http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-03-29, 13.47MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » Work And Travel

Sual - Cavab

Sual - Cavab

> Work and Travel proqramı mənə nə verəcək?
> Work and Travel proqramına kimlər qoşula bilər?
> Tez müraciət etməyin üstünlükləri nədir?
> Nə üçün bizi Amerikada işə qəbul edirlər?
> İş təcrübəmin olması şərtdirmi?
> Amerikada bu proqram müddətində harda qalacam?
> İşlədiyim yerdə başqa tələbələr də olacaqmı?
> Amerikada hansı ştatda çalışmaq istədiyimi özüm müəyyən edə bilərəmmi?
> Work and Travel proqramı ərzində digər ölkələrə səyahət edə bilərəmmi?
> Dostlarımla bir yerdə işləyə bilərəmmi?
> Eyni zamanda birdən artıq işdə çalışa bilərəmmi?
> Proqram müddətində vergi ödəyəcəyikmi?
> Work and Travel proqramında bir dəfə iştirak etmiş şəxs təkrar iştirak edə bilərmi?
> Tibbi Sığortam olacaqmı?
> Gedərkən nə qədər cib xərcliyi götürsəm kifayət edər?
> Təyyarə biletimin alınmasında AZUS mənə köməklik edirmi?
> Əgər məmnun qalmasam geri dönə bilərəmmi?
> Fövqaladə hallarda əlaqə saxlaya biləcəyim bir qurum varmı?
> Iş sahibi mənim maaşımı verməzsə və ya bu kimi problemlərim yaranarsa nə etməli?
> Viza görüşü üçün hansı sənədlər lazımdır?
> Viza görüşməsində nələrə diqqət yetirməliyəm?
> Viza almağıma zəmanət verirsinizmi?
> Viza ala bilməsəm pulumu geri ala biləcəmmi?
> Proqram qurtardıqdan sonra Amerikada tətil məqsədilə qala bilərəmmi?
> J-1 vizası nədir?
> Sosial Güvənlik Nömrəsi(social security number) nədir?
> Sosial Güvənlik Kartını necə alacağıq?
> SEVIS nədir?



Work and Travel proqramı mənə nə verəcək?


Amerikanın iş və həyat tərzi ilə yaxından tanış olacaqsınız
Xaricdə iş təcrübəsi əldə edəcəksiniz
Bir çox ölkələrdən olan tələbələrlə dostluq edib mədəniyyətlərilə tanış olacaqsınız
Unudulmaz və macəralı səyahət edəcəksiniz
CV-nizə daha bir yenilik əlavə olunacaq
Dünya görüşünüz artacaq
İngilis dili səviyyəniz yüksələcək

yuxarı...


Work and Travel proqramına kimlər qoşula bilər?



18-25 yaş arasında olan, universitetin 1., 2. və 3. kurs bakalavr və ya 1. kurs maqistr tələbələri bu proqramda iştirak etmək hüququna malikdirlər.

yuxarı...


Tez müraciət etməyin üstünlükləri nədir?


Endirimli proqram xərci
Iş seçiminin çox olması
İki və ya üç dostun bir yerdə qalmaq şansı
Vizaya tez müraciət

yuxarı...


Nə üçün bizi Amerikada işə qəbul edirlər?


Yay mövsümündə Amerikaya turistlərin axını olur və xidmət sahələrində işçi qüvvəsinə ehtiyac duyulur. Ancaq bu sizin amerikalılardan az maaş alacağınız və çox işlədiləcəyiniz mənasına gəlmir. Sizinlə eyni işdə işləyən amerikalı nə qədər maaş alırsa siz də o qədər alacaqsınız.

yuxarı...


İş təcrübəmin olması şərtdirmi ?


Bu çox vacib deyil amma iş təcrübənizin olmağı sizin üstünlüyünüzdür. Çünki bu barədə məlumat sizin tərcümeyi halınızda öz əksini tapacaq.

yuxarı...


Amerikada bu proqram müddətində harda qalacam?


AZUS getməmişdən öncə sizin qalınacaq yerinizi müəyyənləşdirəcək.

yuxarı...


İşlədiyim yerdə başqa tələbələr də olacaqmı?


Ümumilikdə iş verən şirkət çox ölkədən tələbə alır. Odur ki, siz dünyanın müxtəlif ölkələrindən olan tələbələrlə birlikdə bu mübadilə proqramında iştirak edəcəksiniz.

yuxarı...


Amerikada hansı ştatda çalışmaq istədiyimi özüm müəyyən edə bilərəmmi?


Əgər sizə istədiyiniz ştatda iş tapmağımızı istəyirsinizsə onda bu haqda bizə öncədən məlumat verməlisiniz.

yuxarı...


Work and Travel proqramı ərzində digər ölkələrə səyahət edə bilərəmmi?


Bəli. Ancaq bunun üçün vizanızın “entry” hissəsində “M”(Multi-pass) işarəsi olmalıdır. Əks təqdirdə ABŞ-dan çıxdığınız halda Amerikaya qayıda bilməzsiniz.

yuxarı...


Dostlarımla bir yerdə işləyə bilərəmmi?


Əlbəttə.Bu yöndə AZUS sizə köməklik edəcək ancaq bunun üçün siz eyni zamanda müraciət etməli və eyni iş yeri ilə müqavilə imzalamalısınız.

yuxarı...


Eyni zamanda birdən artıq işdə çalışa bilərəmmi?


Bəli. Work and Travel proqramı ərzində hüquqi cəhətdən ikinci iş tapmaq imkanına maliksiniz. Əlinizdə olan DS2019 forumu ikinci iş üçün də qüvvədə olacaqdır. Bir çox WAT iştirakçıları bu şəkildə işləməklə yüksək gəlir əldə edirlər. Amma iş saatlarınızın birinci işinizə mane olmaması əsas şərtdir.

yuxarı...


Proqram müddətində vergi ödəyəcəyikmi?


WAT proqramı ərzində hüquqi şəkildə işləyib pul qazandığınız kimi, maaşınızdan da vergi kəsiləcək. Amma vergilərin böyük bir qismini geri alacaqsınız. Bu işdə də AZUS sizə köməklik edəcək.

yuxarı...


Work and Travel proqramında bir dəfə iştirak etmiş şəxs təkrar iştirak edə bilərmi?


Bəli. WAT proqramının şərtlərinə uyğundursa bir daha iştirak şansı vardır.

yuxarı...


Tibbi Sığortam olacaqmı?


Proqram müddətində siz Amerikada tibbi siğorta ilə təmin olunacaqsınız.

yuxarı...


Gedərkən nə qədər cib xərcliyi götürsəm kifayət edər?


WAT tələbələri ilk maaşlarını getdikdən 2-3həftə sonra alırlar. Bu müddət ərzində sizin təlabatınızı ödəmək üçün 600USD kifayətdir.

yuxarı...


Təyyarə biletimin alınmasında AZUS mənə köməklik edirmi?


Bəli, bu bizim xidmətlərimizə daxildir. Siz AZUS Travel’a öncədən bilet sifarişi verib, lazım olan anda çətinlik çəkmədən biletinizi əldə edə biləcəksiniz.

yuxarı...


Əgər məmnun qalmasam geri dönə bilərəmmi?


Əgər istəsəniz qayıda bilərsiniz amma unutmamalısınız ki, bu həyatda hər zaman qarşınıza çıxacaq bir fürsət deyildir.

yuxarı...


Fövqaladə hallarda əlaqə saxlaya biləcəyim bir qurum varmı?


AZUS Mədəniyyətlərarası Mübadilə Proqramını Amerikada Əməkdaşlıq etdiyi Sponsor Şirkət səviyyəsində həyata keçirdir. Siz istədiyiniz zaman bu şirkətlə əlaqə yarada bilərsiniz. Eyni zamanda AZUS hər zaman sizin problemlərinizin həllində köməyə hazırdır.

yuxarı...


Iş sahibi mənim maaşımı verməzsə və ya bu kimi problemlərim yaranarsa nə etməli?


Əməkdaşlıq etdiyimiz Sponsor Təşkilat ilə əlaqə yaradıb vəziyyət haqqında gərəkli məlumatları vermək lazımdır. Sizdən işlədiyiniz yerin adı, iş verənin adı, iş yerinizin telefon nömrəsi və ya faks nömrəsi istəyəcəklər. Məlumatları aldıqdan sonra Sponsor Şirkət sizə kömək edəcəkdir. Bundan başqa AZUS da sizin probleminizin həlli üçün köməklik edəcəkdir.

yuxarı...


Viza görüşü üçün hansı sənədlər lazımdır?


Xarici pasport.
100 USD
Viza müraciət sənədləri.
DS-2019 forması.
Universitetden arayış.
Qiymət listiniz.
İş müqaviləniz..
Valideynlərinizin iş yerlərindən arayış.

yuxarı...


Viza görüşməsində nələrə diqqət yetirməliyəm?


Görüş zamanı ingilis dili səviyyənizi ölçmək üçün sizə bəsit suallar veriləcək (hobbiniz, ailəniz, universitetiniz…). Bunda məqsəd sizin ingilis dilində münasibət qurmaq qabiliyyətinizi və suallara sadə də olsa cavab vermek bacarığınızı yoxlamaqdır. AZUS sizi öz dil kurslarında buna hazırlayacaqdır.

yuxarı...


Viza almağıma zəmanət verirsinizmi?


Əgər sizin viza alacağınızı 100% zəmanət verən hansısa şirkət varsa əmin olun ki, sizi aldadır. AZUS’un təcrübəli mütəxəssisləri sizin viza görüşməsinə yüksək səviyyədə hazırlanmağınıza kömək edəcək. Ən əsası AZUS’un təcrübəsi vəABŞ’ın tanınmış sponsor şirkətləri ilə işləməsi sizin viza almağınızda böyük rol oynayacaqdır.

yuxarı...


Viza ala bilməsəm pulumu geri ala biləcəmmi?


Viza ala bilməsəniz AZUS-a ödədiyiniz bütün pullarınız geri qaytarılır.

yuxarı...


Proqram qurtardıqdan sonra Amerikada tətil məqsədilə qala bilərəmmi?


Proqram müddəti dörd ay nəzərdə tutulmuşdur və siz bu müddət ərzində son bir ayı istrahət və səyahət etmək hüququna maliksiniz.

yuxarı...


J-1 vizası nədir?


J-1 vizası bu proqram çərçivəsində Amerika hökümətinin tələbələr üçün verdiyi və Amerikada dörd aylıq yay tətili ərzində onlara hüquqi cəhətdən çalışmalarını təmin edən vizadır.

yuxarı...


Sosial Güvənlik Nömrəsi(social security number) nədir?


Proqram müddətində hər bir amerikan vətəndaşı kimi sizin də bir sosial güvənlik nömrəniz olacaqdır. Bu nömrə sizin kimliyiniz olacaq, vergi ödəmələriniz və digər hüquqi işlərdə istifadə edəcəksiniz.

yuxarı...


Sosial Güvənlik Kartını necə alacağıq?


Amerikaya gedəndə ən yaxın olan Sosial Güvənlik ofisinə müraciət edə bilərsiniz. AZUS hər il keçirdiyi WAT orientasiyasında bu kimi məlumatları iştirakçılara verir.

yuxarı...


SEVIS nədir?


SEVIS (Student Exchange Visitor Information System) Amerikaya oxumaq, işləmək və mədəniyyət mübadiləsi məqsədilə gedən insanların məlumatlarının toplandığı bazadır.

yuxarı...


Yazar: Work And Travel | Əlavə edən: admin (2008-01-15) | Müəllif: xancan
Baxış sayı: 792 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!