http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-04-25, 15.10MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Ajka Bayramova

Azərbaycan böyük vətəndaşini itirdi....
Bextiyar Vahabzade – bu ad hamiya doğmadi. Men eminemki her bir azerbaycan vetendaşi en azi onun bir bend şerini ezber bilir. Onun şeirlerinde her bir insan özünü tapir. Böyük şair idi. Milletimizin başi sag olsun... Onun haqda nese yazmaq menim üçün çox çetindi. O yazilara siğmayacaq derece böyük şexsiyyet idi. Dünen dünyasini deyişdiyini eşidende çox pis oldum, hetda özümden asili olmayaraq ağladimda... Ve dünün özüme subut etdimki insanin birisi üçün ürekden aglamasi üçün onunla qohum, taniş olmasi esas şert deyilmiş.

Bextiyar müellim 1925 – ci ilde Şekide dünyaya göz açdi. Sonra ailesi ile birlikde Bakiya köçdüler. Tehsilini Bakida davam etdirdi. Baki Dövlet universitetinin filalogiya fakultesini qebul oldu. 50 ile yaxin ise hemin universitetde ders dedi. 1985 – ci ilde xalq şairi adini aldi. 1995 – ci ilde ise milli azadliq mübarizesinde xüsusi xidmetlerine göre “İstiqlal” ordeni ile teltif olundu. Eslinde Bextiyar müellimin qiymetini xalq vermişdi bu ordenler olmasada olardi. O xalqin şairi idi. Bütün ömrü boyu xalqi üçün yaşadi ve yaratdi. Onun butun misralarinda xalq sevgisi var. Xalqini sevdiyi üçün onlarin derdlerini, problemlerini şeirlerinde canlandirdi. Bezen tenqit bele etdi öz xalqini bunun hamisi xalqina olan sevgi ve hörmetden ireli gelirdi. Edebiyyatimizda onun xüsusi yeri var. Kimse onun yerini dolduramaz. Özü - biz Semed Vurğun şeirlerinden behrelendik onu davam etdirdik desede mence bu mövzuda çox tevezökar davranmişdi. Onun öz desti xetti vardi. Hetda o özü özlüyünde bir mektebdi...

Yaşamaq yanmaqdir yanasan gerek

Şaminda menasi yanmağindadir

Şam eger yanmirsa yaşamir demek

Onunda heyati yanmağindadi – deyen şair bütün ömrü boyü içinden belkede asta asta yanirdi. Deye bilmediyi sözler onun içini yandirirdi. Yazmasaydi bağri çatlayirdi, yazandada bağrini çatlada bilerdiler... Amma yenede o yazdi! Bacardiği qeder açiq yazmağa çalişdi baxmayaraqki setr alti menalardanda çox istifade edirdi. Ancaq o buna mecbur idi... Yenede böyük üreyi var idiki o dövrde “Gülüstan” poemasini yazdi...

Kağıza hevesle o da qol atdı,

Dodağı altından gülümseyerek.

Bir qelem esrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tek.

Öz sivri ucuyla bu lelek qelem

Deldi sinesini Azerbaycanın.

Başını qaldırdı,

Ancaq dembedem

Kesdiler sesini Azerbaycanın.

O güldü kağıza qol çeken zaman,

Qıydı üreklerin hicran sesine.

O güldü haqq üçün daim çarpışan

Bir xalqın tarixi faciesine.

Eyleşib kenarda topsaqqal ağa,

Herden mütercime suallar verir.

Çevrilir gah sola, baxır gah sağa,

Başını yelledib tesbeh çevirir.

Qoyulan şertlere razıyıq deye,

Terefler qol çekdi müahideye...

Terefler kim idi? Her ikisi yad!

Yadlarmı edecek bu xalqa imdad?!

Milletini xalqini her zaman düşünen şair xalqindanda bezen gileylenirdi. Gileyindede haqli idi…

Niyə bu günə düşdün

Ay mənim məmləkətim?

Özümə düşmən olub

Aşıb-daşan sərvətim.

Bir vaxt sən də xan idin,

Vaxta hökmüran idin,

Dövlətlər quran idin,

İndi sənə nə nə oldu,

A qullaşan millətim?

Savaş hünərləriylə,

Qəhrəman ərləriylə,

Böyük zəfərləriylə

Nağıllaşan millətim.

Dəmir qıran dişiylə,

İgidlik vərdişiylə,

Öz şanlı keçmişiylə

«Sağollaşan» millətim.

Bu xalqın öz övladı

Öz-özünü ovladı.
Səbrini buxovladı

Səbri daşan millətim.

İstəyirəm çaşmaya,

Dərdiylə yollaşmaya,

Bir daha qullaşmaya

Xan oğlu xan millətim.

Bextiyar müellim her terefli şair idi. Onun çox gözel sevgi şeirleride var.

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı deyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım; ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Ümumiyyetle Bextiyar Vahabzade ele bir şair idiki ( onun haqqinda keçmişde danişmaq çox çetindi) her bir mövzuya müraciet etmişdi. Ancaq onun poeziyasinin esas ana xetti xalqa, vetenine olan sevgisi idi. Xalqini düşünen şair memurlara üz tutub bele bir şeir yazdi:

Sizin yediyiniz milletin haqqı,

İlişib qalmadı boğazınızda.

Yeyin tısqırınca, yeyin ölünce,

Bu millet eriyib çöpe dönünce.

Tamahın dibi yox... Dağıdın, sökün,

Hele yerinizde cağbacağsınız.

Göyden Allah baxır, gelecek bir gün,

Yediyiniz qeder qusacaqsınız.

Eslinde insanir üreyinden bütün şeirlerini bura yazmaq keçir çünki hamisi bir birinden mükemmel yazilmiş şeirlerdiler. Heç birini digerinden ayirmaq olmur. Amma ne edesenki bu mümkün deyil. Bextiyar Vahabzade dastanlara bele sigmadiği halda menim bu yazima nece siğsin?

Bextiyar müellim bugün 50 il ders dediyi universitetde sevenleri ile vidalaşdi. Sonra ise fexri xiyabanda torpağa tapşirildi. Yeri cennetlik olsun. İnşallah torpağinda bextiyar yata biler. Nedense ölümü ona heç yaraşdira bilmirem. Göresen bu ayriliq neden oldu bextiyar müellim? Heçmi möhlet istemediniz Ezrailden? Belkede yazacağiniz hele çox şey var idi... Bu millet sizi heç vaxt unutmayacaq. Milletin ureyinde, düşümcesinde, fikrinde yaşayacaqsiniz ebedi olaraq. Allah size rehmet elesin!!!

P.S. Her defe özümü pis hiss edende, nese problemim olanda Bextiyar müellimin bu şeirini xatirlayiram ve özümde güc tapiram. Çox sağ olsunki bele misralar yaradib:

Yaz aylari çağildayan selmisen?

Sen heyati oyuncaqmi bilmisen?

Heyat seni güldürende gülmüsen,

Hünerin var ağladanda gül görüm...

Yazar: Ajka Bayramova | Əlavə edən: Ajka (2009-02-16) | Müəllif: Ajka Bayramova
Baxış sayı: 1416 | Reytinq: 5.0/1
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!