İTKİLƏR SİLSİLƏSİNDƏN - Mehriban Pərviz qızı <!--%IFTH1%0%-->- <!--%IFEN1%0%--> - Meqaleler - Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!!
http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [10]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [108]
Giriş
İstifadəçi adı:
Şifrə:
Məni xatırla 
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Hansi ideologiyanı üstün tutursunuz?
1. İdealizm
2. Materyalizm
3. Pozitivizm
4. Naturalizm
5. Pragmatizm
6. Spritualizm
Tam səslər: 118


Cəmi online: 4
Qonaq: 4
İstifadəçi: 0

Cümə axşamı, 2009-11-26, 10.52MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Mehriban Pərviz qızı

İTKİLƏR SİLSİLƏSİNDƏN


Source: http://qeribler.com/forum/132-3479-1#51929
Yazar: Mehriban Pərviz qızı | Əlavə edən: mehriban-p (2009-07-09) | Müəllif: Mehriban Perviz qızı
Baxış sayı: 119 | Reytinq: 5.0/2
Cəmi Şərh: 5
2009-07-25
5. mehriban-p (mehriban-p) ]

Hər telefon zəngində sarsılmagın nə demək oldugunu heç bildinmi sən? səni duyarlar, bilərlər deyə zəngini ayirmazdım melodiyalarla. hər mesajda səni axtarmagın nə demək oldugunu bildinmi sən? amma yoruldum artıq, tükəndim, son gücümü sərf etdim, artıq nə telefon gözləyirəm, nə də kiçik xəbərlər..... telefon ovcumda yatardım mən, sənin zəngini qaçırmayım deyə... indi isə gələn heç bir zəngə cavab vermirəm. Bundan narahat olan əzizlərimə açıqlama verməyim deyə telefonumun danışıq konturları balansını 0-a endirmişəm.
Dagınıq fikirlərimi toplamaga çalışıram, gündəlik məsuliyyətlərimi, vəzifələrimi yerinə yetirirəm, yavaş-yavaş ruhumu qaytaracagıma inanıram. İNANIRAM ?! HMM ))))))))) NƏ GÜLÜNC....BƏLKƏ DƏ...BİR GÜN...

Dünən ürəyimdəki sonuncu iynə ucu boyda qalmış ümidi dəfn elədim. Bu səhər iş otagımın bütün pəncərələrini açdım, gün boyu sərin meh əsirdi, üzü küləyə dogru pəncərə önündə xeyli dayandım. Küçədə harasa tələsən, yaxud yavaş-yavaş özləri üçün gəzişən insanlar keçirdi. Kimisi telefonla danışır, kimisi yanaşı addımlasalar belə yabançı, kimisi acıqlı, kədərli, çox az sayda insanın üzündə razılıq, təbəssüm vardı. Üz ifadələri əksəriyyətinin qaygılı idi. Böyük pəncərənin yanında qoyulmuş kiçik güzgüyə gözlərim sataşdı, ordan baxan insan mənə çox yabançı idi, siması solgun, saçları bərk dartılıb arxaya çəkilmış, yuxusuzlugun izlərini daşıyan yaşıl-qəhvəyi rəngli gözlərində bu səfər yaşıl çalarlar daha qabarıq görünürdü, gözlər ifadəsiz idi, daha dogrusu donmuş bir kədəri və hər şeyə biganəliyi əks etdirirdi. qorxdum yabançıdan...
Gözlərim hələ də dolu idi, amma əvvəlkindən fərqlı olaraq damlalar ara bir üzümdə gıllələnirdi, daha çox ürəyimə axırdı bütün göz yaşlarım...deyəsən barışmaq üzrəydim çarəsizliyimlə. üsyankar ruhum tükənmişdi....son gücüm dünən ürəyimdəki ümidimin ölümündə tükənmişdi. gücsüzdüm. ən pisi də ətrafdakıların bunu hiss etməsi idi. İş yoldaşım yaxınlaşdı bu səhər mənə, qadın yanımda əyləşərək “nə olub? gözlərinin altı niyə bu gündədi? kömür kimi yanıb, rəng deyilən şey yoxdu üzündə, ciddi bir şey var?” soruşdu. Zorla gülümsünüb sevmədiyim yay fəslini suçladım.
Hərdən içimdən bir səs yaxın günlərdə məni gözləyən dəyişikliklər üçün həyəcan yaratmaga, bir təhər ürəyimi döyünməyə məcbur etməyə çalışırdı, əllərimi qulaqlarıma apardım, səsi duymamaq üçün ))) məntiqə bax sən ? )))) səs daxildən gəlirdi, beynimin içində idi, kənar mühitdən deyildi ki, onu duymayacaq qədər qulaqlarımı tıxaya bilim.düşündüm, görəsən nə edirsən indi, işlərin necədi, vəziyyətin, özün necəsən? razısanmı günlərindən, yoxsa artıq məzuniyyətə çıxıbsan, bu dəqiqə hansısa rayonda istirahət edirsən? çətin deyildi bunları öyrənmək, amma lazım deyildi. əslində uzaqda deyildin, bir mahnıda deyildiyi kimi “yolun bir addım” idi.eyni səma altında birləşən ayrı-ayrı şəhərlərdə olsaq belə.....

Yadıma bir qadının çərşənbə axşamı dediyi sözlər düşdü “qızım, burax onu, unudacaqsan, inan mənə, amma burax getsin” və deyəsən mən bu sözlərə əməl etməyə başlayırdım. Olub keçən gözəl şeyləri daha da çirkinləşdirməkdən qorxdugum üçün olanlarla barışmaga təslim oluram.
telefon masam üzərimdə üzü aşagı vəziyyətdə yatır neçə gündü. Sınamaq istəyirəm duygularımı, görüm hər zəngdə səni axtarıram ya yox, lənət, deyəsən axı hələ AXTARIRAM......
yıgılan oxunmamış mesajları açıram, rəfiqəmin od püskürən mesajları, telefonu açmadıgım üçün əməlli başlı məni qınayıb.amma o anlayar məni, eybi yoxdu, nə də olsa dəlisov ruhuma bələddi.
Mobil telefonla tapa bilməyənlər iş telefonuma hücuma keçiblər,))) bilirlər ki, məcburən zənglərə cavab verəsiyəm, anlada bilmərəm onlara acımı, utanıram, başa sala bilmərəm onları, onlar məni belə bilmirlər axı…UTANIRAM......
Lənət, hələ də hər gecə yatmazdan əvvəl, hər səhər yuxudan oyananda əllərim telefona uzanır.... iradəliyəm, gözləmədiyim, təxmin etmədiyim qədər İRADƏLİYƏM!
Lənət, lənət, hələ də qəbul edilməmiş zənglərin sırasında adını axtarıram.....daha neçə gün gərəkdi bu işgəncənin bitməsi üçün? Lənətlər olsun......qorxuram günlər aylanıb illənər, səbrimi günlər deyil, aylar sınaga çəkər. QORXURAM.......

24 iyul 2009


2009-07-23
4. mersault (mersault) ]

yaziq Ahmet Kaya, yaziq Ahmet kaya...

2009-07-18
3. mehriban-p (mehriban-p) ]


2009-07-15
2. mehriban-p (mehriban-p) ]


2009-07-14
1. mehriban-p (mehriban-p) ]



Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2009Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!