http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-04-24, 13.29MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Turkiye - Azerbaycan dialogu ..

Boynu bükük güdir yenə Ramazan..

Yenə gəldi yetdi Ramazan ayı..11 ayın Sultanı...ama görəsən Ramazan özü necə ?özünü 11 ayın Sultanı kimi hiss edir?yada biz hiss etdirə bilirikmi??Çox təəssüfki YOX...təəssüfki yox.Hamımız oruc tutmuruq..Bəziləri bunu heç bir səbəb olmadan, bəziləri isə iman və iradə zəifliyindən dolayı oruc tutmurlar.axı nəyə görə!?xəstədir o kəslər??vaxtları yoxdu??ya başka səbəb??yaxşı elə olsun bəs bu xəstəlikləri vəya o digər bəhanələri keçendən sonra oruc tutacaqlar??yooox… həmdəki bir tərəfdəndə, belələri hər oruca görə, fidyə verməklə yenə də oruclarını tutmanın sevincini yaşıya və özlərini xoşbəxt hiss edə bilərlər. ama nafilə..nəinki fidyə verimirlər oruc tutanın orucunuda pozurlar az qala..Ramazan bitir yavaş yavaş İslam düünyasının ən böyük bayramlarından biri..Yox yox mən səhv edirəm Yeni ilimiz Novruzumuz heçdə Ramazandan geri qalmır .. qeyri-müsəlmanların,gavurların, bayarmlarını-yeni ili- özümüzə ən böyük bayram etmişik..ama boynu bükük güdir yenə Ramazan…Bayramın 15 gününü DOĞMA Vətənmi desəm nə desəm Azərbaycanda oldu digər 15 günüdə Ən böyük islam ölkəsi sayıla biləcək Türkiyədə…hər ikisində vəziyyət bərbad..ama öz vətənimdə dahada bərbad..Nəyə görə mənim yaşadığım evin içində 3ü orucludu 2si yox.??? Nəyə görə yaşadığım küçədə oruc tutanlar barmaqla göstərilir??? Nəyə görə orucluqdu ama bütün çayxanacıqlar doludu ??? Nəyə görə axı nəyə görə nə səbəbə??....görünür mənim bu suallarım daima cavabsız qalacaq..Nəyə görə 5 yaşındakı uşaq oruc tutur ama bunu dərk edəcək şüura sahib gənclər yox??o uşaqda nədi bu istək??maraqçün tutur yoxsa nə?valideyin tərbiyəsi?bəs nə?sadəcə İMAN…

Yaxşı oruc tutmayanları keçək…Oruc tutanlar doğrudanda orucları qəbul olunur?onlar sadəcə tutmaq xətrinə yoxsa Allah xətrinə oruc tuturlar??Düzdür, orucu pozan şeylərdən uzaqlaşdıqda orucu tutmuş və borcdan qurtulmuş oluruq. Bir də yalnız bunlarla kifayətlənməyib bəzi pis əməllərdən çəkinərək, tutduğumuz oruc vardır. Peyğəmbərimizin (s), səhabələr və digər islam böyüklərinin tutduğu oruc vardır. Görəsən, biz bu orucdan da nəsibimizi ala bilirikmi? Yoxsa yalnız adi qaydada – yeməyib içməyərək, tutduğumuz orucla kifayətlənirik? Əsl oruc isə yalnız maddi ləzzətlərdən çəkinməklə qalmayıb bədənin digər orqanları ilə də oruc tutmaq şəklində baş verir. Bu zaman dilimizlə, qulağımızla, əlimizlə və ayağımızla da oruc tuturuq. Oruclu ikən əsla qeybət etməyənlər, yalan söyləməyənlər, harama baxmayanlar və haram yola düşməyənlər belələrindəndir. Bu cür oruc tutan şəxslər əlləri ilə haramı tutmaz, qulaqları ilə haram söz dinləməzlər, bu günahları orucu pozan xətalar qəbul edirlər.Ən üstün oruc isə bütün bunlarla kifayətlənməyib səviyyəni daha da yuxarı doğru qaldıraraq fikirlərinə, düşüncələrinə və qəlbinə oruc tutduran kəsin orucudur. Bu cür oruc tutan şəxslər qəlbləri ilə heç bir pis şey haqda fikirləşməz, günah əməlləri xəyallarından belə keçirməzlər. Onlar belə şeyləri orucu pozan əksiklik qəbul edərlər.

Siz necə hesab edirsiniz? Sizin orucunuz hansı növdəndir? Bir çoxları kimi adi qaydada oruc tutacaqsınız, yoxsa tutacağınız oruc ondan daha üstündür? Bəlkə siz artıq daha da irəli gedərək, fikirlərinizə, düşüncələrinizə, niyyətlərinizə də oruc tutduraraq ən üstün şəkildə oruc tutmağa çalışacaqsınız? Mən deyə bilərəmki Ramazan bayramı bir çox AC-GÖZƏ xəstəlik gətirir…niyə?elədə olmalıdı..sadəcə göstəriş məqsədli oruc tutubda axşam iftar süfrəsində 15 nəfərin yeməyini yeyən ac-gözələrədir sözüm….nəysə….O hər il təm təraqla qeyd etdiyimiz YEni ilimizi hər dəgə bizi axirətə yaxınlaşdıran lənətlənmiş bayrama dövlət sərf etdiyi pul-paranı Ramazanda iftar süfrəsi açsaydı kaşki…kaşki…

P.S. – Allah özü Dövlətin verdiyi iftar süfrəsinə oruc adıyla gəlibdə oruc olmayanların cəzasını versin..
Xancan Kərimov 24 Eylül 2:14 PM Xanbazarı…

Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14) | Müəllif: Xancan Kerimov
Baxış sayı: 438 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!