İcq.com - 30 January 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2016-12-08, 04.08MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 30 » İcq.com
İcq.com
14.22
ICQ HAQQINDA AZƏRBAYCAN DİLİNDƏ İLK KİTAB NƏŞR OLUNUB.

Jurnalist Rafiq Məmmədlinin «ICQ – mən səni axtarıram. ICQ ilə dost tap, söhbət elə və əylən» kitabı çapdan çıxıb. Müəllif kitabı «Azadlıq» radiosuna (101,7 FM – www.azadliqradiosu.az) ithaf edib.

Kitabda internet istifadəçilərinə yaxşı tanış olan, dünyada məşhur «Chat» (messencer) proqramı olan ICQ-nun son – 6.0-cı versiyasından söhbət açılır.

ICQ proqramı çoxdan bəri nəhəng bir kommunikatora çevrilib. Milyonlarla insan gündəlik olaraq bu proqramın «Chat» (söhbət), «Voice Call» (kompüterdən kompüterə səsli danışıq), e-mail (elektron poçt), «File Transfer» (fayl mübadiləsi), «Video Call» (kompüterdən kompüterə videolu danışıq), SMS (qısa mesaj), «ICQ Phone» (kompüterdən telefona zəng) və s. kommunikasiya funksiyalarından bəhrələnir.

Son zamanlar «Instant Messaging» (ani mesaj) funksiyalı mobil telefonların geniş yayılması ICQ-nun GPRS mobil rabitə şəbəkəsinə də ayaq açmasına səbəb olub. İndi insanlar getdikcə daha çox mobil şəbəkədə «ICQ-də otururlar».

ICQ-dən təkcə internet ünsiyyət vasitəsi kimi deyil, həm də əyləncə vasitəsi kimi istifadə edilir.

Hazırda dünyada ICQ istifadəçilərinin sayı 50 milyona yaxınlaşsa, Azərbaycanda bu proqramın minlərlə istifadəçisi olsa da, proqram haqqında Azərbaycan dilində heç bir ədəbiyyat nəşr olunmayıb. Bu boşluğu doldurmaq məqsədi daşıyan «ICQ – mən səni axtarıram. ICQ ilə dost tap, söhbət elə və əylən» kitabı yaşından asılı olmayaraq bütün internet, mobil telefon istifadəçiləri, eləcə də İKT mütəxəssisləri üçün nəzərdə tutulub.

Kitabda «CHAT-ın yaranma tarixi», «ICQ ilə ilkin tanışlıq», «ICQ-nun 6.0-cı versiyası haqqında», «ICQ-nu kompüterə necə yükləməli?», «ICQ-da qeydiyyat», «ICQ-nun əlifbası», «ICQ ilə necə söhbətləşmək olur», «My Profile nədir?», «ICQ Welcome pəncərəsi», «ICQ ilə dosta açıqca yolla», «ICQ ilə necə dost tapmaq olar», «ICQ-CHAT nədir?», «ICQ-da oyunlar», «ICQ-da həmsöhbətlərini bir yerə topla», «ICQ ilə necə SMS yollamaq olar», «ICQ ilə səsli danışıq», «ICQ ilə videolu danışıq», «ICQ-Phone ilə dosta zəng et», «ICQ ilə necə faylları yollamaq və almaq olar», «ICQ-da öz şüarını yaz», «ICQ-nu özünə ram et», «ICQ-nun səsini necə kəsmək olar», «ICQ xəbərdarlıq edir», «ICQ-ya öz şəklini qoy», «Smiley və tZer-lə necə dosta sataşmaq olar», «Bilməyiniz vacib olan şeylər», «Web bazalı ICQ nədir?», «CHAT-da qısaldılmış kəlmələr», «Smiley (Emotion) – şərti işarələrin izahlı siyahısı» kimi bölmələr var.

Kitabı əldə etmək üçün 492-12-38, 050/213-56-30 nömrəli telefonlarına zəng etmək olar. «ICQ – mən səni axtarıram. ICQ ilə dost tap, söhbət elə və əylən» Kitab Klubu tərəfindən nəşr olunub.

Category: Yeni Xəbərlər | Views: 427 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016