http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-03-29, 18.23MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Barack Obama ,Çox Güldün “Əlini Qırmızıya qoy” ..

Barack Obama ,Çox Güldün “Əlini Qırmızıya qoy” ..

            Heç vaxt unutmayacayıq hər halda uşaqlıq illərindəki batil inanclarımızı.. “Çantanı tərs tutma 2 alarsan”, “Kanalizasıya keçidinin üstündən keçmə ailəndə biri ölər” , “Nərdivanın altından keçmə uğursuzluq əlamətidi”...Nəysə keçəndəfəki kimi bu dəfədə Atalar sözlərindən yada məsəllərdən vəya inanclardan yazıb sensasiyyaya səbəb olmaq istəmirəm:) Ama Yeni Materikimizin Yeni QaraBalasına bu bizim deyimlərdən birini demək istərdim,ona deyin “Əlini qırmızıya qoysun yaman çox gülür”))hə nəoldu sizə bu qəribə gəlir?Nə olsunki 47 yaşı var hələdi bu yaşda batil inanclara inananlar tanıyıram,onada deyin bizdə belə bir inanc var istifadə edə bilər.

            Nəysə boşboğazlıq etməyim mövzuya bu adıı verməkdə məqsədim nədir əvvəla onu bildirim,QaraBalanın seçim günündə bizim fakultənin imtahanları yeni başlayırdı deyə  vaxt tapıb yazımı yaza bilmirdim ama mətbuatı yaxından izləyirdim,o seçim həftələrində olan qalan qəpik-quruşuda QaraBalanın xətrinə qazet ve siyasi jurnallara verdim elə hansını açırdım elə ilk gözümə dəyən bu bizim QaraBalanın bəm-bəyaz dişləri olurdu,içimdən-yaman gülürsən haa qarabala – deyirdim..Sanki Ağ evin sahibi olacağına əvvəlcədən əminmiş kimi..kim bilir bəlkədə əmin idi bəlkədə onuda Sionist qaqaşlar gətiriblər olduğu yerə.Bunu biz yox bizdən sonrakı yüz illikdə yaşayanlar biləcək,necəki bizdən əvvəlki yüz illikdə yaşayanlar Atatürkə mason Hitlerə ,Leninə sionist iddialarıyla yanaşmırdılar..Qısası zaman göstərəcək Obamanın “QaraBala” yoxsa “QaraldılmışBala” olduğunu..     

            Mən  tam olaraq deyə bilmərəm Obama kimdi veya nəçidi ama yazmaq istədiyim bir iki mövzu var,oda çoxu elə bu Qarabalanın seçimiylə ortaya çıxan şüarlarla,fikirlərlə ona verilən ləqəblərlə və.s bağlıdı

            Başlayaq elə Martin Luther KİNG-dən,onun 28 avqust 1963-cü ildə Lincoln abidəsinin qarşısında 210 min insana xitab edərək “ Bir Röya görürəm,Bir gün gələcək ,qara dərili və bəyaz uşaqlar əl ələ tutub böyüyəcəklər ,bir gün hamı bərabər olacaq”  cümlələriylə başlayan o möhtəşəm çıxışında King yeri gəldiyində kəlimələrin ən qorxulu silahdan belə daha təsirli olabiləcəyini isbat edirdi..Nəysə sözüm onda yox,indi hamı durub deyirki Martin dayının röyası həyata keçdi.Mənsə belə deməzdim..Ətrafdakılar elə hərəkət edirlərki elə bil bu qələbə Qara dərililərin ilk və tək qələbəsidir.Yox əzizlərim bu heçdə qaraların ilk qələbəsi deyil rəsmi mövqedən baxsaq Edward Brooke 1966-cı il senata girən ilk qara dərili,Thurgood Marshall 1967-ci Ali Məhkəmənin ilk qara dərilisi,Colin Powell-ideki hər halda deməyimə ehtiyac yoxdu  2001-ci il ABŞ Xarici İşlər Naziri...Yaxşı bəs Candaliza Rays?? O neynirdi orda? Gamburger satırdı?? Yaxşı deyəkki bunların işləri rəsmi işlərdi bunlarıda mason,sionist vəya başka qara əllər idarə edərək o səviyyəyə çatdırıb bəs can sənə qurban Beyonce?Usher?bəs 50 Cent qurupu nece?siz o qurupu elə xırda pul sanırsız?)) bunlarıda qara əllər qaldırıb?bunları görə görə Obamanın qələbəsinə “ilk və tək” qələbə desək Martin dayının ruhunu narahat edərik axı.Martin dayı o çıxışı etdiyi ildə Obama hələ cəmi iki yaşındaydı,belə deyək “a-ilə t-nı qanmırdı:)” ama o ildə Sidney Poiter Oskar almışdı..oda qara dərili..yenədə obamanın zəfərini Qara dərililərin ilk zəfəri kimi qəbul etməkdə tərəddüd edirsiz??onda hələ bitməyib tələsməyin yenə  var tanımırsızsa gedin evdə valideyinlərinizdən soruşun tanıyarlar Məhəmməd Əli necə?Oooo dayanın unutmadan onuda deyim hər nə qədər dəri rəngini dəyişsədə elə qara dərili vaxtlarından öz musiqisiylə sözünü deyən Maykl Cekson..Bəs aramızda neçəmizi xəyallar dönyasına aparıb Gloria Gaynor,Diana Ross Lionel Richie və nəhayət Mariah Carey!!..çox saymaq istəmirəm formaların üstündə rəsimləri olanKobe Bryant,LeBron James,Allen İversondan...bu siyahını artırmaq istəyən varsa o Google oda klaviatura axtarın tapın baxın neçə “QaraBala”lar olub..Yəni demək istədiyim mənim bu saydıqlarımın çoxu öz iradəsi,əzmi və səbriylə bu səviyyələrə gəlib çıxıb ama bu Qarabalanın bir fırıq işi var əlbət:)

            Qarabalaya yaman ləqəblərdə qoşublar "Alabama" ,“Torpağın oğlu”,"Yo Mama" ,”Rock Ulduzu” .Uşaq vaxtıda dostları onu Obomber (Bombaçı) deyə səsləyirmiş)) Adının hərfi tərcüməsidə O-Ba-Ma “O bizdən biri” deməkdir.Digər adı Hüseyin olduğuyçündə başı çox bəlalar çəkib Qarabalanın..hə hakkında bilmədiyimiz çox şey var hələ Qarabala  İndoneziyada yaşayarkən it və ilan əti ilə qızarmış çəyirtkədə yeyib))Və  İndoneziyadakı yoldaşlarının çoxunun 'küçə uşaqları' olduğunuda deyib.. Gənclik illərində marixuana və kokoindəndə istifadə edib yaramaz qaqaş)Görünür Qarabalanın bioqrafiyası yaman maraqlıdır ama bunları yazaraq vaxt itirməyim.

            Seçimlərdən bir gün qabaqki TV proqramındakı müsahibəsini çoxları unutmayacaq yəqinki çünki orda Qarabala hər nə qədər “oyuncaq” olsada öz zəngin milliyətçilik fəlsəfəsinin olduğunuda ortaya qoydu beləki ona “Atanız Qara ,Ananızsa tam tərsi...Əgər seçilsəniz siz özünüzü hansı rəngdə hiss edəcəksiniz” sualına Qarabala “ Amerikan bayrağının rənglərində hissedəcəm ”deyərək öz güclü fəlsəfəsini göstərdi..Hə Qarabalanın müsbət cəhətləri çoxdu onu sevənlərdə çoxdu,istər Amerikada istər xaricində.Gör işin harasıdıkı Obamanı təbrik edənlər arasında Hugo Çavez,Əli Həməney,Medvedev,Hu Çintao kimiləridə var..Hətda ən qəribə tərəfiysə Fidel Castroda Obamanı dəstəklədiyini bildirmişdi,Rus milliyətçi Vladimr Jirnovskiysə “ABŞ-ı məhv edəcək Amerikan Qarbaçovu” ifadəsini işlətmişdiki bundada bir qədər həqiqət ola bilərdi ama yenədə inanmıram.

            Bir dostum seçimdən sonra mənə sms yazıbki “Obamanın kalbinin derinliklerinde bir insan sevgisi var,Hatta o müslüman olacak gibime geliyo,Gülme !” əlbətdəki oxuyub güldüm))çünki Obamanın insan sevgisi ola bilər o müslümanlığı qəbulda edə bilər ama bu heçdə hadisələrin yönünə çoxda yüksək səviyyədə təsir etməyəcək Qara əllər yenə nəyi istəyir onuda edəcək ama Bush bunu açıq aşkar edirdisə Obama gizli edəcək.Təbiiki bunlar sadəcə mənim fərziyyələrimdir nəyin nə olacağını zamanla görəcəyik. Qarabalanın həm öz ölkəsinə həmdə beynəlxalq arenaya verdiyi əsas 5 vəd varki bunlardır:

1.  İraqdakı əsgərləri müəyyən vaxta ordan cıxartmaq.

2. İqdisadi durğunluqla mübarizə məqsədilə yeni bir iqtisadi paket hazirlanması.

3.  Wall Streetdə zəifləməsidə daxil olmaqla, maliyyə sektorunda yeni tənzimləmələr ediləcək

4. İllik gəliri 200 min dolların altında olan Amerikan vətəndaşlarına vergi endirimi vəd etmişdi.

5. Seçilsə, ABŞ əleyhdarlığı ilə tanınan dövlətlərin liderləriylə görüşməni arzuladığını ifadə etmişdi. Bu ölkələrə nümunə olaraq İran, Küba və Venezuela sayıla bilər.

(mənbə: Reuters)

            Maraqlı olan bir neçə fakt daha var.Obamayla sionistlər arasındakı əlaqəylə bağlı əvvəla onu deyimki İki qızıda Yale Universitetində oxumaq istəyir burdada məndə yenə şüphələr oyanır.Yale Universiteti Sionistlərin əlindədir və o Universiteti bitirənlərin gizli işlərdə əllərinin olduğu artıq hamıya məlumdur.Elə Corc Bushda o Universiteti bitirmişdi orta məktəb illərində CC notlar alan çox zəif bir tələbə olan Bush o Universitetin sayəsində Sadəcə pulun və gücün ala biləcəyi zirvəyə qalxdaı(qaldırıldı).Və Bush seçilərkəndə onun Rəqibi adını xatırlamıram ama oda Yale Universitetinin tələbəsi olmuşdu.İndi bu balaca qızlarda deyirlərki (yada dedizdirilillərki) biz Yalede oxuyacağıq..Başka bir faktda Rahm Emanuel bağlıdır.Ərəblər gözlərini Obamaya tikmişdilər ama oda yəhudi-İsrail tərəfdaşı çıxdı buda Ərəblər üçün yenə mənfi nəticə oldu beləki Obamanın seçiminin ardından Əmr Musa Obamaya Filistin-İsrail məsələsinə tez bir müddəttə baxılmasını istəmişdi ama Obama  Rahm Emanueli Ağ Ev Ümumi Katibi edəcəyini açıqladı.. Emmanuelin Ümumi katib olması İsraildə bayram kimi qarşılandı. Maariv  qəzetinin ana səhfəsində ‘Ağ  Saraydakı  Adamımız' yazısı yer alırdı onun katib seçilməsindən sonra .ABŞdakı Yəhudi lobbisinin ən təsirli güclərindən biridir.Ləqəbi Rembo... Başçının ən yaxın Sağ Qolu Kindar və söyüşbaz olaraq tanınır. 91ci ildə Səddam Hüseyinin İsrailə göndərdiyi mərmilərə qarşı canlı qalxan oldu. İraq Döyüşünü dəstəkləyir.Görək bu günə qədər İslam dünyasınıda adəta bir "soyqırım" törədən ABŞ yeni dövrdə İraq, Fələstin, Əfqanıstan və Pakistandakı qırğınlarına davam edəcək mi?(!).. Bilinən və dəyişməz tək şey, Amerikalı Yəhudilərin oyunun içində əsaslı bir parça olduğudur. Ərəb mənşəli Amerikalı ekspertlər, yeni başçının Emanueli yalnız Yəhudi mənşələrindən ötəri deyil, administrativ və siyasi Qabiliyyətinə ehtiyac duyduğu üçün də seçdiyini ifadə edirlər,türklər demişkən“Bizde inandık:))))”.. . Obama zəfəri, elə bil dünyanın zəfəriymiş kimi qarşılanılması normal deyil məncə.Qarabalanın seçimi ABŞı yenidən qurmayacaq.Türkiyənin Van bölgəsində Obamanın seçimi səbəbiylə qurban kəsənləri görəndə verdiyim reaksiya sadəcə başımı qaşımaq oldu))Yəni xülasəm ondan ibarətdirki Obamanında heş bir fərqi yoxdur məncə..Axşamacan “Change,Change”eşitməkdən bir təhər olmuşduq indidə “Yes We Can, Yes We Can” deyir Qarabala.Dünən bələdiyyə avtobuslarının arxasındakı reklama gözüm sataşdı bilirsiz nə yazılmlşdı?))) “Değişim-Her kes İstikbale gelsin”hara baxırsan Qarabalanın şüarları doludu.Seçım ərəfəsindədə Türk Qazetlərindən Milliyetdə nə oxusam yaxşıdı “Hər ülkeye bir Obama lazım,hatta hər eve” a balam Obamanın hələ heç and içmə mərasimidə olmayıb hələ heç bir fərman imzalamayıb nə Obamizmdi bu belə ?Qarabalanı yaman matili-matan eliyiblər haa.. Dəyişmə  kimə görə, iqtisadi dəyərlərin ədalətli paylaşımı, fərdi və ictimai haqq və azadlıqlar üzərindəki məhdudlaşdırmaların qaldırılması, ictimai və ya mədəni rifaha çatılması, inanc azadlığının təmin edilməsi istiqamətində bir məna daşıyarkən, kimilərinə görə də tam əksinə bir vəziyyət olaraq qiymətləndirilə bilər,bəs yaxşı ay Obama sən bu sənə səs verən 300 milyonun hamısının qəbul edəcəyi dəyişimi necə edəssən? Sadəcə Barak Obamanın ABŞ Başçısı olmasıyla dəyişə biləcək görəsən dünya ? Hər şey bu qədər sadə deyil məncə. İnsanlar, Başçılar dəyişsə də "nizam" eyni qalacaq...      

            Tarix boyu insanoğlu hər şeyi görə görə gəlir,  ABŞ Başçıları Taxt-Taca keçəndən sonra, seçki atmosferində dediklərinin çoxu, havada qalıb. Onlara verilən  məlumatlar, strateji ortaqlıq və dostluqlar, dünyanın və ölkələrin geopolitik mövqeləri inkişaf və dəyişmələrlə Başçıların namizədliklərindəki sözləri geridə qalmış, həqiqətlərlə üzləşincə fikirləri  dəyişmiş, ABŞın müəyyən xarici siyasətində “Change”-lər olmamışdır. Bu dəfə də eyni sujet xettinin tekrar olacağını sanıram.   Yenə, "Hərzamanki kimi olacaq" kimi klassik ,qəlib kəlimələrlədə fil qulağında yatıb qalmaqda doğru deyil   .Ama məncə Qarabalanın  ən önəmli dəyişikliyi Ağ evdə qurmağı planladığı Basketbol sahəsi olacaq))

            Uzun sözün qısası mənimdə bu yaraşıqlı qara balaya simpatiyam var xarici görünüşü inam vericidir,boy buxunlu yaraşıqlı , sportiv bir Lider və eyni zamandada Yazardır. Kitabları www.Amazon.com adresində son həftələrdə ən çox satan ilk 25 kitabın arasındadır.Bioqrafiyasında ən çox sevdiyim hissə isə  İngiltərədə  bacısının nişanlısının təşkil etdiyi subaylığa vəda gecəsinə qatılıbmış, ancaq bir striptizçinin səhnəyə çıxdığını görəndə oranı tərk edib...Gəncliyində it əti yesədə marixuana vəya başqa maddə qəbul etsədə belə tərbiyəsizliklərə qarşı çıxırsa deməkki O-Ba-Ma))(oda bizdən biri) Nəysə bəyəndiyim çox cəhəti var ama bu bir həqiqətdirki Siyasət sözü çirkin oyun deməkdir-ərəbcə-yəni, bu oyuna giribsə Obamada....nəysə məndən bu qədər gerisi oxuyana qalsın..

P.S- Deyirlər Ağ evə, ora gələnlərin dəri rənginin “ağ” olduğuna görə “Ağ ev” deyirlərmiş yaxşı bəs indi necə olacaq?)) “Qara ev”?? yox yox “Qaraldılmış ev”...

Heç bir zəfərə çiçəkli yollardan gedilmir (La Fonddasina)

Xancan Kərimov 12:00AM /2008-11-16/Turkey..

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2008-11-22) | Müəllif: xancan
Baxış sayı: 750 | Şərhlər: 1 | Reytinq: 0.0/0
Cəmi Şərh: 1
2008-11-22
1. Nura (Psixoloq) [Giriş ]

xancano,cox sag ol,ela ve cox maraqli:)


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!