http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-04-24, 21.33MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Atalara İnanmayın..Zarafat ediblər..(!))))))))!!

Atalara İnanmayın..Zarafat ediblər..(!))))))))!!

            Qadınlarla bağlı yazacağım yazı var idi ama,bu gün ağzı süd qoxan,itimin qurd dayısı səbir kasamı dolduran son daşıda bostanıma atdı.. Beşdə alacağım yox üçdə vereceyim,ama nəyə görəsə sərsəmlər məndən əl çəkmirki çəkmir.Yenə lənətlənmiş e-mailimə gələn 2-cə cümlə məni yerimdən oynadıb, səhərdən sinir semptomlarım alnımın üstündə nağara çalır!! Çox uzatmayım mailimə gələn o 2 cümlə məhz ataların sözləridir.Müəlllifini belə bilmədiyimiz, sayı minlərcə olan bu sözlər həqiqətəndə doğrudur?ya necə deyim hamısı doğrudur?Yəni o Ataların səhvləri olmayıb?Yoxsa bizlə zarfat ediblər))Mən demirəm tamamilə yalnışdı,yox yox Elələri varki Boynum qıldan incədi o sözlərin qarşısında ama bəs bu sözlər elə biz durduqca duracaq??hər dövrə uyğundu?Yoxx..deyəsən dəvənin quyruğu yerə dəysədə bəzi səhv sözcüklər dünya durduqca duracaq..Ama bunlara birinin dur demə vaxtı gəlib və keçib !!ama qorxmayın burdayam ))ölməmişəmki )) yetənə yetərəm yetməyənə daş ataram)Mən demirəm mən aydan arı sudan duruyam ,sadəcə  bir azcıq düşünsəniz sizdə mənə hakk verərsizki hər gün işlətdiyimiz Ataların sözlərinin bəziləri yox yox bir çoxu nisbi məna daşıyir və leksikologiyamızdan çıxarılmalıdır..

            Həə belə belə işlər qara qızın dərdi var əzizlərim..Atalar sözləri..Məni başa düşməyə çalışın əgər buraya qədər oxumusuzsa onsuzda axıra qədər oxuyacaqsınız)Mənim kəlimələrim məngənə kimi beyninizi durmadan sıxa bilər ama səbir edin mənə hirsi olan varsada səbr etsin, Səbir acıdır ama meyvəsi dadlı olur və  səbir ümüd etmə sənətidir..Oxuyun sonra etiraz edərsiz(əgər etməyə cəsarət edəcəksicə)) Baxın dürüst insane hər zaman doğrunu söylər ağıllı olan isə zamanı gələndə və mən ağıllı bir insan olarakdan)) artıq bununda zamanının gəldiyini düşünürəm nədə olsa Kiçik dərdlər danışar böyüklər susar  və mənim böyük yox Nəhəng dərdlərim artıq su üzünə çixma vaxtının gəldiyini işarə edirlər. Bax elə mövzunun axınına uyğun olaraq bir neçə atalar sözləri yazacam və yalnış olduqlarını da öz fəlsəfəmlə sübut edəcəm inkar edənlər zəngdə qalsınlar bir daha başa salım)) nəysə uzatdım bugün yenə kefim yerindədi deyəsən .Ok Başlayaq-  BİRİNCİ ata sözü olaraq elə bu yazını gecə yazdığımçün bunu seçirəm – “Gecenin Xeyrindense Gündüzün Şəri Yaxşidir” –Yalansa elə bunu deyənin..bu düzdü yəni??necədə səthi düşünən bir atamız deyib bunu.belə ata sözləri görəndə az qalıram Darvvinə inanıb)) meymundan fərqli hansı atamız deyə bilər axı belə sözü) )nəyə görə gecələri bu qədər pisləyirikki?bax inanın mənə 19 ildi gecələr yatmıram hələki bir ziyanını görməmişəm) nəysə gecədən keçək səhərə İKİNCİ sözümüz “Xoruz Yox İdi Seher Acilmirdi?”-  cavabım açılırdı açılırdı ama ala bula açılırdı))Bu bilirsiz nəyə bənzəyir? “Çvetnoy” TV-ler yox idi yuxularimiz BEZ ÇVET idi dee))oldu rəngləndi)) nəysə qatılmıram bunada ÜÇÜNCÜ sözümüz “Dünyada Vətəndən Əziz Nə Var?”-cavab əlbətdə çox şey elə birinci sağlıq,mən milliyətçi deyiləm elə bir axmaqlıqda etmərəm,ama onu bilirəmki milliyətçiyədə heç sağlıq olmasa vətən gərəkməz. DöRDÜNCÜ sözümüz –  „Qürbətdə Xan Olunca, Vətənində Dilən, Gəz“  sən öl özüm ölüm bişmiş toyuğun gülməyi gəlir çıxın qürbətdəki azərilərdən soruşun bunu 2- 3 ü inkar edər oda hələ yatandada mişkasıyla yatan xanımlarımız var Oxfordda falan onlar inkar edər))qalan heç bir Qərib Xanı buraxıb vətənə gəlməz inanin mənə.məndə darıxıram Vətənçün ama Vətənim Məndən Dəyərli deyil Mənimçün !!! BEŞİNCİ sözümüz “Oğul öydürər,Qız Söydürər”- bunuki hər halda inkar edən olmaz)) ən azından xanımlar etməz))bu söz atalarımızın dövründə qadınların elə obyek olaraq qaldığını göstərir ama indi elədimi??yoo..Elə bizim evdə papanı məndən başka utandıran olmayıb(( nəysə((ALTINCI söz Bey veren atin dishine baxmazlar”baxır o bəy hədiyyəni kimə verib !!bəlkə elə özündən böyük bəyə verib)) YEDDİNCİ-ONUNCU sözlər- “Tek elden ses cixmaz”  Palaza bürün , elnən sürün

  Elsiz duran yıxılar „“Birlik harada, dirilik orada.”- Qadası Tarixi dəyişdirənlər tək əlləriylə yox bircə barmaqlarıyla dəyişiblər bu bir ikincisi onlarda palaza bürünüb ellə sürünsəydilər İnqilab deyilən bir şey olmazdı !! üçüncüsü elsiz duran yıxılsaydı o dahilər neylərdi,Və nəhayət axırıncı)) birlik harda dirlik ordaymış)) valla bizim sinifdə 250 nəfərdi hər gün üyni sinifdə dərs keçirik quruplaşmalar var və ən böyük birlikdə mən dirlik falan görmürəm hüyvan sürüsündən heç bir fərqi yoxdu)) necə deyiblər Qarğalar sürüylə Qaartallar yalnız uçar bu söz elə aid bütün deyimləri yerlə bir etməyə yetər məncə))ON BİRİNCİ – Anasina Bax Qizini Al....”yenə yazıq xanımlar.qatılmıram qardaş səhvdi ne olsun 20 il eyni evdə yaşayıb onda deməli axmaq ananın qızı sərsəm olmalıdı??qatılmıram,gözəllik məsələsindədə qatılmıram,məsələn elə mənim Kleomun anası özündən daha gözəldi))nəysə ON İKİNCİ – Anası gəzən ağacı qızı budaq budaq gəzər” eyni zibildi buda səhvi qardaş ON ÜÇ və ON DöRT “Dost dar gündə tanınar.” “Dost dosta yaman gündə gərəkdir.” Səhvi səhvi səhvi nəyimə gərəkdi o dostki sadəcə mənim yasımda tanınır !! yam tərsi yasımda yox sevincli anımda mənlə birlikdə olmalıdı.deyəcəksizki saxta dostta sevincli anında sənlə ola bilər yox əzizlərim saxta dostun içindəki qısqanclıq ona mənim sevincimi bir artist kimi paylaşmağa mane olar !! ON BEŞ- “Qələm yazanı qılınc poza bilməz.”deyirəmdəə elə!! ona görə Türkmənçaydakı 100 illik müqaviləmizi Rus İran qılıncı pozdu??Hansı əsrdə deyilib bu söz görəsən.ayə harda görülübki insanlar kağızlara fərmanıara uysunlar.Boş yerə TV xəbərləri hər gün bar bar bağırmıre falan iş elə kağız üstdədə qaldı.. nəysə ON ALTI “Ağac bar verəndə başın aşağı dikər.” Bu sözü məktəb vaxtı Üzeyir Müəllimdən eşitməkdən qulaqlarım mazol olmuşdu,tamamilə səh fikirdi mən nə qədər çox bilsəm o qədər Dik gəzərəm(məcazi mənada)yəni özümə inanmım olar..haklyam biridə var cox bilən az danışar.buda səhvdi gedin bir məclisə görün kim çox danışır?kim dinlənilir?əlbətdə az bilən susur..ON YEDDİ ət dırnaqdan ayrılmaz” Ayrılmasada ayırarlar qadası..ON SƏKKİZ “Özgəsinə quyu qazan özü düşər” Amin! İnşallah! Yaşayarıq görərik! Ermənilər əsirlərdir qazdıqları quyulara bizi sala bilir ,bəs necə oldu? Nəysə ON DOQQUZ “Bağa qınından çıxdı, qının bəyənmədi „ əşi bu vapşe dəhşətdiyee papacanı)) bu nədiye belə mən məcburam doğulub böyüdüyüm mühiti sevim?onda Lütfi Zadənin Adına Amerikada Universitet açmazdılaree qağəli.ağıllı adamdı vətəni neynir??qını bəyənməyib getdi düzdə elədi !!İYİRMİ- “Ilanin agina da lenet qarasina da!”Sən öl özüm ölüm səhvdi düşmənin içində qınını bəyənməyənlər ola bilər və onlar ilanın ağ olanlarıdır ,bunla bağlı ayrı bir yazım olacaq onsuzda. İYİRMİ BİR “Əri döyən arvada it hürər „ yenə zavallı qadınlar.BU atalarımız niyə belə xanımlara qarşı pessimist olub axı..Yazıq arvad zorla getdiyi ər evindən atılıbsa ölməlidimi atam ?!Varya mən xanım olmalıymışamee bunu hər gün bir az dahada anlayıram.Qadın olsam elə Müdafiə edərdim öz cinsimi !!hara baxıre bu Qadınlar.Niyə cavabını vermir bu Ataların!!İYİRMİ İKİ Və ÜÇ “ayagini yorganina göre uzat”  Başın girməyən yerə burnunu soxma” İkisidə səhvdi ! bu mənim keçən dəfəki fofobi yazımla əlaqəlidi bir növ.ayağımı yorğanıma görə uzatsaydım burnum girməyən yerə başımı soxmasaydım indi mən MƏN olmazdım..heçnə bilməzdim.. İYİRMİ DöRT  Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin” Səəəəhvdii !!!! Bu söz məhv edir məni mailimə gələnlərdən biridə buna oxşar idi .ayə mənim nəyimə gərək kimsə bəyəndi bəyənmədi?onlar məni məndən yaxşı tanıyır?Heç atamda bilmirki mən yaxşıyam ya pis.Ətrafımdakı insanlarda bilirki mən MƏNƏM MƏNƏM deyənlərdənəm)) xalq nə deyir desin..o xalq vaxt vardı Fredrixidə bəyənmirdi Nooolu bəs atam?! İYİRMİ BEŞ Işləməyən dişləməz- ama işləyəninkindən dişləyər..İYİRMİ ALTI “Dostunu göstər deyim sən kimsən”- ya mənim baxdığımvə oxuduğum bütün filmlər kitablardakı doktor – psixi xəstə arasındakı dostluq səhvi uydurmadı yada bu cümlə..İYİRMİ YEDDİ “Yerin də qulağı var” bəlkə Rəhmətli Şaban demişkən bu söz belə olmalıydı “ aramızda casuslar ola bilər))” İYİRMİ SƏKKİZ “Gülmə qonşuna gələr başına” onda mən indi gərək Ateist olaydım)))zuhahaha))İYİRMİ DOQQUZ “Çayı keçməmiş hop demə” yaxşıye ta.ciddisən?onda bəs ümidlərim?mənim sönməz işıqalarım?dualarım?tam tərsi tulllanmamış tullanmış kimi əmin olmaq lazımdi ürək-dirək məsələsi OTUZUNCU və ən nifrət etdiyim söz- “Bir şeyi bilirəmki HEÇnə bilmirəm!” sokratdan heç gözləməzdim belə söz.Guya bu söz nisbəti göstərməkçün deyilibki yəni hər dəfə bir şey öyrənəndə görürsənki sən həqiqətəndə AZ bilirmişsən yoxsa heç bilmirəm demək səhvdi məncə....OTUZ BIR “ ya olduğun kimi Görün Yada Göründüyün kimi ol” birinci hissəsi tamamən yalnış fikirdir heç bir kəs olduğu kimi görünə bilməz!!bunu istəsədə edə bilməz !!etsədə bu onun daxili gözlər önünə sərəki heç birimizində içi gözəlliklər diyarı deyil,qısası bu səhvi edən bir kəs sadəcə özünə zərər edər .Əminən ki 30 sözün heç birini qəbul etməyənlər olacaq çünki illər boyu beyninizdə paslanıb qalıb bu düşüncələr.etiraz etmək isətəyirsiz mənə ??əvvəlcə öz düşüncələrinizə bir dönüb bbaxın ondan sonar mənə çatarsız !!Risk edin Adət ənənələri silib atın bir tərəfə !! onların heçdə hamısı doğru deyil !!əmin olunki yaşamın iki hədəfi var– istədiyin hədəfi əldə etmək və əldə etdiyinin dadına baxa bilmək,yalnızca ən ağıllı insanlar ikincini tətbiq edə bilər sizdə  əldə edə bilərsiz dada bilərsiz əmin olun !! keçin çayın bu tərəfinə mən keçirəm başlamışam,yol uzundu 19 ildi hələ keçə bilməmişəm ama hələki gec deyil ayrılın bu toplumsal fikirlərdən !! bu dünyanı bu toplum qurmayıb !! nəyə görə onlara qulaq verəsiz !!Allah var !...ondan başka kimsənin yoluyla getməyə məcbur deyilsiz !!Bu yolda dostlar sevgilər yalan ola bilər ama sizdə kəmərinizi Koroğlu kimi möhkəm tutun aldanmayın Bernard mükəmməl deyib Bir kimsə məni birdəfə aldatsa ona təəssüflər olsun ama 2ci dəfə aldatsa mənə təəssüflər olsun haklıdıda !!!! təsirli sözlər bilmək istəyirsiz??onda buraxın bu yalan sözləri kimliyi bilinməzlərin yazdığı cümlələri gedin Sokratlar,Fredrixler,Freudlar,Heroklitoslar oxuyun,anlayın,bilin, öyrənin, söylənin və sındırın !!

Çirkabdan çıxln !!Bizə dedilərki “ Çirkaba Daş atma üzərinə sıçrar!” bizdə bu sözü bir hikmət zənn edib atmırıq LAkin Çirkaba daç atılmalıdır həm də doluncaya, yox edilincəyə ortadan vucudları qaldırılıncaya qədər daç atılmalıdır mümkün qədər böyük daşlar atılmalıdır !! qayalar Yuvarlatılmalıdır !!! haklıyam !! çıxın QININIZDAN!!! MƏHKUM DEYİLSİZ !!sağolsun Hüseyinzadə…sürü halında yaşayıb elədə öləcəksiz??ok elə olsun ama unutmayın HƏYAT BİR DƏFƏ VERİLİR..Ataların zarafatlarıyla yaşamayın bu həyatı…

P.S- Aranızda filolog falan varsa etiraz etsin görüm mənim qarşıma cıxa biləcək qədər qüdrətlidirmi))Hə birdə KLEO on birinci sözü oxuyanda əsəbləşmə haa))

 

İnsanlar 3 cürdür-sayı saya bilənlər və bilməyənlər !!!...

Xancan Kərimov\25 Ekim 2008\5:23 AM\ Turkey

Yazar: Xancan Kərimov | Əlavə edən: admin (2008-10-25) | Müəllif: xancan
Baxış sayı: 907 | Şərhlər: 6 | Reytinq: 3.7/3
Cəmi Şərh: 6
2008-12-04
6. Sevinc (SevaSeva) [Giriş ]

Amma en azindan fikirleshmeye deyer dediklerini.

2008-12-04
5. Sevinc (SevaSeva) [Giriş ]

Bilirsen? Eslinde senle raziyam HEYAT BIZE BIR DEFE VERILIR onu ele yasamaliyiq ki hec olmasa qocalib arxaya baxanda nese yadda qalan bir yaxsi xatiremiz olsun.
Amma adet eneneni silib bir kenara atmaq deyirsen, bu mumkun deyil axi. Onda gerek her seyimizi silib ataq, Atamizi, anamizi ne bilim yaxinlarimizin hamisini. Cunki onlar bize adet- enene ile hereket etmemizi detirler.

2008-11-03
4. Shahnaz (Cimcime) [Giriş ]

Çox fikirlərinlə razıyam,amma bezilerilə razı deyiləm.Meselen Vetenle bağlı olan fikirlərinlə.Her şey lazımdı amma Veten her şeyden öncedi.Çoxsu deyə bilər Vətən mənimçün nə edib və yaxud nə verib.Amma Veten bize verilən ən böyük nemetdi.

2008-10-29
3. lacrima (lacrima) [Giriş ]

smile

2008-10-28
2. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) [Giriş ]

Bəzi sözlərinə qatılıram üstünə basaraq deyirəm ha bəzilərinə....Atalar sözlər ümumi deyilir yəni ola bilsin bəzən tutmasın bu o demək deyil ki, səhv fikirdi...Çkdiyin misallar düzdü üstünə düşür amma mən də misal çəksəm haqsız olmayacam necə deyərlər hərənin bir düşüncəsi öz meydanında haqlıdır.

2008-10-28
1. Mehriban (mehriban-p) [Giriş ]

Xancano, bunlar düşüncə tərzlərində özlərinə yer eləmiş məsələlərdi, dövrünə görə aktuallıgını itirən bəzi şeylər kimi inan ki bir çoxları özünü çoxbilmiş göstərmək üçün məna fərqinə və yerində deyilməsinə baxmayaraq həmin sözlərdən boluca istifadə edir
onların hamısının məntiqsiz olmasını demək düz olmaz, amma onlardan bəziləri artıq dəyərini itirib, sənin misal çəkdiklərinin içində onlar aydın göstərilib

`
"Səbir acıdır ama meyvəsi dadlı olur və səbir ümüd etmə sənətidir.."
məgər səbrimizin yaşı 15 ildən artıq deyil ? amma hələ də bar vermir ki vermir

"“ayagini yorganina göre uzat” " ən sevmədiyim sözdü, axı niyə görə, bəlkə mən elə istəmirəm, böyük arzulardan böyük nailiyyətlər əldə olunur, niyə də arzumu reallaşdırmayım, kasıbam deyə ?



Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!