http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-03-29, 19.15MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Ajka Bayramova

Yenədə kiminsə kölgəsində hereket edeceyik....
Vaxt var idi belə bir yarışmanın olmasından belə bixəbər idik. İlk dəfə bu yarişma ilə Sertap Erener birincilik əldə etdiyi gündən tanış olduq. Ondan sonra dəbə düşdü. Uşaqdan böyüyə kimi hamı eurovisionla yatıb, eurovisionla qalxmağa başladı. Hələ bu yarışmaya maşallah dörd beş adda qoymuşuq. Kim necə bacarır elədə tələffüz edir. Son beş altı il idiki hər il yarışmayi dördgözlə gözləyirdik, gecə üçə dördə kimi yuxumuza haram qatıb nəticələrə baxırdıq türkiyəyə pərəstişkarləq edirdik. Nəhayət ki keçən il şeytanın ayağını qırıb bizdə yarışmaya qatıla bildik. Adamın Allahı var yaxşıda hazırlaşmışdılar. Mahnı, geyimlər, idea, ifaçıların səs imkanları, xarici görünüşləri hər şey bir- birini tamamlayırdı. İlk dəfə üçün hər şey yaxşi idi. Hələ mənim ən çox xoşuma gələn muğam hissəsi olduqdan sonra şər qüvvənin mehv olması ideası idi. Bizim musiqinin ön plana çıxıb diqqət çəkməsini təmin etmişdilər. Nəysə köhnə yarışmadan bu qeder besdi bir azda yenisindən danışım. Bu il bizi Rusiyada 1989 - cu il aprelin 25 -də ziyalı ailəsində anadan olmuş Aysel Teymurzadə təmsil edəcək.Lap yaxşı. Tebrik edirem onuda. Uğurlar olsun. Görünüşü yaxşıdı, səsini isə eşitmə şansim hələ olmayib. Deyirlər "Yeni ulduz" yarışmasındandı. Yarışmaya baxmadığımçün sesini eşitməmişəm.
Bu yeni ulduz da inkubator kimi müğənni istehsal edir. Biri beşinə, beşidə birinə dəyməyən gəncləri efirə çıxardır sonrada toylara transfer edir. Əməlli gərgin iş rejimidi onlarınkıda. Buna baxmayaraq dayanmadan işləyirlər söz veriblər hər kəs əlinə mikrafon alib oxumayanacan millətdən əl çəkən deyillər.
Bura kimi hər şey normal idi. Oturub Ayselin oxuyacağı mahnını gözləyirdikki, birdən hər tərəfə xəbər saldilarki artiq mahnını seçiblər. Mahnınıda kim yazsa yaxşıdı Araş. Eşidəndə bir anliq qulaqlarıma inana bilmədim. Axı nə gəlib bizim bəstəkarlarımızakı biz müsabiqədə Azırbaycanı xarici müğənninin (diqqət yetirin heç bəstəkarda deyil) mahnısı ilə təmsil edirik. Bu dərəcəmi acınacaqlı günə qalmışıq? O qədər bəstəkar arasında heç olmasa biridə olsun bir mahnı çıxardanmadımıkı ortalığa? Azərbaycanı Araşın yazdığı (hələ eşitməsəmdə indidən təxmin edirem necə olacaq onun onsuzda bütün mahnıları bir – birinə oxşayir ) ərəb - fars ritmləri ilə zəngin bir mahni ilə təmsil etməkdənsə etməmək yaxşıdı. Hələ bu azmış kimi Araş Aysellə duetdə oxuyacaqmış. Gör nə günə qalmışıq, nə yollara əl atırıq nə var nə var 3 - 5 səs Araşın şotuna artıq yığacağıq. Ayselidə onun kölgəsində fırlanmaq üçün göndərirlər yeqinki...
Bu ilki müsabiqədən artiq ümidimi üzmüşəm yaxşı yer tutsaq belə bu bizim uğurumuz olmayacaq. Heç kim Azərbaycanı təmsil edən Ayseli tanımayacaq. Bütün xarici radiolarda mahnı Araşın adı ilə gedəcək heç onda Azərbaycan yadada düşməyəcək. Həm Araşın oxuduğu bir birinə bənzər mahnılar çoxdan dəbdən düşüb. Avropa artıq çoxdandırkı rocka qulaq asir ərəb - fars ritmlərinə deyil ay bizim juridə oturan çoxbilmişlər!

P.S. Eşitdim bu il Eurovision rəqs müsabiqəsi Azərbaycanda olacaq. Xeyirdimi??? Biz axı birinci olmamışdıq mən bilən beşinci olmuşduq. Yoxsa o dərəcəmi önəmsiz yarışmadıkı kimsə ev sahibliyi etmək istəməyib bizim ümidimizə qalıb...?

Yazar: Ajka Bayramova | Əlavə edən: Ajka (2009-02-21) | Müəllif: Ajka Bayramova
Baxış sayı: 705 | Şərhlər: 2 | Reytinq: 5.0/1
Cəmi Şərh: 2
2009-03-22
2. gulnar (clumsy) [Giriş ]

deyəcəm yaxşıdı heç olmasa azərbaycanın adı çəkiləcək durub xəritədəki yerinə baxanlar olacaq amma çox optimistcə olur sad eh nəysə... ayseli bakvokal aparsaydılar daha yaxşıyıdı...

2009-03-04
1. Ali (Atabey) [Giriş ]

angry Siz Azerbaycanlisiz?


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!