http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-23, 17.58MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Mehriban Pərviz qızı

AD GÜNÜ
AD GÜNÜ
 
 
Nədənsə son zamanlar heç sevmirəm ad günlərimi, hər il həmin o gün yaxınlaşanda qaçib hardasa uzaqda olmaq istəyirəm. Qaçıb uzaqda deyirəm, sanki rabitə qüvvəsindən qurtulmaq olar). Hədiyyələrin, sürpirizlərin cazibəsi də məni özünə darta bilmir. Niyə belə olur ? Niyə əvvəlki kimi həmin günü həyəcanla gözləyib planlar qurmuram. Niyə əvvəlki kimi həmin günü dəli kimi sevinib əylənmirəm. Niyə, niyə.....? Məgər ömür yoluna keçilmiş cıgırın müəyyən məsafəsindəki döngədən burulub yeni bir cıgırla addımlamaq gözəl deyilmi? Yeni hisslərə, həyəcanlara, zərbələrə, sevinclərə, gözlənilən-gözlənilməz hadisələrə yol almaq həyəcanverici və cazib deyilmi?! Bütün xanımlar kimi yaşımın üzərinə yaş gəlməsindən qorxmaga başlayıram deyəsən, yüngülvari də olsa depresiyaya düşürəm. Səbəbi də sudan boş bəhanələr... Məgər hər gələn il kamilliyin zirvəsinin növbəti pilləsi deyilmi? Bəlkə də həmin gün ötüb küçənlərə hesabat aparmagımdandı, bəlkə də itirdiklərimin qazandıqlarımdan çox olmasının fərqinə varmagımdandı?! Tərslikdənmi, xoşbəxtlikdənmi ildən-ilə təbrik və hədiyyələrin sayı artır. Keçilən həyat yolunda qazanılmış və qazanılmaqda olan dostlar, tanışlar, iş yoldaşları, qohumlar.... İşdə kollektiv təbrik edir, mən təbrikləri qəbul edib gülümsəyirəm. Amma ürəyim və gözlərim gülmür. Bu indi belədirsə bir neçə il, yaxud 10 il sonra necə olacaq? Həmin gün mənim günümdü. Başqa vaxtlar həmin ərəfədə kaprizlərimin sayı həddindən artıq çoxalıb, bəzəznsə məcrasından çıxardı. Amma son illər nədənsə kaprizlərimin də, arzularımın da sayı azalıb. Amma yaxşıdı ki bu gün nə qədər çox sevildiyini, səni sevən ətrafdakılara nə qədər çox lazım oldugunu digər günlərə nisbətdə daha qabarıq anlayırsan. Nə yüksəklıkdə gözüm var, nə də para-pulda. Sadəcə gələn illərdən diləyim mənə ugur, saglıq və inana biləcəyim sevgi gətirməsidir. Xoş gəldin yaşımın üzərinə yeni il.
 
Yazar: Mehriban Pərviz qızı | Əlavə edən: mehriban-p (2009-02-16) | Müəllif: Mehriban Pərviz qızı
Baxış sayı: 793 | Şərhlər: 4 | Reytinq: 5.0/3
Cəmi Şərh: 4
2009-07-28
4. FERID (FERID) [Giriş ]

bi vaxtlar mende sevinirdim,sebirsizlikle gozleyirdim dogum gunu tarixini.....sevinirdim.Atam uwaqliq illerini cox axtarassan,kaw senin kimi uwaq olaydim deyende gulurdumAma indi artiq boyudukce yawadigim,duydugum mesuliyyet sevinmeme mane olur.....eh uwaqliq sad

2009-05-20
3. Abil (Aibl) [Giriş ]

gərək həyatla məsafə saxlayasan, yəni gərək darıxasan yaşamaq üçün, yoxsa həyat maraqsız olar

2009-02-21
2. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Sadəcə gələn illərdən diləyim mənə ugur, saglıq və inana biləcəyim sevgi gətirməsidir

İnshallah ezizim.

2009-02-16
1. xancan (admin) [Giriş ]

3 yanvar gecə 00:01...telefon çalır...açıram...anamdı danışan..o sanki bir uşaqkimi yatmayıb gözləyibki saat 2 olsun(azərbaycan turkiye arasi ferq) yeni turkiyede 12olsun oğlumu tebrik edim...danıışır ...səsində yarı sevinc var yarı hüzün...oğlunu əvvələr yanında təbrik edərdi əvəlki 3 yanvarları xatırlayıram onlar belə olmurdu..adətən mən yataqda olurdum 2 yanvar geccə12ni keçən kimi anam gəlirdi mənsə yarı yuxulu...öpüb qoxlayırdı və "xanı balam 1 ildə böyüdü deyirdi.,""" indi o günlərin həsrətindəyik ..ikimizdə ana bala...19 il keçib və indi o telefonda kilometrelerce uzaqdaki oglunu tebrik edir..şən olmağa çalışır..ama oğlu ona cavab verir.."demişəəm axı məni təbrik etməyin ad günlərimdə"...buda ananın ümidlərini heçə çıxaraan oğul...ana duruxsuyuq..məlumduki gözləri dolub və " niyə ay bala "deyir sönük bir tərzdə..oğul "həyatda əkdiyim ağaclardan başka heç bir iz qoya bilməmişəm bu 19 ildə və getdikcə yaşlanıram..isətəmirəm bu pis günümdə təbrik.,"""...ana ...ah mərhəmətli ana...gecənin 2sinə qədər yatmayıb təbrik üçün oğluna zəng edəcəyini gözləyən ana al buda sənə neçə əziyətlə böyütdyün oğulun cavabı...təbrik etməyin...
niyə bilmirəm mehriban ama içimdən bunları yazmaq gəldi..


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!