http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-04-24, 03.59MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Mənim “Diktatorluq” arzum….

Mənim “Diktatorluq” arzum….

Bu gün yolum Prezidentimizin Sarayına düşmüşdü Prezident aparatı dediyimiz yerə...ama düşməz olaydı...niyə?yox elə bilməyinki mənim işimi düzüb qoşan tapılmadı yox ona görə demedim o sözü,mən hələ o qədər aciz deyiləmki yuxarıda oturanların oyununa gəlim..nəisə sözüm onda yox bugün aparatımızda qocalar gördüm...qəbul otaqlarında... qəbul qapılarında... özündən 20- 30 yaş KİÇİK KÜÇÜKlərin əlində oyuncaq olmuş qocalarımız...mənim növbəm birinciydi ama məndən arxadakı yaşlılara yer verdim ən axıra keçdim sırada-ona görə yoxk mədəniyyət naminə əsas məqsədim bu deyildi arxa sıraya keçməkdə ,o idiki keçim orda gedın söhbətlərə qulaq asım yaman yaxşı söhbət var idi yeriniz məlum !!!! yaxınlaşıb bir bir bütün qocaların söhbətinə şərik oldum...iç acısı.... Qarabağ əlilindən tutmuş 80 yaşlı iki biri kar biri kor qardaşadək nə tip isətəsiniz qoca vardı....içəridəki xanım MADMAZELLA isə təxminən mən gələndən 45 dəq idiki içəridə idi..yaman şirin söhbəti tutmuşdu XANIMIZIN məmurlarla !! hətda daha doğrusu məmurlarla yox Babamızın diliylə deyim Dövlət MAMURLARI ilə....saat 1 oldu cıxmadı xanımımız..qapılar bağlandı OBEDDİ !!! yaman müsəlmanıqdaa... Ramazanın keyfini cıxarırıq !!! artıq 3 saat idiki gələnlər hamısı orda idi heç kim tərpənmirdi...hər qoca öz şikayətini dilə gətirirdi..kimisi ”Mən 41-45 veteranıyam ama...”deyir....başka birisi ”O gün məhkəmədə Mənə hakim deyirki bu 70 yaşında qapılara düşmüsən gəlib bura qədər cıxmısan elə 3 metr torpaqdan ötrü??!!”-fikir verin ay qurban olum Millet MAMURUMUZUN ağbirçək anamıza dediyi sözə fikir verin...ən sonda iki yaşlı gəldi içlər acısı..biri kor idi o biri isə demək olarki heç eşitmirdi..əyinlərindəki paltarlar cox səliqəli idi ama köhnə olduqları hiss olunurdu....fikirləşirsən ay balam bu yaşda bu adamın yəni heç kimi yoxdu bu yaşlılar bu qapılardadı??...ən sonda hələ öz yerlimədə rast gəldim tanımırdım, ama birdən SABİRABAD eşitdim gözlərimə işıq gəldi))yaxınlaşdım buda nurani bir qoca idi soruşdum nə iş deyir əziz başçımız tətildədi dərdimi deməyə adam tapmıram gəldim bura..burdada obeddi..nəysə qocaların hamısını bir bir üzlərinə tüpürüb yola saldı MAMURLARIMIZ məndə öz işimi bitirib cıxdım ..ama hələdi özümə gələ bilirəm ay balam...hara gedir bu öz başınalıq,,???Bilirsinizmi, hakimiyyətdəkilər narazı xalqı necə sakitləşdirir? Daha doğrusu. xalqın başını necə yozur? Müstəqilliyimiz var, deyirlər. Dövlətmiz var, bayrağımız var, himnimiz, gerbimiz var deyirlər. Yəni xalqa tapşırıblar ki, siz gedin, bayraq-gerbnən fəxr eləməknən məşğul olun, dövlət-sərvət – bu işlərlə biz məşğul olacağıq.

Azərbaycan Respublikasının yaşını keçən əsrin 20-ci illərindən hesablayırlar. Cümhuriyyət tariximiz qızıl səhifələrə düşsə də, yeni dövlətçilik tariximiz 1920-ci ildən 2007-ci ilə qədər sayılmamalıdır, çünki ortada böyük bir rus istilası uzanıb. İki ilə qədər Məhəmmədəmin Respublikası, bir ilə qədər də Elçibəy hakimiyyəti duruş gətirib. İkisi bir yerdə birtəhər 3 il eləyir.Yəni belə götürəndə yeni dövlətçilik tariximiz, dövlətçilik qürurumuzun 4-5 yaşı ola-olmaya. Yəni bağça yaşındakı bir uşaq. Ona görə də yırtıcı məmurlar o bağça uşağının gah çörəyini, gah yağını, gah qəndini, gah komasını, nə bilim, gah paltarını oğurlayır. Gah qazını kəsir, gah işığını.

Bəs hara qədər,!!?? son deyən olmayacaq!!??yox yox deyəsən olmayacaq… DUYGUSAL forumda bir mövzu açıb “heç vaxt həyata keçməyəcək olan xəyalınız” mövzusu…mənim hər zaaman ən böyük xəyalım bilsiz nə olub,,???aranızda buna gülənlər ola bilər bəlkə ama mən o gülənləri uşaq adnlandırardım…hə ən böyük arzum dictator olmaq olub bu indidə belədi böyük bir dictator olmaq millətimin bulanıb durulmayan seldə boğulmasunu durdura biləcək bir diktator….buna görə demək olarki tarixə iz salanların hamısının biyoqrafiyasını oxumuşam ama görmüşənki mənin dictator olmağım müşkül yox MULTİMÜŞKÜL məsələdi….Pis yaxud yaxşı diktatorlar …Hitlerler..Xomeyniler..Gandhlier..Nelson Mandelalar..Martin Lutherler….hə buda mənim heç vaxt həyata keçməyəcək olan xəyalım…….ama,ama ya olursa??hm?niyədə olmasın……

Bİlirsiz yadıma nə düşdü?? Birgün bir ateist müsülmanın qabağın kəsir deyir :

“ay balam bu qədər namaz qılırsan oruc tutursan gününü bu işlərə həsr edirsən zəkat falan dualar inamlar,meneviyyatlar yaxşı insane olum deyə əlləşirsən yaxşı bəs bəlkə CƏNNƏT yoxdusa???” –deyir ateist.. Ama bizim imanı güclü müsəlman qardaşımız ona bilirsiz nə cavab verir?? Deyir:

“ay balam bu qeder insafsızlıq edirsən onun bunun malına göz tikirsən qabağına gələnlə məzələnirsən uşaq böyük baxmır əzib keçirsən dindən imandan uzaq fırlanmağın bir yana hələ bir dinimizədə söz atırsan…bəs…bəs bəlkə Cəhənnəm varsa.. ya olursa??hm?niyədə olmasın……??”…

Yəni demək istədiyim mənimdə arzum bax belə bir şeydi niyədə olmasın hm? ya olursa??hm?niyədə olmasın………nəysə….BEZ ÇVET gələcəyə doğru ilərləyirik…..

Hörmətlə:Xancan Kərimov

Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14) | Müəllif: Xancan Kerimov
Baxış sayı: 478 | Şərhlər: 1 | Reytinq: 5.0/1
Cəmi Şərh: 1
2009-02-15
1. Ajka (Ajka) [Giriş ]

Deyir niyyetin hara menzilinde ora... Sen isteklerinin peshinden getdi tutdu qatiq tutmasada ayran olacaq da biggrin
Cavab: diktator olsam mənim yolumuhaa get haa))


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!