http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-03-19, 10.58MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » Bütün Dünya....

Fransa

Fransa – möhtəşəm və təkrarolunmaz, nəfis və rəngarəngdir. Bu ölkəni sevməmək olmaz. Burada melomanlar, teatrallar,incəsənət və memarlıq həvəskarları, romantiklər, qurmanlar,əyləncə həvəskarları və işgüzar adamlar- bir sözlə, hamı özünə aid nəsə tapacaq. Fransanın hər əyalətinin öz xəzinəsi var.

Sahəsi: 547 070 kv.km

Paytaxt : Paris (Bakı vaxtından 3 saat geri)
Paris – klassika və əbədilikdir! Qoy incəsənət və mədəniyyət paytaxtı olan bu şəhərin işıqları gözünüzü qamaşdırsın, dəbdəbəli mağazalar və dar orta əsr küçələri heyrətə gətirsin, kilsələr və saraylar valeh etsin, Paris həyatının yüngüllüyünə və şənliyinə qovuşun! Dünyanın ən gözəl prospekti – Yelisey talalarından keçin. Zəfər arkasını seyr edin. Napoleon Bonapartın tacqoyma mərasiminin keçirildiyi Paris kilsəsində olun. Şəhərin ən qədim və məşhur hissəsi olan – Site adasının gözəl mənzərələrindən həzz alın. Çay ekskursiyasından yan keçməyin. Şəffaf örtüklü çay tramvayı turistləri Senanın axını ilə Eyfel qülləsi ilə Sent-Lui adası arasında, Böyük Saray, Luvr, Orse muzeyi, Notr-Dam və digər əfsanəvi yerlərin ətrafında gəzdirir. Cəlbedici macəralar atmosferində istirahət etmək istəyirsiniz? Disneylend – Parisin ətrafında tikilmiş nağıl – şəhərdir. Buranı nəinki uşaqlar, həm də böyüklər də səyahət etməyi arzulayırlar.

Əhalisi: 60,4 milyon
Fransızlar – 94%. Digər etnik qruplardan ən böyükləri portuqallar, italyanlar , əlcəzairlilər, mərakeşlilər və türklərdir. Əhalinin 48%-i katolik, 15% -i protestant, 1,3%-i  yəhudi, 4,5%- i müsəlmandır.

Dövlət dili: fransız.
Bundan başqa müxtəlif regionlarda aşağıdakı dillər yayılıb; Breton dili( Bretanidə), bask və katalon dili (Pireneydə), provansal dili (Provansda), flamand dili (belçika və Hollandiya ilə sərhəddə), həmçinin alman dilinin bir neçə dialekti ( Elzas və Lotaringiyada)

İqlim : mülayim
Fransa mülayim enlikdə yerləşir. O dəniz küləkləri üçün açıqdır, amma eyni zamanda Qolfstrim cərəyanının isti təsirinə məruz qalır. Bu da iqlimi rəngarəng edir, eyni fəsildə dağlarda qar olduğu halda, sahildə palmalar bitir.
Fransanın ərazisi həm şimali, həm də cənubi Avropanı, bununla bərabər 3 iqlim qurşağını əhatə edir; okean, Aralıq dənizi və kontinental. Qışda bütün Fransa ərazisində temperatur hərdən sıfırdan aşağı düşür, Atlantik okeanı sahillərində isə qasırğalar və küləklər əsir. Fransanın cənubu nisbətən isti olsa da, qışda burada da hava soyuq olur, qar yağır; turistlərə isti geyim lazım olacaq. Şərqi Fransanın kontinental iqlimi həm yayda, həm də qışda sərindir, amma burada temperatur dəyişkənliyi çox kəskindir. Soyuq qışdan sonra – fırtınalı isti yay gəlir. Fransada temperatur qışda -10C ilə +10C, yayda isə +18C ilə +30 C arasında dəyişir.

Pul vahidi: avro
Xarici valyutanı oteldə, aeroportda, bütün bank və mübadil məntəqələrində dəyişdirmək olar. Hərdən eyni küçədə yerləşən mübadilə məntəqələrində və banklarda mübadilə kursu fərqli olur, hətta 3-8%-ə kimi əhəmiyyətli məbləğ təşkil edir.
Fransada ən iri banklar;  BNP, Societe Generale, Credit Lyonnais, Ñredit Agricole, Banc Populaire. «Bank de Frans» - pulsuz mübadiləni həyata keçirən tək dövlət bankıdır. Ölkənin bütün iri şəhərlərində bu bankın şöbələri fəaliyyət göstərir. «no comission» lövhələri olan mübadilə məntəqələrində həmişə kurs nisbətən yüksək olur. Banklar bazar ertəsindən şənbə gününə kimi (9.00-12.00 və 14.00-16.00) işləyirlər. Valyutanı həmçinin xüsusi mübadilə məntəqələrində  (Bureaux de change) dəyişdirə bilərsiniz. Onların bəziləri gecəyə kimi işləyir və istirahət günləri də açıq olur. Beynəlxalq bank kartları VİSA İNTERNATİONAL (Viza), EUROCARD ( Avrokard), MASTERCARD (Master Kard), AMERİCAN EXPRESS (Amerikan Ekspress) demək olar ki, hər yerdə qəbul olunur. Nəğd pulu Paris küçələrində, ticarət mərkəzlərində, vağzallarda, aeroportlarda və b. Yerlərdə yerləşən avtomatik bankomatlarda almaq olar.
Parisdə ən münasib valyuta mübadiləsi kursu Konkord meydanı rayonundadır.

Avtomobil icarəsi:
Fransada icarəyə avtomobil götürmək bahadır. Əgər səfərdən qabaq turbüroda avtomobili sifariş etsəniz daha ucuz başa gələr. Fransanın bütün vağzallarında və aeroportlarında icarə büroları var. Fransada avtomobil icarəyə götürmək üçün siz etibarlı beynəlxalq sürücülük vəsiqəsinə malik olmalı (min. 3 il sürmə təcrübəsi) və yaşınız 23-dən az olmamalıdır; yüksək kateqoriyalı maşınların sifarişi üçün 30 yaşından gənc olmamalısınız.
Hərəkət edən avtomobilin fənərləri həmişə yanmalıdır.
İşıqforlar hərdən yoldan çox hündürdə olur, ona görə də onları görmək çətin olur.
Həm qabaq oturacaqlarda, həm də arxa oturacaqlardakı sərnişinlər kəmərləri bağlamalıdırlar.10 yaşına qədər uşaqlar ancaq arxa oturacaqlarda gedə bilərlər.
Fransada avtostradalardan istifadəyə görə vergi alınır.
Yollarda kömək: hər 2 km-dən bir avtostradalarda  təcili çağırış üçün  üzərində telefonlar olan narıncı sütünlar var. Polis  - tel. 17. Yanğın söndürmə -  tel. 18.
Sürət məhdudiyyətləri: avtostradalarda – 130 km/s, yağışli havada – 110 km/s, magistrallarda – 110 km/s, şosselərdə - 80 və ya 90 km/s, kənd yerlərində - 50 km/s.
Fransada parkovka ilə bağlı çoxlu problemlər var. Parisdə və fransız şəhərlərində gündüz parkovka qadağandır. Ancaq sərnişinləri mindirmək və ya düşürtmək üçün dayanmaq olar. Dayanacaq üçün icazəli yerlər asfaltda punktirli xəttlərlə göstərilir. Parkovkanı ödəmək üçün səkidə xüsusi quraşdırılmış cihazdan talonu götürmək və onu qabaq şüşənin dalına qoymaq lazımdır. Yanlış parkovkaya görə polis cərimə yaza və maşınınızı xüsusi dayanacağa göndərə bilər.
Sükan arxasına əyləşməzdən əvvəl Fransa yol hərəkəti qaydalarını yaxşı bildiyinizə əmin olun.

Şəbəkədə gərginlik: 220V, bəzən 110 V. Özünüzlə Avrorozetka üçün keçirici götürmək məsləhət görülür.


Çay pulu:
Otellərdə, kafe və restoranlarda 12-15% məbləğində çay pulu adətən sizə təqdim olunan hesaba daxil edilir. əgər çay pulunun hesaba daxil edilmədiyini görsəniz, onu özünüz əlavə edin. Teatr və kinoda, adətən sizi yerinizə keçirən  bilet yoxlayan qadına çay pulu vermək lazımdır (biletin qiymətinin 10% məbləğində). Əvvəl 10 frank verirdilər, indi təqribən 2 avro.

Bayramlar:
Bütün banklar, muzeylər, qalereyalar və mağazalar aşağıdakı bayramlar zamanı bağlı olur;
1 yanvar – Yeni il
1 may –  zəhmətkeşlər günü
8 may- qurtuluş günü
12 may – İsa Məsihin yüksəlişi günü
23 may – ruh günü
14 iyul – Bastiliyanın alınması günü
15 avqust – uspeniye
1 noyabr- bütün müqəddəslərin günü
11 noyabr- Rəhmət duası oxunması günü
25 dekabr- milad


Dəyərli məsləhətlər:
-    Saat 21.00-dən sonra telefonla insanı narahat etmək olmaz, işgüzar danışıq üçün ən yaxşısı ofisə zəng edin.
-    Ənənəvi olaraq fransızlarda nahar saat 20.00-də başlayır. Əgər sizi nahara dəvət ediblərsə, deməli sizi məhz bu vaxt gözləyəcəklər. Nahardan sonra desert kimi bir neçə sortda pendir verilir. Pendiri ancaq qırmızı şərabla içmək olar. Hətta kiçik restoranda da desert sifariş edərkən bunu yadda saxlayın.
-    Əgər antibiotiklərə və çox güclü dərmanlara ehtiyacınız varsa, onları özünüzlə götürün. Apteklərdə onları reseptsiz satmaya bilərlər.
-    Geyimə gəldikdə Fransa 100 faizli liberal ölkədir. Hamı istədiyi kimi geyinə bilər.
-    Parisin mərkəzində bir çox xətlərdə metro stansiyaları bir-birinə çox yaxın yerləşir. Hərdən harasa piyada çatmaq, metro ilə çatmaqdan daha tez olur. Bəzi metro xətləri yerin üstündən keçir. Məsələn, 6cı xəttin kifayət qədər böyük hissəsində Eyfel qülləsinə gözəl mənzərə açılır. Əgər imkan varsa, 2 və daha çox xətlərin kəsişdiyi keçidlərdən kənar gəzin. Belə keçidlərdə azmaq çox asandır. Qoca adamlara yer vermək qəbul edilməzdir. Həmçinin qabaqda duran insandan növbəti dayanacaqda düşüb-düşməməsini soruşmayın. Sadəcə narahat etdiyiniz insanlardan üzr istəyərək çıxışa doğru getmək lazımdır.
-    Hər yerdə suvenirlər eynidir; şəhərin mərkəzində, kilsə və muzeylərin, abidələrin yanında- baha, küçələrdə, balaca dükanlarda, bazarlarda – ucuzdur.
-    Fransada geyim və ayaqqabı mağazası seçimi həqiqətən böyükdür.
-    Yayda Mavi Sahilin otelləri daha populyardır. Son vaxtlar turistlərin əksəriyyəti Fransanın əyalətlərinə ( Şampan, Bordo, Provans) səyahət etməyə üstünlük verirlər.


Dağların zirvələrində və vadilərin oazislərində yerləşən fransız əyalətlərinin balaca şəhərcikləri sizin yaddaşınızda silinməz izlər qoyacaq. Gözəl atmosfer, zəngin malikanələr,qədim kilsələr, qala-saraylar, balaca kəndlər və cavan şərablar  - sizə yerdəki cənnət həzzini bəxş edəcək. Bu rəssamlar, artistlər, səyahətçilər ölkəsidir.
Bordo – dünyanın şərabçılıq paytaxtıdır. Əgər qlamur axtarırsınızsa – Kann festivalına baş çəkin. Kannda dəniz təravəti və çəhrayı şərablar kimi təbii əzəmətlilik, təm-təraq var. Burada ən yaxşı mağazalar, restoranlar, kafelər yerləşir. Ən məşhur ətirlərin yarandığı, ətriyyat paytaxtı – Qlassa səfər etmədən buranı tərk etməyin. Mavi sahil, Nitsa, Antib – öz gözəlliyi və gözəl iqlimi ilə heyran edir!


Fransa şəhər və kurortları:

Paris
Paris – dünyanın ən zərif paytaxtıdır, onu bəzən «şəhər- dövlət» də adlandırırlar. Paris həm keçmişin sübutlarını ,həm də yerni dövrün romantizmini saxlamışdır. Burada hər zövqə uyğun əyləncə tapmaq olar – restoranlar, teatrlar, muzeylər, böyük əyləncə parkları və dəbdəbəli mağazalar. Fransanın paytaxtı dünyanın ən iri və əhalisi sıx olan şəhərlərindən sayılır. Şəhərin özündə statistikaya görə 2 milyon nəfər, onun ətraflarında isə  - Böyük Paris adlandırılan yerdə - 10 milyon nəfər yaşayır.
Şəhərin tarixi abidələri; Parisin simvolu - Eyfel qülləsi (La Tour Eiffel), Paris kilsəsi (Notre-Dame de Paris), Luvr muzeyi (Musee de Louvre), Yelisey talaları (Chapms-Elysees), Triumf arkası ( Arc du Triumph), Həmrəylik meydanı (Placeç de la Concorde).
Paris – ölkənin mərkəzi və Londondan sonra Qərbi Avropada ən böyük şəhərdir. Paris – Fransanın inzibati, siyasi və mədəni mərkəzidir. Parisin muzeyləri və heykəlləri bütün dünyada məşhurdur. Bu şəhər tarixlə nəfəs alır. Paris və parislilrlə tanış olmaq üçün ən yaxşısı bulvar və parklarda gəzişin. Şəhər çox kip olduğundan, burada istiqaməti müəyyən etmək çox asandır. Parisi Sağ və Sol sahilə bölən Sena çayının axını ilə istiqamət götürün. Metro ilə şəhərin istənilən nöqtəsinə çata bilərsiniz.
Şəhərin mərkəzi hissəsi – bəndlərin xətti ilə uzanan böyük bulvarlarla əhatə olunmuşdur.Əsasən 14 bənddən ibarətdir. Şəhərin mərkəzindən bir az aralıda yerləşən ,1840- 1845-ci illərdə tikilmiş və 1919-cu ildə sökülmüş sahil istehkamları Periferik bulvarının yerində yerləşirdi.
Əgər Parisə birinci gəlişinizdirsə, şəhəri açıq avtobusla ( batobus) gəzə bilərsiniz. O, şəhərin bütün məşhur rayonlarından keçir. Ya da şəhərdə piyada gəzə və Le Marais və Eyfel qülləsinə qədər gəzə bilərsiniz.


Nitsa
Nitsa Mavi sahilin paytaxtı hesab olunur. Fransız rivyerasının şən çox səyahət edilən şəhəri – Nitsa - şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir.
Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtaliyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 m.-ə çatır.
Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).Şəhər küləklərdən təpəliklərlə qorunur; qərbdən Esserel massivi, şimal-qərbdən merkantur silsiləsi ilə. Fevralın ortalarında fransanın digər şəhərlərində soyuqlar olduqda burada futbolka ilə açıq havada  nahar etmək olar.
B. eranın V əsrində əsası qoyulan Nitsa əsrlər boyu əldən-ələ keçmişdir; eranın əvvəllərində yunanlardan romalılara,XIV əsrin sonunda Provansal knyazlığından Savoy evinin protektoratına, XIX əsrin əvvəlində fransadan Pyemont və Sardiniyaya. Nəhayət, 1860-cı ildə xalq səsverməsindən sonra Fransaya birləşdirilmişdir.
Şəhərin saraylarında 18 muzey yerləşir ki, bunların da hər biri ayrı-ayrılıqda memarlıq şedevrləridir. Onların arasında XVII əsrdə tikilmiş Laskari sarayı və Matis kimi müasir rəssamlarının qiymətsiz kolleksiyalarına malik olan Müasir İncəsənət muzeyini göstərmək olar.
Nitsa qədim yunan Nikeyasının yerində yerləşir.
Nitsada keçirilən məşhur «Karnaval», caz festivalı kimi çoxsaylı festivallar onu dünyanın qabaqcıl kurortlarından birinə çevirmişdir.


Kann
Dünyanın heç bir şəhəri Kann kimi dəniz sahilləri və meşəli dağ yamaclarının harmoniyasına, gözəl iqlim və minlərlə aromatlarla zəngin havaya malik olması ilə fəxr edə bilməz.
Bu torpaqlarda romalılar məskunlaşmışlar, Napoleon Elba adasına gələrkən ona valeh olmuşdur. Bu yerlərin gözəlliyinə, yerli sakinlərin qonaqpərvərliyinə və məşhur «buyabes» balıq supuna heyran olmuş İngiltərə kansleri Lord Brouhem Kannda əzəmətli iqamətgah tikdirmişdir. Məşhur ulduzlar və çoxsaylı şahzadələr Festivallar şəhərinin çoxdankı qonaqlarına çevriliblər. Onları saymaqla qurtarmaz; Çarli Çaplin, Tristan Bernar, marlen Ditrix, Moris Şevalye, Sofi Loren, Bart Lankaster, Katrin Denyev və şahzadə Diana.
Balaca səliqəli otellərlə bərabər möhtəşəm saraylar da hər zövqə uyğun xidmətlər təklif edirlər. Tipik Aralıq dənizi yeməklərindən (buyabes, ayoli, ratatuy) dadın, məşhur yerli sarımsağı  və regionun qara mirvarisini - zeytunu dequstasiya edin.
1946-cı ilin sentyabrında ilk beynəlxalq festival burada öz qapılarını qonaqların üzünə açmışdır. Yarandığı ilk ildən etibarən o böyük uğur əldə etdi, fransız aktrisası Mişel Morqan ifaçılıq məharətinə görə  priz aldı. Hər ilin yazında  Festival sarayı qarşısında qırmızı xalça ilin ən məşhur 24 pilləkənini örtür və saray dünyanın ən məşhur insanlarını qəbul edir. Bu proseslə həzz almaq, və kumirlərini öz gözləri ilə görmək istəyənlər hər il bu vaxt Kanna gəlirlər.
Festival zamanı 10 minlərlə pərəstişkar sarayın pilləkənləri yanında məşhur kino ulduzlarını görmək üçn toplaşırlar.
İlin başqa vaxtalarında şəhərdə konsertlər, sərgilər, festivallar, rəqs müsabiqələri, idman yarışları keçirilir.


Monako
Monako knyazlığı – Fransanın cənub-şərqində yerləşən balaca müstəqil dövlətdir. Bütün Monako knyazlığını və Mavi sahili Okeanoqraf muzeyinin meydançasından görmək olar. Muzey 100 il əvvəl yaranmışdır. Son illərdə ona Jan İv Kusto rəhbərlik etmişdir. Burada sualtı həyatın təbii həyatı canlandırılmışdır. Burada yerləşən Avropanın ən iri akvariumu xüsusi maraq doğurur.  Onunn  sakinlərinə su birbaşa dənizdən ayrı-ayrı rezervuarlara verilir. Burada akulalar, meduzalar, balıqlar,krablar yaşayırlar.
İlin 300 günəşli günü, ionla və aktiv elementlərlə zəngin su – bütün bunlar Monte-Karloya ən yaxşı termo və palçıq müalicəxanalarından biri olmağa kömək etmişdir.
Monakonun 20 otelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür. Monako knyazlığı öz qonaqlarını 7 əsrlik zəngin qəhrəmanlıq hadisələri ilə dolu Qrimaldi ailəsinin tarixi ilə tanış edir. Köhnə şəhər üzərində ucalan knyaz sarayı öz memarlığı və hər gün düz günorta baş verən gözətçi dəyişikliyi ilə məşhudur. Sarayın ətraflarında isə digər görməli yerlər var; qeyri-adi akvariuma malik Okeanoqraf muzeyi, həmişə yaşıl Ekzotik bitkilər bağı, Monte-Karlo kazinosu, Dəniz muzeyi, kino muzeyi, Monako knyazının köhnə avtomobillər kolleksiyası ekspozisiyası və s.
Monako incəsənətlə yaşayır. Burada hər il müxtəlif sərgilər, solo və filarmonik konsertlər keçirilir, dünyanın mxtəlif yerlərindən gəlmiş məşhur opera müğənniləri və balet truppaları çıxış edirlər.
 Monako burada keçirilən idman hadisələri ilə də tanınmışdır;  məşhur Formula 1 Qran-Pri yarışları,tennis üzrə bütün dünyada məşhur «Open» turniri,at yarışları, yaxta yarışları, müxtəlif yarışlar və çempionatlar. Aktiv istirahət həvəskarları; su xizəyi və motosikl, yelkən qayıqları və vindserfinq ilə də məşğul ola bilərlər.
Məşhur Kantri-Klubun tennis kortları və dəniz səviyyəsindən 1890 m hündürlükdə yerləşən qolf meydançası ilin fəslindən asılı olmayaraq hamı üçün açıqdır.  
Monakoda Knyaz sarayı çoxəsrlik adət-ənənənin mühafizəkarıdır. Saray 1215-ci ildə genuya qalasının yerində tikilmişdir. Sarayın qabaq hissəsini tutan, XVI əsr genuya rəssamlarının əsərlərindən ibarət italyan qalereyası, Lüdovik XV qonaq otağı öz gözəlliyi ilə seçilir. Qışda qara, yayda ağ parad formasına malik karabiner gözətçilərinin növbə dəyişməsi hər gün saat 11:55-də təntənəli surətdə həyata keçirilir.


Disneylend
Uşaq fantaziyaları dünyasının reallığa çevrildiyi nəhəng əfsanəvi Disney ölkəsidir. Avropa Disneylendi Parisdən 32 km ( və ya 45 dəqiqəlik məsafədə) yerləşir və Kaliforniya Disneylendinin eynidir.
Park il boyu açıq olur. Yayda, iyul və avqustda iş rejimi 9.00-23.00, digər aylarda 10.00-18.00.
Bilet park ərazisində yerləşən bütün attraksionlarda etibarlıdır. 1günlük, 2 günlük və ya 3 günlük bilet əldə etmək olar. 3-11 yaşlı uşaqlara güzəştlər mövcuddur.  1günlük əldə edilən biletlər 1 il ərzində etibarlıdır, və ilin istədiyiniz gününü burada keçirə bilərsiniz.
 Valehedici attraksionlar, cizgi filmlərinin qəhrəmanları, rəngarəng tamaşalar....
Öz ailənizlə heç olmazsa 1 gün nağılda yaşayın! əgər nağılla beləç tez vidalaşmaq istəmirsinizsəç parkın ərasizində yerləşən otellərdən birində məskunlaşa bilərsiniz.
Disneylenddə otellər; Disneylend yaxınlığında 7 otel yerləşir. Bundan başqa burada 8 restoran, şeyk-bar, suvenir ticarət mərkəzi, diskoteka, şou-vestern «Buffalo Bill`s Wild West Show», kinoteatrlar yerləşir. Otellərdə park arasında pulsuz avtobus işləyir.


Disneylendin əsas tematik parkları;
"Main street U.S.A" – 5 attraksion, 15 mağaza, 2 restoran (menü ilə) və 8 restorandan (isveç stolu) ibarətdir. Qonaqlar Disneylendə girən kimi XIX-XX əsrlər Amerika həyatına düşürlər. Burada Uolt Disney qəhrəmanları gəzir və rəngarəng paradlar keçirilir. Burada Disneylend dəmir yolunun «Main street» stansiyası yerləşir.
Hər gün saat 15.00-da əsas küçədə Ələddin, su pərisi və digər sevimli qəhrəmanların iştirak etdikləri qrand-parad keçirilir. Gün feyerverklə bitir.

 "Frontierland" – sərhəd torpağı, vestern dünyasıdır. Kabuslar malikanəsindəki ruhlar, Böyük Gurultulu dağa gəzinti..... yeri gəlmişkən,malikanəyə əsəbi və həssas uşaqları gətirmək məsləhət deyil. Burada 10 attraksion və balaca zoopark yerləşir. Böyüklər kovboy şlyapası və şerif qalstyuku alaraq əylənə bilərlər: tirdə güllə ata, qayıqla, kanoyla və ya uzaq başı mark Tvenin dövründən qalmış paroxodla gəzintiyə çıxa bilərlər. sonra isə kovboy restoranında «barbekü» yeyə və ya «Laki Naqqet» salonunda kankana baxa bilərlər. bu zaman balacaları hindli kəndi – Pokaxontasda qoymaq olar.
Burada həmçinin 2 teatr, 2 restoran (menü ilə) və 3 restoran (isveç stolu) yerləşir. Buradaç siz Amerika kovboylarına qoşulacaqsınız, özünüzü qızıl axtaranlar kimi hiss edəcəksiniz. «Chapparal» teatrında Tarzan və Mikki Mausun tamaşalarına baxacaqsınız.
Attraksionlar; «böyük dağ», «hindli kəndi».



"Adventureland" – macəralar ölkəsidir. Burada sizi «İndiana Cons» adlı əsl amerikan macəraları gözləyir; tərk edilmiş şəhər,  vəhşi qərb, hindlilər, mistika və qədim qəhrəmanlar. Attraksionu «İndiana» və «Ulduz müharibələri»nin müəllifi Corc Lukas fikirləşmişdir. İndiana ilə qonşuluqda Robinzon Kruzonun evi yerləşir. Onun evi adanın ortasında , yekə ağacın üstündə tikilmişdir.
Burada 6 attraksion, 4 mağaza, 1 restoran ( menü ilə) və 5 restoran (isveç stolu) yerləşir . İndiana cons dünyasına səyahət edin! Burada şəlalələri ötərək piratların hücumlarını dəf etməli olacaqsınız. Bundan sonra isə bütün macəralar 360 dərəcəli  amerikan təpələrində başlanır.
Attraksionlar; «karib piratları», «macəralar adası», «İsveçrə ailəsi Robinsonun ağacda evi», «kapitanç Krükün qalereyası».


 "Fantasyland" -  fantaziyalar ölkəsidir. Yatmış gözəlin sarayı yaxınlığında odpüskürən əjdaha yaşayır. Bu uşaqları qorxuda bilər. «Ağca qız və 7 cırtdan» şousu da təhlükəsiz deyil, belə ki Qara meşədə qorxulu cadugər qadınla görüşü təklif edir. Lakin Pinokkioda qorxulu heç nə yoxdur. Pinokio Lanselot karuseli yaxınlığında yaşayır. Digər sakin Piter Pendir. Bu oğlanı səyahət edərkən geyiminizi qorumalı olacaqsınız, London üzərində pirat  qaleonunda  uçuşu heç dəç sakit gəzinti adlandırmaq olmaz.
Burada 13 attraksion, 1 teatr, 7 mağaza, 1 restoran (menü ilə) və 6 restoran     (isveç stolu) yerləşir.
Siz Piter Pen dünyası «Never Land»-ə düçəcəksiniz! Dambo fili və Piter Penin özü ilə uça bilərsiniz.
Attraksionlar; Vinni Pux və onun dostları ,»Piter Pen», «rıtsar Lanselot», «Pinokkionun fantastik macəraları».


"Discoveryland" – ixtiralar dünyasıdır. Burada ən yaxşı kompüter oyunları, ən yaxşı video filmlər və ən yaxşı attraksionlar cəmləşib. «Vizionarium»da – Jül Vernin zaman maşını ilə, «Nautilusun misteriyası»nda – kapitan Nemonun submarini ilə, «Kosmik dağda» isə - topdan Aya səyahət edəcəksiniz.
İxtiralar dünyasında mövsümün xiti – Maykl Ceksonun baş rolda olduğu «kapitan İO» stereo- qoloqrafiya filmidir. «Gözəl və çirkin» şousunu isə Videopolisdə nahar edərkən görə bilərsiniz. «Notrdam qozbeli» çoxmeetrajlı cizgi filmi isə Disneylendin süjetləri ilə əks olunmuşdur. Parkda Esmiralda, Kvazimodo və digərləri yaşayır və paradlarda iştirak edirlər.
Burada 9 attraksion, 1 teatr, 2 mağaza, 2 restoran (isveç stolu) yerləşir. Qalaktikalararası macəraya hazır olun! «Mulan haqqında əfsanə» şou-proqramında Çin akrobatlarının orijinal, heyranedici bacarıqlarına tamaşa edəcəksiniz.
Attraksionlar; «Kosmik dağ», «Yerdən Aya», «Ulduz turu».

Azərbaycanda Fransa səfirliyi
Rasul Rza küç. 7
AZ 1001 Bakı
Tel: 493 12 86
Fax: 498 92 53

Fransada Azərbaycan səfirliyi
209, Rue De l`Universite
75007 Paris
Tel: (331) 441 86020/22/23
Fax: (331) 441 86025

Yazar: Bütün Dünya.... | Əlavə edən: admin (2008-01-26) | Müəllif: xancan
Baxış sayı: 1316 | Şərhlər: 1 | Reytinq: 0.0/0
Cəmi Şərh: 1
2009-07-26
1. FERID (FERID) [Giriş ]

en boyuk arzum parisi gormekdi cry


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!