http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-03-29, 16.38MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xəyalə Ələkbərova

Sənli sənsiz dünyam!
Daşıya bilmirəm sənsizliyi, sənsizlikdə səni sevməyi.Atdığım hər addımın qarşısında uçurum var...Gözümü hər bağladığımda sənsizliyin qorxusu...Və hər yeni gündə ayrılığın ağrısı... Uzağındayam sənin və sənə aid hər şeyin.
Gəlmə!!!
Niyə həmişə unutmaq istədikcə qarşıma çıxırsan?
iyə mən sənsiz yaşamağı bacara bilmirəm? Və Niyə bunları sənə deyə bilmirəm?
Sən gerçək sevgini yaşadınmı heç?
Bir ürəkdəki, digər bir ürəyin nə demək olduğunu bilərsənmi? Mənim ürəyimdən görmək istədinmi özünü?Ürəyim döyündükcə daha da qopuram bu həyatdan hər döyünəndə yenidən səssizcə əriyirəm.Sənə səslənirəm.
Gəlmə!!!
Yeni həyatın,sevgi dolu günlər mənsizliyinlə qurula bilirsə yaşa dolu dolu o günləri..acısı çıxar əlbət bir gün...Sən məndən xəbərsiz sökdün içindəki məni...Mən qopduğum yerdə qopdum həyatdan....Sənli həyatdan...İndi sənsizliyin yaşandığı bir dünyam var...İçində sevgidən əsər belə qalmayan bir dünya...Sevgimi ən pis yerində yaraladın...
Səni sildim ilk əvvəl ağlımdan,daha sonra hər dəfə "SƏN" deyib döyünən qəlbimdən...İnan mənə varlığın acı verirdi ki, yoxluğun incitmir...Bəzən düşünürəm niyə tez getmədin?Niyə həyatımda bu qədər qalmanı istədim?Niyə səni qəlb evimdən tez qovmadım?Sildim yaşananları,yaşatdıqlarını və sənlə yaşamaq istədiklərimi...İndi xəyalımda,ağlımda,ürəyimdə təmiz bir düzən qurdum...Sən tək vəfasız bir kəs o düzəni poza bilməz!!!
Get və bir daha gəlmə!
Unutmaq,ondan imtina etmək,həyatından sonsuza qədər çıxartmaq məcburiyyətində qaldınmı..?Ölmüş kimi,əlini uzatdığında əlini tuta bilməyəcəyini bilmək kimi...Hər an qapından içəri gülümsəyərək girəcəyini gözləyib amma əslində, heç gəlməyəcəyini bilməyin kimi...Çətin deyilmi ölmədiyini bilmək, amma ölmüş kimi sənin olmayacağını bilmək.
Darıxmaq, bu qədər darıxmaq!!!Çox pis deyilmi? Bu qədər darıxıb onu görə bilməmək, ona toxuna bilməmək onu eşidə bilməmək.Nə qədər ümidsiz bir axtarışdır "O" keçən minlərlə insana baxaraq.Hər baxdığın yerdə sanki yenidən itirər kimi...Bəlkə bir dəfə daha görə bilmək üçün o üzü,bəlkə bir az əvvəl keçdi bu yoldan deyə düşünmək. Bəlkə bu an arxamda gedən insanların içində bir yerdə deyərək çarəsiz düşünmək.Bəlkə bu an üzərimdədir gözləri deyə həyacan keçirmək.Nə qədər əridər şam tək insanı hiss etmədən.Heç iki şəxsiyyət beyninlə yarım insan ola bildinmi? Baxdığında aynada özünü deyil məhz onun cismini gördüyün oldumu?Sənə həyatındakı ən böyük məhrumluğu yaşadandan,nifrət edə bilmədiyin...Oldumu?Telefonun zəng çalmasa belə zəng çalar kimi səs duyub telefona qaçdınmı?Hər gecə yuxuda görüm deyə tez gözlərini yumdunmu?Hər sabah onu görməyəcəyini bildiyin halda sabahların tez açılmasını istədinmi?Onu qarşılıqsız sevmək üçün sadəcə doyasına görmək üçün Tanrıdan ömür istədinmi?Həyatın bütün gözəlliklərini onsuz yaşayacağını düşünərək bütün gözəllikləri onun üçün dilədinmi?Tək bir arzu üçün yaşayıb, hətda arzuna çatmayacağını bildiyin halda arzunda "O"-da yer alsın deyə arzuladınmı?Bir ömür ona həsrət yaşayacağını bildiyin halda bir ömür də yaşamağa can atdınmı?Onu üzməkdən qorxdunmu,göz bəbəyindən belə qısqandığın halda başqa gözlərə rəva gördünmü?
Bu qədər suallar varkən,cavabsız qaldınmı?

Sən bir ömür üçün bir ömrə dəyər bir insanı sevdinmi?

Yazar: Xəyalə Ələkbərova | Əlavə edən: DuYqU (2008-12-15) | Müəllif: Xəyalə Ələkbərova
Baxış sayı: 731 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!