http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-20, 17.42MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xəyalə Ələkbərova

İçimdəkilər.
Bir gün bu həyat yollarından sənin bir sovruntunla uçub gedəcəyəm. Amma gah sən mənim arxamda, gah mən sənin içində , kim bilir hansı diyarın hansı güşəsində yenə sənin əlinlə torpağa sancılıb, sənin nəfəsinlə çiçəklənəcəyəm, ey könül fırtınası!
Məndən nə istəyirsən?
Dedim axı mən tanrının qonağıyam.Nəyim varsa, gəl al, apar sənin olsun. Yetər ki, sən gəl. Gəl ki, ətrafımda gəzin ey könül fırtınası.
Ayağı dəyilən yerlərə şallar döşənən, hər nəfəsilə qurban kəsilən bir hökümdar sənin yanında kimdi ki? Gəl, qarşımda bütün dəhşətinlə sovrul. Səfadan əs, cəfadan əs, zövqdən əs sarsıt, sovur, yerdən yerə vur, ey könül fırtınası.
Bəxtsənmi, talesənmi?
Çilə yoxsa səfasanmı?
Ovsanmı, sən mənə tuzaksanmı?
Həyat, yoxsa ölümsənmi, ey könül fırtınası?
Gələn vurar, gedən vurar, yaxşı vurar, yaman vurar.
Bir ah çəkib, dayan deyən olmazmı ki, ağlayanım ey könül fırtınası?
İçimdən bir səs: Mən nəyəm, kiməm? – dedi.
_ Mən yüksək bir səslə sənəm, sənəm, sənəm dedim.
Neyləyim?
Səndən daha gözəl, mənalı bir şey yox ki, sənə bənzədim.

Sənsiz zaman durub,
Əsmir artıq əsəsn külək.
İrəliləmir kövrək ürək.
Dilim gəlmir danışmağa...
Yaşda yoxdur ağlamağa.

Bir ulduzum göydə mənim, qaranlıqda parıldayır.
Bir ürəyim var, səndə mənim Gülüşünlə qidalanır.
Yuxular da, xəyallar da, gözlərim də hey canlanır,
Ürəyimdə yaşatdığım heç görmədiyim baxışların

İliyinə qədər titrəyən gecənin qulağına əyildim:
- Qorxursanmı, üşüyürsənmi, nə ürpərirsən? Dedim.
Susdu.
Yarpaqlarda yumaq-yumaq yuvarlanan Günəşin qulağına əyildim:
-Bu nə təlaş, bu nə saxlanış, bir özgə dərdinmi var? Dedim.
O da susdu.
Xəyala varmış, nəfəsi kəsilmiş dənizin qulağına yanaşdım. Hələ nə soruşacağımı bilmədən başını çevirdi, dodağını bağladı sükut etdi.
Ayıblanmaz, qorxarlar, əlbət. Qorxu nə çox bu dünyada?! Atəş, afət , çilə möhnət, dağ dağ olmuş.......
Qorxanlardan bir qorxan da mənəm, bax!
Qorxuram:
Anlamazdan, həsrət hicran; tanımazdan çiyin çəkən, dodaq büzən , gülüb keçən, eşq əzabı çəkməmiş biçarədən, əsə əsə qorxmaqdayam.
Qorxuram!!!
Könlümə ağla deyirəm. Ağla!
Amma kimsə görməsin. Göz yaşı yaman tez həsədə uğrar.
Ağla ki, təmizlənsin bu ürək.
Odammı, ocağammı?! Damlayammı, dənizəmmi? Ovammı, ovçuyammı? Bilməm ki, mən nəyəm?
Zaman olur: kölə, əsir....
Zaman olur: sultan əmir...
Düzdürmü? eləyəmmi???



Source: http://[URL=http://www.radikal.ru][IMG]http://s58.radikal.ru/i160/0812/45/63308f5a1577.jpg[/IMG][/URL]
Yazar: Xəyalə Ələkbərova | Əlavə edən: DuYqU (2008-12-15) | Müəllif: Xəyalə Ələkbərova
Baxış sayı: 746 | Şərhlər: 2 | Reytinq: 5.0/1
Cəmi Şərh: 2
2008-12-18
2. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Teshekkur

2008-12-18
1. xancan (admin) [Giriş ]

Sənsiz zaman durub,
Əsmir artıq əsəsn külək.
İrəliləmir kövrək ürək.
Dilim gəlmir danışmağa...
Yaşda yoxdur ağlamağa.
gözel tesvirt etmisen Xeyale ınsanin tek vefalı dostu olan göz yaşlarınıda ona uzaq gösterisen;oda yoxdu artıq ,,,bu heqıqetende yalnızlığın ınkar olunmaz terennümüdür


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!