http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-16, 20.05MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Eşq (?) Evlilik (?) SEKS (?) Cinsi Əlaqə (?) Ya Bağlılıq (?)

            Eşq (?) Evlilik (?) SEKS (?) Cinsi Əlaqə (?) Ya Bağlılıq (?)

Dünən forumların birində QaraSHın nikli bir xanımın qadınlarla əlaqəli açdığı mövzu diqqətimi çəkdi..doğrudanda bu dünyada düşünüləsi və sonuna varılamayacaq qədər əlləm-qəlləm olan mövzulardan biri..qadınlar..ama yox mən qadınlardan yazmayacam.Eşqdən daha doğrusu onun törəməsi – cinsəllikdən yazacam.Gənclərimizi  daha doğrusu mənim yox millətimin gənclərini sərsəm işlərdən  uzaqlaşdırıbda həyati fəlsəfik mövzular barədə onlara verilmiş 1-2 qr ağlı işlətmələrinə cəlb etmək istəyirəm.Və nəhayət..Eşq..Məhəbbət..Sevgi..Sədaqət..Sədaqətin eşqdəki rolu ictimai bir məcburluqdur yoxsa təbbidir? Bitməyən eşq varmı? Eşq bir sonrakı romantik həyəcana qədərki bir keçici bir həvəsdirmi? Eşq tamamilə təsadüflərin əsəridirmi? İnsan həyatının neçə dəqiqəsi məhəbbət hissləriylə keçir? Bir kəpənəyin bir gündəlik həyatı 40 illik bir insan həyatından dahamı məhsuldar yaşanır?:S Eşq Cinsəlliklə eyni platformada yer alır?Bunların hansı tərəzidə ölçülsə daha ağır olar?və daha bir sürü suallar varki bu suallardan həmişə qaçırıq.Niyə?! Çünki qorxuruq..Və qorxularımızın üstünə getmək yerinə onların bizim üstümüzə gəlmələrinə izin veririk.Bu Axmaqlıqdır !! Qorxaqlıqdır !! Gəlin bu Sualların Üstünə Gedək..Hamımız bilirikki Özünü sorğuya çəkən insan hər zaman pis nəticə alar!

Bir dostum..-Əlbət bu yazını oxuyacaqdır-mənə həyatın əllərində aciz qaldığım günlərin birində bu sözləri dedi(olduğu kimi yazıram):

-Üzülmə

-Hüzünlü olma !

-Hüzün sənə yaraşmır Xancan

-Hüzünün yanında elə dayanki sənin yanında aciz qalsın !

-Boynunu sən deyil məhz hüzün büksün

-Sənə heyran qalaraq səni tərk etsin

-Utansın özündən !

-(Mən)Baş üstə dost!!!

-(O) J....

Bu dialogun bəlkədə yeri deyildi ,mövzuyla əlaqəsi yox idi ..Ama məndə sizi Qorxularımızın yanında Şam Şax Durmağa dəvət edirəm !! Eşq Cinsəllik Məhəbbət tarix boyu insanoğlu bu saydıqlarımın içində yoğrulmuşdur..Bəs eşqlə cinsəllik arasındaki fərqi yada oxşarlığı anlayıbmı?bilmirəm.. Eşq  sonu cinsi bir  təmasla BİTƏN iki bədənin bir-birini kəşf etməsidir məncə.Yəni arada cinsi əlaqə oldumu eşq bitir..(məncə).. Yalnız Birləşməyən bədənlər dastan olaraq  bu günə qədər gəlmişdir. Leyli Məcnun eşqində cinsi bir-birləşəm olsaydı, bu günə qədər gələrdimi??.. Xeyr heç kim onların adlarını belə bilməzdi. Çünki vüsala yetmədilər hər biri bu arzuyla yandı yaxıldı.. .Eşq bitdi demək cinsi olaraq artıq iki bədənin bir-birinə ehtiyacı qalmadığındandır..

Evlilikdən əvvəl cinsi əlaqə təbii ki çox şeyə təsir edir Amma necəki  kişi evlənmədən əvvəl başqa qadınlarla birlikdə olursa., Evləndikdən sonra bu hissi fərqli şəkillərdə yaşamaq istəyəcək. . Bunu gedin evlilərdən soruşun ama etirazdan başqa heçnə eşitmiyceysiz. Fərz edək nə qadın nədə kişi evlənmədən əvvəl heç kimlə əlaqədə olmayıblar, yenədə evilikdən sonra göz orda burda olacaq .Bu təbii bir vəziyyətdir ..YOx yox Təbi bir fəlakətdir))  .Cinsi əlaqə insanoğlunun ömrüboyu arzuladığı ama vüsaldan sonra heçdə arzuladığı qədər dəyərli olmadlğını anlar,Nitşe düz deyib insanlar arzuladıqları şeydən daha çox arzulamağa aşiqdırlər!!!haklıdı niyə?çünki əldə etdikdən sonra artıq onun dəyərinin itdiyini hamımız bilirik.Əsas olan arzunun dadına baxmaqdır.Cinsəllik deyəndə xaiş edirəm Bakı bulvarlarındakı yada barlardakı zorbalıklar yada heyvani hissləri anlaşılmasın!söhbət ali vüsaldan gedir.. Eşqlə başlayan evliliklər, cinsi əlaqəylə dəvam edər..bir müddət sonra əlaqədən duyulan həzzdə ölər və yoxsa biz bir birimizi sevmirikmi!!?? sualları başlayar. Yəni xoşbəxt davamlı bitməz eşq deyə bir şey yoxdur.İnsan təbiəti davamlı kəşf etmək istər hər şeyə toxunmaq  dadmaq istər, həyatı həyacan istər, günümüz dünyasında qadının cinsi obyekt olarakta istifadə edildiyini düşünsək ,və kişinin ən zəif nöqtəsi olaraqda cinsəlliyini ortaya qoyduğumuzda çıxan nəticə budur.(ne qədər inkar ətsələrdə cəmiyyətin hər sinifinə aiddir bu ..)Və unutmayaq Sevmək iki  insanın bir birinə baxması deyil ikisinində eyni tərəfə baxmasıdır !

 

Çox dərinə girmirəm girədə bilmərəm,əxlaqsızca anlatmaq istəmirəm çünki. mövzunu fəlsəfi, sosioloji və psixolojik baxımdan başa salmağa çalışdım..Ama yenədə eşqi yaşamaq gözəldir..Hələ birdə mənimkimi)) Allah Rəhmət eləsin Platon tarixə Platonik eşq sözünü daxil edib getdi,məndə  Xancanoik eşqi daxil edib gedəcəm hər halda))..nəysə..Birdə bu türklərin bir “Aşiq Veysəl”i var qaqaş o vaxtı deyibki – “Eşq sevdiyinə qovuşmamaqdır”- görünür ağıllı adamolub çünki haklıdı .mənim demək istədiyim budu- Eşq Vüsaldan sonra bitir ! Vəssalam..ama o demək deyilki hər şey bitir.Heçdə deyil bağlılıq başlayır və davam edir.hörmət.. Aranızda izləyən varsa bilir izləməyən varsada mütləq izləsin - "Seks və Fəlsəfə" filmi ,həqiqətəndə mükəmməldir.Günümüzün romantic filmləri öpüşmək,sarılmaq ,və yataqdan ibarətdir ama bu filmdə bunlara rastlaya bilməzsiz,film eşqə əsl dəyərini verən fəlsəfik bir tamaşadır..Tamaşaçını eşq barədə yenidən düşünməyə vadar edir..Mən tövsiyyə edirəm izləyin mənədə Çingiz Aytımatov tövsiyə etmişdi…Allah rəhmət eləsin.. Fridrix Vilhelm Nitşe.. hamınız tanıyırsız hər halda ,ən çox araşdırdığım,fikirlərini su kimi anladığım bir filosof ama təəssüfki nədənsə bir o qədərdə nifrət etdiyim bir yazar..onundə eşq və cinsəlliklə bağlı bir aforizmi var - Mən- iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm .Bilmirəm haklıda ola bilər onun oxucu kütləsi onu haklı cıxara bilər ama mən qəbul etmirəm...ama bu fikriylə tam razıyamki Qadının necə bir nemət olduğunu bütün dərinliyi ilə dərk etmək gərəkdir.

            İndi siz qərar verin Eşq?-hansıki olmazsa olmaz,olsada bir gün bitəcək..Evlilik? hansıki başladığı gecə bitir(!!!)..Cisnsi əlaqə?? Hansıki olmazsa hormonal patoloji deyishiklere -xesteliklere meruz qoya biləcək,olsada aradakı eşqi bitirəcək..Yada Bağlılıq? Olsada olmasada tək cavabdır..Yəni Eşq ,Evlilik Cisni Əlaqə deyilən şeylər sadəcə sözcüklərdir arada tək şey varki oda bağlılıqdır,hansıki baş tutmasiyçün nə ZAKSa nə yatağa nədə sevgi sözcüklərinə ehtiyac yoxdur,bir növ platonik həyat tərzidir..

P.S- Kleom bilirəm yenə etiraz yağmuruna tutulacam ama bunlar mənim fikirlərimdir..Bu MəNəM..

Dr.Xancan Kərimov \ 2008 19 Ekim \ 4:17 AM \ Adana\ Turkey\gecəniz xeyrə

 

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2008-10-25) | Müəllif: xancan
Baxış sayı: 1451 | Şərhlər: 4 | Reytinq: 5.0/2
Cəmi Şərh: 4
2008-10-28
4. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Bitməyən eşq varmı? Eşq bir sonrakı romantik həyəcana qədərki bir keçici bir həvəsdirmi? Eşq tamamilə təsadüflərin əsəridirmi? İnsan həyatının neçə dəqiqəsi məhəbbət hissləriylə keçir? Bir kəpənəyin bir gündəlik həyatı 40 illik bir insan həyatından dahamı məhsuldar yaşanır?: Eşq Cinsəlliklə eyni platformada yer alır?Bunların hansı tərəzidə ölçülsə daha ağır olar?

Bitməyən eşq deyil bitmeyen hormet plus bagliliq vardi.
Eşq müxtəsər bir cümlə kimidir...həvəs demək nə qədər düzgündür bilmirəm amma ki, keçici olduğu mütləqdi.Təsadüf deməzdim mən....Eşq üçün....! genclik dövrü məhz eşqə sərf olunur deyərdim. Eshq cinsellikle eyni platformada xeyir.Kimə necə sərf edirsə o ağır gələr


2008-10-28
3. Mehriban (mehriban-p) [Giriş ]

"bu dünyada düşünüləsi və sonuna varılamayacaq qədər əlləm-qəlləm olan mövzulardan biri..qadınlar.."
smile
“Eşq sevdiyinə qovuşmamaqdır”
bəlkə də

gün olar aşıq olarsan, hər bir çətinliyə qarşı bütün gücünlə mbarizə aparacagını iddia edərsən, həyat yrına qovuşarsan, amma kim zəmanət verə bilər ki, bu sevgi ömür yollarında həyat yoldaşınla sənin yanında bərabər addımlayacaq sadəcə bu sevgi bölünəcək, çoxalacaq və şaxələnəcək, zamanla yerini vərdişə, qarşılıqlı bglılıga verəcək hələ bütn bunların işərisində bir də hörmət adlanan bir hiss yaşayarsa bərabər sürləcək həyata dad qatacaq


2008-10-27
2. Vusale (Vuska) [Giriş ]

Mence de esas bagliliqdir insanlar xoslanir bir birinden sonra ise esq baslayir daha sonra o biri hissler yaranir

2008-10-25
1. Rahib (RHB) [Giriş ]

MAraqli fikirdir.>Amma Etiraz yagisina dusesi sozler yazacagim ucun NO COMMENT


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!