http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-03-28, 14.01MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Transseksuallar !! Cinsi azlıqlar..

Yenə gül çiçək forumlarımızın birində dəyərli istifadəçilərin cinsi azlıqlar barədə müzakirəsini gördüm,çox ama heçdə təəccübləndirici deyilki dar düşüncəli fikirlər dolub daşır. cinsi azlıqlar barədə ya heçnə bilmirlər yada biləndə bilirsədə təhşisi səhv qoyur sanki düşman kimi baxır ama əslindəysə hər şey kənardan görüldüyü qədər sadə deyil..Bu insanlar haqda fikirlər tamamən səhv yönəlib.. Fahişəlik və cinsi azlıqlar problemi bu son vaxtlar ən DƏBDƏ olan mövzulardı. Paytaxt sakinləri hər gecə saat 22.00-ni keçdikdən sonra «Avropa» otelinin qarşısındakı mənzərəni yaxşı xatırlayarlar. Amma artıq bir neçə aydır ki, belə «toplantı»lara rast gəlinmir. Öz doğma məkanlarından didərgin düşüblər,bu əslində müsbət haldır ama onları ordan uzaqlaşdırmaqla iş bitmir…

sübut olunub ki, seksual azlıqlar psixi xəstə deyillər. Onlara qarşı heç nə etmək olmaz və lazım da deyil. Çünki bu insan nə narkoman deyil, nə oğru, nə də qatil. Onu Allah belə yaradıb və o da şəxsi həyatını bu cür yaşayır. Hətta onun şəxsi həyatına müdaxilə də doğru deyil. Ümumi götürəndə isə bu insanlar hamımız kimi normal iş fəaliyyəti ilə məşğuldurlar. Pul qazanırlar, ailə dolandırırlar. Cinsi azlıqlar da normal insanlardır, hamımızın iş yerində belə şəxslər ola bilər. Amma şəxsi həyatında kişi kişi ilə yatır, qadın qadınla. Ancaq bizim cəmiyyət bunu qəbul etmək istəmir. Çünki hamı belə düşünür ki, «qey» «Avropa» otelin qarşısına yığılan insanlardır. Ora yığılanlar əslində sex biznessmenlleridir. MƏn bunu alqışlamırıq və onlarla «28 May» metrostansiyasının ətrafına yığılan qadın fahişələrin fərqi olmadığını düşünürəm

Bax gəlin bir düşünək, o insanların əksəriyyəti faydalı işlə məşğul ola bilər. Lakin onları «transseksual» olduqlarına görə heç yerdə işə götürmürlər. Ona görə də bu şəxslər seksual xidmət göstərməyə məcbur olurlar.

Məlumat üçün deyimki, «transseksual» insanları ingiliscə «transgender» adlandırırlar. «Gender» - cins, «trans» -dəyişdirmək deməkdir. Yəni bu insanların əksəriyyəti cinslərini dəyişdirməyə meyllidirlər.O insanlar kişi qiyafəsində doğulsalar da, iç aləmləri qadındır. Həyatda kişi kimi yaşaya bilmirlər. Hətta cinsini dəyişdirə bilməyənlərin çoxu intihar edir.Mənim bu yazımı oxuyan hamı kim bilir haqqımda nə düşünəcək ama mənim dərdim bilsiz nədir? Hamı deyirki “ONALRI YANDIRAQ ÖLDÜRƏK MƏHV EDƏK” bu taməmilə CAHİLLİKdən irəli gəilr !!! . Bu insanlarla işləmək, normal davranmaq lazımdır. Axı onlar da bizim cəmiyyətin üzvləridir Söhbət bu işi biznese çevirənlərdən getmir !! doğuşdan transseksual olanlardan gedir !!! cəmiyyət azlıqlara, çoxluqlara ayrılmasın və bütöv cəmiyyətdə hərənin öz şəxsi həyatını yaşaması mümkün olsun.


Əslində azlıqlara cəmiyyət neqativ yanaşır və onları qəbul etmir. Seksual azlığı ataq bir kənara. Məsələn, bir nəfər vergili doğulur. Yəni o, insanın hansısa əlamətlərindən gələcəyini görə bilir və bunu deyir. Amma hamımız buna şübhə ilə yanaşırıq, deyirik ki, yalan deyir, belə bir şey ola bilməz. Hətta onunla salamlaşmağı, münasibət qurmağı çoxlarımız özümüzə yaraşdırmırıq. Şair var ki, istedadı bütün dünyanı silkələyir, lakin yaşadığı cəmiyyətdə onu qəbul etmirlər, yalnız öləndən sonra qiymətini verirlər. Cəmiyyət belədir, növündən asılı olaraq azlıqlar qəbul olunmur!!!
cəmiyyət azlıqlara, çoxluqlara ayrılmasın və bütöv cəmiyyətdə hərənin öz şəxsi həyatını yaşaması mümkün olsun.
Məlumatı olmayan insanlara xatirlatmaq istəyirəm ki,körpə doğulanda 46 cüt xromosomda qız hormonlarının sayı artqığına görə oğlanda qızlaşma prosesləri gedir və son nəticədə o homoseksuala çevrilir.
Əgər valideyn uşağının elə kiçik yaşlarında homoseksual olduğunu görürsə nə etməli ? bunu bilmirəm nəqədər doğru olar ya yox ama uşağın cinsini dəyişmək variantıda var.
Ama qaldıki bu işi biznese çevirənlər hə onlara qarşı tədbir görülməlidir həmdə necə !!!Maraqlıdır bu işləri pul üçün yox kef üçün edənlərdə var..Məsələn mənim qeyri-rəsmi ,yəni belə deyək ordan burden eşitdiklərim arasında ELTON Con ,Rooney,Şekspir,Fatih Yürek, yada bizim MİLLİ MƏHSULUMUZ olan Samir Bagırov hə bax belələri artıq insanlıqdan çıxmış varlıqlardı və tədbiri görülməlidir..

P.S -- Bir daha qeyd edirəmki anadan gəlmə belə doğulan insanlarla biznesl xətrinə bu işi görənləri qarışdırmayaq !!!
P.S -- Yazımı oxuyan hər hansısa bir kəs “Bu nə mövzudur” deyə düşünürsə,tək deyəcəyim yuxarı tərəfdə sağda qırmızı fonda olan X işarəsinə klikləsin !! Bura açıq forumdur və istənilən mövzu müzakirə edilə bilər Bunlar həyat həqiqətləridir..,bəyənməyən şərh yazmasın yazanda doğru dürüst samballı bir şərh yazsın.

Xancan Kərimov, 18.09.2008, 2:25AM Eda apartmanı))

Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14) | Müəllif: Xancan Kerimov
Baxış sayı: 1201 | Şərhlər: 1 | Reytinq: 0.0/0
Cəmi Şərh: 1
2008-11-15
1. dashgin (wild_boy) [Giriş ]

brova xancan kerimov bu barede de bilmek lazimdir yeni movzularinla gozleyeceyik sene ugurlar[size=18]


Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!