http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-04-25, 20.22MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Mehriban Pərviz qızı

HESABAT

Lap az qaldı o günə, vur-tut 18 gun, nə ilə fərqləyzcək o gun ? Qohum-əqrəbanın təbriki ilə, təlaşla hazırlanan bayram süfrəsi ilə, evin ən görkəmli yerindəki yaşıl libaslı, bər-bəzəkli, rəngarəng işıqlarla sayrışan küknar agacı il, telefonuma gələn mesajların dıgər günlərə nisbətən çox olması ilə, bəlkədə bəxtimiz gətirsə səmadan enən qar dənəciklərinin rəqsi ilə....

Niyə sevinirik gorəsən? O tez-tez dinlədiyim mahnının sözlərində deyildiyi kimi “bütün həyatım akıb keçərkən ayaqlarımın altından” sevinməyə dəyərmi? Məgər o gün hansısa mistik hadisələr olur, yaxud əksinə ....

Axı mən heç uşaq vaxtı Şaxta Baba ləqəbli Santa Klausun möcüzələr yaratmasına, mənə hədiyyələr gətirməsinə, arzularımı reallaşdırmasına inanmamışam...

Amma hər ilin o gununu cox sevirəm, duzdu əvvəlki qədər onun gəlişinə sevinsəm də, gedənin ömrümdən keçdiyini, məni bir az daha yaşlandırdıgını, bəlkə daha da kamilləşdirdiyini düşünürəm. Artıq illər mənə nələrisə vermir, xəsisləyiblər elə bil... Amma pmrümdən nələrisə alırlar, saçlarımda iki bəyazım da var, tanışlarım “var-dövlət rəmzi” olmasını deyirlər, mənsə gülümsəyirəm....

Bəs niyə belə dəlicəsinə sevinirəm yeni ilin gəlişinə? Bəs niyə ömrümdən keçən ilin gedişinə heyfslənmirəm, sadəcə bir az kədərlənirəm.....Yoxsa mən bir gözü gülən, bir gözü aglayan kloun kimi hiss edirəm özümü ?

Umumiyyətlə illər nə ilə yadda qalmalıdır? Məncə həyatımızdakı önəmli dəyişikliklərlə

Nələri verdin mənə yol ustundə olan kohnəlmiş il ? hər gün bir az daha təcrübələndirdin, bir az daha savadlandırdın, bir az daha sinaqlarla sərtləşdirdin, iradəmi, səbrimi test etdin, necə oldu nəticələrim? Hesabat ver otub kecməkdə olan il! Amma yox, sən məndən hesabat istəyirsən deyəsən, elə isə dinlə:

Arzularım reallaşmamış yeniləri yarandı, bu il əvvəlki illərə nisbətən daha cox iclədim (hec məzuniyyətim belə olmadı) əvvəlki ilə nisbətən daha çox qazandım, amma hələ ödənilməmiş borclarım qaldı, bu il incidiyim nənəmgilə daha çox getdim və onların məni nə qədər çox istədiklərini hiss etdım, bu il yolum tez-tez kəkimlərə düşdü, cərahiyyə əməliyyatına göndəriş aldım, qorxdum, gələn ilə saxladım, bu il heç kitab oxumasam da maraq dairəm bir qədər də genişləndi, bu il müəllimlərimin mənə əmanət etdiklərini tələbələrimə çatdırmaga başladım, ömrümün bu ilinin günləri yüklü iş qrafiki ilə doldu-daşdı, boş zamana o qədər ehtiyac duydum ki, bu il qeribler.com_a gəldim və bundan çox məmnunam, gələn il də burda olmaq istəyirəm

Nə isə cox yazdın Mehriban, bəsdi, dur get, küknar agacını qurmaq vaxtıdı

BƏS SİZİN HESABATINIZ?

BƏS SİZ BU İL NƏLƏRİ QAZANDINIZ, NƏLƏRİ İTİRDİNİZ?

ƏN AZI 1 İLDƏN SONRA ÖMRÜNÜZÜN 2008-ci İLİN NECƏ XATIRLAYACAQSINIZ?

Yazar: Mehriban Pərviz qızı | Əlavə edən: mehriban-p (2008-12-13)
Baxış sayı: 642 | Şərhlər: 2 | Reytinq: 4.5/2
Cəmi Şərh: 2
2009-05-20
2. Abil (Aibl) [Giriş ]

əvvəllər daha çox hesabat verirdim özümə, axır vaxtar heç oturub özümlə söhbət etmirəm nədənsə,

2008-12-15
1. ferid huseyn (ferid55) [Giriş ]

"BƏS SİZİN HESABATINIZ?

BƏS SİZ BU İL NƏLƏRİ QAZANDINIZ, NƏLƏRİ İTİRDİNİZ?"

DÜÇÜNDÜKCƏ PİS OLURAM...YENƏ DƏ ALLAHA ŞÜKÜR...TƏŞƏKKÜRLƏR..



Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!