http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-03-29, 09.13MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xəyalə Ələkbərova

Razısanmı?
Evinin səni içinə sığdıra bilməyəcək qədər dar olduğunu hiss edəcəksən... Küçəyə atılacaqsan.Küçələr də dar gələcək.
Eynilə bədəninin ürəyinə dar gəldiyi kimi.Nə dənizin mavisi açacaq içini, nə tərtəmiz səma.
Özünü daşıya bilməyəcək qədər çox böyüyəcək, bir tərəfdən də itəcək qədər kiçiləcəksən.
Bəziləri sənə bir şeylər izah edəcək dayanmadan.
'Vacib olan sağlamlıq.'
'Yaşamaq gözəl.'
'Boş ver, hər şey unudular.'
Sən heç birini eşitməyəcəksən.Gözyaşlarından ətrafı görə bilməz hala gələcəksən.Ondan ölməsini istəyəcək qədər nifrət edəcək.Az sonra qollarında ölmək istəyəcək qədər çox sevəcəksən... Həmişə ondan bəhs etmək istəyəcəksən. 'Ölümə çarə tapıldı' ya da 'Sabah qiyamət qopacaqmış' desələr başını qaldırıb Nə dedin? ' deyə soruşmayacaqsan.
Tək qalmaq istəyəcəksən. Həm də milyonların arasında itmək.İkisi də çatmayacaq. Keçmişi düşünəcəksən. Haradasa dəqiqə dəqiqə. Amma pisləri unudaraq.Onunla keçdiyin yerlərdən keçmək istəyəcəksən.Getdiyin yerlərə getmək. Bu sənə heç yaxşı gəlməyəcək. Amma bilə-bilə edəcəksən.Biri sənə içindəki ağrını söküb ata biləcəyini söyləsə, qaçacaqsan.Əslində xilas olmaq istədiyin halda, o ağrını yaşamaq üçün müqavimət göstərəcəksən.
Həyatinin geri qalanını onu düşünərək keçirmək istəyəcəksən.Əksinəni iddia edənlərdən nifrət edəcəksən. Hər kəsi ona bənzədib.Kimsəni onun yerinə qoya bilməyəcəksən. Heç bir şey əyləndirməyəcək səni. Bir neçə saat başı bulandıran amma əsla onu unutdurmayan. Bütün mahnılar sizin üçün yazılmış kimi gələcək. Boğazın düyünləniləcək, dinləyə bilməyəcəksən. Yatmaq çətin, oyanmaq asan olacaq.Səhəri iplə çəkəcəksən... Bəzən də 'Heç günəş doğulmasa' deyəcəksən. Nə gecələr rahatlaşdıracaq səni nə gündüzlər. Ölməyi istəyib, ölə bilməyəcəksən.Yuxular görəcəksən, gerçək olmasını istədiyin. Hər sıçrayaraq oyandığında onun adini söylədiyini hiss edəcəksən... Telefonun çalmasını gözləyəcəksən. Axtarmayacağını bilə-biləBir daha sevməməyə and içəcəksən.Həyata dair heç bir şey etmək gəlməyəcək içindən. Onun səsini bir dəfə daha eşitmək üçün yanıb alovlanacaqsa. Dəfələrlə axtardığı günlərin qiymətini bilmədiyin üçün özündən nifrət edəcəksən.Yaşadığın şəhəri tərk etmək istəyəcəksən.Amma bir ümid. Onunla bir gün bir yerdə qarşılaşma ümidi.Bu ümid səni getməkdən saxlayacaq.
Razısanmı bütün bunlara?
Hazırsanmı sonunda ölüb ölüb dirilməyə?
Yazar: Xəyalə Ələkbərova | Əlavə edən: DuYqU (2008-12-15)
Baxış sayı: 740 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!