http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-26, 02.52MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xəyalə Ələkbərova

Yaşanan hiss.

Eşitmək istədiklərimizi eşitmədikcə kədərlənirik bəzən hətda əsəbiləşərik.Səbəbi məlumdur biz qabaqda olmaq,özəl olmaq istəyərik, ya da verdiyimiz qədər dəyərli olmaq..Eyni gözəllikləri gözləmək bizə görə ən təbii haqqdır,halbuki sizin ürəyinizin ən gözəl bağçasında açan gülü ona vermənizi o istəməmişdir.Siz könülünüzdən qopanı təqdim etmisiniz sizə könülünüzdə güllər açdırana o güllərdən bir dəstə təqdim etmisiniz. Güllərin əlinizdə qurumasına diqqət etmədiyində qarşınızda ki, xəyal qırıqlığına uğrayar və dünyanız başınıza yıxılar.Kim harada günahkar kim harada haqlı?Bu sual əks-sədalanar əvvəl beyninizdə sonra cavab da aydındır.Mənə, sevgimə layiq deyil düşüncəsi.Haqlısınız çünki ona zamanınızı ürəyinizi vermisiniz!İstəmədiyi halda siz onun həyatını zəbt etmisiniz.Sadə bir dostluğunuzu istəmiş və siz bununla kifayətlənməmisiniz.Ən gözəl sözünüz də 'sevgi əmək istər' sözüdür.Aşiq olmaq insanı daha yolun başındaykən kor etməyə başlayar.Aşiq olmaq, onu hər an düşünmək, dostluğunu belə gözdən çıxarmanızı tələb etməz.Siz onu o olduğu üçün sizə içdən gülə bildiyi üçün sizə içini tökə bildiyi üçün sevmisiniz və o sizin olmalıdır!Zamanla bu haqqı ürəyinizdə taparsınız, sahiblənməyə başlayacaqsınız.Ondan gələn hər telefon hər mesaj sizə bir ümiddir. O sizin olmuşdur sonunda. Sizi sevdiyini anlamışdır müəyyən bir zamandan sonra. Onu üzən layiq olmayana zamanında necə dəyər vermişdir? Bəli 'sevgi əmək istər' amma bu qarşınızdakının bir vərdişi olubdursa.Ya sizə sadəcə bağlanıbdırsa, eşqlə sevgini qarışdırıbsa bir birinə. Ya da sizinlə yaxşı keçirdiyi hər gözəl vaxtı itirmək istəmirsə,birinə sığınma birinə sdayanmaq istəyidirsə.Heç ağılınıza gəlməyən birinə aşiq oluna bilməyəcəyidir.Və bir gün eşq bitər. Eşq başlamadan necə bitər deyə də bir sual yaranır.Sizin əməyiniz qarşınızdaki insanı ovsunlamışdır və siz onun sizin dəyərinizi anladığını düşünürsünüz. Bu anlayış insanı bəzən yanıldır elə deyilmi?Bəli siz sevmisiniz onun xoşbəxtliyi üçün əlinizdən gələni etmək istəyərsiniz yaxşı o xoşbəxt olsun deyə ondan tamamilə imtina edə bilərsinizmi? İçinizdəki dəli aşiqə eşq bilə-bilə məhbusluqdur deyərək,əsarətdən xilas olma vaxtı gəldi deyə bilərsinizmi?Əhəmiyyətli olan onun ürəyinin xoşbəxt olması yüzünün gülməsi deyə bilərsinizmi? Sevmək cəsarət işidir sevmək ürək istər sevmək məntiq istər.Kor aşiq kimi eqoizmi sevməz sevgi.Aşiqsinizsə və aşiq olduğunuz insan bir yerlərdə sizi gözləyirsə siz bir addım atın yalnız qaçmayın.Buraxın o da sizə addım atsın.
Yazar: Xəyalə Ələkbərova | Əlavə edən: DuYqU (2009-02-21)
Baxış sayı: 730 | Reytinq: 5.0/1
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!