Boz Qurd - 20 September 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 25
Qonaq: 25
İstifadəçi: 0

Cümə, 2014-04-25, 12.20MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Sentyabr » 20 » Boz Qurd
Boz Qurd
18.31

By qaqali


By qaqali


By qaqali

Eski yazılı menbelerde qurdla baglı (Qazlı Timofeyin V, Nacib Hemadaninin X yuzilliklerde yazdıqları eserlerde) gosterilir ki, «Eger qurdun derisinden tebil duzeldib calmaga bashlasan, onda bashqa tebillerin hamısı cırılar. Eger qurd derisini yaya cekib oxu dartsan, onda bashqa yayların gerilmish ipleri qırılar» [278, 45]. Burada qurdun tekce derisinin magik gucunden behs olunur. Tesadufi deyil ki, turk ordusunun esgerleri doyushlerde hucum zamanı qurd sesi cıxarmaqla dushmeni vahimeye salır ve asanlıqla qelebe calırdılar. Timofey ve Nacib Hemadani mehz hemishe seferlere Boz qurdun beledciliyi ile cıxan oguzların inamlarına esasen shaman tebilinin ve yayın qurd derisinden cekilmishi sakrallashdırmıshdı. Eslinde turklerde hec vaxt qurdu oldurub derisinden faydalanmazdılar. Bu, tabunun pozulması demek idi. Melumatda da fakt tesdiq sheklinde deyil, yeni ehtimal kimi bildirilir ki, «eger istifade edilerse» fovqeltebii hadiseler bash verer. Maraqlıdır ki, Azerbaycan turkleri indi de qurdun sher ishleri ile yanashı uguruna da inanırlar. Bu, Dede Qorquddan gelen «Qurd uzu mubarekdir» atalar sozunde ve «Yoluna qurd cıxanlar ugur qazanarlar, qara pishikle rastlashanların ise ishleri nes getirer» inancında acıq-aydın hiss olunur. Qoyuna da ikili munasibet olmushdur. Lakin butun bunlar qurdun totemliyini testiqleyen faktlar olsa da, V.Hebiboglunun «Qurda bir totem kimi tapınma Azerbaycanda da genish yayılmıshdır» [52,176] qenaetindeki son hokm mubahise dogurur. Onun Azerbaycan, turk, Orta Asiya tedqiqatcılarının eserlerinden ve folklorundan getirdiyi misalların hec biri bu faktı tesdiqlemeye esas vermir. Ona gore ki, Azerbaycan folklorunun epik enenesinde qurdun nesil yaradıcısı funksiyası dashımasına birbasha ishare edilmir. Ekser hallarda qurd yolgosteren, beledci funksiyasında cıxısh edir. Nezere almaq lazımdır ki, Bashqırd xalqının adında qurd sozunun ishlenmesine baxmayaraq onların da ilkin gorushlerinde qurd totem – nesil toreden deyil, hamilik funksiyasını yerine yetiren tanrı elcisidir. Bele ki, bash qurd susuz collerde qırılmaq tehlukesi qarshısında qalan turk soyunu munbit tebii sheraitli torpaqlara aparıb cıxardır. K.Veliyevin «Elin yaddashı, dilin yaddashı» kitabındakı Cin menbelerine aid «Boz qurd» esatirine gelince, bu, totemizmin ilkin caglarında butun xalqların dunyagorushunde ozunu gosteren ele bir hadisenin eksidir ki, her ailenin, her toplumun bir heyvana, yaxud qurda oteri baglılıq merhelesi olmushdur. Bashqa sozle, coxsaylı turk soylarından birinin ve ya bir necesinin totemi qurd secilmesi mumkundur. Lakin onun tesir dairesinin genishlenmesi hadisesi bash vermemishdir. Ve tebiidir ki, qedim caglarda Azerbaycanda meskunlashan onlarla turk tayfasının inanclarında bolgede movcud olan muxtelif heyvan ve bitkilere totem kimi yanashılmıshdır. Lakin sonradan toplumların birleshmesi prosesinde vahid totem secilmesi ile qurd, ilan, okuz, inek ve b. heyvanlar totemlik funksiyasını itirmish, lakin bezi elametlerini – xilaskarlıgını, beledciliyini, bilgi, guc vermesini qoruyub saxlamıshdır. Daha dogrusu, esas totemin komekcilerinden birine cevrilmishdir. Bu sebebden de birbasha Azerbaycan foklorunda qurda ve saydıgımız heyvanlara neslin bashlangıcında duran totem kimi yanashılmasının izlerine rast gelmirik. Xilaskarlıq, hamilik elametleri ise istenilen qeder eks olunmushdur. Qurdun xilaskarlıgının genish yayılmasına gelince, muellif ozu de qeyd edir ki, bu hal Avropa xalqlarının dunyagorushunde de ozunu gosterir. Demeli, bir sıra xususiyyetlerine gore qurd esas totem, but, yaxud dualist (xeyir ve sher) tanrıların komekcisi roluna daha munasib hesab edilmishdir. Umumiyyetle, totemden danıshan her bir kes bilmelidir ki, hansısa heyvanı totemleshdirmeye calıshmaqla, ilk novbede, oz neslinin kokunu aparıb hemin varlıga baglayır.

Qurd obrazı butun tedqiqatcılar terefinden skiflerden evvelki caglara aid edilmishdir. Skif-sibir incesenetinde qurdla baglı tesvirler de skiflerden evvelki bebirin deyishdirilmesinin neticesinde meydana gelmishdir. [214, 103].

Faktlar onu deyir ki, yalnız xalqın bash toteme sitayishi uzun muddet davam edende hemin varlıgın muqeddesliyine inam gen yaddashına kecir, insan ozundan asılı olmayaraq ona xususi ve birmenalı munasibet besleyir – «toretme» funksiyasını qoruyub saxlayır. Lakin turk (xususile de Azerbaycan) inanclarında qurd ekser hallarda «beledci-xilaskar» rolunda cıxısh edib, teze, daha ugurlu yashayısh yerlerini nishan verse de, onun tamamile eks hereketlerin icrasında feallıgını gosteren numuneler de az deyil. Meselen, «Arxalı kopek qurd basar» atalar sozunu yada salaq. Ulu babalarımız totem – yaradıcı hesab etdiyi heyvanı kopeye basdırmazdı. Eslinde, Azerbaycan turklerinin yaratdıgı mif ve efsanelerde qurda munasibet birmenalı deyil, iki ve bir-birine eksdir. İnsan-qurd cevrilmelerinde insanları vehshiliye sovq edir. Qurd derisine giren qadınlar hetta oz korpelerini yeyir, neslin kokunu kesirler. Halbuki, gerceklikde qurd balasından otru ozunden qat-qat guclu heyvanlarla vurushur. Eski inanca gore, «Exshem vexti avrat bashıacıq eshiye cıxsa, Qurd Zalxa olar. Qurt Zalxanın donu varıymısh. Geceler onu bashına atıp adam yemeye gedermish. Qeyidib donu cıxaranda olurmush adam» [17, 122]. Ovsunlara gore, qurd ayrılıq getiren, nifaq salan vasitedir. Deyirler ki, «Qurt yagını arvadın ustune surtende eri onu danıshdırmır, zehlesi gedir, boshuyur. Eyer kishinin ustune surtullerse, arvadın onnan zehlesi gedir, istiyir ki, boshansın» [17, 174]. Burada totemlik elameti olsaydı, qurd yagı cinslerin her ikisine eyni cur tesir etmeyecekdi. Mife gore, insan neslini toreden qurd dishidir. Ustune surtulende, yeni kishini magik gucune teslim edende qısqanıb arvadından ayıra bilerdi. Lakin arvadın ustune surtulende ise, eksine kishini bir az da ona baglamalıydı. Cunki arvad totemin dashıyıcısına cevrilirdi. Bununla bele prizmanın eks terefini eks etdiren inaclara da rast gelirik: «Emzikli arvadın doshu shishende, qurdun pencesi ile uc defe doshune vurursan, shish cekilir» [17, 174]. Yaxud: «Ushagı olmayan qadını icine ilan qabıgı, qurd kellesi (burada artıq iki totem qoshalashdırılır – R.Q.) salınmısh su ile cimizdirende onun ushagı olar» [17, 174]. Bir-iki bele numune var ki, qurdun, yaxud ilanın nesil artımındakı roluna toxunulur.

Gorunduyu kimi, qurd totem, anti - totem formasında yaddashlarda yashayır. Atalar sozu ve mesellerde ikili munasibetin nisbetini daha aydın gormek olar:

QURDUN XEYİRLİYİ:

Qurd qurda dal cevirmez.
Qurd eti qurda haramdır.
Qurd ureyi yeyib!
Qurddan qurd toreyer.
Qurd qaranlıq sever.
Qurd uzu mubarekdir.

QURDUN SHERLİYİ:

Qurd acgoz olar.
Qurd dumanlı yer axtarar.
Qurda qoyun tapshırmaq olmaz.
Qurda sen tikmek oyret, yırtmaq anasının peshesidir.
Qurdu evde saxlamaqla ev heyvanı olmaz.
Qurdun uzu ag olsaydı, gunduz cole cıxardı.

Misallardan bele netice cıxır ki, ateshperestlik inancında oldugu shekilde qurd hem «mubarek uzlu»dur, hem de neslin kokunu kesen sher quvvedir. Onun bu xususiyyeti onlarla mif ve efsane metninde ozune yer tapmıshdır. Birinde gosterilir. Meselen:

«Xanım dikinde bir arvad vardı SHerabanı adında. Bir yol gece bı SHerabani heyetde su qızdırıb cimirmish. Ancax gece vaxdı arvad xeylagının eshiye cıxması gunahdı, mutleq ona bir sedeme toxunar. Ele SHerabanı cimende gozune nese toxunur, qorxub qacır eve. Qapıya catar-catmaz goyden bashına canavar donu dushur. Bı arvad olur aj qurd, dushur sheherin canına. Yemeye hec ne tapammır, qeyidib gelir eve. Eri, ushaxları yatmıshdı. Gelir xırda ushagının cecele barmagını yeyir, gorur ki, cox shirindi. Gedir yeddi para ket gezir, eline bir shey keshmir. Gelir xırda ushagını temiz yeyir. Seherisi eri durur ki, xırda ushagı yeyibler, arvadın da agzı-bırnı qannıdı. Bilir ki, ushagı arvad yeyib. Durur arvadı salır agacın altına, vır ki, vırasan. SHerebanı birteher qacıb gedir. Camahat bashdıyır ona Qurt SHerabanı demeye. Qurt SHerabanı dushur ketbeket gezir, nece ketden ushax ogurruyub yeyir. Bizim kende de gelibmish. Yayımısh, emigil damın ustunde yatıbmıshlar. Qurd SHerebanı emioglum Hebibi goturub aparanda emicanım bilir. Durub Qurt SHerebanıynan tutashır. Ses-kuye evdekiler, qonshular tokulub gelir. SHerebanı qacır, ancaq emioglun yanagın qoparıb yeyir. Ona gore emioglum capıx qalmıshdı. Dushuller Qurd SHerebanının dalına. Eme hec kim ona catammır. Ele yeyin gedirmish ki, ta atnan qavalasan da tutammazmıshsan. Qurd SHerebanı bir gecede yeddi ket gezib qeyidirmish shehere, bir xarabada geceliyirmish. Herden de gelib evine bash cekirmish, ancax erinin qorxusunnan iceri girmezmish. Bir gun adamnar pusub gorurller ki, Qurd SHerebanı donun cıxardıb keseklerin arasında gizletdi. Gizlince bı donu gotururller. SHerebanı o sahat bilir, bashdıyır aglıyıb yalvarmaga, qıshqırıb qorxuzmaga ki, be menim donumu verin. Ancax vermiller, atıllar oda, yanır. SHerebanı ozunnen gedir, sora ayılır, ta qurd olmur, hesh vaxt ushax yemir» [17, 122-123].

Canlı xalq dilinden yazıya alınan mif en eski tesevvurlere soykenir ve ilkin formasını esasen qoruyub saxlayır. Burada qurda cevrilme qayıdıshlıdır. Eslinde bu, qurd toteminin bashqa sakral vasite ile evezlendiyi cagların mehsuludur.

Dogrudur, bezi alimler yeniyetmelerin Turkiyedeki «Bozqurd» herekatına aludeciliyini nezere alıb

Azerbaycan xalqının ele mif motivlerini «ashkarlayırlar» ki, onlarda neinki Boz qurd, eyni meqamda İlan, Okuz, Ay-ulduz, Gunesh, od, su, dash ve yel de tanrı seviyyesine qaldırılır ve az qala sakrallıgına gore bir-birinden ferqlenmeyen butun varlıqların dogushu qurdun adına yazılır. Folklorun epik enenesinde, rituallarda, Azerbaycan xalqına aid qedim yazılı menbelerde birbasha qurddan toreyish cox dumanlı oldugu halda Aldede-Od, Mahpeyker-Ay ve insan-heyvan (Qurdoglu) elaqesine silsile efsaneler duzeldilir. Teessufler olsun ki, bunlar xalqın gen yaddashından goturulmur, masa arxasında eyleshen alim dushuncesinin mehsulları kimi meydana getirilir. Az qala «Tepegoz» boyundakı Basat-aslan xettinin trasformasiyası sheklinde nezere carpan «Qurdoglu efsanesi»ndeki bir epizoda diqqet yetirek: «Bir gun Aldede oglu ile sohbete bashladı:

«Ogul senin vetenin Odlar yurdu, anan Mahpeyker olub. Onu Agcayın suları qoynuna alıb. Atan ise men Aldedeyem, mocuzem odda yanmamaqdır. Demeli, sen qor oglusan». Ushaq qeyzle: «Yox, ata, men qor oglu deyilem, qurd ogluyam. Mene Boz qurd doshunden sud verib» [15, 112].

Bir fikirde od, ay, su, qurd eynileshdirilir. Elece de odun odda yanmaması ne demekdir? Maraqlıdır, ushaq Aldedeni atası kimi qebul edir, lakin boz qurdun doshunden sud emmesine gore qorlugunu danır. Deye bilerler ki, Basat da atası Aruz qoca ola-ola aslanı nishan verir. Eslinde o, atasını danmır, ulu ecdadın aslanlıgından ve agaclıgından behs acır. Cunki Basatın soyu barede verdiyi melumatda Aruzun oglu oldugu da vurgulanır. En qeribesi odur ki, bele qondarma efsanelerde ata-ogul dialoqunun ardınca «Koroglu» eposundakı motivlerin tehrif olunmush variantları bir-birini evez edir. Nehayet, odda yanmayan Aldede donub Dede Gunesh olur, yurdumuzun sherq zonasında onu bele adlandırırlarmısh.

Category: Ordan-burdan | Views: 2395 | Added by: Salik | Rating: 5.0/1
Total comments: 2
2009-01-29
2. Refat (Refat) ]

maraqlidi

2008-09-21
1. gulnar (clumsy) ]

coooxx maraqlidi,cox

Name *:
Email:
Code *:

Create a website for freeCopyright MyCorp © 2014