http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-04-24, 09.07MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

http://img355.imageshack.us/img355/7076/sanalalem2fs.jpgQüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.

Naməlum dostlara bu qeder inam nədəndir??Onlara arıldığımız vaxtları, onlarçün işlətdiyimiz ürəkdən sözləri, real yaxınlarımızdan nəyə görə əsirgəyirik?üzünü görmədiyimiz əlini tutmadığımız göz təmasında olmadığımız bu naməlum dostlar nəyə görə bizlərdə həyəcan oyadır? Onlarla yazışanda dilimizin tilsimi açılır.Ama realda susqun təbiətliyik evdə canparələrimizlə kəlmə kəsmirik.Necədə qəribə varlıqlarıq biz insanlar qanı qanımızdan olan insanlara qan uddururuq iki divarın arasında,ama məsələ virtual dostlara gəldiktə içimizi açıb tökürük.bu nədən irəli gəlir?çəkilməməzlikdən?yəni insan qarşısındakını görmür deyə daha rahatdı?yox məncə bu insanda mənevi problem olduğunu göstərir. Lənətlendiyini göstərir təkcə yəhudilər yox hamımız lənətliyik. .Naməlum bir qəhrəman kimi gizlənirik monitor arxalarında və həyat macəramızın əskik tərəflərini gizləyərək yeni bir insanla onun hissləriylə qarşılaşmaq yeni bir həyəcan verir bizə.Öz hislərimizi naməlum birinə açırıq qarşı tərəfin gözündə yeni bir insan olaraq doğuluruq və yeni bir qüsursuz insan oluruq..yalanlar deyirik,birdən qarşıdakının xoşuna getməyə bilərik deyə. Tanışdığımız hər insanda yenidən doğuruq,o “kiçik” yalanlarımızla.. Aldığımız hər cavabda yenidən biz oluruq sanki.Xoşlayırıq belə anları..istədiyimiz kimi oluruq onun yəni qarşıdakının gözündə .Həyat hər zaman belə olsun istəyirik bir birimizi tanımadan yaşasaq uzaqlarda . Bir söz qədər yaxında ama əsla qarşılaşmayacaq aqədər uzaqda .Yalnız və yalnız sözcüklərdən ibarət dostluqlar olsa.Yaşamın yükləri çökməsə dostluqlarımızın üzərinə . Bir sözcük qədər azad olsaq,bir musiqi kimi axıb getsək .. Bu sehir heç vaxt pozulmasın istəyirik.. Yeni bir MƏN axtararıq həyatda,elə MƏN ki qüsursuz.. qüsurları gizlədib saf bir insan kimi tanınmaq heç olmasa birinin gözündə. bu bizi rahatladır.. Kompyuterin yalnızlığında oturub naməlum birindən gələn bir “salam”  vəya “necəsən?”  kəlməsi inanılmaz bir həyəcan və rahatlıq doğurur bizdə?niyə?lənətliyik?

            Real insan nəfəsinin istiliyini verməyən heç bir əlaqənin daimi olmadığını nəzərə çatdırmaq isəyirəm.Bütün bu həyəcanlar bir gün susar,virtual həyatın gətirdiyi rəngsiz həyatda məhv olar birgün.Ama real həyatın rəngarəngliyi solmaz heç vaxt.Kitabın qarşısında google, məktubun qarşısında chat, real dostların qarşısında virtual dostlar keçicidir, və heç vaxt insani duğularımızı təmin edə bilməzlər. Danışmağı çox sevmirik ailəmizə soyuq davranarıq, bir gülər üzü əsirgəyərik ama internet adı gələndə yeni bir həyəcan oyanar.Qarşı tərəflə dialoqun cazibəsi inanılmaz bir həzz verir sanki unuduruq su kimi axan zamanı. Ama o zamanı realda doldura biləcək o qədər məşğulliyyət varki.. Bütün bu dediklərimdən hər halda mənim texnologiya, internet və.s düşmanı olduğumu  olduğumu düşünə bilərsiz ama fərqi yoxdur istədiyiniz kimi düşünün. “Xoruz yox idi səhər açılmırdı?” düzdü atalar zarafatçıl olub səhər açılırdı ama rəngsiz açılırdı..eybi yox belə olmaqdansa qoy elə olsun ama əlbət bir gün bütün bu həyəcanlar susar,virtual həyatın gətirdiyi rəngsiz həyatda məhv olar real həyatın rəngarəngliyi geri dönər.. Düzdü internet əsrində yaşayırıq gənclərin hamısının virtual əlaqələr qurması bu baxımdan çox normaldır.Birdə günümüzün ən qabaqda gələn Virtual sevgililəri var.gündə bir sevgili dəyişirik .. Təəssüfki biz oğlanlar qızları tez aldada bilirik.Oğlanlar tez və asan sevir və tez unudur.Qızlarsa gec və çətin sevir və gec unudur..Qızlar bizə inanıb dərhal romantik xəyallar qurmağa başlayırlar..heyif..içimizdən bir ağıllı çıxıb o qızlara həqiqətləri göstərəndədə onlar həqiqətin bircə qramınada dayana bilmirlər.. bilmirlər.. Saatlarla virtual insanlarla danışan birindən “neyləyirsən?” deyə  soruşanda “dərtləşirik” deyib vicdanını rahatlatmağa çalışır.Tanımadığın biriylə insan necə dərtləşə bilər axı. Bir birinizi nə qədər tanıyırsınız. Yaxşı oğlanlar edir qızlara nə xəbərdi. Qızlarda yoldan çıxıb onsuzda.. Hamımızda səhvlər var və hamımız günahkarıq..sadəcə bəzilərimiz bu halımızı görüb tez özümüzü düzəldə bilirk.Bir çoxumuzda batıb gedirik virtual fantaziyalarla...İnda yazını oxuyan hər kəs içindəki mənliyiylə dialoga girib müxtəlif bəhanələrlə özünü sakitləşdirməyə çalışacaq və “bu kimi virtual əlaqələr insanı rahatladır tanımasanda içini tökürsən rahatlayırsan” deyib təskinlik tapacaq . Mən bunu inkar etmirəm bir baxımdan düzdü elədi.Ama bunun nəticəsi yaxşı olmur.bu vəziyəti dəyişmək lazımdır ..Və sonda Bertold Brechte qulaq verək: “Dünyanı dəyiş,onun buna ehtiyacı var...”

Vefasızlara eşq olsun !!

PS-heç vaxt qələm vərəq götürüb yazdığım yazıdakı həzzi “word”-lə yazdığım yazıdan ala bilmərəm...

Xancan Kərimov 10:17 PM  4.02.2009 Sabirabad/Azərbaycan

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2009-02-04) | Müəllif: xancan
Baxış sayı: 999 | Şərhlər: 25 | Reytinq: 4.8/4
Cəmi Şərh: 25
2009-07-23
25. mehriban-p (mehriban-p) [Giriş ]

həmişə mail.ru saytını xoşlamamışam, həm viruslu sayt oldugu üçün, həm də çatla əlaqəli oldugu üçün, həmişə insanların elektron adreslərinə fikir verirərəm, mail.ru görəndə...
hər bir kəs seçimində, zövqündə azaddı, kim çata üstünlük verir öz işidi, amma mənim düşüncəmə görə orda səmimi insanlar olmur. istəsən belə səmimi ola bilməzsən, forumsa fərqlidi, burda düşüncələrdən, rəylərdən söhbət gedir, bayagı kimsən, nəçisən, və sair ... söhbətlərə yer yoxdu. forumda insanları çatdan fərqli olaraq özlərini təqdim etmələrindən deyil, düşüncə və fikirlərini bildirmədən tanımaq olur.
Xan bu və "dünyasının radiusunu bilən varmı" yazılarını çox bəyənirəm.

2009-07-23
24. mehriban-p (mehriban-p) [Giriş ]

Xan bir dəfə demişəm, yenə deyirəm, bu yazın sənin best of best

2009-05-31
23. FERID (FERID) [Giriş ]

men virtual tanisiqliqlari hec sevmirem ama ne yaziqki seven genclerimiz coooox sad

2009-03-02
22. sema (sema) [Giriş ]

men tam eksine virtial sohbetde ozume dost tapa bilmirem.gorunur cetin insan olduguma goredir

2009-02-11
21. xancan (admin) [Giriş ]

Ese Ajya Clumsy cavabları yazdım..
Cavab: Bilirəm mənə vurmadın amma yenə də agentdə oturanlar deyəndə nəsə qəribə gəldi.
İndi keçək tərifə: Xancan, əla mövzudu. Bu İlham necədə gözəl zaddı. Gələndə baxmıre worddu ya qələm)))
Elə bil Şablonçuluq olduhə?

2009-02-10
20. Emil (ESE) [Giriş ]

Xancan, heç olmasade ki sözü gedən səbəbə zad da...Elə bil ki birbaşşa mənə vurdun o sözü. Nə isə keçdik.
Ajka, sənin ancaq axrıncı cümlənlə razı qala bildim.
Cavab: yox ese sene vurmamışam dost)

2009-02-10
19. Ajka (Ajka) [Giriş ]

Xancan bilirsen bezen agizin deye bilmediyi seyleri eller cox asanliqla yazir. Ona görədə virtual dostluqlar gündən günə artiq hetda bezen insanlarin mehz virtualda danishacagi insanlara ehtiyaclari olur.... Birdeki virtual munasibetlerde bir seyde varki insan ozunu oldugu kimi deyilde istediyi kimi tanida biler. ona gore coxda bel baglamaq olmaz virtual sevgilere
Cavab: ayka virtual əlaqənin bir şeyidə varki insan istər istəməz.özünü orda tanıttığı kimi hiss edir..

2009-02-09
18. Ziba (greyish) [Giriş ]

Internetde kimlese danismaq serf edir, cunki ancaq kefin cekeni deyirsen ona , heyatin haqda. Ve istenilen an elaqeni kese bilirsen. Realda ise daha cetindi, unsiyyet qurmaq.Ancaq bimirem... hansi daha yaxsidi, yeqin ki real heyatdaki.
Cavab: ziba bax yazmısanhaa istənilən anda əlaqəni kəsmək.səncə bu nə dərəcədə düzgündür hm?

2009-02-06
17. gulnar (clumsy) [Giriş ]

xan,mesele virtualda sohbet etmek deyil.virtualda nece sohbet etmkedi.
Cavab: Coxu eyni yerə gəlib çıxmır bəyəm?

2009-02-06
16. xancan (admin) [Giriş ]

Eseeeeeeeeeee anladaaa men mail ruda hansi məqsədlə oturanlardan danisiram

2009-02-05
15. Emil (ESE) [Giriş ]

Xancan, mən də mailru da otururam. Bu o deməkdi ki mən də sözü gedənlərdənəm? Mən ki yaxında olmayan REAL dostlarla danışıram. Mən də düşdüm qara siyahıya? wacko O ki qaldı bizim dəyişmək söhbətinə, düz deyirsən Yaradanın ol deməsiylə olan bir şeydi bu. Bəs o OL sözü əmr olunanda əməl edənlər biz insanlar deyilik? Nə tarnımız dəyişir nə də zamanımız. Sadəcə Yaradanın məsləhəti ilə xəstə düşüncə tərzinə yuvarlanırıq.

2009-02-05
14. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Naməlum dostlara bu qeder inam nədəndir??

Men inam demezdim.


2009-02-05
13. xancan (admin) [Giriş ]

Gülnar hər zamanki kimi ürəyimi oxudun
XAN sən səhv salırsan mən virtual Sevgili dəyişənlərdən , Vİrtual azadqlıq və ifrat dərəcədə ilərləmiş bu kimi şeylərçün deyirəm sən məsələyə sənin mənim prizmamdan baxma.deyirlər insan özü necədi hamını elə sanır.XAN mən mail ruda oturanlardan danışıram..

2009-02-05
12. orxan (_XAN_666) [Giriş ]

[color=blue]virtual sohbet etmek menim cox xosuma gelir . Tanidiqlarimla da sohbet edirem , tanimadiqlarimla da . Yazida bir az apsurtluq vardi . Evveli ayri cur basdadi , ortasi bir basqa cur davam eledi . biten de yene de evveli kimi bitti . Umumilikde yaxsi yazidi .
Bax Xancan . Eger bu dostluqlar olmasaydi , ne biz seni taniyacaqdiq , ne de sen bizi . Men ne senin , ne de burda olan hec kimin uzunu tanimiram . Belke gunde qarsilasiram onlarla , amma burdaki dostlar oldugunu bilmirem . Sayt senindi , dostluq sayitidi , mini_chat var , forum var , meqaleler , xeberler bolmesi var . Bunlari niye yaratmisan ? Yaratmazdin da .... buraxardin ele her seyi tesadufe .... belke tesadufen taniyacaqdiq onda bir-birimizi . tesadufen bu sobetleri eliyecekdik , he ?
Bax , dediyim odu ki , virtual sobetler hemise lazim olacaq bize . Men virtual elaqeni destekleyenledenem .........
.............XAN...............

2009-02-05
11. gulnar (clumsy) [Giriş ]

razıyam həmişəki kimi.amma səbələrini də yazsan lap yaxşı olardı.eybi yox qoy onları da mən yazım,yəqin razılaşarsan.
nəyə görə insanlar virtual münasibətlərə belə üsütünlük verir(xüsusilə qızlar deyərdim). səbələri var əlbbətə,səbəbsiz də şey olar?
2 yerə bölərdim səbələri:
1.getdikcə pisləşməkdə olan cəmiyyətimiz. insanlar (xüsusilə xanımlar) həyatda gördüyü çirkinlklərdən "yaxa qurtarmağa" çalışır (pisi görməmiş yaxşının qədrini bilməyən insan...) həə,unutmamış deyim ki aldanmalara səbəb də bunlardı. virtuala üz tuturlar.halbuki virtualda aldanmalar daha çox olur.olduqca çox. nə isə. və başlayırlar öz "ağ atlı şəhzadələrini" axtarmağa.
2.virtual azadlıq.
hansıkı "sərhəd tanımır".yəni çoxları burda seçim şansının yüksək olduğunu düşünür,bəklə də haqlı olaraq belə düşünür.komputer arxasında əyləşmiş bir xanım özünü rahat hiss edir ki onsuz da məni tanımır,koordinatlarımı da bilmir,danışım xoşuma gəlməsə başqasıyla maraqlananram (sanki paltar seçir özünə) beləcə xancan sən demiş tez-tez dəyişir sevgililərini,aldanır dəfələrlə.sual meydana çıxır.bu qədər aldandığı halda nəyə görə hələ də imtina etmir bu virtual tanışlıqlardan? çünki dövrümüzdə elə bir insan tapmaq çətin olar ki onun ətrafında internet vasitəsilə tanışıb ailə qurmuş biriləri olması.belə şeylər də az olmur (bu ailələr nə qədər sağlam ailə olur ona bilmirəm artıq,şübhəm var...) bu isə bir növ inam yaradır,"mənim də qarşıma çıxar beləsi" deyə.və kişilər bu inamdan məmuniyyətləsui-istifadə edirlər. virtual tanışlıqlar,virtual sevgilər başlanır beləcə. bu dövr ərzində ("sevgili olduqları"müddətdə) hər iki tərər bir-birinə ancaq yaxşı xüsusiyyətlərini göstərirlər(bu real həyatda da belədi.görüş dövründə hər iki tərəfdə bəyənilməmə qorxusu olur,flört dövründə də həmçinin).hətta yalanlar danışırlar qeyd etdiyin kimi.axırda da "çanaq xanımların başında sınır." virtualda abır-həya anlayışı itir bir növ.realda belə çox kişiylə münasibət qursa("məsumanə də olsa") adına söz çıxmasından ehtiyat edən xanımlarimızın virtualda belə bir problemi yoxdu.

P.S. başayaq cümlələrim varsa bağışlayın,yuxuluyam hələki smile


2009-02-04
10. xancan (admin) [Giriş ]

yox nizamsızlıqı yardan YARADAN özüdür.insanlar heçnəyi yaratmırlar sadəcə Tanri yaratmaq istdədiyi şeyləri insanlar vasitəsilə icad etdirir..

2009-02-04
9. Emil (ESE) [Giriş ]

Bə bunda dünyanın nə günahı??? İnsanlar deyil nizamsızlığı yaradan?

2009-02-04
8. xancan (admin) [Giriş ]

Entropiyyaaa))yenə hərlənib firlanib entropiyyaya gelirik yeni duzensizlik dunyada hersey nizamsiz olaraq artir yeni nizam pozulur neceki agac yapaqlari payiz xezaninda tokulerkena

2009-02-04
7. Emil (ESE) [Giriş ]

Dəyişən düşüncə tarzidi. Məsələn Avropalı bilsəydi ki xəstə düşüncəlilər onların mədəniyyətini doğma Azərbaycanımızda Qərb Mədəniyyəti[ adıynan çılpaqlanmaqda görəcəklər bəlkə mədəniyyətsiz qalardılar. smile zəmanə dəyişir ama dəyişdirmir. İnsanlar dəyişir, onların düşüncə tərzi dəyişir. Kim deyərdi ki əsrlər bunnan qabağ ən mədəni xalqlar arasında adı çəkilən Azərbaycan xalqı 8yeni ulduz keçirər? Bu sadəcə düşüklükdən başqa bi şey deyil. Yenə də deyirəm zəmanə öz axarındadı. Sadəcə düşüncə tərzi 180dərəcə sola ya da sağa fırranır. Ama nəticədə bi yerə baxır sonda.

2009-02-04
6. xancan (admin) [Giriş ]

bəs inan niyə dəyişir yaxşı???zamanə dəyişməsə insan dəyişər??
paradoks wacko wacko
ese bəs nədi dəyişən?

2009-02-04
5. Emil (ESE) [Giriş ]

axı dünyaya nə olub e? Bu bədbəxt kürə neynəsin axı. O həmişəki kimi fırranır. Axı insanlıq dəyişməsə, bəşər intim, mənasız həvəsə, ...web saytlara, və s. sözü gedən zadlara marağı artırmasa dünyanın harası dəyişəcəkdi ki? Dünyanı dəyişən elə bu milyardlardı da. Elə deyilmi?

2009-02-04
4. xancan (admin) [Giriş ]

yox ese dünya o firladanlari o hala salib onlar neylesina?

2009-02-04
3. Emil (ESE) [Giriş ]

Xancan, əslində düz deyirsən. VAXT ÖLDÜRMƏK adıynan girib heç tanımadığı biriynən dərd ortağı olur. Ama bi şeydə səhvin var mənim fikrimcə. Təsəlli məsələsi. Axı sözü gedən axmaqlar səhvlərini qəbul eləmillər ki təsəlli də tapalar. Sonda Bertold əmiyə sözüm var "Ay Bertold əmi, dünyanın yox dünyadakıların, yəni onu fırradanların dəyişikliyə ehtiyacı var"

2009-02-04
2. Nergiz (nur_tanesi) [Giriş ]

MEN HECKIMLE VIRTUAL SEVGILI OLMARAM. COX ISTEYIB HORMET EDE BILEREM AMMA SEVGILI OLMARAM DUYGULARDAN ONCE MENTIQDE OLMALIDI INSANDA. ANCAQ XAN YAZINI OXUYANDA HARDASA HERKES OZUN GORECEK ORDA.ELE MENDE ELA ALINIB COOX BEYENDIM TEBRIK

2009-02-04
1. opppaa (ctrl) [Giriş ]

Ne deyim yoldas Kerimov olanlari yazmisanda.Men virtualliqdan bezmisem


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!