http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-04-19, 12.56MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Dosta Zəng
http://img2.blogcu.com/images/s/u/g/sugibisin28/yalnizlik_1_1588.jpg

Günlüyümdən səhfələr..

İmtahanlar bitdi nəhayət..Evdəyəm,darıxıram,maraqlıdı həmişə “darıxıram” deyənlərə gülərdim indiysə mən darıxıram..Nə olub axı mənə?20 günlük imtahan ərəfəsində  o qədər fikrim var idiki imtahandan sonra bunu edəcəm onu edəcəm deyirdim nəoldu bəs hara getdi o fikirlər,hanı bəs mənim ora bura dəftərlərə kitab kənarlarına yazdığım qeydlər,yazmaq istədiyim mövzu başlıqları var idi...hə tapdım budur entropiya.Entropiya?bunu nə vaxt niyə qeyd etmişəm görəsən?...bəs bu nədir buddizim,bunuda qeyd etmişəm,bu hakda nə yazacaqdımki?digər notlarda var süsmadchen,eşq üçbucağı,drahoma,idealistin xatirələri və.s bu qeydlər ...bu barədə yazacam deyə qeydlər almışdım, yazdaa niyə yazmırsan??..uff olmur,olmur,olmur,,, ruhum yorulub..bu yazını belə gündəliyin  bu günü boş qalmasın deyə yazıram..

Darıxıram,olmur belə, nəsə etməliyəm. Dur ayağa Xancan sən bu deyilsən!!özündə deyilsən sən,son zamankı hadısələrin axını səni çökdürüb,dur nəfəs al!!Bağla o musiqini bitirir səni,yox yox bağlaya bilmirəm..hər kəlməsində birazda yorğunluq ümidsizlik çökür üstümə,deyəsən mənim sonumu bu musiqilər gətirəcək,Şövkət,Mirzə ,Aşıqlar...bağla!!hər bir notunda həsrət qoxusu var..

Nədir axı bu havadakı bürkü,eləbil lənətlənib buralar,səmada tək bir canlı belə yoxdur səssizlik hakimdi hər tərəfdə..hardadı axı bu ev əhli darıxdım lap onlarçün hanı Hasan,Yakup,Rasim,Fatih,hərə öz kefində..imtahan stresindən qurtulur bəs mən niyə evdəyəm hamı gəl-gəl deyir mən getmirəm,doğrusu mən gedirəm ayaqlar getmir,ruhum getmir.nə istəyir ruhum bu boş otaqlardan,qorxmağa başladım lap,krantdan bir bir enən su damlaları qorxu filmlərindəki səhnələri xatırladır sanki.. neyləyim görəsən,stresə girən qızlar kimi gedim məndə saçımı kəsdirim?qızlar bunda nəsə məntiq görür görəsən,yoxsa bu sadəcə batil inancıdr..eehhx stres məni nə hala soxubsa açıq düşünədə bilmirəm..ətrafımdakı hər kəsi bir bir itirirəm,hər tərəfdən hər şey və hamı mənə doğru gəlirsə deməli səhv yoldayam..(?)hə?bu doğrudan belədir?Bəs anam?..o ki məni hədsiz,əvəzsiz sevir..niyə dünən sərt danışdım onla..lənət olsun mənə,dilimə,ruhuma!!kim bilir bəlkədə gecəni yatmayıb..yazığ ana..bağışla ana..sənin xanı balan darıxır yenə..Ya Əsmər?Aytən?onların bu dünyada məndən çox sevdikləri kim varki..anam atamda dünyanı tutub getməyəcəklər...onların tək dayağıyam..ama,ama onlara layiq olduqları  sevgini vermirəm..mən,mən daşürəkliyəm!!

...zəng etməliyəm,ən azından bəlkə  hal hazırki bu sıxıcı  fikirlər tərk edər məni,zəng edim ama kimə?Elnur?yox o məni anlamır heç vaxt..Bəradər?deyəcək yenə nə uşaq uşaq danışırsan..Xudaverdi??Sadəcə dua edəcək mənəysə dinləyici lazımdı..Teymur?deyəcək gəl qaqan sənə bir kef versin gəl görəsən.. yox yox olmur .bəs kim ??kim məni anlayar...Dediklərimə “boş boş sarsaqlama” deməyən,məni anlayan əlini çiynimə qoya bilən büdrədiyim bu anlarda hansı yaxınım məni ayağa qaldırar,buna ehtiyacım var,..aha  budu..O....mənə o lazımdı,fədakar ruhlum mənim,bayaqdan niyə xatırlamıram səni,mənim ən dəyərli ruhum,beyin ekizim,danışmayacaq sadəcə susacaq ama məni anlayacaq..tez zəng etməliyəm gec olmadan.(zəng)

-“Arama yapabilmek için yeterli kontörünüz bulunmamaktadır...”....Lənət sənə kor Şeytan...lənət..

Xancan Kərimov 3:53 AM  23/11/08  Turkey/Adana


 

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2008-11-30)
Baxış sayı: 1064 | Şərhlər: 2 | Reytinq: 5.0/1
Cəmi Şərh: 2
2009-06-01
2. FERID (FERID) [Giriş ]

cox icden oz hislerini ifade etmisen.mendede olur,ama gunluye oz icimi bosalda bilmirem...sadece oz kefsizliyimle kifayetlenirem sad

2008-12-27
1. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Bəzən olur hər kəsdə elə bir an ki. o anı kimləsə paylaşmasaq sanki içimiz get gedə qaralır.Sıxılır.Tənhalıq bizi boğur.Hər dəfə o anımda tel rehberini dəfələrnən gözdən keçirmişəm əfsus ki o qədər kəsin içində yenə tənhalığımla boğuşmuşam.


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!