http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-20, 12.31MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Xancan Kərimov

Alın YazıSını DəyişMək İstəyən VaRsa ?? (...)

Alın YazıSını DəyişMək İstəyən VaRsa ?? (...)

Bugün səhər sübhün o mükəmməl havasını qoxlayaraq,evdən çoxda uzaq olmayan universitetin həyəti tərəfdən qaçışdan gəlirdim,günəş hələ doğmamışdı günün ən soyuq vaxtıydı ama soyuq ləzzət edirdi,nəsə kefim yerindəydi.Çox təəssüfki bu kefiköklüyüm çox çəkmədi evə yaxınlaşanda 30-40 m irəlidə bir gənci maşın vurdu..Artıq o bizim fani həyatdan uzaqlaşmışdı..Çox pis oldum , o gəncdə mənimki qaçışdan gəlirdi və heç şüphəsiz onada bu təbiət xoş gəlmişdi..Onun yerində məndə ola bilərdim.Bəs nədir bizi bu qədər qəzalardan qoruyan.Nir tikinti binasının altından keçəndə ya bir cəza olsa,vəya bir gün yatıb qalxmasaq?18 yaşım var saniyələrə bölsəm anlara bölsəm,nə qədər qəzalar ola bilərdi bəs necə qorundum.. 80 il yaşayan bir insan 29.000 gün 700.800 saat 42 milyon dəqiqə bütün bu qəzalardan qorunur..Dayandım,Düşündüm o gənci maşın vurma səbəbi nədir. sürücünün əsəbi ola bilər. sürücünü əsəbiləşdirənsə qarşıdakı sürücününün siqareti yola atması ola bilər. O sürücünündə siqareti atma səbəbi əsəbdəndi tutaqki,onun əsəb səbəidə oğlunun xəstələnməsi,tutaqki oğlunun xəstələnmə səbəbi anasını səhvi anasının diqqərsiz olması nostajyik bir hiss və.s və.s belə belə uzanıb gedir,Mekəmməl bir Determinasiya!zəncirvari olaraq.bəs bunların hamısı planlanıb?ya necə?təsadüf ya tavafük?Dünyada təsadüfə təsadüf edilə bilməzsə onda bu təvafükdür.bu təvafükdürsə onda alın yazısı var alın yazısı varsa...?? yenə qarışdırdım;;...

?Alın yazısı?yoxsa nə?Hər zaman Məktəb illərindən hətda baxça yaşlarımdan bu mövzu məni və ətrafımdakı yaşıdlarımı çox ama çox düşündürüb..Məktəbdə müəllimlərə müzakirələrimiz olurdu ama onlarında hələ bu suala cavab tapa bilədiyini görəndə ümidsizliyə qapılırdım..kimləsə bu barədə söhbət edərkən nə fikrimi çatdıra bilirəm nədə qarşıdakının fikrini anlamıram,Olduqca çox fərziyyələr var bu barədə,ama hələdə tam olaraq cavab yoxdur,çünki mənə görə həyatın mənası elə bundan ibarətdir bu suala cavab axtarmaqdan.Alın yazısı...budur bayaqdan bəhs etdiyim mövzu,bunla bağlı hər zaman yazmaq istəyirdim ama hardan başlayım nə yazım bilmirdim,başa düşdüyümü necə çatdırım,32 hərfdən neçəsini necə bir araya gətirim??Əgər yazdığımdan bir şey anlamayacaqsızsa deməli mən hələdi bu mövzuda əlazsızam((Hər şey atalarımızdan buyana bir sperma zərrəciyinin yumurtalıqla birəşdəyə andan başlayır... Əgər bu birləşmədə bir "döllənmə" hadisəsi reallaşsa ruhun dünya üzərindəki macəralı səfəri BAŞLAYIR . Sıfır nöqtəsindən etibarən bu səfərin necə, nə qədər və hansı keyfiyyətdə sürəcəyi sualı…. Artıq Vusal reallaşmışdır və ruh bədəninə qovuşma yolundadır. Arada, döl həyatı dövrü vardır. Bu dövrün (də qəzasız) müvəffəqiyyətlə tamamlanması nəticəsində DOĞUM reallaşar. "Doğum" həyatın başladığı an deyil amma bir çesit "avtonomluq" dur MƏNDƏ VARAM yəni məndə gəldim. Eynilə "toy" kimi bir mərasimdir. Dünyaya gələnqulun "qeydiyyat" edildiyi bir şey kimi. Ruh artıq "laməkan" deyil.və dünya həyatını iliklərinə işləyəcək qədər sıx yaşamağa hazırdır. Ruhdur bədənə motivasiya verən. Onu həyatda tutan və həyata bağlayan. Bu elə avtomatik bir vəziyyətdir ki, "ruh-bədən" birlikdəliyini heç baaşa düşə bimərik. Çünki kölgə kimi bizi həmişə izləyər və onsuz bir həyatın varlığını heç düşünə bilmərik. "O"nun varlığını da heç düşünmərik. Çünki O həmişə vardır, yoxluğu və yoxluğunun nəticəlilərini ömür boyu bir ya da bir neçə dəfə hiss edərik. Belə deyim gecələr günəşimiz yox olur ama heçkim təlaşlanmır,ruhda belə yoxdur vəya görmürük ama təlaşlanmırıq. ətrafdakı hava qədər təbiidir, içdiyimiz su qədər təmiz.... bəzən ruhumuzun ağrıdığını, burxulduğunu, sızladığını hiss edərik. Çünki ruhumuz ilə bədənimiz arasındakı ən əhəmiyyətli körpü hislərimizdir. Hislərimiz bədənimizin ruhumuza açılan pəncərələridir. Ruhumuz bədənimizlə, hisslər vasitəsiylə xəbərləşir. Xarici dünyadan gələn məlumatları bu kanallarla alır və yenə xarici dünyaya bədən vasitəçiliyi ilə bu kanallarla bağlanar. Bir gül ya da bir kağız sizi niyə ağlatsın? Bir telefon ya da bir mahnı niyə kədərləndirsin? "Ruh və bədən"; onlar artıq ayrılmaz bir ikilidir və birini çağırdığında "ekizlər" kimi o birisi də avtomatik gəlir. Bu elə sehirli bir birlikdir ki ruh bədənə zövq verdikcə, və bədən ruhuna sevgi və diqqət göstərdikcə həyati gücləri "sinerjik" olaraq artar və bir-birlərinə qarşı olan könül bağları möhkəmləşər-güclənər. …Bir sözlə həyat axını dəvam etməyə başlayır. Bu gün bazar, bu gün bazar ertəsi, bu gün çərşənbə axşamı, bu gün çərşənbə... deyə deyə. Hər doğan gün yeni bir doğuşdur, qaranlığa basdırılan günün ardından. Yeni başdan qurular inanclar, səbrlər, həvəslər və ümidlər. Çünki yeni bir gün, həyatı həyata adına verilmiş "yeni bir şans biletidir". Bəlkə bu gün kəşf edərik həyatın mənasını, bəlkə bu gün sıyrılarıq problemlərdən, çətinliklərdən, bəlkə bu gün taparıq xoşbəxtliyin açarını! Gün ola, xeyr ola!Yeni günün ilk işıqlarıyla təmizlənərik gündəlik günahlarımızdan. "Dünən dünəndə qaldı, bu gün tər-təmiz boş bir səhifə açıram" deyə ovudarıq özümüzü.ALDADARIQ Sanki dünənki "mən" mən deyilim. Sanki dünənki yaşadıqlarımın məsulu bir başqasıdır. zibilini avtobusda buraxan yolçu kimi enərəm dayanacaqda., çünki dünya unutqandır, çünki dünya bağışlayıcıdır, hə???Doğan hər bir yeni gün dünyada bizə təqdim edilən bir nemətdir. Əvəzsiz bir nemət

Həyatımızdan hüceyrələRi alan zamana qarşı ayaqda dayanmaq üçün müqavimət göstərirdik, mübarizə edirdik. Bir böyük şəkilin fiqurlarıydıq. Şəkilin meydana gəlməsi üçün bizə gərək vardı. Vahid olmasaq şəkil pozulardimi??. Olmasayqdiq eksiklik hiss olunardi amma şəkilin bütünlüyü pozulmazdı. Böyük ehtimal yoxluğumuzu heckim anlamazdi.Qumdan duzeldilmiş qalada bir qum dənəsi əskik olsa kim anlar? hm?

İnternet dünyası ilə tanış olanların məni daha ratah basa düşər. Çünki ətrafımızda hörülmüş "paralel həyatlar" var və bunlar bizim həyatlarımız bir KUKLA kimi istifadə edilir, .Bunu anlaya biləcək şüur səviyyəsinə çata bilmək asan deyil. Mən də anladığımdan deyil, şephlərimdən ötəri danışıram. Səhvdə ola bilərəm.. Üzdüyümüz okeandan xəbərsizik.. İronik bir şəkildə həyatlarımız bizə TƏBİİ gəlir. Suyu içdiyimizdə, aynaya baxdığımızda, lampanı yandaıranda, istidə tərlədiyimizdə, asqırdığımızda, telefonla danışarkən, , biriylə söhbətdə, yağış yağarkən, yorğunluqdan sızdığımızda, bizim kamanda qol yediyində, qəsəbədə olanda, doğumda, ölümdə, evlilikdə, dini mərasimlərdə "həyatı" heç fikirləşmirik. Elə bil Hər-şey olması lazım olduğu kimidir və üsul-üsul olur.

Heç düşünmürük hansı məktəb bitəcək, hansı peşəsni icra edəcəyik, hansı eşqlər yaşanacaq, neçə səfər intiharın eşiyindən dönüləcək, kimlə evləniləcək, neçə qəzaya düşüləcək, neçə dəfə stresə giriləcək, neçə adamın gələcəyi ilə oynayacağıq, kimlərdən uşaq ediləcək və kimlərin ölümünə səbəb olacağıq? Bir teatr səhnəsidir bu dünya.?? Repliklerimizi əzbərləyib, yaxşı roldaolduğumuzu sanırıq... amma, yaşananların neçəsi bizim fərdi təşəbbüsümüzün əsəri? İçində olduğumuz səhnəni sənmi mənmi bizmi qurmuşuq! Biz yalnız kuklayıq. Müvəffəqiyyət də, müvəffəqiyyətsizlik də bizə aid deyil. Yalnız o parlaq ekranda özümüzü seyr etməyi çox sevirik. Könülümüzü çox oxşayır. düşünün, eşqbazlıq etdiyimiz anlar olur..Məsələn bir insane cıxır qarşına fikirleşirsənki əgər təsadüflər yoxdursa onda bu insane mənim həyatımda bir mənası var və bu fikirə dayanaraq onla yaxın olursan,sabah açılır o yoxdu,heç vecinədə deyil,bəs nə oldu dünənki fikirlərin.. Okeanda üzən bir balıqıq və "okeana hökm edə biləcəyimi sanırıq…".Bu deyim doğrudurmu?? Həqiqətəndə bizim Alın yazımız dəyışməzdir?

Əslində Nə çox istəyərdik rahat, kefli, zəmanətli, xoşbəxt bir həyatımızın olmasını. Bu yaşımıza, bu günümüzə qədər nə hadisələr sovuşdurduq. Dolana bilmək üçün, ətrafla uyğun ola bilmək üçün, özümüzü bəyəndirə bilmək üçün, pul qazana bilmək üçün, xəstəliklərdən və şikəstliklərdən iraq dayana bilmək üçün, evimizi, işimizi, canımızı oğrulardan qoruya bilmək üçün.

Hələ yaxın ətrafımızdakı yaxın yoldaşlarımız... Kimi iş ortağımız idi, kimi iş yoldaşımız idi, kimi qohumumuz idi, kimi məhəllədən tanışımız, kimi sevgilimiz, Ən çox onlardan təsir edir bizə. Çünki həyatımıza ən çox onlar girirlər. Hərçənd, bu əlaqələr sandığımızdan da dolaşıq idi. Həyat həmişə mübarizəylə keçir. Sabit bir həyat təsəvvür edə bilmirəm. həmişə daha yaxşısını arzu edirik amma həyatın çətinlik və çətinlikləri yaxamızı buraxmır. Halbuki nə xoş olardı dərdsiz və dərdsiz bir dünya. Gələcək qayğısız bir nizam olsaydı nə gözəl olardı.

Çarx-ı fələk oyunundakı kimi PAS və İFLASlar həmişə yolumuza düzülmüşlər və bizi gözləyirlər. AMA o İflasların və pasların arasında xallarda var UNUTMAYAQ Həyat niyə bu qədər çətidir axı? Rahat yaşasaq və rahat ölsək çox daha yaxşı olmazmı? Əlimizə bir yol xəritəsi verilsə və biz o xəritəyə görə yaşasaq; bu mümkündür? Amma, bəlkə də bir xəritə var. və bu xəritə təhlükəsizliyimizə qaranti vermir. Dünyaya göndərilmişik HƏYAT oynumuzu oynamaq üzrə. Özünə görə bəzi qaydaları var. ama başımıza nə gələcəyini bilmədən Şah da ola bilərik dilənçi də. Xoşbəxtlikdən çatlaya bilərik də, kədərdən qovrula bilərik də. Əgər həyat yolu üzərində heç bir-şeyin heç bir zəmanəti yoxsa, bu ədalətsizlik deyilmi?

Hansımız bu oyuna könüllü qatıldınız, hansımız məcburi? Bir anlıq kef üçün cəhənnəm alovuna basmağa razı olan bizlər deyilikmi? Elə hey bağışlanarıq deyen bizlər deyilikmi? Bir şansınız daha olsaydı, yenə dünyayamı gözlərinizi açardınız?

. Bəlkə də bir CD kimi əlimizə verilmiş Alın yazisını oynayırıq heç anlamadan. O CD ki sabit və dəyişməzdir! Oynayırıq həyatımızı və dönüb baxırıq özümüzə mən nələr etmışəm deyə.. riyazi funksiyalar kimi bizim də qərarlarımızı və edəcəklərimizi təyin edən funksiyalar var. bu funksiyaların dəyişənləri xarakteristika xüsusiyyətlərimiz, ailə, mühitinə girdiyimiz yoldaşlarımız vs. sümüyümüzdə olan kalsium miqdarının 0.5 mq az olması bizim həyatımızı dəyişdirə bilər. vəya xəstəxanada qalanda bir tibb bacısı gəlib bir iynə vurar səhv olar vəfat edərik.onda belə cıxırki həyatımız onun əlindədi?? Bu əvvəldən bilinirdi ya təsadüfən oldu?. bəli bu mənfi bir senaridir ama həqiqətdir… Qısqanırıq çoxlarını . Sanki onların şansı, imkanları, enerjiləri və pulları heç azalmaz. Sizin min bir əmək, diqqət və əziyyətlə qurduğunuz, meydana gətirdiyiniz ya da sahib olduğunuz bir şeyi onlar çox asan bir şəkildə xərcləyə bilər.Bu, onlara tanınmış bir imtiyazdır,?Biz niye elə deyilik.?...bu sualları nəqədər artıra bilərik elə deyil??Ama çox uzatmayacam..indiysə Sizə öz həyat fəlsəfəmi yazım bir iki cümlə,Bir çox missal gətirə bilərəm,Məsələn elə başa düşəkki həyat Formul 1 kimi bir yarışdır.və maşınlar(İNSANLAR) var Zirvə(ƏBƏDİ DÜNYA) məlumdur bu yarışa girənlərin hamısı əvvəl axır ora gədəcək,Başqa cıxış yoluda yoxdur.Elə Təsəvvür edəkki yolda bonuslar(FÜRSƏTLƏR) var kimi yarışmaçı onlardan çox yığır, kimisi yığa bilmir, kimisidə yığır itirir ..Yəni Bu yolda Fürsətlər var ama hansı yarışmaçı bonusların çox olduğu tərəfdən gedəcək zirvəyə hansı az olduğu tərəfdən.Hə birdə oyunda cərmələrdə var əlbətdəki onları ETMƏK OLMAZ !oyunda hər şey var benzin doldurma stansiyaları(XƏSTƏXANALAR) və daha nələr və oyunda iştirakçılar 6 milyard nəfər))
DİQQƏT : Oyunda dophinq olmaz haaa)) hər nə qədər formula da dophinqə ehtiyac yoxdusada bu sadəcə bir misaldı(Görəsən Kleo mənim Alın Yazımdı?): )
P.S- Yazdığımı qayıdıb birdə oxudum deyəsən biraz qarışıq yazmışa,Sorry ama günah məndə deyil həyat belə tələb edir))
Xancan Kərimov !2 Ekim 08 . 5:32 PM Adana\Turkey

Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14) | Müəllif: Xancan Kerimov
Baxış sayı: 472 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!