http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-20, 04.32MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

BEyninizi Qorumaqçün anti virusunuz VaR???

BEyninizi Qorumaqçün anti virusunuz VaR???

 

Anatomiya dərsi,hər nə qədərdə qiymətlərim pis olsada)) sevdiyim fənlərdəndi.qiymətlərin pis olma səbəbiysə sadəcə olaraq Profun dərs danışdığı zaman mən insane vücüdünün anatomiyasına fiziki yox fəlsəfi olaraq baxdığımdan dolayıdır.Hər hücrəmizi necədə mükəmməl yaradıb Yaradan.. Ortalama ağırlığı 1,5 kg olan və insanı digər canlılardan fərqli edən insan beyni, sözün tam mənasıyla sirrli bir orqandır. İnsan beyni çox inkişaf etmiş komputerə bənzədilir ama yalnışdı ondanda ötədir məncə, ən inkişaf etmiş kompüterdən çox daha kompleks bir quruluşa sahib olduğu və daha sürətli işlədiyi aydındır məncə. Digər orqanlardan çox fərqli bir quruluşa sahib olan insan beyninin işinə bağlı məlumatlar hələ də qeyri-kafidır. Beynin necə işlədiyi, duyğuların necə meydana gəldiyi, yaddaş və öyrənmənin mexanizmləri tam olaraq bilinmir.bilinməyəcəkdə.. Beyin bədəndəki bütün orqanları nəzarət etməklə qalmayıb duyğularımızı, düşüncələrimizi və xəyallarımızı istiqamətləndirir. Qısacası insanı İNSAN  edir.edəmədikləridəvar əlbət))Beynin əhəmiyyəti köhnə əsrlərdə bilinmirdi. İnsan şüuru üzərindəki ilk ifadələr E.Ə. 4000li illərdən başlayıb. Şumerlər hər səfər olduğu kimi yenədə ən qabaqda gələn mənbələrdən biridir bu mövzudada))yəni ilk mənbələr onlarda varki məsələn xaş xaşın insane beyninə təsiri falan Ama əvvələr insan şüuru ya da duyğuların qaynağının ürək olduğu düşünülürdü.indidə özünü dərk edə bilməyənlər elə düşünürə nəsə)) Misirlilər ürəyin həyatın özü, yaxşılıq və pisliklərin qaynağı olduğunu düşünürdü. beynin anatomiyasıyla əlaqədar ilk şəkillər E,Ə 2500-cü ilə aid Misir papiruslarinda var. EƏ 2000-ci illərdən qalma kəllələrindəki dəliklərsə, ilk beyin əməliyyatlarının bu çağlarda edildiyini göstərir.Təsəvvür edə bilirsiz??eramızdan əvvəl 2000ci il zarafat deyil həqiqətəndə.. Düşüncə və duyğuların qaynağının ürək deyil də beyin olduğunu, ilk dəfə sürüdən ayrılaraq inkar edən (sağolsun) Alkmaeon olub.

Ölmüşün fikirləri 18ci əsrə qədər dəvam edə bildi)) daha sonar çoxumuzun tanıdığı Romalı gladyatorlarin həkimi olan Galen beyinlə bağlı araşdırmalar aparmışdı. Ama Orta əsrlərdə kilsənin insan bədəni üzərindəki əməlyatları qadağan etməsi səbəbiylə, beyinlə əlaqədar heç bir irəliləmə olmadı.Bu mövzu məni hər zaman düşündürürki kilsə yəni daha geniş desək dini olaraq otopsi və biopsy günahdırmı orqan bağışlanması mövzusu,hərə bir cür cava verir buna ..nəysə 17-ci əsrdə Fransız filosof Dekart beynin iş prinsipi ilə əlaqəli fikirlər söyləmişdi. Beynin anatomiyasıyla əlaqədar ilk kitabsa 1664-cü ildə yazıldı. Galvani adındakı bir elm adamı 18. əsrdə insan hərəkətlərinin elektrik cərəyanı sayəsində olduğunu göstərdi. Bu fikir sinir hüceyrələrinin funksiyalarını araşdıran müasir nörofizyoloji bilminin təməlini qoydu.1800-cü illərdə beyin və sinir hüceyrələrinin quruluşu daha yaxşı aydın oldu. Beyindən çıxan sinir hüceyrələrinin onurğaya, oradan da orqanlara getdiyi göstərildi. James Parkinsonun 1817-ci ildə "Parkinson xəstəliyi"ni təyin etməsiylə beynin iş mexanizmləri üzərindəki araşdırmalar sürətləndi.Beynin sirrinin işıqlandırılması baxımından, bu xəstəlik hələ də ən əhəmiyyətli araşdırma mövzularından biri. Gage adlı bir dəmiryolu işçisinin başının ön tərəfinə 1848-ci ildə batan bir dəmir, beynin funksiyalarının başa düşülməsində yol açdı. Beynin "frontal lob" olaraq adlandırılan ön tərəfinə batan dəmir parçası, işçinin ölümünə gətirib çıxarmamış ancaq şəxsiyyət dəyişməsinə gətirib çıxarmışdı.Bu müşahidə, beyin cərrahisinda əhəmiyyətli bir inkişafa səbəb oldu. Müxtəlif davranış pozuqluqları göstərən kəslərin frontal lobları çıxardılaraq təcavüzkar ya da xəstəlikli şəxsiyyət xüsusiyyətləri müalicə edilməyə başlanıldı. 19. əsrin sonlarında şizofreniya, depresiya kimi ruhi xəstəliklər təyin olunaraq bunların beyinlə əlaqəsi araşdırıldı…Bu mənim anatomiyadan öyrəndiyim bir iki cümlə)) maraqlı deyildi düzdü?? Ay sağolun bu hissəsi maraqlı deyil və mənim dərsdə yuxuya getmə səbəbimdə budur))indiysə anatomiyanın,beynin fəlsəfik tərəfinə baxaq Nə qədər araşdırılsada bu bir sirr olaraq qalacaq..insan beyni..sürəti,yaddaşı,gözəl bir metaforadır insane beyni və komputerlər və mən bu metaforanı birazda gücləndirmək istəyirəm necə?belə düşünək,Kopmuterlərdəki Anti viruslar var.Bəs Beynimizdə??Maraqlıdı hm?təəssüfki hər insane öz beynindəki o anti sistemi özü qrumalıdır və çoxlarə qura bilmir insanlıq məhvə gedir..Beynimizdəki anti virus siteminin göstəricisi olaraq iradəni göstərə bilərəm hə iradə beynimizə girən Mənfi düşüncələrə məğlub olur və o düşüncələr beynimizi zəbt edir..Buna görə iradəmiz o qədər güclü olmalıdır. Necəki Anti viruslarda günlük UPDATElər(yeniləmələr) olur hər gün çıxan virusa qarşı yeni anti viruslar çıxır və istifadəçılər yükləyir.Bizimdə iradə sistemimiz Ətraf mühitdəki mənfi düşüncələri,hər gün artan və yenilənən mənfi düşüncələri məhv edə biləcək qədər güclü olmadlıdır..Heç düşünmüsüzmü bu barədə??sizcə mən ağzıma gələni yazıram ya ağlıma gələni?bunlar cəfəngiyyatdı hamısı??bir düşünün..nəsə tələm tələsik bitirəsi oldum hələlik

P.S – Beyninizi qoruyacaq Antivirusçün lisenziya almağa gərək yoxdur o sizə Tanrınız tərəfindən verilib..

Xancan Kərimov 2008 25 Ekim  Turkey

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2008-10-26) | Müəllif: xancan
Baxış sayı: 634 | Şərhlər: 2 | Reytinq: 0.0/0
Cəmi Şərh: 2
2008-10-30
2. xancan (admin) [Giriş ]

bu cumlelere gore sene minnetdaram dostum bu gece cox pis idim ama tesadefen bu yazini gordum indi daha rahatam minnetdaram iyiki varsin menim beyin ekizim

2008-10-28
1. Mehriban (mehriban-p) [Giriş ]

" Gage adlı bir dəmiryolu işçisinin başının ön tərəfinə 1848-ci ildə batan bir dəmir, beynin funksiyalarının başa düşülməsində yol açdı. Beynin "frontal lob" olaraq adlandırılan ön tərəfinə batan dəmir parçası, işçinin ölümünə gətirib çıxarmamış ancaq şəxsiyyət dəyişməsinə gətirib çıxarmışdı.Bu müşahidə, beyin cərrahisinda əhəmiyyətli bir inkişafa səbəb oldu. Müxtəlif davranış pozuqluqları göstərən kəslərin frontal lobları çıxardılaraq təcavüzkar ya da xəstəlikli şəxsiyyət xüsusiyyətləri müalicə edilməyə başlanıldı. "
hardasa oxumuşdum, beyin yarımkürələrinə müvafiq fiziki təzyiqlər etməklə psixoıoji pozgunluqları aradan götürməyə çalışırdılar.

"Beynimizdəki anti virus siteminin göstəricisi olaraq iradəni göstərə bilərəm "
Xancano yazılarında bilirsən nə xoşuma gəlir, faktlaa əsaslanaraq öz baxışınla müqayisə etmən və bir də yazılarında fikirzənciri qırılmır. sonuna qədər formalaşır



Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!