http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-04-25, 02.58MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Mehriban Pərviz qızı

"UŞAQ EVLƏRİ"nin SAKİNLƏRİ
İsti-rahat evimizdə, təmin olunmuş gələcəyimizlə, seçdiyimiz ixtisasımızla, hər qaygımızı, nazımızı çəkən valideyinlərimizlə, sevimli məşguliyyətlərimizlə, reallaşan arzularımızla dolu bir həyat yaşayırıq. Hələ arada bir naşükürlük də edirik - bunu istəmirəm, onu bəyənmirəm, bu xörəyi xoşlamıram, bu paltarı 2 dəfə geyinmişəm, 3-cü dəfə niyə geyinim kəhnəlib, bu rəngdə çanra dəbdən düşüb onu niyə götürüm, idman ayyaqabılarım bi qədər əzilib, niyə geyinim ........ və sair Bu bizim həyatımızdı.Amma başqa bir həyatda vardı, hansı ki mövcudlugundan xəbərdar olsaq da reallıgına bir o qədər də varmadıgımız.
Düşüncələrimi yazmaga eşitdiyim bir söhbət səbəb oldu. Həyəcanlı oldugum üçün fikirlərimi tam ifadə edə bilmirəm, dünəndən özümə yer tapa bilmirəm, çarə axtarıram, amma bərk sarsıldıgım üçün aglıma bir çıxış yolu gəlmir

Gəncə şəhərində olan uşaq evlərinin birinin qarşısından keçənlər, darvaza önündə gənc bir xanımı agladıgının şahidi olublar. Bu yeniyetmə qızın aqibəti barədə nə isə öyrənə bilməsəm də, qapı önündə aglamasının səbəbindən hali oldum.

Qəribə də olsa, acı da olsa bir reallıq var ki, uşaq evlərı hər kəsləri olsa da bu hər kəsləri tərəfindən imtina dilmişləri müəyyən bir yaş həddinə qədər himayədarlıq edir. Yetkinlik yaşına çatmış gənclər həmin yaş həddini vurguladıqdan sonra bir zaman evləri sandıqları uşaq evinin qapiları onların üzünə baglanır.

İllər boyu qaygıdan uzaq nakam arzularla böyüyən bu gənclərin həyatda aldıqları ən böyük və ikinci zərbə məncə budu.

Həmin qızcıgaz da onlardan biri imiş. Məgər onun da arzuları, istəkləri yoxdu, məgər onun da hamı kimi yaşamaq üçün haqqı yoxdu? Axı bu gənc xanım nə etsin, başını hansı damın altında gızlətsin, hansı pulla çörək alıb qarnını doyursun, sabahını necə düşüncün???????

Sən demə körpələr evinə atılmaq bir dərdmiş, yox düz demdim dərdin yarısı imiş, əsil dərd burdan başlayırmış, kimsəsizliyin soyuqlugu, ən əsası da sənin kim və nə üçünsə lazımsızlıgın elə həmin andan baılayırmış.....

Düşünürəm, axı mən nə edə bilərəm ????
Şəxsən mən özüm həmin insana 1 həftəlik azuqə və geyim əşyası verə bilərəm, maddi imkanım ancaq buna çatar, amma bəs sonra, sonra, sonra ???????

Yazar: Mehriban Pərviz qızı | Əlavə edən: admin (2008-12-12) | Müəllif: mehriban-p
Baxış sayı: 1475 | Şərhlər: 5 | Reytinq: 5.0/1
Cəmi Şərh: 5
2009-07-29
5. FERID (FERID) [Giriş ]

meni en cox hirslendiren valideynlerdi.....egerki cemiyyete yarari olmayan,meneviyyatdan mehrum olan,hele bi sahiblene bilmeyeceyin,sevgiden,wovketden mehrum bi uwaq dunyaya getiressense getirme...en esasi ana,ata olmanin mesuliyyyetini derk et sonra....coxu valideyn...eh....bi mesel yadima duwdu:varli parasina,kasib arvadina guc verer

2009-05-20
4. Abil (Aibl) [Giriş ]

Administrasiya heyəti təşkil eləsin, yiğışaq kollektiv gedək, bu ki əlimizdən gəlir, yetimə acıyan çox olar, yardım edən olmaz ama!!!

2009-04-25
3. mehriban-p (mehriban-p) [Giriş ]


2009-03-11
2. Mehriban (mehriban-p) [Giriş ]

Bir melek diliyorum tanrıdan muhtaçlara
Çaresiz, yuvasız aç susuz çocuklara

Mən Rafet El Roman_dan fərqlı olaraq onalara Viktor Hüqonun qəhrəmanı Jan Valjan diləyirəm. Bəzən atasız-anasız qalmışların heç Tanrının da imdadlarına yetışməməsindən qorxuram.
Mən internat məktəbinin yaxınlıgında oluram. Düzdü bu uşaqların əksəriyyətinin valideynləri təhsil almaları üçün onları bura qoyub, yəni onları atmayıblar. Amma onların yataqxanasının həyətində Kəlbəcər rayonundan olan qaçqınlar da məskunlaşmışdır. Qaçqınlar hərdən quru agacların qol-budaqlarını qıraraq soyuq qış aylarında sobada yandırmaqla isinirlər. Onlar nə qədər gülümsəməyə çalışsalar beləonlarda qəribə bir aqresiya hiss olunur. Ətrafdakılara qarşı xəffif bir aqresiya. Zaman-zaman düşünürəm ki, “mən hamıdan fərqliyəm, mən sevilmirəm, atılmışam” kimi fikirlər onların körpə ürəklərində pas ataraq ətraf mühitə qarşı onları aqresiv edir. Qəribə bir nüans var – bu məktəbdən bir dayanacaq yuxarıda digər bir körpələr evi yerləşir, isti, rahat sos uşaq evləri....
Məncə ən böyük problem bu uşaqların gələcəyinin təminatıdır. Onlar gələcəkdə pzlərini harda görürlər?..və həqiqətən də harda olacaqlar?....
İşyerlərinin o qədərdə çox olmaması və iş tapıb işləməyin necə çətin olmasını nəzərə alaraq bu uşaqlar gələcəkdə hansı yolu tutacaqlar? Əgər hər bir iş yerinə rus-ingilis dillərini bilmək, informasıya texnikalarından anlayışlı və praktikalı olmaq (mən hələ xanımların 25 yaşdan aşagı 90x60x90 parametrlərinə uygun olmasını demirəm), ali təhsil barədə diplom tələb olunursa bu biçarələr nə etsin?
Heyf ki düşünməkdən başqa əlimdən heç nə gəlmir. Özüm uşaq evində böyüməmişəm, amma onların əksər problemlərini yaşamışam və yaşamaqdayam. KİMSƏSİZLİK necə qəlb dondurucudu, ÇARƏSİZLİK necə olur və həmin anda insan beynindən nələr keçir, 4 tərəfin insan hənirtisi ilə dolu, küçədə tələsən yaxud əli cibində, mobil telefonu qulagında gəzişən insanlar arasında addımlamaq və onların sənə baxışında hansı probleminin olmasını hiss etməmələri və sənin bu problemi biruzə verməmək üçün özünə verdiyin işgəncə..... Amma həmin anda ürəyindəki hisslərin, beynindəki fikirlərin, qovmaga, özündən kənarlaşdırmaga çalışsan belə faydasız....sabahı düşünmək və sonsuz boşlugu görmək..... ÜMİDLƏRinin boşluga dayanması....Ürəyin dolu ikən heç kimə heç nə deyə bilməmək, daha dogrusu deməyə bir kimsənin olmaması....güvənsizlik, küskünlük........... nə deyim binları təsəvvür etməklə yaşamaq eyni deyil! Allah heç kimə göstərməsin!
Onlar üçün uşaq evlərini tərk etdikləri gün nələrisə etmək lazımdı. Azyaşlı uşaqların hansı yolda getmələrini görəndə dəhşətə gəlirəm. Axı bu belə olmaya da bilərdi....Yolundan dönmüş belə uşaqlara yaxınlaşıb nəsə köməklik etmək istədikdə daha da dəhşətli mənzərə ilə qarşılaşıram. Onların davranışı və psixikasının tamam başqa oldugunu görürəm və anlayıram ki, artıq nələrisə dəyişmək üçün çox gecdi. Onlara maddı yardım lazım deyil, onlara özlərini bir insan kimi qiymətini bilmək üçün sevgi, öz güclərinə inanmaq üçün təminatlı gələcək lazımdı. Həm də gec olmadan, artıq gec olmadan! Təminatlı gələcəyin yolu isə istər texniki, istərsə ali təhsildən keçir.
Tanıdigimiz belə insanlar varsa gəlin onlara kömək edək, bildiklərimizdən (kompüter, əl işləri və s.)onlara öyrədək. Məncə buna hamımızın gücü çatar.
p.s. yazıda hərf səhvlərim olsa bagışlayın, onlar barədə həyəcansız yaza bilmirəm.

Bir melek diliyorum tanrıdan muhtaçlara
Çaresiz, yuvasız aç susuz çocuklara


2009-02-03
1. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Bezen dushunuruk ki, ushaqlarin esas ozlerini derk etmeyen bir yash heddine kimi kimese ehtiyaclari olur.Duzdu ola bilsin ki, amma unutmushuq ki, axi onlarin (yuxarida qeyd edilen kimi)ondan sonra da mueyyen sevgiye anlayisha ehtiyaclari olur.Bunun ucun dovlet ne etmelidir ve ya ushaqlar evinde tekrar serait yaradilmalidirmi bilmirem amma bildiyim shey insan ele ozunu bilenden sonra kimsesizliyi duyur.


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!