http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-03-28, 15.01MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Aydan İbrahimova

10 böyük il aldəlar elimden....
Həsrətlə baharın gəlişini gözləyirəm. O, baharı ki, dəmir barmaqlıqlar arasından ancaq təravətini, nəfəsini duya bilərəm. O, baharı ki, burda qadın dolu və hər tərəfdən bir səs gələn, hər ürəkdən bir dərd bölüşülən, amma yenə də bu səs dolu zülmət səssizlikdə, yenə də elə həmin bu dəmir barmaqlıqlar arasından quşların şən cikgiltisini eşidəcəyəm. O, baharı ki, hələ 9 il beləcə gözləyəcəyəm.

Bu gün düz 1 il keçir əllərimə qandallar taxılan o gündən, amma hələ də gözlərimin önündən getmir hökmün oxunan o an. 4 tərəfimdə məhkəmə divarları, qarşımda mənə məni cəlladmışam, qəddarmışam kimi göstərən, soyuq baxışlı hakim, bir tərəfimdə lehimə, digərimdə isə əleyhimə olan vəkillər, arxamda isə neçə-neçə məni qınayan, mənə nifrətlə baxan, mənə tüpürən gözlər...Mən necə də yalqızammış, ay Allah! Heç kim məni dinləmədi, anlamadı, heç kim mənə inanmadı.
Offf...of pul, pul, pul.. Dilim utana-utana boynuma alır ki, nə qədər böyük gücə sahibdir bu balaca kağız parçası. Zəif, yüngül insanların, üstündə necə də ağalıq edir pul, öz qullarını ağa göstərərək.
Ehh....., başladılar danışmağa yalançı şahidlər, yekəqarın vəkillər. Ama mən heç kimi eşitmirdim. Dəhşətdən bərəlmiş, acıdan yaşarmış gözlərimlə baxırdım ətrafıma və düşünürdüm:"Aman Allah gözlərimin önündən necə də axır həyatım."Bu güclü görünən, özlərini ağıllı, doğru sayan insanların arasında demə bircə mənəmmiş zəif görünsəmdə əsl güclü, doğru olan. Çünki, əməlimdən peşmən deyiləm, alnım açıq, üzüağ baxıram qarşımdakına, boynum bükük deyil.
Görən, nədir namus? Vəhşi bir pəncənin və ya dişin qabağına atılacaq yemmi, bir toz qədər dəyəri olmayan gərəksiz bir şeymi? Cinayətkarammı? - bəli. Bu adı özümə qazandığım o an, coşmuşdu, dayanmadan hərəkətdə idi, fırlanırdı fələyimin çərxi. Nə qədər hayqırsam da, hayqırışım sanki, içimdə boğulmuş, ya da lal bir insanın çığırtısıymış kimi heç eşidilmədi. Hansı ki, avazım ən son tonuna qədər, çığırırdı, amma, boşa, çünki, heç nə durduran deyil bu çərxi. Buna yetən güc yoxdur. Bu gün zorla mənə sahib olmaq istəyən, namusumu korlamağa çalışan və sabah bunu başqa, saf, pak qızlara qarşı törədən əclafa təşəkkürmü etməliydim? Əlbəttə ki, yox! Namusumu qorumalıydım və qorudum. Amma bunu bilən varmı? Kim biləcək, kim mənə haqq verəcək, kim məni qoruyacaq? Mədələrini görməmiş kimi kağız parçaları ilə doldurub, özlərinin də qızları var-amma bunu düşünməyən, mənə pozğun, ləyaqətsiz qadın damğası vuran, daş ürəkli zalımlarmı? Ordakı yalançı şahidlərdən deyil, mənim şahidim. Bir tək Allah bilir olan hər şeyi.
Dilimiz dönüb-dolaşıb helə zəmanə korlanıb deyirik, daha demirik ki, insanlar korlanıb və öz murdar ürəkləri ilə korlayırlar ətrafı. Necə də, vəfasızdır bəslədiklərin, ay dünya, necə də pozublar səni! Necə də, korlayıblar bu insanlar bu fağır zəmanəni. Hakimin mənə hökm oxuduğu həmən o an, ürəyim dəlicə çırpınırdı. Gözlərim heç nə görmür, qulaqlarım heç nə eşitmirdi. Bircə onu bilirdim ki, namusumla, arımla, əyilməz qamətimlə, güclü qadınlığımla mən fəxr edirəm. Bəli, düz 10 il, 10 böyük il aldılar ömrümdən. Və mən o an anladım ki, bu həyatda nə qədər ağadır, nə qədər doğrudur yalan.
Yazar: Aydan İbrahimova | Əlavə edən: AINKA (2008-12-12) | Müəllif: AİNKA
Baxış sayı: 712 | Şərhlər: 2 | Reytinq: 5.0/1
Cəmi Şərh: 2
2008-12-23
2. AiNKA (AINKA) [Giriş ]

TƏSİREDİCİ HEKAYƏDİR AMMA GERÇƏKDƏN OLUBMU BU?

Aha olmus hadisedir..


2008-12-15
1. ferid huseyn (ferid55) [Giriş ]

TƏSİREDİCİ HEKAYƏDİR AMMA GERÇƏKDƏN OLUBMU BU?


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!