|
|
|
|
| Qeribler.com |
| Welcome Qonaq | RSS |
| Bakinin "Azad" olunmasi |
| miracle238 |
Tarix: Bazar Ertəsi, 2009-11-02, 12.42 | Mesaj # 1 |
Capitan
Qrup: İstifadəçi
Şərhlər: 171
Reputasiya: 3
Status: Offline |
15 Sentyabr Azərbaycan xalqının tarixində çox mühüm bir gündür. Bakı azad olundu və 28 mayda qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi oldu. Bu işdə Nuru paşanın böyük rolu oldu. Məhz onun komandanlıq etdiyi Qafqaz İslam Ordusu bu qələbənin əsas memarı oldu. Maraqlı bir nüans var niyə məhz Qafqaza kömək Osmanlı höküməti üçün daha vacib idi? Niyə Qafqaz Islam Ordusu Tehranda yarandı? Tehranda yaranmasında məqsəd nə idi? Niyə Almaniya buna düşmən idi? Niyə həm Ermənistanın həm də Azərbaycanın yeni qurulan dövlətinin istiqlaliyyət bəyannaməsi eyni gündə eyni məzmunlu olmaqla 6 maddədən ibarət idi?... Bir qədər əvvələ qayıdaq Camal paşa keçmiş xilafət torpaqlarının birləşdirərək əvvəlki imperiyanı yenidən bərpa etmək istəyirdi. Bu məqsədlə ilk ideologiya kimi müsəlmançılıq önə sürüldü. Lakin Akçuralının önə sürdüyü bu ideologiya uğur qazanmadı. Ardınca islamçılığa müraciət olundu.Son vasitə kimi isə Turançılıq yoluna baş vuruldu. Bu ideologiya ilk dəfə olaraq macar gənclər tərəfindən önə sürülsə də onu reallaşdıran Osmanlı İttihadçıları oldu. Bu yolla Osmanlı imperiyası əvvəlki sərhədlərinin bərpa edərək vahid dövlət yaratmaq fikrində idi. Sizə elə gəlir ki, Osmanlı I Dünya müharibəsinə məqsədsiz qoşulmuşdu. Almaniya ona müharibədən sonra Qafqazı və eləcə də Rusiyanın əsarətində olan bütün türk xalqlarının yaşadığı əraziləri vəd etmişdi. Son çıxış yolu kim Turançılıq seçilsə də Sarıqamışda alınan məğlubiyyət demək olar ki, TURANÇILIĞI dəfn etdi. Bəs bunda sonra nə etmək lazım idi? 1917-ci ildən fevralından sonra Qafqazda vəziyyət mürəkkəbləşdi və onun uğrunda mübariz daha kəskin hal aldı. Qafqazda ard-arda bir-birini əvəz edən komitə ,komissarlıq, seym vəziyyəti daha da mürəkkəbləşdirirdi.Onlar bolşevik hakimiyyətini tanımasalarda özlərini heç də Rusiyadan ayrı görmür və özlərini onun tərkibinə daxil olan bir qurum sayırdılar. Osmanlı höküməti onları Brest-Litovskun şərtlərini qəbul etməyə çağırdıqda isə onlar müstəqil olmadıqlarını bildirərək kənara dururdular. Osmanlı hərbi əməliyyatlar yolu ilə bu istiqamətdə itirdiyi bəzi əraziləri qaytarandan sonra vəziyyət 180 dərəcə istiqamətdə dəyişdi. İndi seym Brest-Litovsku tanımağa hazır olduğunu bildirir, amma onda da Osmanlı razı olmur.1918-ci ildə 11 mayda Batum sülh konfransı açılır. Azərbaycan tərəfini M.Hacınski, Məhəmməd Əmin Rəsulzadə təmsil ediridi. Konfransda senatın sədri olan ədliyyə naziri Xəlil bəy Monteşe Osmanlını təmsil edirdi. O maraqlı bir məruzə edir: “Trabzon danışıqlarında Zaqafqaziya tərəfi Brest-Litovsku tanımayıbsa və Osmanlı hərblə bu əraziləri alıbsa və bu yolda türk əsgərinin qanı axıdılmışsa, əvvəlki müqavilənin şərtləri indiki üçün əsas ola bilməz. Artıq Türkiyə Brest-Litovsku tanımır və yeni ərazilər tələb edir.” Heç bilirsiz ki, tələb olunan ərazilər haralar idi:”İrəvan quberniyasının Sürməli (indiki İğdır) qəzası, Aleksandropol qəzasının (Gümrü) Sərdarabad hissəsi, İrəvan qəzasının cənub qərbini təşkil edən Gəncəbasar, Uluxanlı,Vedibasar bölgələri və Ordubad istisna olmaqla Naxçıvan ərazisi” yəni Azərbaycan torpaqları...Daha maraqlı bir nüansa diqqət yetirmək labüddür. Ənvər paşa Batuma səfər edərək Qafqazla bağlı öz mövqeyini bildirir:”ilkin mərhələdə Cənubi Qafqaz sıx ittifaqda birləşdirilməlidir və şimali Qafqaz da bu ittifaqa daxil olmalıdır. Bu mümkün olmadığı təqdirdə Cənubi Qafqaz 3 hökümətə parçalanmalıdır. Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları yaranmalı və belə olduğu halda Azərbaycan Türkiyə ilə daha sıx ittifaqa girə bilər, HƏTTA AVSTRİYA-MACARISTAN FORMASINA QƏDƏR ” 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 29 mayda İRƏVAN torpağı ermənilərə pay verildi. NİYƏ? -29 mayda Milli Şuranın iclasında İrəvanın verilməsi müzakirə olundu və Gümrü qəzasının Türkiyə tərəfindən tutulması ilə əlaqədar torpaqdan pay vermək yenə bizim öhdəmizə düşdü. Türkiyə höküməti İrəvan verilməyəcəyi təqdirdə yeni yaranmış Azərbaycan hökümətinin tanımayacağını və ona dəstək olmayacağını bildirdi. Məcburiyyət qarşısında Azərbaycan höküməti iki ziyanlıdan daha az ziyanlını seçməli oldu. Belədə hamı qazandı. Türkiyə öz torpaqlarından erməni iidiasını qaldırdı. Ermənilər ilk dəfə dövlət qurdular. Azərbaycan öz dövlətçiliyinə uzun müddətdən sonra yenidən qovuşdu. Qaldı ki, Bakının azad olunmasına Türkiyə yalnız bundan sonra kömək edəcəyini bildiridi. Göndərilən Nuru paşa isə milli hökümətimizi tanımadı və onun buraxılaraq yenidən təşkilini tələb etdi. Əks təqdirdə kömək əlini uzatmayacağını dedi. Azərbaycanın müstəqilliyini hakimiyyətə gyiyələnməkdən üstün tutan Fətəli xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə kimi kişilər buna da razı oldular və qardaş köməyindən yararlandılar. Qafqaz İslam ordusunun Tehranda yaranma səbəbi Almaniyanı təşvişə salmamaq idi. Hətta bir neçə dəfə müttəfiqinin yanında Nuru paşaya dayanmaq tapşırığını göndərən Ənvər Paşa digər tərəfdən ondan tələb edirdi ki, Bakını almadan geri dönməsin. Bu ordunun Almaniyanın mənafeyinə nədən cavab vermirdi sualını cavablandırmaq artıq yersiz olardı. Düşünürəm ki, hər şey aydındır. Bakı neftinin sahibinin Türkiyə olması Almaniyaya heç də xoş gəlməzdi. Qalan suallarımıza deyərdim ki, lazım olan cavabı artıqlaması ilə verdik. 
"Before Khojali, the Azerbaijanis thought that they were joking with us, they thought that the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]." Current president of Armenia and 1992 war lord Serzh Sarkisian's interview (Thomas de Waal, "Black Garden: Armenia and Azerbaijan through peace and war", New York & London: New York University Press, 2003, pp. 169-172) |
| |
| | |
| ESE |
Tarix: Çərşənbə axşamı, 2009-11-03, 22.30 | Mesaj # 2 |
Capitan
Qrup: Nəzarətçi
Şərhlər: 537
Reputasiya: 26
Status: Offline |
Çox maraqlı araşdırmadır. Ama burda mənə çatmayan bir şey oldu. İrəvanın ermənilərə verilməsi Osmanlı üçün işləri bir az qəlizləşdiridi axı. aydın məsələ idi ki ermənilər ruslara güvənirdi, demək ki Osmanlıyla heç də yaxşı münasibət olmazdı, bu bir yana, İrəvanın güzəştə gedilməsi erməni dövləti üçün qaçırılmaz fürsət idi. Bir tərəfdən də neft məsələsində bir şey də var ki, ermənilər Osmalnı-Azərbaycan arasında çox pis mövqedə idi (coğrafi) + birləşmə məsələsi də ancaq ermənilərin aradan qaldırılması halında mümkün olardı... Osmanlı və Azərbaycan tərəfi bunu bilə bilə bu güzəştə yol verdilər? Axı bizə hərbi qüvvə Osmanlıya dediyiniz kimi neft lazım idi... Səbəb? 
|
| |
| | |
| miracle238 |
Tarix: Çərşənbə, 2009-11-04, 00.07 | Mesaj # 3 |
Capitan
Qrup: İstifadəçi
Şərhlər: 171
Reputasiya: 3
Status: Offline |
Quote (ESE) İrəvanın ermənilərə verilməsi Osmanlı üçün işləri bir az qəlizləşdiridi axı. Eksine Osmanlinin problemini hell edirdi... Osmanlinin problemi ne idi? Ermenilerin onlarin erazisinde musteqil dovlet yaratmaq iddialari... Ermenilerin telebleri ne idi, ozlerine musteqil dovlet yaratmaq... Osmanli ermenilere Osmanli dovleti hududlari qiraginda dovlet yaradaraq oz olkesinnen bu problemi uzaqlasdirirdi... ozamanki ermenistan tekce irevan quberniyasinnan ibaret idi, zengezur ve Dereleyez Azerbaycanin erazisinde qalirdi... Ermeniler o vaxti Ruslara guvene bilmezdi, cunki 1917de kommunistler hakimiyyete gelmis, muqavile baglayaraq rusiyani 1ci dunya muharibesinnen cixarmisdilar... sene bele bir misalnan izah eleyim... senin deyirlerki barmaginda qanqrena var(sennen uzaq) kesilmelidir, sen o barmagi kesmezsen meger? yoxsa gozleyersen ki daha da tehlukeli olsun dirsekden kessinler qolunu? bir var ancaq ermenilere tekce irevani verib susdursunlar, bir de var vermesinler, ermeniler de Karsi Erzurumu da istesinler.. Hansi daha az itkiye sebeb olardi? 
"Before Khojali, the Azerbaijanis thought that they were joking with us, they thought that the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]." Current president of Armenia and 1992 war lord Serzh Sarkisian's interview (Thomas de Waal, "Black Garden: Armenia and Azerbaijan through peace and war", New York & London: New York University Press, 2003, pp. 169-172) |
| |
| | |
| ESE |
Tarix: Çərşənbə, 2009-11-04, 23.46 | Mesaj # 4 |
Capitan
Qrup: Nəzarətçi
Şərhlər: 537
Reputasiya: 26
Status: Offline |
miracle238, ok səninlə müəyyən qədər razıyam ama məni çaşdıran birrcə məsələ qaldı o da İrəvanın çoğrafi mövqeyi. Osmanlı gözəl bilirdi ki erməni İrəvannan kifayətlənməyəcək. Hər halda İrəvanın verilməsindən başqa seçim qalmamışdı... Yoxsa İran ya da gürcü tərəfdə belə bi yer olsaydı göydə verərdi... 
|
| |
| | |
| miracle238 |
Tarix: Cümə axşamı, 2009-11-05, 00.10 | Mesaj # 5 |
Capitan
Qrup: İstifadəçi
Şərhlər: 171
Reputasiya: 3
Status: Offline |
Quote (ESE) Osmanlı gözəl bilirdi ki erməni İrəvannan kifayətlənməyəcək. bezen bilmek kifayet elemir, "karsi koymaya" gucunuz yetmiyennen sonra bilmeyinizin bir faydasi olmur Quote (ESE) Hər halda İrəvanın verilməsindən başqa seçim qalmamışdı... bagisla meni, bu onlarinin dedelerinin malidi ki , verirler ermeniye? diqqetle oxudunsa, Bret- Litovsk muqavilesinnen sonra Osmanli sifetliyine salib Azerbaycannan torpaq teleb edirdi...Quote (ESE) o da İrəvanın çoğrafi mövqeyi. Men bele fikirlesirem ki, Osmanli Aze torpaglarinnan ermenilere torpag vermeli olsaydi ele en uygun torpag Irevan olardi, cunki bu erazinin qiraqlari ne rusiya ne de irana catmirdi ve hem de nezere Alsaq ki Osmanli Azerbaycani isgal etmeye calisirdi , onda bele netice cixartmaq olar ki, eger Azerbaycani isgal edib qurtarsaydi, her terefi Osmanli ile serhedlenmis kicik Ermenistani (irevani) tezeden Osmanliya qatmaq cox asan olardi 
"Before Khojali, the Azerbaijanis thought that they were joking with us, they thought that the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]." Current president of Armenia and 1992 war lord Serzh Sarkisian's interview (Thomas de Waal, "Black Garden: Armenia and Azerbaijan through peace and war", New York & London: New York University Press, 2003, pp. 169-172) |
| |
| | |
| ESE |
Tarix: Cümə axşamı, 2009-11-05, 00.20 | Mesaj # 6 |
Capitan
Qrup: Nəzarətçi
Şərhlər: 537
Reputasiya: 26
Status: Offline |
Quote (miracle238) en uygun torpag Irevan olardi Məncə isə tam tərsi. Quote (miracle238) bagisla meni, bu onlarinin dedelerinin malidi ki , verirler ermeniye? Ama oxşar formada getdi də 
|
| |
| | |
| miracle238 |
Tarix: Cümə axşamı, 2009-11-05, 00.41 | Mesaj # 7 |
Capitan
Qrup: İstifadəçi
Şərhlər: 171
Reputasiya: 3
Status: Offline |
Quote (ESE) Ama oxşar formada getdi də ona gore de men 18ci ildeki hakimiyetciyimizi sevmirem... Added (2009-11-05, 00.41) ---------------------------------------------
Quote (ESE) Məncə isə tam tərsi. bes sence en uygun hara ola bilerdi? Xezeryan erazileri unut getsin, cinki oradan yardim ala bilerdi Ermeniler, Rusiya ve Iranla serhedleri unut ordan da yardim ala bilerdiler.. qalir ya merkezi Aran ya da ki Irevan teref.. Merkezi Aranda iti baglasan durmaz orda, qaldi ermenini... Demek en uygun yer Irevan imish... 
"Before Khojali, the Azerbaijanis thought that they were joking with us, they thought that the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]." Current president of Armenia and 1992 war lord Serzh Sarkisian's interview (Thomas de Waal, "Black Garden: Armenia and Azerbaijan through peace and war", New York & London: New York University Press, 2003, pp. 169-172) |
| |
| | |
| ESE |
Tarix: Cümə, 2009-11-06, 00.25 | Mesaj # 8 |
Capitan
Qrup: Nəzarətçi
Şərhlər: 537
Reputasiya: 26
Status: Offline |
Quote (miracle238) Merkezi Aranda iti baglasan durmaz orda Ay Bərəkallah! Otuzdurullar ermənini Aranda, sora Nuru paşa can sağlığıynan gəlir tutur Bakını, olur 4 tərəfi Azərbaycan Ermənistanı. Sora da erməni 2-3 ilə bir şüvən, Naxçıvanı, ya da Cənubu istiyər, o moment də Osmanlı olara bir qappaz, i vse. Ermənistan yox oldu. Pis olardı? 
|
| |
| | |
| miracle238 |
Tarix: Cümə, 2009-11-06, 01.15 | Mesaj # 9 |
Capitan
Qrup: İstifadəçi
Şərhlər: 171
Reputasiya: 3
Status: Offline |
Men bildiyim qeder Sariqamisda Turklerin 80.000 esgeri vurusmadan donaraq olmusdu, bu bedbaxt olkenin bunnan sora neinki "Azerbaycana komek elemeyi" hetta oz serhedlerini qorumaga esgeri catmaya bilerdi, bir de ki, eziz dost, siyaset senin elediyin kimi fantaziyalarin yeri deyil, biz indiki dovurdeki dusunce seviyyemizle o dovrku insanlarin hereketlerini olce bilmerik, elbette ki sen bu deqiqeki dusuncenle Nuru pasadan cox bilirsen... Bir de ki, sen men bilirik ki Qarabag Azerbaycanin en qiymetli parcasidir, ona gore de onun bizden getmesi bizi aglada biler, amma ki Amerikada veya Rusiyada bezekli otaqda oturan birileri ucun bu torpaqlar 15km2dan ve ermenileri memnun elemekden basqa bir sey ifade elemir.. demeli gelmeler hemise yerli meselelerde her bir onemli ceheti bilmedikleri ucun dogru qerarlar vermeye de bilir... 
"Before Khojali, the Azerbaijanis thought that they were joking with us, they thought that the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]." Current president of Armenia and 1992 war lord Serzh Sarkisian's interview (Thomas de Waal, "Black Garden: Armenia and Azerbaijan through peace and war", New York & London: New York University Press, 2003, pp. 169-172) |
| |
| | |
| ESE |
Tarix: Şənbə, 2009-11-14, 15.25 | Mesaj # 10 |
Capitan
Qrup: Nəzarətçi
Şərhlər: 537
Reputasiya: 26
Status: Offline |
Quote (miracle238) bu bedbaxt olkenin bunnan sora neinki "Azerbaycana komek elemeyi" hetta oz serhedlerini qorumaga esgeri catmaya bilerdi Elə Nuru əmi də ona görə qayıtdı ama nədənsə maraqlı formada öldü... 
|
| |
| |
| |
|