http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-19, 22.57MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Mehriban Pərviz qızı

İTİRDİKLƏRİMİZ VƏ QAZANDIQLARIMIZ
İTİRDİKLƏRİMİZ VƏ QAZANDIQLARIMIZ
(tərəzi gözünə qoysaq hansı agır gələr)

 

MƏNİM İTKİLƏRİM

ATA İTİRDİM
(ilk itkim)
Yıxılmadım, sadəcə sındım, düşüncələrimin cəsarət qüvvəsini itirdim, bir qədər qırıldım, sanki mirvarı boyunbagının dənələri sapından qopub yerlə bir oldu. Onları ysgmaga çalışdım, amma cərgəsində əskik gəldilər, bəziləri yumurulanıb döşəmə taxtalarının araliqlarından yerə qarışdı, onları çıxara bilmədim, çalışdım, amma çıxara bilmədim. Və beləliklə mirvari boyunbagı əvvəlki formasını ala bilmədi. Əskik dənələr boşluq yaratdı. Əskik gələnlər mənim cəsarətim, güclü tərəflərim, dayagım idilər.....

NƏNƏMİ İTİRDİM
(həyatımdakı ən güclü insan)
Bir zamanlar onu itirərəmsə ölərəm deyə fikirləşirdım. Amma o öldü mən ölmədim. Elə tez alışdım ki onun yoxluguna, sanki hardasa uzaq səyahətdədir....
Mənə pianinoda çaldıgı musiqilər qulaqlarımdan elə tez silindi ki... Onun gedişi ilə kaprizlərimin sayı azaldı, daha kim onun qədər mənim nazımı çəkəcəkdi ki....? Amma daha arzularımın önünə sərhəd çəkəndə yox idi. Amma artıq yaş o yaş deyildi, çünki balerina və rəssam olmaq, gitarada ifa dərsləri almaq üçün gec idi.....

RƏFİQƏMİ İTİRDİM
(o mənim “əkiz” bacım idi)
(deyirdilər dostluqlar yarıda qırılr, inanmazdım)

Belə uzun sürən dostlugun bir gündə bitməsini gördüm. Sanki dünən idi, ilk dərs günündə arxa sırada (ikimizin də boyu hündür oldugundan həmişə arxa sırada otururduq) oturmuş qıvrımsaç qızın yanında gedib oturaraq “ sənin adın nədi?” demişdim, o da gülümsünüb məni qucaqlamışdı. Nə dərs saatları, nə də tənəffüslərdə bizi ayıra bilmirdilər, zahirən oxşamasaq da əkiz bacılar kimiyidik : eyni filmləri seyr edir, eyni musiqiləri dinləyir, eyni aktyorları sevir, ayr-ayrı peşələri seçirdik. Arada dərslərdən qaçır, bir-birimizin evinə gedib çay dəstgahı qoyub tv izləyir, söhbət edir, xəyallar qururduq. Eyni kitabları oxuyur, müzakirələr edirdik. Sevdiyimiz filmlərin qəhrəmanlarına özümüzü bənzədirdık (hətta bir dəfə avtobus yola düşərkən qaçaraq yolda ona minməyə çalışıb özümüzü Keanu_nın məhşur filmindəki qəhrəmana bənzətməyə cəhd etmışdık, aman Allah şofer nə qədər aciqlanmışdı) Hətta yazıb bitirdiyimiz gündəliklərimizi bir-
birimizə bagışlayırdıq, tətillərdə bir-birimiz uzun məktublar yazar, görüşəndə verərədik.
Gündəlikləri və məktubların bəzisini hələ də saxlayıram. Kin bəsləmirəm ona, bunun üçün gözəl xatirələrimiz var, paylaşdıgımız sirrlərimiz, kəsdiyimiz çörək var. Bəlkə səhv məndə idi. Onu heç zaman olmamış bacım sanmagım həmin səhvlərin ən biriuncisi imiş. Amma düşünməzdım ki orta məktəbin son zəng sədası ilə 11 illik dostluq da bitərmiş. Səfeh bir mübahisə ucbatından. Hərdən özümə təskinlik verib “yarıda qırılan dostluqlar heç başlanmamış dostluqlardı” deyirəm. Məncə bizim dostluq yarıda qırılmadı, sadəcə ömrünü başa vurdu. Və onu “heç başlamamış dostluq” kimi qiymətləndirə bilmərəm. Çünki 11 ilin xatirələrinə xəyanət etmış olaram. Bilmirəm bir gün (o, Azərbaycanda yaşamır, həyat yoldaşı onu özü ilə başqa dövlətə aparıb) onunla qarşılaşsam nə edərəm, yabançı kimi yanından ötüb keçərəm, yoxsa bərk-bərk sarılıb aglayaram. Bilmirəm, çünki bu ayrılıgı mən çox çətin yaşamışam. Ruhiyyəm, baci sandıgım bacım, mən hələ də Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanını həyəcansız və göz yaşısız oxuya bilmirəm. O romanın hər cümləsində sən varsan.......

HƏLƏLİK SONUNCU İTKİM
(maddı)
Bilirəm yaşadıqca daha da itkilərim olacaq. Amma pisixi və maddı təsir edən son itkim bu oldu. Deməyəcəm nədi, sadəcə bildirirəm ki maddı bir şeydi, yəni müəyyən vəsaitlə onu almaq mümkündü.
Oldugu zaman qədrini bilmədiyim, fərqinə varmadıgım, itirdikdən sonra nə qədər əhəmiyyətli oldugunu anladıgım. O qədər bahalıdı ki, yenisini almaga gücüm çatmır, o qədər lazımlıdı ki olmaması çətinliklər törədir, digərləri onun olmamasını biləndə bir az başqa münasıbət göstərir. Sanki dünyada hər şey madiyyatla qurulur və bu mənə həm pisixi, həm də maddı təsir edir.....

QAZANDIQLARIM
Onlar itirdiklərımə nisbətdə çox azdılar, amma mən onlardan məmnunam.

İŞ
(yaxşı ki var)
Həyatda ayaqlarım üstə dura biləcəyim bir iş qazandım. Həyatda 4x4 heç nə olmadıgı kimi mənfi, müsbət balansı ilə bir iş qazandım. Məni kimsəyə möhtac etməyəcək, özümə inam verəcək, ailəmə kömək edə biləcəyim qədər imkan verəcək bir iş. Sevmədiyim tərəflərinə ragmən ürəyimin sevdiyi bu işlə məşgulam. Nə olsun ki profilim üzrə deyil, nə olsun ki qeyri-saglam rəqabət var, rəqabət olmasa proqress də olmaz.
Arzularımın apardıgı yolun sonundakı iş olmasa da, yaxşı ki səhərlər işə axşamlar evə tələsirəm.

DÜŞMƏN QAZANDIM
(bu sözü sevməsəm də)
Üzümü çevirdiyimdə kürəyimdən zərbə vura biləcək, nailiyyətləimi gördükcə məni qara rənglərdə təqdim etməyə çalışacaq, dilimə gətirdiyim ideyalarımı ogurlayaraq öz adına çıxacaq, ən zəif anımdan istifadə edib ugursuzluqlarımı başıma qalxacaq....
Amma olsun, nə də olsa dostlar kimi o saxta deyil. Mənə qarşı təpədən dırnaga nifrətlə doludur. Olmayan maddi vəsaitlərimi özündə olanlarla mənə göstərməklə acıq verməyə çalışacaq qədəq adi və kasıbdı O anlamır ki mənim üçün dünya maddi dəyərlərə görə fırlanmır.

UGUR
Çox zaman hər bir işdə ugur qazandım, qazanmagımın səbəi isə bəzən şansımın gətirməsi olsa da çox zaman zəhmətimin bəhrəsi oldu. Və bu məni çox sevindirir.

TƏLƏBƏLƏRİM
Mənə sadiq, məni çox istəyən tələbələrim var. Müəllimlərimin mənə əmanət etdikləri bilikləri onlara vermək çox xoşuma gəlir, onların nailiyyətlərini görəndə sevinirəm. Və bir də sevinirəm ki onlar çoz az olsalar belə hamısı məni çox sevir.

Ümid edirəm ki həyatımda hələ qazandıqlarım itkilərimin çəkisini balanslaşdıra biləcək və hətta ugurlarım daha da çox olacaq

Yazar: Mehriban Pərviz qızı | Əlavə edən: mehriban-p (2009-02-17) | Müəllif: Mehriban Pərviz qızı
Baxış sayı: 815 | Şərhlər: 4 | Reytinq: 5.0/1
Cəmi Şərh: 4
2009-05-20
4. Abil (Aibl) [Giriş ]

şükür ki böyük itgim yoxdur hələ ki, ama qazandıqlarım böyükdür

2009-04-25
3. Vüqar (EAGLE) [Giriş ]

by senin hekayendir?yeni heyatindir?

2009-02-21
2. Ajka (Ajka) [Giriş ]

Heyat bele qurulub da yashinin ustune yash geldikbe nelerise itirib nelerise qazanirsan.... Onlar bir birinin yerii tuta bilmesede ama unutdururlar en azindan... Inanki zaman her seyi unutdurur... Cox acimasizdi yashanmishlara sanki hormeti yoxdu bu zamanin:(

2009-02-21
1. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Duzdu heyatda qazandiqlarim az deyil amma itgilerim ele bil ki her birini usteleyir. ele ki, bezen qazandiqlarimi unudaraq en boyuk sehvliklere yol verirem.
İtirmekden qorxan men ele bil ele itirmek ucun varam.
Belke de shikayet edirem amma bilmirem.


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!