http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-23, 11.12MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Digər Müəlliflər

Xudaverdi Məmmədov(Sonuncu samuray və ya erməni-türk «qardaşlaşması»)
Əslində, bu qərarı verməyə onu avropalılar tərəfindən satın alınmış yerli bürökratlar meyilləndirmişdilər. Və o çox böyük çətinliklər qarşısında qalaraq, avropalıların hərbi dəstəyi ilə samuray çıxışlarını yatıra bildi, üstəlik samuraylara dayanan seyqunat rejimini də məhv etdi.
Bütün bunlar Tom Kruzun baş rolunu oynaydığı «Sonuncu samuray» filmində öz əksini tapıb.

Təbii ki, film bir təxəyyül məhsuludur və Şərqin şərəf dəyərlərini çağdaş tamaşaçıya çatdırmaq üçün oyuna qərbli samurayı da qatır. Nə etmək olar, Hollivuddur!.. Amma filmdə bir ifadə gerçəkdir, Mutsuxito sonradan samuraylara qarşı etdiyi amansızlıqdan peşman olmuşdu. Samuryaları məhv etdiyinə görə yanına təbrikə gələnlərə «Məni təbrik etməyin, baş sağlığı verin, mən samurayları yox, Yaponiyanın özünü məhv etdim» deyirdi. Sonradan I və II dünya müharibələrində Yaponiyanın başına gələnlər, indi ordudan məhrum edilmiş iqtidarsız bir dövlətə çevrilməsi Mutsixutonun məyusluqla dediyi sözləri təsdiq edir. Halbuki, Yaponiya texniki inkişaf etməzdən qabaq, heç bir odlu silaha malik olmadan, məhz samurayların qılıncı hesabına beş yüz il ərzində Çin və Hollandiya, İspaniya kimi supergüclərə baş əyməmiş, müstəqilliyini və özünə məxsusluğunu qoruya bilmişdi.

İndi Mutsuxitonun yolunu göytürk törəməsi olan samurayların yaxın tarixdən və bütövlükdə yaponların bir az uzaq tarixdən əqrabası olan Türkiyə toplumu tutub avropalaşmaq niyyyətindədirlər. Bu avropalaşmaq, AB üzvü olmaq niyyətinə, özləri demişkən, elə soyunublar ki, sonucda elə doğrudan da çılpaq qalıblar.

Bir vaxt Azərbaycanda və bütövlükdə Qafqazdakı müsəlman qardaşlarını xilas etmək üçün «Allah» deyib yola çıxan şəhid və qazi ataların övladları babalarının etmədiyi işlərə görə ermənilərdən üzr istəyirlər. O ermənilərdən ki, rus silahına qurşanaraq Vanda və Ərzurumda, Qarsda və Bəyazitdə, İrəvanda və Gümrüdə, Gəncədə və Bakıda türk-müsəlman əhaliyə qarşı soyqırım törədib. Yəni tək türklərə qarşı deyil, həm kürdlərə, həm ləzgilərə və avarlara, həm də tatlara qarşı soyqırım törədiblər. Hətta yəhudilər də ermənilərin müəllifi olduğu kütləvi qətllərdən yaxa qurtara bilməyiblər.
Bütün bunlar rus arxivlərində var və ermənilərin bu illər ərzində soyqırım barədə dediklərinin sivil dövlətlər tərəfindən qəbul edilməməsi bu faktlarla bağlıdır.

Yazar: Digər Müəlliflər | Əlavə edən: psiko_turanci (2008-12-30)
Baxış sayı: 872 | Reytinq: 5.0/1
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!