http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-03-28, 13.39MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Həmidə Muxtarzadə

Dənizim
http://www.resimevim.com/data/media/18/Siyah_Beyaz_Istanbul_by_SHARBONE.jpgDənizim ... Yenə gəldim ...
Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi ...Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna ...
Hər gəlişimdə - bəlkə də bu sondu – deyişimi xatırlayıram ...
Amma,kim bilir ...bəlkə də bu sondu ...Bəlkə də,bu sözümü xatırlamayacam bir də ...Bəlkə bu dəfə qucaqlaya bildim səni ...Bəlkə bu dəfə öpə bildim yanaqlarınnan ...
Ehh ...dənizim mənim ...
İndi elə bil,bu dünyada başqa heç kim yoxdu ...Bir tək sən və mən ...telefonumda da Yorğun Dərviş sənnən oxuyur...O da mənim kimi – bir az yorğun,bir az kövrək ...bəlkə də bir az çarəsiz...
Əslində nə o ilk idi,nə mən son ...
Biz bəlkə də,sahilində olan bir qum dənəsi,bir qaya parçası ...bəlkə də ləpələrin qayalara çırpılanda bir anlıq var olan köpük kimi kiçik və mənasızıq sənin üçün ...
Amma sən ...sən fərqlisən ...
Nədən danışım sənə ? Sevgidən ? Yalanlarını səbəb gətirib,bəhanələr arxasında gizlənən sevgilimdən ?Böyük sevgilərin də kiçildiyinnən,bir gün heç yoxmuş kimi yox olmasınnan danışım ?Unutmağı öyrəndiyimnən də danışım ?
Bəlkə,insanları yanlış tanımağımnan danışım sənə ?Doğma bildiyim insanların bir anda necə yadlaşdığınnan ,hələ də gülümsüyüb rol oynamağımnan ,sadəcə - artıq heç nə əvvəlki kimi olmayacaq - deyə bilməməyimnən danışım ?Qışqırım bəlkə,-sən belə deyildin axı dostum ?
Noldu sənə ? Niyə dəyişdin ?Niyə soyuqsan,buz kimi ? Amma sus,cavab vermə ...Səbəblərin bəhanə olduğu bu zamanda doğrunu desən belə,inanacağımı düşünmürəm ... Sus ................
Bir az da qəribəlikdən danışım ?... Başa düşmədiyim insannan ...İncidə biləcəyimi düşündüyüm,və bunnan çox qorxduğum tək insannan danışım ?Ehh,dənizim mənim ....heç bilirsən o necə fərqlidi ?O sadəcə bir gün öz nöqtəsini tapmaq üçün doğulub elə bil ...
Sonra nədən danışım?Uzaqdakı dostumnan,darıxdığımnan,onu itirməkdən qorxduğumnan da danışım sənə ?
Hər şeyi danışım ? Axı niyə ? Niyə dinliyirsən axı bizi ? Bəs niyə susursan ?Niyə heç nə demirsən ?
Bəs hanı təsəllini səndə axtaran onca insan ? Hanı qucağına axıdılan göz yaşları ? Hanı o sözlər ?
Unutdunmu yoxsa ? ....Susursan yenə ...
Bilirsən sevirəm səni ...Susqunluğunu ,soyuqluğunu sevirəm ...Qəddarlığını sevirəm ...
Bir gün qucağına atılsam,məni udacağını bilirəm ...Öpsəm yanaqlarınnan,dodaqlarım donacaq ,bilirəm ...dalğalarınla rəqs əslində çıxılmaz labirintdi ...Sənə toxunmaq,bəlkə də sehirli qaranlıq ölümdü ...Bilirəm ...
Amma olsun ...Qəddarlığını sevirəm ...
Dənizim mənim ... İnsanlar toxunsun istəmirəm ...varlığımı,real olduğumu anlasınlar istəmirəm...Sən toxun ...
Al götür məni buralardan ...Gəl gedək de,mənə ... gedək buralardan ...Apar sehirli,sualtı dünyana...Oğurla məni insanlardan ...
Həmişə mən onların haqsızlıqlarınnan,pisliklərinnən danışdım sənə.Qoy bu dəfə də onlar,sənin qəddarlığınnan danışsınlar ...
Qoy bu dəfə də,mən bir hekayə olum ...Danışılıb-danışılıb unudulum ...
Qoy bu dəfə qorxularımı,ümidlərimi,xatirələrimi göz yaşıma qatıb axıdım qucağına.Qoy qarışaq bir birimizə dənizim...
Qoy sən olum mən də ... insan olmaqdansa ...su damlası olum səndə ...
Yazar: Həmidə Muxtarzadə | Əlavə edən: İmagin (2009-02-05) | Müəllif: Həmidə
Baxış sayı: 697 | Şərhlər: 6 | Reytinq: 5.0/1
Cəmi Şərh: 6
2009-02-15
6. Ajka (Ajka) [Giriş ]

Yazi maraqlidi yazilish olaraq ancaq belkede coxu ozunu tapa biler bu yazida ancaq mene tam yad ve uzaq olan bir seydi... Men anlamiram insan nece denizle danisha biler? Ona axi niye sirrlerini demelidi eger caresi olmayacaqsa? Onsuz deniz insanlari hec vecinede almir niyede alsinki ona her ne ziyan gelib biz insanlardan gelib... Suyunu cirkledirik, baliqlarini oldururuk, torpaq tapanmayanda onu qurudub yashayiriq...

2009-02-10
5. Kenan (Kenan_Guliyev) [Giriş ]

Konkret məna yoxdur.
Cavab: Belə yazılarda konkret məna axtarılmır Kənan bəy.hörmətlə Xancano

2009-02-09
4. Ziba (greyish) [Giriş ]

Cox zor yazidi, ancaq qemlidi, oxuduqca yazini butun enerjim yox oldu, menevi cehetsen yorucudu. Halbuki deniz haqqinda daha shen bir sheyden de yazmaq olardi. tebii ki bunlar menim fikrimdi,
eziyyete gore tesekkur
Cavab: Yazıda pessimizim ruhu var bəli.sizi yorada bilə oda düzdü ama bəzən qəmlənməkdə insana kömək edir
Xancano

2009-02-09
3. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Xancan:dənizə bütün sirlərini açırsan bəs görəsən nədən iləri gəlir ona olan bu inam

Cunki denizin aci dili yoxdu bize istemediyimiz sheyi demez...Yarqisiz infaz etmez.sadece dinler. Sirrimizi isteyimizi kimese catdirmaz sadece icinde saxlayar gizleder.Bax bundandi inam.


2009-02-05
2. orxan (_XAN_666) [Giriş ]

imagin , bu yazin haqqinda fikirlerimi sene demisdim onsuz da . yazi cox eladi . Qeseng yazmisan . Sekile gore de sekil yerlesdirenlere tesekkurler . O da qesengdi .

2009-02-05
1. xancan (admin) [Giriş ]

Yalanlarını səbəb gətirib,bəhanələr arxasında gizlənən sevgilimdən maraqlidir...dənizə bütün sirlərini açırsan bəs görəsən nədən iləri gəlir ona olan bu inam..o sənin tək sirdaşındı ama sən onun tək sirdaşı deyilsən çünki başka sahilləri var onun və başka sirdaşları...bir gün başka bir sahildən başka bir ölkədən sənə salam gətirər o dənz..öz sevgini taparsan o salamda...


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!