http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-04-18, 08.45MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Həyatda, Entropiya­nında bir sonu var! (?)

Həyatda, Entropiya­nında bir sonu var! (?)

            Bu dəfə histologiya dərsindəyik,ama önümdə histologiya kitabı əvəzinə Michel Thibauxun Kleopatra kitabı var, yuxulu yuxulu oxumağa çalışıram,bu Kleopatrayla əlaqəli oxuduğum 7ci kitab olacaq deyə demək olarki ssenariləri əzbərə bilirəm ama hər dəfə eyni həyəcanla oxuyuram..ətrafdan tamamən təcrid olmuşdum, professorun səsini kəsik kəsik səs dalğaları olaraq qəbul edirdim, bu 20-30dəq belə dəvam etdi,sonar birdən bir söz eşitdim “Entropiya” , gecənin zülmət səssizliyində ova çıxmış qurd öz şikarının səsini eşidəndə qulaqlarını necə şəkləyərsə məndə bir anda istəmədən üzümü prof.a çevirdim,o niyə o kəliməni işlətmişdi , nə əlaqəsi vardı o kəlimənin histologiyayla? dinləməyə dəvam etdim, söhbət amino asitlərin meydana gətirdiyi proteinlərdən gedirdi, proteinlərin quruluşlarındakı nızamsızlıqdan-Entropiyadan gedirdi !!!,,, Proteinlərdə 4 quruluş varki bunlar birincidən başlayaraq mürəkkəbləşir beləki 1ci sadə 2ci nisbətən mürəkkəb 3cü 3D formata 4cü dahada qıvrımlı….Prof proteinlərdəki bu artan sırayla dəyişən nizamsızlığa Entropiyya demişdi,Prof bunu deyib dərsə dəvam etdi,və o nöqtədən sonra artıq profla mənim düşüncəm fərqli tərəflərə ilərlədi o öz dərsinə dəvam etdi mənsə Entropiyya kəliməsinin dərinliklərinə enməyə başladım ,çox düşünməmişdimki tənəffüs başladı sözü telefona qeyd etdimki imtahandan sonar bu barədə mütləq yazmalıyam,indiysə nəhayətki yazıram,saat 3:17dir səhər guyaki qaçışa gedəsiydim ama görünür yenə qaldı o iş, nəysə biz Başlayaq  öz dərsimizə ama histologiya yox ,həyat ,yaşam, fəlsəfə  dərsimizə.

            Entropiya termodinamikada İstilik enerjisinin hamısının mexaniki işə çevrilməsinin qeyri-mümkün olduğunu ifadə edən bir göstəricidir. Qısası  bir sistem içindəki nizamsızlıqdır, məsələn otağın bir tərəfindəki ətir qoxusu hər tərəfə yayılır,yada başka bir misal şəffaf bir suya rəngli bir maye əlavə etsək o heçdə nizamlı bir şəkildə yayılmayacaq.Yenə bir bisal məsələn siqaret tüstüsü,hər bir siqaret tüstüsü nizamsız olaraq ətrafa yayılar.. fikirləşin bir meşədə gəzirsiniz ama bütün ağaclar sırayla eyni məsafədədir, heç tərəddüdsüz bunun insanlar tərəfindən edildiyini düşünəcəksiz, niyə? çünki təbiətə müdaxilə edilməzsə o nizamsız olaraq, cəngəlliklərdən ibarət olardı və bu daim artış göstərərdi.Çox misal çəkmək olar,məsələn “bağa baxarsan bağ olar baxmazsan dağ olar” misalı,bağlarımıza baxmasaq nizamsızlıq artar və otlar basar tikanlar bitər, saçımızı kəsdirməsək dağınıq olaraq uzanmağa dəvam edər-nizamsızlıq-Entropiya..”Qoz beli qəbir düzəldər”-hər nə qədər atalarla aram yaxşı olmasada bəzən istifadə edirəm onlardan))bax elə bu atalar sözündədə Entropiyaya işarə var..qoz belin beli nizamsızlığa dəvam edir taaki sona qədər....Bütün bu misalları niyə çəkirəm?Əslində termodinamik bir qanun olan Entropiyyanın həyatda bizi necə izlədiyini göstərməkçün,yəni heçkim və heçnə nizama doğru addımlamır,hər şey nizamdan nizamsızlıqa doğru addım-addım ilərləyir…inanmırsız?bu misallar sizi qani etmir?yaxşı onda bu yazını oxuyub bitirdikdən sonra ayna qarşısına keçin,üzünüzdəki çizgilərə yaxşı yaxşı baxın,sonra bir iki ay sonra təkrar o çizgilərə diqqət yetirin artacaqlar..onları xatırlayacaq qədər yaddaşınız yoxdursa üzünüzdəki çizgiləri müəyyən edəbiləcək bir foto kamerayla üzünüzü çəkib sonralar yenidən baxıb fərqi görə bilərsiz..bu misalda bəs eləmir sizə?onda tarixə baxaq , əcdadımız.. Adəmdən başlayaq..Cənnətdən qovuldu,edilməməsi lazım olan səhvi etdi , qaydaları pozdu,bu taa o gündən bu günə nizamsız olaraq artan insan xarakteridir,eləcədə Adəmin etdiyi səhvi ilk fürsətdə Həvvanın üstünə atmağıda insanoğlunun xarakterində silinməz bir yer buraxıb,şər atmaq , satmaq,o gündən bu günə insanlar arasında artış göstərə göstərə gəlmirmi?yaxşı ilk tayfalar?bir birinin çörəyinə göz tikməmişdimi?indi necədir bəs?indiki Tayfalar bir birinin canına göz tikiblər…yenə Entropiya.. Özlərinə və cəmiyyətə zərərli insanlar necə ortaya çıxırlar ki?!... Onlar dünyaya bu hallarıyla gəlirlər?!... uşaqlıqdan gənclikdən ailə tərbiyəsi görməyən,yada heç ailəsi olmayan küçələrdə böyüyən uşaqlarda hansı əxlaqdan danışmaq olarki??hansı ac insan küçədə gördüyü bir çörəyi alıb yeməz??küçələrdə aclıqdan ölən biri olsanız bir miqdar pul tapsanız sahibinidə bilsəniz onu sahibinə verərdiz?şəxsən mən qarnımı doyurardım.o insanlarda belə,küçələrdəki həyatlar... Gözlərimizin qarşısında mənəvi Entropiya yaşayan insanlardır onlar., əxlaq  potensiallarını gedərək itirən və asan yoldan pul qazanmağa çalışan insanlar, kobud, təcavüzkar, davamlı haqq tapdalayan, insanların mallarına göz dikən, namusa cana qəsd edən canavarlar...Əslində onlarda günah varmı?Hitlerin atası sərxoş biri olmasaydı onu tez tez kəmər altına salıb döyməsəydi o yenə belə olacaqdı??“ Bu belə gəlib belədə gedəcək”-yox əzizim bu belə gəlib ama belə getməyəcək dahada artacaq entropic olaraq nizamsız olaraq.Başqa bir deyim,Bir insanda bir problem olanda hamı bir ağızdan “ əşi düzələr,dərd eləmə” düzəlməz,düzəlməz düzəlməz,nizamsız olaraq artış göstərər,əslində bir müddət sonra bizə elə gələrkki bu düzəldi ama yox əslində düzəlmədi düzəldisədə biz əvəzində eyni səviyyəli nələrisə itirdik,bu bir evdəki TV-nin xarab olmasına bənzəyir,usta onu düzəldir ama qarşılığında pulumuzu itiririk bu nə oldu indi bu düzəlmək oldu?? ”Qara ölüm”  bəşəriyyət tarixində 100 milyonun ölümünə səbəb oldu,quş qribi və.s sonra bitdi bu yoluxucu xəstəliklər dedilərki düzəldidəə,hara düzəldi ? ya ölənlər??məsələyə başqa bir pəncərədən baxaq,bəşər tarixindəki cinsi pozğunıuqlara diqqət yetirək, cinsi əlaqəyə “giriş” yaşlarına baxaq,avropada bu rəqəm ortalama 16-17dir,və cinsi pozğunluqlar günbə - gün artır,nizamsız olaraq,nizamsızlığa doğru…yəni boşuna Bakının dərdini çəkməyək..Başka bir misal,aldığımız maşını təmizləməsək bir müddət sonra nizamsız olaraq çürüməyə başladığını görərik,əslində təmizləsəkdə çürüyəcək..əlinizin altındakı klaviaturaya diqqət yetirin,köhnəlib,Entropiya,nizamsız olaraq artış,uşaq vaxtkı yatma saatlarımızı xatırlayaq, indikinə baxaq-Entropiya-nizamsızlıq..siyasətə baxaq…Obama ha özünü öldürsün “change!” Erdoğan ha boğaziçinin başını bağladı bağlamadı qəti olan bir şey varki oda entorpiyadır,heçnə düzəlmir,nizamsızlıqa doğru artır.. daş dövrü,tunc dövrü,feodalizm,imperializmin… insani fəlakətlərin artması..mənəvi fəlakətlər..sadədən mürəkkəbə… ilk insanlar daş qayalarda sadə heyvan rəsimləri çəkirdilər indiysə illuziyalar…metro çıxışındakı nizamsızlıqlar hər gün artır,çünki insan  sayı artır ordakı qarışıqlıqda buna mütənasib olaraq artmaqdadır..Entropiya kimi böyük bir qüvvəyə istədiyiniz qədər misal gətirə bilərik yaxşı bəs onunda sonu yoxdur?? Yaxşı, bəs necə olurki Entropiyanın dağıdıcı gücünə baxmayaraq, həyat onu bəsləyərək və böyüdərək özünü var edə bilir? Necə bu qədər kövrək quruluşa və həssaslığa baxmayaraq həyat dəvam edir? Günəşimizin diametric dünyanın diametrindən 109 dəfə böyükdür. İstilik və işıq qaynağımız günəşdə hər saniyə 564 milyon ton hidrogen heliuma çevrilir. Bu reaksiya nəticəsində günəş kütləsindən 4 milyon ton itirir (enerjiyə çevrilir). Əgər maddə əbədi olmuş olsaydı,yada Entropiyaya uyğun olaraq nizamsız hərəkət etsəydi  günəşimiz indiyə qədər çoxdan kütləsini itirib sönmüş olacaqdı. Elə isə maddə əbədi deyil,və həmdə Entropiya kimi böyük bir qüvvə burda sona yetir çünki onun bir Yaradanı vardır…aha göründüyü kimi Entropiya deyilən qüvvənində kainat və təbiət baxımından bir istisnası var. Entropiyaya  görə əgər maddə və zamanın ilk yaradılışı bir böyük partlama (big bang) ilə başlayıbsa, bu partlamadan zaman içində bu günki qalaktika və ulduz sistemlərinin ortaya çıxması, Günəş sistemi və Dünya kimi dəqiq işləyən nizamların mövcudluğu Entropiyanın  burda sona yetdiyini göstərir. Bayaqdan Entropiyaya misallar sayıram heç ağlınıza bunun tərsi olan hallar gəldimi?yəni nizamdan nizamsızlığa gediş ama təkrar nizama dönüş,bir misal çəkim:. Baxımsız bir ağacın budağında çürümüş bir meyvə torpağa düşər , ölər. Ölmüş meyvənin ölmüş nüvəsi düşdüyü yerdə çürüyər, yəni Entropiyaya boyun əymiş görünər ama yeni bir həyatın, yeni bir ağacın doğulmasına səbəb olar, Entropiyaya müqavimət göstərər,meydan oxuyar, İlahi qüdrət ölüdən diri çıxardar.. Təbiət baharda yamyaşıl bir örtü olar, məhsul verər. Qışda,qışın soyuqluğunda hər şey nizamsız olaraq məhv olar ama, bir müddət sonra ilahi iradə ölmüş təbiəti,nizamsız təbiəti canlandırar,buda Entropiyanın sonu.. Əlbətdə yox,səbəb-nəticə məntiqiylə hərəkət etsək görərikki yox.Elə bu mövzuyla bağli qarşı çıxdığım deyimlər var məsələn

O histologiya dərsindən sonra elə sinifdəki tələbələrlə basketbol oynuna getdik, dərsdən sonra elə hey Entropiyyanı düşünürdüm ,bizim evdəki uşaqlardan biri gəldi mənə:

-“ee dostum eyleniomusun?”-dedi

-yok yaw,şu profun entropiyle ilgili sölediklerini düşüniodum,hayatdakı entropilerimizi,mesela bak şu basket sahasına,iki kişi olursa sadece basketler arasında gidilebilecek en kısa yolu giderler hedefe ulaşmakçin ama kişiler arttıkca gitdikleri yollar düzensizleşir, ne mükemmel bir entropi ama dmi?!

-“üfff,artist herif,yinemi hayal kuruyosun,bırak şu hayallerin peşini gerçek hayata dön salak !”-deyə mırıldandnı,mənsə ona Allenin məşhur sözlərini xatırlatdım:

-“Dur Hasan gitme,dinle, dünyanın gördüğü her büyük başarı önceleri bir hayaldi.. En büyük bir çınar bir tohumda,en büyük  kuş bir yumurtada gizliydi.. benim düşünceleriminde gerçek olduğu gün gelecekdir dostum, sabr et sen…”

 

P.S – Artıq Entropiyyanın nə olduğunu daha yaxşı bilirsiz, bəs, həyatınızdakı Entropiyaları nizama salma vaxtı deyilmi? bu gücə maliksiz??(!)

 

Xancan Kərimov , 5:42AM  ,24 / 11 / 20008 , Turkey/Adana,

 

 

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2008-11-30) | Müəllif: xancan
Baxış sayı: 843 | Şərhlər: 3 | Reytinq: 5.0/1
Cəmi Şərh: 3
2009-07-26
3. FERID (FERID) [Giriş ]

mende fizikadan bilirdim,ama indi daha yaxwi mentiqen derk eledim.Bununcun tewekkur smile

2009-02-10
2. Ajka (Ajka) [Giriş ]

Entropiya­ - indiye kimi bu haqda demek olarki hec ne bilmirdim. Maraqli idi hec bele dushunmemishdin indi ise tam mentiqli bir sey oldugunu anladim dushununce...
Cavab: Ayka oxuduğunçün çox sağol

2008-12-03
1. Sevinc (SevaSeva) [Giriş ]

Heqiqeten aferin size Xancan bey. Bu qeder aciq izah verdiyiniz ucun teshekkur. Inaniram ki gelecekde siz cox savadli usaqlarin yetishmesine sebeb olacaqsiz.
Cavab: Minnetdaram xanım


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!