http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-04-18, 11.36MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Sosializim - Kommunizim ,Kapitalizim ya tamam başqa bir sistem??(!)

Sosializim - Kommunizim ,Kapitalizim ya tamam başqa bir sistem??(!)

Hər halda deməyə ehtiyac yoxdur,hamınında bildiyi kimi günümüzdə gənclər arasında “fərqlənmək” yeni dəbdi və bu yola baş vuranlar ya geyimini ya danışığını yada ideologiyalarını dini inanclarını dəyişir və “BUDA MƏN” deyir..Bu seçimlərin başındaysa Emo , Gothic , Ateizim , Satanizim ,Darvinizim , Şəxsiyyətə pərəstiş , Reper Rocker ,və daha nələr...Və bu seçimlərdən biridə məhz elə Sosializim – Kommunizmdir.. Hərənin öz seçimi var bu seçimlərə qarışmaq fikrim yoxdur,ama bu tip quruplara ayrılmış gənclərin çoxu heç nə etdiyini bilmir,sadəcə fərqlənir. Nə etdiyini bilməyən bəzi ZAVALLIlara kömək məqsədilə “loru dildə sosializim”-in nə olduğunu başa salmaq istərdim... Sosializim nədir? Sosializimi necə qəbul edirik? Bir şüar yadıma düşdü istər istəməz “ Liberte ,Egaelite,Fraternite ,ou la mort !!!” yəni,-Azadlıq ,Bərabərlik,Qardaşlıq,yada Ölüm !!!... Bir növ sosializmin şüarıdır..Sosializim indiki göründüyü kimi Olmur,Olmayıb,Oladabilməz !! Hər bir təriqətin ideologiyanın təməli,bünövrəsi mükəmməl olsada sonradan o təməlin üstündə çox oyunlar oynanılır,dəyişdirilir, “Təkmilləşdirilir” (guyaki!)...Sosialimdə bu təsirlərə mərzu qalmış və günümüzdəki formaya gəlib çıxmışdır.Sosializmin təməlindədə dəyişikliklər olmalıdı hər halda təməldədə səhvlər var.Yada mən sosializmi , Marksı , Engelsi heç başa düşməmişəm..Yox yox məncə səhv məndə deyil səhv sosializmin müasir təmsilçilərindədir,onlar sosializmi səhv tanıdır məncə.Elə keçmişdədə 68 illərindəki Sosializm dalğalarındada məncə artıq-əskik çox faktor olub.Ən böyük Diktatorlarında getdikləri yolda səhvlər əlbətdəki olub.Fidel Castro Rusyanın sosialist sistemiylə tamamiylə razı idi ,yəni bir növ səhv yoldaydıda deyə bilərik,Ama Ernesto Che Guevara Fidele bu barədə çox vaxt xəbərdarlıq edirdi-Rusya Tam olaraq sosialist deyil deyə..Sosializm deyiləndə ağıla o dəq. Rusya yada Çin vəya Kuba gəlməməlidir.Mənə görə sosializm İmperyalizmin qarşısını ala biləcək tək yoldur,ama təbbi ki Rusya yada digər sosializt ölkələrin sistemi deyil yeni bir sosializm sistemi olmalıdır.Rusyanın Materyalist olaraq tanınması daha doğrusu materyalist olması,Materyalist təhsil verilməsi və yüksək vəzifələrdəkilərin Materiyaya inanması hər şeyin mənasını maddələrdə görülməsi və.s.. Və əlbətdəki o vaxtki Sosializmin başında duranlarının İnamsız olması o işin ciddiyətini itirir yəni işə qara əllərin qarışmasına kömək edir..Və istər istəməz nəzəriyyənin hamısı ateist və materialist bir fəlsəfi təmələ söykənirdilər. Yaradıcının varlığını qəbul etmirlər, təkamülə müraciət edirdilər.Materialist və ateist ədəbiyyata baxdığınızda, din və ağıl anlayışları arasında inadla bir ayrı-seçkilik edilməyə çalışıldığını görərsiniz. Halbuki bu son dərəcə ucuz bir aldatmacadır. Cahillikdir !!.Çünki ağıl və din arasında bir ayrı-seçkilik ola bilməzSöhbətə dini qarışdırmaq istəmirəm ama məncə əmmn ideal sosializm “İslami Sosializim” olması olardı..bunun digər variantıda yəni “İslami Kapitalizim”.Yəni məsələn bir misal çəkim, Afrikalı Afrikanın təbii qaynaqlarını istifadə edərək istehsal edir. Üstəlik qaynaqların gələcəyi təhlükə altında olmasına baxmayaraq bunu edirlər. Balığı Afrikalı balıqçılar tutur, Afrikalı fabrik işçiləri işləyir, verdiyi əməklə balığın dəyərinə dəyər qatır və qiymətinidə özü ala bilməyəcəyi qədər bahalı edir və yenə Afrikalı işçilər öz əlləriylə o balıqları yük təyyarələrinə yükləyir.Və balıqlar “Uçur gediR”Bir düşünün öz əlləriylə çıxardıqları balıqları niyə yeyə bilmirlər bu insanlar? Ac olduqları halda.. Və i o balıqların miqdarı o qədər çoxdurki kim bilir neçə Afrikalını doyura bilər. düşünün, bu insanlar yalnız ixraç edilən balıqlardan geri qalanlarla qarınlarını doyurmağa çalışırlar-sür sümükləriylə … Yəni bir də balığın əsl qida dəyəri yüksək hissələriylə də ixrac edəcəklərinə özləri yeyə bilsələr kim bilir neçə milyonunun aclıq problemi həll edilə bilər. Ovlanan balıq miqdarı həftədə 400 tondu təxminən!!! Yəni ixraç edilən bu balıqlar Afrikalının qarınını doyurma imkanını da əlindən alır. Açıqca, imperializm Afrikanı istismar edir. Təbii qaynaqlarını qurduğu qanuni qaydalara dayanaraq istismar edir! Və daha bilmədiyimiz neçə yolla məasələn silah sataraq istismar edir! AIDSin qarşısına xalqı şüurlandıraraq keçəcəyinə, xəstələrə dərman satmağı seçir, dərman satır, istismar edir.!!!

- Bax Sosializim mənim üçün bu insanların, öz ölkələrinin qaynaqlarıyla, öz əməkləriylə çıxardıqlarını yenə özlərinin istifadə edə bildiyi Sistemdir

- Mənim üçün Sosializim insanların çıxararkən kor-koranə çıxarmadığı, təbiəti, ekosistemi və gələcəyi də göz önünə alan və ciddi qəbul etdiyi sistemdir !!

- Sosializimi gücləndirilən iqtisadi imkanlarla və infrastrukturla hər cür elm sahəsində işlərin, açıqlıqla, tərəfsiz edilə bildiyi sistemdir.

- Yaradılmış bu elmi alt quruluşun da gücləndirdiyi, tərəfsiz təhsil sistemi ilə yetişdirilən insanların, hansı xəstəlikdən necə qorunulmağı bilən, tarix, fəlsəfə, sənət, idman və insanı insan edəcək bütün digər mövzu və sahələr, kosmosu, dünyanı, cəmiyyəti, insanı, cahilliyi, paylaşmağı vs. bir çox, konkret, mücərrəd mövzunu, anlamağı, qiymətləndirə biəcəyimiz, müzakirə edə biləcəyimiz sistemdir istədyim Sosializim

- Fərdin, təbii qaynaqlardan layiq olduğu payı alması sayəsində həyatda qala bilməsi cəmiyyətlə bir olduğunun, cəmiyyətin bir orqanizm olduğunu təsəvvur edin fərdin özünün də bu orqanizmə daxil olmasından ötəri, cəmiyyəti, yəni orqanizmi, yəni həmrəyliyi gücləndirmənin əslində özünü gücləndirmək olduğunun h, azad seçkiləss etməsi, özünü inkişaf etdirib, dinclik və xoşbəxtliklə, həqiqətən insan olaraq yaşaya bildiyi sistemdir mənim İSTƏDİYİM Sosializim

SSRİnin sistemini tam olaraq bilmirəm və yazdıqlarımdan SSRİ başa düşülməsin. Düzdü çox əhəmiyyətli bir yeri var tarixdə bir sosializim təcrübəsi olaraq ama qəbul edilməlidir ki heç bir zaman nə tam olaraq sosialist nə kommunist ola bilmişdir. Mənim üçün Sosializimdə fərdin azadlığı imtina edilməzdir. Heç birimiz tam olaraq təxmin edə bilmərik gələcəyi, Marks “bir gün bütün dünya Sosializmi qəbul edəcək” deyirdi ..ama heç birimiz bunun doğru vəya səhv olduğunu biləmmərik..Buna görədə sosializm və kapitalizmə alternativ modellərin təkrar araşdırılması lazım olduğunu düşünürəm. Bir çoxları "Sosializm bittdi və dövrün şərtlərinə uyğunlaşa bilmədi " deyir ama kapitalistlər ilə sosialistlər arasındakı Soyuq Savaşı kapitalistlər qazandı desək daha doğru olar. Kapitalist tərəfdarları haklı ola bilər kapitalizmi daha humanist hala gətirə bilərik. Bəs indiyə qədər niyə bunu etməyib bu kapitalistlər...!?Məncə bunun yerinə dünyanı kimlərin idarə etdiyini özümüzə sual etməliyik... Kapitalistlərin sərhədsiz böyümə azadlığı gələcəkdə bizi haralara aparacaq?Bu problemin cavabı mənə qorxuducu gəlir. Yalnız bunu düşünürəm... Düzdü sərmaye böyüdükcə yeni investisiyalar və yeni iş imkanları doğulur. Və daha yaxşı bir vergi sistemiylə sərmayədən daha real vergi alına bilər.Daha yaxşı bir vergi sistemi, daha ədalətli birt sistemi, daha yaxşı təhsil, daha yaxşı bir sağlamlıq, yaşana bilər bir mühit, insan haqqlarının inkişaf etdirilməsi, daha çox demokratiya, dövlətlərin şəffaflaşması, cəmiyyətin daha çox isvestisiya qoyması, qadını haklarının inkişaf etdirilməsi. ..vs, vs davamlı və dəyişən yollar. ..daha çox... daha çox demokratiya... Mən də böyük inqilabların faydadan çox zərər gətirəcəyini bilirəm. Heç olmasa o inqilabı yaşayanlar üçün. Digər tərəfdən bu ankı dövlət siyasətlərinə baxdığımızda təəssüf ki, vəziyyət düzəlməkdən çox gedərək pisləşir.

Dövlətlərin başındakılar öz güclərini qorumaq üçün ağla sığmaz üsullara müraciət edirlər. Gücü əlində tutan gücünü bölüşmək istəyər? Buna görə GÜCLÜLƏRDƏN daha çox vergi alına biləcəyinə də inanmaq çətin gəlir mənə. Gücü əlində tutanlar daha çox güclənmək üçün hər şeyi edəcəklər. Çünki sərhədsiz böyümə azadlığı var. Niyə daha azıyla kifayətlənsinlər ki? Deyəcəksiniz ki "Kapitalizm daha demokratik, daha ədalətli, təhsildə, sağlamlıqda, insan haqqlarında, qadın haqqlarında, uşaq haqqlarında daha inkişaf etmiş hala gətirilə bilmişdir bəzi ölkələrdə. Məsələn: ABŞ(!?), Almaniya(!?), Japanya(!?), Fransa(?), .... (ya da Skandinaviya ölkələri) İsveç, Norveç kimi... bacarıla bilmişdir.". Bəs bu ölkələr sizcə sizin saydığınız demokratiya, ədalət, təhsil və digərlərində inkişaf etdirib? Əgər hamısında və ya bir neçə dənəsində inkişaf etmişsə bunun səbəbini nə olaraq görürsünüz? Ölkələr arası sistemdə "Hegemon" mövqeyində olan ölkələr də müəyyəndir onların böyüməsidə digər ölkələrin iqtisadiyyatlarıyla mümkündür,məsələn elə Amerika Dünyanın ən böyük idxalçılarındandır ama bu idxal etdiyi məhsulun borcünü 2 saatlıq dollar satışından əldə edir.. . Və bir düşünək Azərbaycan Türkiyə və ya hər hansısa bir ölkənin inkişaflınıı hansı hegemonya istərki? Əlbətdəki heç bir Hegemonya !! Çünki onların Hegemon ola bilmələsiyçün özləri xaricindəki ölkələri istismar edə bilmələrinə, pulu, gücü yenə özlərində daha çox yığa bilmələrinə bağlıdır. Öz səviyyələrinə çıxmasına icazə verdikləri bir başqa dövlət əlbətdə istəməzlər, istəyə bilməzlər, kapitalizmin təbiətinə ziddir bu !!Kapitalizm insanın insanın içindəki heyvanı azdırmağa çalışar. Onun ehtirasını ortaya çıxararaq özü üçün istifadə etməyə çalışır.Daha çox daha çox və dahada çox sərvət..

Əslində bu mövzuda yazılacaq çox şey var amma mən uzunca bunları yazmayacağam. Amma buna diqqət çəkmək istəyirəm- Kim rəhbərliyə gəlirsə gəlsin öz mənfəətləri istiqamətində xalqı istismar etməyə davam edəcək. Bundan da imtina etməyəcək. Bunun alternativi olan kommunizmin də praktik olaraq indiki vaxtda tətbiq oluna biləcəyini zənn etmirəm. Çünki kimə inanaraq gücümüzü ona əmanət edə bilərik ki?Hansı DİKTATORA inana bilərki xalq,? “The true revolutionary is guided by a great feeling of love”- Ernesto “ CHE” Guevara,..

P.S- Bircə günəş Qərbdən cıxsaydı...(!(!(!)!)!)

Xancan Kərimov 11 Ekim 1:17 //Adana-Turkey

Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14) | Müəllif: Xancan Kerimov
Baxış sayı: 673 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!