http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-19, 09.55MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Həmidə Muxtarzadə

Müharibənin izləri
19 ilimi geridə qoydum,19 payız yaşadım.Bu 19 ilde çox şeyler gördüm,çox səhnələrə şahid oldum.
Öncə doğuldum.Xöşbext idik oralarda.Torpağım menim,qoruyurdu bizi.Amma biz onu qoruya bilmədik.Müharibə ...
Mən tankların kölgəsində böyüdüm.Evimizin pəncərəsindən baxanda 2 nömrəli batalyonun həyəti gorünürdü.Dayım da əsgər idi.Hərdən bizə gəlirdi.Oyuncaq almırdı mənə.Nə gətirirdi bilirsiz?Heç təsəvvürünüzə də gəlməz.Dayım hər dəfə bizə gələndə mənə bir xeyli güllə gətirirdi.Hə,güllə.Amma işlenmiş,boş.Ən sevimli oyuncağım idi güllələr.Onlarla oynayırdım.
Onda mənim 3 yaşim vardı.Qəribədi amma,heç nəyi unutmamışam.O zaman olan hər şey köhnə bir filmin epizodları kimi keçir gözümün önündən.
Heç unutmadığım bir üz var.Sonradan bildim ki,adı Aqil imiş.Qonşumuz idi.Genc,yaraşıqlı və də çox cəsur tankist.Niyə idi?Çünki artıq o,yoxdu.Şəhid olub Vətən uğrunda.Mən onun tankında dəfələrlə olmuşam.Necə?O, --Bu balaca mənə uğur gətirir. -- deyirdi.Bağçamızdan yığdığım çiçekleri ona verirdim.O,da bu çiçekleri tankına düzürdü.Sert dəmirlər arasında zərif çiçəklər,elə müharibənin ortasındakı balaca qız kimi qorxurdu.
Mənim laylam silahların səsi,oyuncağım güllələr,çizgifilmim müharibə oldu.Elə beləcə də böyüdüm.Torpağimdan kənarda keçirdiyim 15 il mənə çox şey öyrətdi.Böyüdükcə yaşadığım dəhşəti daha yaxşı anlayırdım.Siyasətə,çirkin oyunlara qurban gedən torpağım.Mən utaniram xəritəyə baxanda.Səni niyə qara haşiyəyə alıblar.Qəlbiqara siyasətçilər...Səni qurban verənlər,kimi vəzifəyə,kimi pula.Bəs görəsən onlar utanmır?Mənim kimi,neçə gəncin gözlərində hələ də minalar partlayir.Hələ də qulaqlarımızda silahların səsi,hələ də o dəhşət.
Ehh canım torpağım,boş insanlar səni unutdular.Çünki,bu boş insanlar anlamırlar ki,kökləri səndədi.Sənsiz boy ata bilməyəcəklər,heç çiçəkləri də açmayacaq.Günü-gündən quruyacaqlar - don vurmuş ağaclar kimi.Mənsə yenə tək,yenə yalnız qalacam qurumuş ağaclar kölgəsində.
Mən təkəm.Bəs insanlar hardadi? - Mənasız bayramlarda,səbəbsiz konsertlərdə.Gözlüyürlər,fanoqram sədaları altında...
Nəyi gözlüyürlər? - Nəyi olacaq?Sondakı böyük atəşfəşanlığı.Axı bu gözəldi ...
Mən bu göydə partlayan,al-əlvan fişenglərə nifrət eliyirəm.Təkcə ona görə yox ki,xalqın pullarını - bizim milyonlarımızı gic-gic şeylərə xərcləyirlər.Həm də ona görə ki,bu fişenglər topdan atılır.Top səsi,onun yaratdığı əks-təsir,titrəyiş mənə o günləri xatırladır. -- həyəcan siqnalı,vahiməli üzlər,top mərmilərindən qorunmaq üçün zirzəmidə keçirdiyimiz onca gecə --
Bizsə topdan hələ də fişəng atmaq üçün istifadə edirik.Camal Əli demişkən : ELƏ BİL AXI MÜHARİBƏ ŞƏRAİTİNDƏYİK.
Amerika,Avropa,Rusiya ... hegamonların əlində oyuncaq olmuşuq.Onlar qazanacaqlar deyə biz,mənliyimizdən olmuşuq.
Bəlkə bəsdi,hə?Bəlkə oyanaq?Açaq gözlərimizi,reallığı görək. Vaxtı deyil,birləşməyin?Üsyan eləməyin,haqqımızı tələb etməyin vaxtı deyil?Məncə vaxtıdı,hər saniyə ziyanımıza işləyir hətta.Boş keçən hər saniyə məğlubiyyətə aparır.
Oyan Millətim,yalvarıram,bəsdi yatdın,oyan.
UNUTMA TORPAĞIMI.
Yazar: Həmidə Muxtarzadə | Əlavə edən: İmagin (2009-01-02)
Baxış sayı: 759 | Reytinq: 5.0/2
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!