafizəkarı ucalır. Orta əsrlərdə şəhərləri müharibə və taun xəstəliyi kimi fəlakətlərdən qorumaq üçün şəhərlərin mərkəzlərinə orta əsr qəhrəman – sərkərdəsi Rolandın heykəlini qoyurdular. Roland həm də şəhərdə ədalətlilik rəmzi idi. Beləliklə, Bremen Rolandı dünyada ən hündür Roland heykəlidir, onun hündürlüyü 10 metrdir.
Bütün turistlərdə Bremenlə birinci assosiasiya – Bremen musiqiçiləridir. Onların da heykəli ratuşa meydanında dayanır. Lakin bu heykəl Rolandın heykəlindən fərqli olaraq balacadır, hündürlüyü təqribən 1 metrdən bir az çoxdur. Həm də heç də mərkəzdə yox, daş körpünün yanında yerləşir.
Ratuşa meydanı ilə qonşuluqda çox dar, nahamar şəhər küçələridir. Burada evlər bir-birinə söykənir və sanki bir-birinin yanından küçəyə «boylanırlar». Bu məhəllə «Şnoor» adlanır və rəssamlar, xırda tacirlər, sənətkarlar üçün «qoruq» rolunu oynayır. Hökumət orqanları onlara «Şnoor» da güzəştli şərtlərlə yer verir ki, məhəllənin koloritini saxlasınlar. Bundan başqa burada ənənəvi Bremen yeməkləri (hər şeydən əvvəl balıq) hazırlanan restoranlar var. Bremen port şəhəridir, burada balıq həmişə təzə və çox dadlı olur.

Hamburq

Almaniyanın ikinci böyük şəhəridir. Dənizçilər və tacirlər şəhəri sayılan bu şəhər çox zəngin tarixə malikdir. Hamburq Avropanın ilk paytaxt şəhərlərindən biri olub. Burada həyat çox coşqun və enerjilidir. Burada həm ciddi biznes üçün, həm də qayğısız vaxt keçirmək üçün hər şey var. Şəhərin yarısı parklardan, bağçalardan, qoruqlardan, çay, kanal və göllərdən ibarətdir. Ən böyük gölü Alsterdir, hələ 13-cü əsrdə yaranıb. Hamburqun düz mərkəzində yerləşir və ərazisi Monako ərazisindən böyükdür. Şəhərdə 2400 körpü var, bu da birlikdə götürülmüş Venesiya, Amsterdam və London körpülərindən  də sayca çoxdur. Şimal dənizindən Hamburqu Elba çayı ilə 100 km ayırmasına baxmayaraq, Hamburq – dəniz sahili şəhər sayılır. Hər il bu yolu təqribən 12 000 gəmi qət edir. Hamburq havannasında dünyanın ən böyük anbar kompleksi yerləşir. Bu 1 km-dən çox əraziyə malik olan və açıq havada yerləşən heyrətamiz muzeylərdən biridir.
Bazar günü Hamburqda olan turistləri mütləq Fişmarkta – balıq bazarına aparacaqlar.
Tarixçilər hesab edirlər ki, o 1703-cü ildən mövcuddur. Bazar ancaq səhər saat 6.00 -  10.00 kimi açıq olur. Əvvəllər ağsaqqlar şurası ticarəti ancaq kilsə xidməti başlayana qədər aparmağa icazə verirdilər.
Hamburqda Riperban – bütün dünyada məşhur olan qırmızı fənərlər məhəlləsi yerləşir. Bu «əxlaqsızlıq yuvası» şəhərin gecə həyatına və bütövlükdə əyləncə sənayesinə böyük təkan verir. Riperbanda və onun ətrafı ərazilərdə, San-Paulu rayonunda çoxlu diskoteka, pivə barları, restoranlar var. Burada seks- teatr «Salambo» yerləşir. Teatrda 1986-cı ildən «Cats» operettasını göstərirlər. Amerika rok-ulduzu Baddi Hollinin («Buddy») həyatı haqqında müzikl üçün Landunqsbrügen körpüsündə xüsusi teatr  tikilmişdir (Ora ancaq gəmi ilə çatmaq olar), Eyni zamanda «Operada fantom» müzikli üçün xüsusi «Neue Flora» teatrı tikilib. Qeyd edək ki, «Beatles» qrupunun ilk qastrolları 1960-cı ildə Hamburqda keçib. Burada onlar İndra, Kaiserkeller və Top Ten klublarında ifa etmişdilər. Bu hələ onların Liverpulun Cavern Club-dakı çıxışlarından əvvəlki dövrə təsadüf edir.

Münhen

Barokko və pivə paytaxtıdır. Münhenin çox siması var.
Münhen – meqapolis və «böyük kənd»dir. Münhen açıq havada qotikadan tutmuş modernə qədər bütün Avropa üslublarının böyük memarlıq muzeyidir. Münhen - bu bütün dünyada məşhur pivə, qızardılmış kolbasa, duzlu krendel və dünyanın ən böyük Oktobefest bayramıdır.
Münhendə görüş və vida yeri – Marienplats meydanıdır. Ratuşanın arxasında – Viktualienmarkt bazarı yerləşir. Bura çox canlı və səs-küylü yerdir. Burada istədiyiniz şeyi ala bilərsiniz. Ratuşadan solda 2 qala – Münhen simvolu – 15ci əsrin Frauenkirxe kilsələri görünür. Bir məhəllə sonra isə - Vittelsbax sülaləsinin nəhəng sarayı – Rezidens yerləşir. Əgər bura getmək istəsəniz gününüzün yarısını artıq planlaşdırmış olacaqsınız.
Rezidensin yanında Bavariyanın milli teatrı, eyni zamanda milli operası yerləşir. Beləliklə, Köhnə şəhərə gələrkən dayanmaq qeyri- mümkündür.
Bu hələ Münhenin mərkəzi idi. Münhenin digər rayonları da görməli yerlər ilə zəngindir. Qərbdə sizi Şöhrət sarayı və Bavariyanın nəhəng heykəli, həmçinin  L. Nimfenburqun 2 ən məşhur sarayı gözləyir.
Şimalda – Olimpiya parkı, Olimpiya stadionu və 290 m. Hündürlüyə malik Olimpiya qalası yerləşir.Buradan şəhərə gözəl mənzərə açılır. Canubda - «Bavariya film» kinostudiyası yerləşir. Bura ekskursiya edib «Balaca Hollivud»un dekorasiyaları arasında gəzişmək olar.
Görməli yerlərdən biri də ən məşhur və ən qədim pivə barı – Xofbroyhausdur (12ci əsr). Şəhərin mərkəzində Platsl adlı yerdə yerləşən bu barda 1923-cü ildə Hitlerin siyasi karyerasının başlanmasına səbəb olan «pivə qiyamı» baş verib. Hər ilin payızında (sentyabrın sonu- oktyabrın əvvəli) Terezienvize çəmənliyində ən kütləvi dünya festivallarından biri, artıq 200 ilə yaxın keçirilən – Oktobefest pivə festivalı keçirilir. Məhz bu hadisə üçün xüsusi pivə sortu   - «Vize» hazırlanılır.
Şəhər həm də dünya miqyaslı rəssamlıq qalereyaları ilə məşhurdur. Burada Avropanın ən yaxşı şəkil qalereyası - Köhnə və yeni piktoteka (şəkil muzeyi), Bavariyanın mili muzeyi və Münhen şəhər muzeyi yerləşir.

Köln

Reyndə ən böyük elm mərkəzi və Münhendən sonra ikinci telekanal, radio və mətbuat paytaxtıdır. Köln xüsusi atmosferə malik şəhərdir.Ticarət və işgüzar fəalliyyətin yerləşdiyi əsas küçələr artıq piyada zonasına çevrilmişdir.
Köln ən böyük dəmir yolu mərkəzidir. Bonn ilə birgə ictimai nəqliyyat sisteminə malikdir. Köln orta əsr qotikası və roman üslublu tikintilərlə məşhurdur.
 Valraff – Ritxarts muzeyində roma incəsənət nümunələrindən impressionistlərə qədərki nümunələr, Roma- Alman muzeyində - tətbiqi incəsənət nümunələri toplanmışdır.
Kölndə 12 roman kilsəsi «halqa» əmələ gətitrir, bunun mərkəzində isə Köln kilsəsi durur. Bu şəhərin ən diqqətəlayiq yeridir. Kilsə əsas vağzalın qabağında ucalır və şəhərin simasını müəyyən edir. Burada orta əsr vitrajları, plastika, müqəddəs sayılan əşyalar, rəssamlıq nümunələri və Müqəddəs Ursula fiquru saxlanmışdır. Şəhərin ən gözəl roman kilsələrindən biri Böyük Müqəddəs Martin qülləsi hesab olunur.
Köln karnavalı Almaniyada ən iri miqyaslı, gözəl tamaşalardan biridir. Buna tamaşa etməyə bütün Avropadan turistlər gəlir. Karnavalın ürəyi – kostyumlu kilsə gildiyalarının Köln kilsəsindən başlayaraq bütün şəhər boyu təntənəli yürüşüdür.
 Hər gildiyanın öz arabası olur, burada dinamikalar, dekorlar quraşdırılır, arabanın arxasında gildiya üzvləri rəqs edirlər. Axşam bu yürüş jokey və təlxəklərlə böyük əyləncə gecəsinə çevrilir.

Frankfurt

Qessen torpağının ən böyük şəhəri, Almaniyanın beynəlxalq maliyyə mərkəzidir. Frankfurtda ən müasir bank göydələnləri və 420 alman və beynəlxalq maliyyə-kredit təşkilatlarının binaları yerləşir. Şəhərdə hər il 34-dən çox sənaye sərgiləri və yarmarkalar keçirilir ki, bura da 1.3 milyon tamaşaçı gəlir. Hər il Frankfurtda 55 mindən çox konqres, seminar, iclas, konfrans keçirilir.  
Şəhər Avropanın ən böyük aeroportu ilə, Q. Avropada ən uca göydələn və «Europaturm»(331 m) ilə, ən hündür pivə rezervuarı – Heninger qülləsi ilə, 13-16- cı əsrlərin qotika kilsəsi və 15-18-ci əsrlərin ratuşası ilə məşhurdur. Mayn çayı şərqdən qərbə doğru axaraq şəhəri 2 hissəyə bölür. Maynın cənub sahili – muzey sahili adlanır.
Frankfurtun görməli yerlərinin çoxu şəhər ətrafı ərazilərdə yerləşir.Frankfurtun zəngin və rangarəng tarixi var. Burada Göte anadan olub və yazıçının ev-muzeyi burada yerləşir. Frankfurt əyləncə mərkəzidir. Almaniyanın ən yaxşı şoppinq mağazaları Frankfurtda yerləşir.
Piyada zonaları, ticarət arkadaları, keçmişin atmosferi ilə dolu xüsusi maqazinlər, bukinist dükanları, saysız-hesabsız kafe və bistrolar istirahəti sözün əsl mənasında ləzzətə çevirir. Şəhərin ətrafında Almaniyanın bir çox turistik görməli yerləri; Haydelberq və Rüdelsxaym şəhərləri, Vürsburq və Lorelyay dağları (buradan ən məşhur turistik marşrut  - «Romantik yol» başlayır) yerləşir.



Düsseldorf

Reyn- Vestfaliya torpağının paytaxtıdır. Reynin sağ sahilində yerləşir. Almaniyanın ən parlaq və eleqant şəhəri, alman modasının paytaxtıdır.
Həyatsevərlilik, hər şeydən həzz almaq istəyi Düsseldorf sakinlərini parislilər ilə yaxınlaşdırır. Turistlərə şəhərdə əyləncəli piyada gəzintiləri və çayda teploxodla səyahətlər təklif edilir.
Düsseldorfun ən əsas görməli yerləri – qədim şəhər Altştatddır (Altstadt). Onu «dünyada ən uzun bar dirəyi» adlandırırlar; 260 pivə barı, restoranlar, pizza yeməkxanaları, barlar, diskotekalar, irland pablarının  qapıları şəhərlilərin və turistlərin üzünə həmişə açıqdır.
Düsseldorfda görməli yerlər; saray meydanı, köhnə ratuşa, barokko üslubunda tikilmiş Müqəddəs Andrey kilsəsi və H.Heynenin anadan olduğu ev

Ştutqart

Baden- Vürtemberq torpağının paytaxtıdır, yarım milyon əhaliyə malikdir. Berlin, Münhen və Frankfurtla bərabər ən mühüm meqapolislərdən biridir. Şəhər Nekkar vadisi və bir neçə təpəlikdə (Moskva kimi 7 yox) yerləşib. Buna görə də Ştutqart küçələri vaxtaşırı maili pilləkənlərə - «Şteffele» çevrilir.
Ştutqart- universitet mərkəzi (burada 2 universitet yerləşir), Almaniyanın avtomobil paytaxtlarından biri (Mersedes- Benz və Porşe), böyük sənaye mərkəzidir.
Eyni zamanda təpəlik əraziyə və mülayim vadi iqliminə görə Ştutqartda və onun ətrafı ərazilərdə əla üzümlüklər yerləşir. Burada Almaniya üçün nadir olan qara üzüm də yetişir.
Ştutqartın fəxri – məşhur «Trollinqer», ən yaxşı Vürtemberq qırmızı şərabıdır.
Ştutqart görməli yerləri əsas vağzaldan başlayır; ötən əsrin əvvəlində tikilmiş böyük günbəz, onun üstündə qırmızı kərpicdən «Mersedes»simvolu olan qüllə şəhərin əsas simvoludur. Vağzaldan əsas görməli yerlərə Keniqştrasse küçəsi aparır. Bir neçə dəqiqə və siz Şlossplats meydanında (saray meydanı) və 19-cu əsr tikintisi olan  Yeni sarayda olacaqsınız.


Azərbaycanda Almaniya səfirliyi
Nizami küç. 340, m. 7-10
«İSR Plaza» AZ1005 Bakı
Tel:4654100
Faks: 498 54 19
İş vaxtı : 8.15- 17.15.  Nahar vaxtı – 12.30 -13.30 (bazar ertəsi – cümə) Viza şöbəsi – 9.00 – 10.00

Almaniyada Azərbaycan səfirliyi
 Axel-Springer küç. 54A
Berlin 10117
Tel : (49 30)  2062946

Səfirliklər və viza alınması barədə ətraflı məlumatı «Səfirliklər və vizalar» bölməsində ala bilərsiniz.


Other articles on the same subject


Source: http://yahoo.com
Yazar: Bütün Dünya.... | Əlavə edən: admin (2008-01-27) | Müəllif: xancan
Baxış sayı: 1314 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!