http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-19, 11.00MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » Work And Travel

Ürek sozleri

Ürək sözləri

Amerikanı kəşf, səyahət eləmək adıyla Work and Travel proqramına qatıldım. İlk növbədə diqqətimi çəkən qısa müddətdə Amerikanı gəzmək, çox əhəmiyyətli olan ingilis dilini öyrənmək, bütün dünyanın diqqət mərkəzində olan bu nəhəng dövlətin insanlarının mədəniyyətlərini görmək idi. Əlbəttə ki, iş təcrübəsi əldə etmək, pul qazanmaq da əhəmiyyətli idi. Sadəcə bu bir həyat təcrübəsidir mənim üçün. Bu həvəslə Amerikaya getdim. Amma həyat hər zaman maraqlı hadisələrlə dolu oldugu kimi mənim bu səyahətim də maraqlı hadisələrlə bitdi. Onu tam səmimiyyətimlə deyə bilərəm ki, bu proqrama qatılan heç kim heç nə itirmir. Vaxtınız boş keçmir. İngilis diliniz inkişaf edir. Dünyanın hər ölkəsindən tələbələrlə tanış olursunuz, iş təcrübəsi qazanırsınız, Amerikanı gəzirsiniz, gələndə də istəsəniz cibi dolu gəlirsiniz. Amma gedəndə mümkün qədər özünüzlə yemək aparın. Vallah bir köpüklük yeməkləri yoxdur.

İsgəndərov Elmin – Azərbaycan Dövlət İqtisad Universiteti




Mən Azərbaycan Dövlət İqtisad Universiteti BİM fakultəsinin 3cü kurs tələbəsiyəm. 2007-ci ilin yay mövsümündə Work and Travel proqramının köməyi ilə Virginia ştatında oldum. Burada məni işlə təmin etdilər. Mən bu proqramdan çox razı qaldım. Çünki ilk növbədə həmişə xəyal etdiyim Amerikanı gördüm və kifayət qədər gəzdim. Proqrama sərf etdiyim pulu qazandım. İkinci iş tapmaqda heç bir problemim olmadı. Bir sözlə Work and Travel proqramının mənə çox köməyi oldu, ingilis dilim inkişaf etdi, dünya görüşüm artdı, qərb mədəniyyəti ilə tanış oldum ,iş təcrübəsi qazandım və s.

Kərimov Rəşad - Azərbaycan Dövlət İqtisad Universiteti




Work and Travel proqramında iştirak etməklə həm pul qazana, həm də səyahət edə bilərsiniz. Həyatımın ən gözəl macəralı anlarını Amerikada yaşadım. Orda Amerika mədəniyyəti ilə yanaşı dünyanın dörd bir tərəfindən gələn insanlarla və onların mədəniyyəti ilə tanış oldum. İmkanı olan hər kəsə oraya getməyi məsləhət görürəm. Mənim oraya getməyimə görə AZUS firmasına xüsusi minnətdarlığımı bildirirəm.

Novruzov Pərvin – Bakı Dövlət Universiteti




Work and Travel uşaqlıqdan bəri bəslədiyim xəyalları həyata keçirən bir proqramdır. Bu proqramdan qazandıqlarımın sayı hesabı yoxdur. Bu proqramın köməyi ilə Amerikada 3ay yaşayıb iş və həyat təcrübəsi qazandım. Amerikanı gəzib ingilis dililmi inkişaf etdirdim. AZUS şirkətinə öz minnətdarlığımı bildirirəm ki, bizim Work and Travel proqramında iştirakımızı təmin etdilər. Onlara gələcək işlərində uğurlar arzulayıram.

Kazımov Kazım - Azərbaycan Dövlət İqtisad Universiteti
Yazar: Work And Travel | Əlavə edən: admin (2008-01-15) | Müəllif: xancan
Baxış sayı: 1780 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!