Hazırcavablıq və ya davranışımızdakı qüsurlar! I-hissə - romeo83 <!--%IFTH1%0%-->- <!--%IFEN1%0%--> - - soz6.com
http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2016-12-11, 17.53MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » romeo83

Hazırcavablıq və ya davranışımızdakı qüsurlar! I-hissə
Hazırcavablıq və ya Davranişimizdakı qüsurlar. I-hissə
 
 
 
Zamanımızda gənclərimiz arasında ən “vacib” olan xüsusiyyətlərdən biri-hazırcavab olmaq,necə deyərlər “söz altda qalmamaq”-dır.nə edirsən et “tutarlı” cavab verərək özünü ondan üstün göstərməlisən. Bir sözlə hazırcavab olmalısan.Deyəcəyin sözün qarşındakına necə təsir edəcəyinin əhəmiyyəti yoxdu.Əsas odu ki ondan savadlı,dünya görşlü olduqunu,omdam çox bildiyini göstərəsən.
Əlbətdə zaman-zaman dahilər filosoflar öz hazırcavablıqları ilə fərqləniblər.
Məsələn:
İbrahim Paşa bir gün şair Nadimdən -Dünyanın ən böyük fatehi kimdir?-soruşur:
Nadim cavab verir: - Kim ən çox könül fəth etmişsə odur.
Başqa bir misal:
Əbdülhəq Hamidin evindəki bir məclisdə söhbət gənclik və qocalıqadan düşür.Söhbət əsnasında yaşı keçmiş bir nəfər üzünü şairə tutub: -Ancaq ürək qocalmır!-deyir:
Əbdülhəq Hamid isə belə cavab verir. -doğrurdur ürək qocalmır,ancaq qocalmış bir bədəndə də qalmaq istəmir.
 Bu cür misalların sayını artırmaq olar.Ama mənimm dediyim başqa bir çeydi.Özünü qarşındakından üstün göstərmək üçün edilən hazırcavablıqlar.
Bəlkə də lazımi məqamda nadana öz nadanlıqını göstərmək üçün lazımdı bu...nə isə çox uzatmayım.nəzərdə tutduğum “hazırcavablar” haqda bir iki misal.
1.Qəliz bir cümlə işlədir. -Anlamadım. -Anlasaydın şaşırardım zaten
2.-sənə cavab verməkçün sənin səviyyənə enmək lazımdır. -çox düz buyurursan.hələ mənim səviyyəmə çatmağına çox var.
3.-başa düşmədim - başa düşməkçün baş lazımdı....
Nə isə uzatmayım Yəqin bildiz söhbət nədən gedir. Məncə aşağıdakı məqalədə hər şey daha aydın yazılıb.
 
Sözü zarafatla deyirlər...
Sümeyra Irmak Marketdən aldığım əşyaları torbalara doldururdum. Orada işləyən qızlı-oğlanlı bir dəstə də söhbət edirdilər. Qızlardan biri rəfiqəsinə yanındakı oğlanı göstərib “Nişanlındır?” - deyə soruşdu. O biri qız da qəhqəhə ilə gülüb: “Yox aaaz! Mən meymunla nişanlanaram heç!” - deyə cavab verdi. Doğrusu, bu sözlərdən dəhşətə gəldim. Başımı qaldırıb oğlanın üzünə baxanda isə daha da pis oldum. O da ünvanına deyilən bu sözlərdən yaman pərt olmuş, yerindəcə donub qalmışdı... Mən qapıdan çıxanda qız etdiyi səhvi düzəltmək istəyirmiş kimi oğlana: “Xətrinə dəyməsin eee! Zarafat eləyirəm”, - deyəndə ürəyimdə “üzru qəbahətindən böyük” deməkdən özümü saxlaya bilmədim... Zarafat edirmiş!.. Bunun harası zarafatdır? Zarafat sözünün hərfi mənasında belə bir zəriflik olduğu halda, belə kobud, təhqir dolu sözlər necə olub ki, bizim kimi nəcib bir millətin dilinə zarafat adı ilə girib. Yoxsa, bizim zarafat anlayışımız dəyişib? Gülmək, güldürmək məntiqimiz korşalıb? Bir insana, bağışlayın, heyvan adı yaraşdırmağın, ürəyini sındıran, şəxsiyyətini təhqir edən sözlər ünvanlamağın harası zarafatdır?..
Bu gəncləri də günahlandıra bilmədim, çünki gör-götür dünyasıdır və onlar da ətraflarından belə görüblər. Televizoru açırsınız, mənəviyyatımıza zərbə vuran serialların biri qurtarıb o biri başlayır. Elə bil xüsusilə hazırlanıbmış kimi, hər biri bir mənəvi dəyərimizi gərəksiz göstərməyə çalışırlar. Zərbəyə məruz qalan dəyərlərimizdən biri də sözdən istifadə etmək qabiliyyətimizdir. Hər iki sözdən bir qəhqəhə çəkib gülən, hər şeyi, gülməli olsun və ya olmasın, zarafat mövzusuna çevirən riyakar xarakterlər bizi də özlərinə bənzədirlər yavaş-yavaş. Çünki qarşısındakını pərt edə biləcək söz deyə bilmək bir “üstünlük” sayılır artıq... Sonra bu ulduz seçməyə çalışan proqramlardakı münsiflər heyətinə də təəccüb edirəm. İstisnasız olaraq hər kanalda ulduz seçirlər.
Bura gələn gənclər hərəsi bir ümidlə qabiliyyətlərini nümayiş etdirmək, keçirilən bu müsabiqədə qalib gəlmək istəyirlər. Onları qiymətləndirən tanınmış adamlar isə onlara qiymət verərkən elə sözlərdən istifadə edirlər ki, adamın inanmağı gəlmir. Əslində buna qiymət yox, elə təhqir demək olar... Axı bu necə münsiflikdir, bu necə insafdır? O gənclər bu qədər təhqiri bu qədər millətin qarşısında “həzm edərək” necə ulduz olacaqlar? Yazıq deyilmi? Gənclərin şəxsiyyətini millətin sizə hörmətlə təqdim etdiyi o yüksək mərtəbədən təhqir etmək sizə yaraşarmı? Sonra bu kanallara baxan xaricilər ziyalı insanlarımızın gənclərimizə necə “tərbiyə” verdiyini görüb təəccüblənməzlərmi? Ən əsası isə ustadlarınız sizə beləmi davrandı?.. Bir insanın hamının gözü qarşısında belə rahat-rahat təhqir edilməsini, ən yumşaq ifadə ilə insan hüquqlarına zidd hesab edirəm. Belə proqramlara baxa-baxa biz də təhqir edən “zarafatcıllara” çevrilirik. Öz aləmimizdə hazırcavablıq edrirk, zəkamızın itiliyini göstərib insanların gülüşünə səbəb oluruq. Ancaq əslində başqasını komik vəziyyətə salırıq. Hətta “Bizimlə belə davransaydılar, xoşumuza gələrdimi?” deyə düşünmürük. İnsanlara lağa qoymaq, şikəstlikləri ilə və ya fiziki qüsurları ilə istehza etmək nə insanlığımıza yaraşar, nə də mənəviyyatımıza... Zarafatın da estetik bir tərəfi olmalıdır. Həm hadisələrdəki ziddiyyətləri ifadə etməli, həm də ağıllı bir təfəkkürün məhsulu olmalıdır. Üstəlik, mənasız sual verən insanları tərbiyə etməlidir... Məsələn, əlinizdə zibil torbası gedirsiniz. Biri sizdən: “Zibil atmağa gedirsən?” - deyə soruşur. Siz də o insana: “Yox, darıxdılar, hava alıb qayıdacağıq”, - deyə cavab verirsiniz. Bu artıq zarafatdır. O insan bu cavabdan həm ibrət götürəcək, həm də bir daha belə mənasız suallar verməyə cəsarət etməyəcək... Hər şeydə ölçü olduğu kimi insanlarla zarafatda da bir ölçü olmalıdır. Bunun “tərəzisi” isə, “Bu zarafatı mənə etsəydilər, xoşuma gələrdi mi?” - sulaının cavabıdır. Necə deyərlər, hörmət görmək üçün yeganə yol hörmət etməkdir. İnsanlara nə qədər qiymət veririksə, bizim də qiymətimiz o qədərdir...
 Şəfqət və mərhəmətdə günəş kimi ol,
Qüsurları örtməkdə günəş kimi ol,
Dostluq və qardaşlıqda axar su kimi ol,
Təvazdə torpaq kimi ol
Hiddət və qəzəbdə ülü kimi ol,
Hər nə olursan ol,
ya olduğun kimi görün ya da göründüyün kimi ol!
romeo 83


Source: http://qeribler.com/forum/111-3525-1
Yazar: romeo83 | Əlavə edən: mehriban-p (2009-08-24) | Müəllif: romeo83
Baxış sayı: 376 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!