http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-23, 23.52MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Mehriban Pərviz qızı

YALANLAR

YALANLAR
(şirin, dadlı, günahkar, cazib)

YALAN. Niyə yalan danışmaga bu qədər meyilliyik? Danışdıqca ona inanırıqmı, onu həyatımızın bir epizodumu sayırıq, yoxsa özümüz uydurdugumuz ag rəngli yalanlara inanacaq qədər paranoklərik? Nələrisə gizlətmək üçün danışırıq, bəlkə də qorxdugumuzdan danışırıq, gizlətdiyimiz cəhətlərimizlə qarşı tərəfin bizi qəbul etməməsindən ehtiyatlanırıq. Ilk öncə dilimiz söz tutar-tutmaz valideynlərimizə, pedaqoqlarımıza, məktəb, universitet, kurs yoldaşlarımıza, daha sonra kolleqalarımıza, tanıyıb-tanımadıqlarımıza, sevgilimizə, virtual dostlarımıza, hamıya kiçik-böyük, bərli-bəzəkli, bəzəksiz yalanlar uydurmaga başlayırıq. Kimisinə daha çox, kimisinə daha az.... Deyəsən bu yalanların içərisində ən çox özümüzə danışdıqlarımız daha çoxdu, bilmirəm ki, gördüklərimizi özümüzü qane edəcək şəkildə qəbul etmək üçün özümüzə satdıgımız yalanlar nəticə etibarı ilə daha dəhşətlidi, yoxsa fərqinə belə varmadan, yüngüllüklə başqalarına söylədiklərimiz....?
Yalanla düşüncələrimizi yükləyib, agzımızı yalanla açırıq. Ürəyimiz aglayarkən dodaqlarımızda təbəssüm süzülür. Məgər bu da yalanın bir növü deyilmi? Hələ ona bir nəcib ad da tapmışıq : nəzakət xətrinə, yəni nəzakətli olmaq xətrinə xətrini istəmədiyimiz adama gülümsəyib, onlarda özümüzə qarşı müsbət hisslər yaratmaga çalışırıq. Məgər bunun özü də bizə qarşı müsbət fikir yaratmaq üçün istifadə etdiyimiz yalan deyilmi? Beləcə günlərimiz yalanla başlayıb yalanla bitir. Şüurlu, qeyri-şüuri yalan danışırıq, bir növ reflekslərimiz kimi xarıcı mühitə qarşı yalan reaksiyası veririk – fərqinə varmadan necəsən sualına yaxşı olmasaq belə yaxşıyam cavabı (yaxud da əksinə) kimi. Bəzən bu yalanlardan zövq alırıq, danışdıqca fantaziyalarımızın həddi hüdudu sərhədlərini aşır, olmayanları olmuş kimi, əldə etməyə daima cəhd etdiklərimizi əldə etmiş kimi göstəririk. Bu yalanlarla yaşayır, bu yalanlara inanriq. Özümüz inandıgımız yalanları başqalarına da inandırmaq üçün şirin-şirin, ahəstə, emosional, bəzən də pafoslu danışırıq. Bilmirəm dilimizmi yazıqdı, yoxsa qulaqlarımız? Bilmirəm dilimiz daha çox danışır, yoxsa qulaqlarımız daha çox eşidir. Dodaqlardan süzülən məstedici sözlərin yalan olmasını bilə-bilə onların qulaqlarımızı oxşayaraq ürəyimizə süzülməsinə, beynimizə, düşüncələrimizə qarışmasına razı oluruq. Biçarə agıl nə qədər var səslə bizi uyarmaga çalışsa belə, məstedici yalanların sehrində özümüzü bəxtiyar hiss etməyə təslim oluruq. Və günahkar oluruq.
Hamımız danışırıq bu irili-xırdalı, bərli-bəzəkli, sadə yalanları. Kimimiz səbəbli, kimimiz səbəbsiz... Nədən belə meyilliyik yalan danışmaga ? Qüsurlarımızı ört-basdır edib gözlərdən pərdə asmaq üçünmü? Yoxsa özümüz inanıb, sonra kimlərisə inandırmaq üçün? O qədər yalan danışırıq ki eşitdiyimiz hər düz sözə belə skeptika ilə yanaşırıq, logika axtarırırq. Halbuki yalanlar dəmir logika ilə pərçımlənmişdir. Bəlkə də elə bu pərçimlənmənin nəticəsidir ki bir yalan arxasınca başqa yalanı, başqa yalanı daha bir yalı gətirir. ... və bu prosses uzandıqca yalanlarımızın sayı da artır, günahlarımızın da....
Bəs yaxşı niyə inanırıq bu yalanlara, acı həqiqətlər şirin yalandan dözülməzdi deyə ? Yoxsa başqa səbəbdən və o səbəb nədir görəsən? Hələ utanmaz-utanmaz yalanlara kateqoriyalar da veririk: ag yalanlar, kiçik yalanlar, zərərsiz yalanlar, məsum yalanlar, faydalı yalanlar...... nəyi faydalıdı axı bu yalanların? Əgər mən xəstəyəmsə həkim mənə yalandan sagalmaga dogru gedirsən deməsi ilə nə dəyişəcək, ömrüm uzanacaq?
Özümüz yalançı ola-ola , yalan danışa-danışa hələ bir dünyanı da yalan adlandırırıq! Sanki dünyaya bu statusu verməkdə yalanlarımıza bəraət alırıq.....
Danışdıgımız yalanlar özümüzdə ihrak hissi yaradır. Yalan danışdıqca özümüzə olan qiymətləndirməmizin necə necə aşagı düşdüyünü məgər hiss etmirik? Gözlərimizi həmsöhbətimizin üzündən qaçırtmaqla, divarlara, masaya, döşəməyə yaxud daha harasa baxmaqla yüngüllüklə yalanlar uydururuq, qarşımızdakını da buna inanmaga məcbur edirik. Axı nə haqla? Kim verib bu haqqı bizə? Aglamagı, gülməyi, sevməyi, nifrət etməyi bacardıgımız qədər yalan danışmaga da istedadlıyıq..... Sadəcə kimimizdə bu istedad daha qabarıq, kimimizdə isə səthidir....

P.S, DÜNƏN ANLADIM Kİ
Qəribədi, bu sözləri mənim yazmagım qəribədi, həyatda ən çox yalana nifrət edən Mehriban dünən anladı ki, özü də bilmədən uzun müddətdir bir dəfə dediyi bir yalanın hələ də arxasında durur.......

Yazar: Mehriban Pərviz qızı | Əlavə edən: mehriban-p (2009-02-17) | Müəllif: Mehriban Pərviz qızı
Baxış sayı: 870 | Şərhlər: 4 | Reytinq: 5.0/1
Cəmi Şərh: 4
2009-08-22
4. mehriban-p (mehriban-p) [Giriş ]

"Mehriban xanım hansı yalanın arxasında durur"
hələ də bu yalanın yaşamasını şərait tələb edir(((((((((

"Derman hec bilmirem nedi?"
Duygucan bildiyin kimi, hər bir yalanın dərmanı həqiqətdi, amma çox acıdı........

Fərid, "bəyaz yalan" Kənan Dogulu demiş "Sana hiç yalan söylemedim bil ama
bazı şeyleri biraz eksik anlatmış olabilirim
Beyaz yalan
Beyaz yalanlar diyorlar adına
Günahları kendi boyunlarına
Bence palavra
Hepimizi
Seni de beni de yiyorlar"


2009-07-29
3. FERID (FERID) [Giriş ]

yalan en menfi haldi insan ovladinda......ama beyaz yalanlar arada bir iwledilir biggrin kimki deyir yox men hec vaxt yalan daniwmamiwam bilin ki yalaaaan deyir biggrin yaaaaa

2009-05-20
2. Abil (Aibl) [Giriş ]

Yalan insanın insanlıqının göstəricisidir mənimçün ,gərək insan danışarkən diqqətli olsun ki, özləri də bilmədən günah altına girərlər danışdıqları sözlərə görə, maraqlıdır, Mehriban xanım hansı yalanın arxasında durur,

2009-02-21
1. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Yalan danishmiram yalana nifret edirem amma yalana reva gorulurem.Bu meni cox uzur.Ele buna gore de get gede insanlardan qopuram.Hara geirem bele ozumde bilmirem.Ele bil ki, zeherlenen bir xesteyem...Zeher yalandi.Derman hec bilmirem nedi? sad


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!