Kişilərlə qadınların seksual fərqləri - Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!!

http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr


Giriş


Dostlar

Mini chat

Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


















































































Bazar Ertəsi, 2014-07-28, 23.26ƏsasRegistrationLogin
Welcome Qonaq | RSS
[ Son cavablarİstifadəçilərQaydalarAxtarışRSS ]
Kişilərlə qadınların seksual fərqləri - Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!!
sayt artıq işlemir !!!
yeni adresimiz:
Page 1 of 11
Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!! » Ümumi Bölmə » Sağlam ol! » Kişilərlə qadınların seksual fərqləri
Kişilərlə qadınların seksual fərqləri


admin Tarix: Cümə, 2008-08-01, 22.52 | Mesaj # 1
Fakultesine nefret eden DoktoR
Qrup: Admin
Şərhlər: 2956
Reputasiya: []
Status: Offline
Kişilərlə qadınların seksual fərqləri

Deyirlər dünyada mütləq olaraq bir-birinin eyni olan iki insan yoxdur. Əlbəttə ki, bizim əksəriyyətimizin iki gözü, bir burnu, müəyyən sayda dişləri, hər əlimizdə beş barmağı və müəyyən sayda digər üzvləri vardır. Lakin hər bir insanın fərdiyyət və şəxsiyyət olduğunu nəzərdə tutaraq cəsarətlə deyə bilərik ki, heç kim digərinin dəqiq surəti ola bilməz. Xüsusilə də eyni cür tərbiyə almış iki insan ola bilməz. Hər bir insanın əhatəsi o qədər müxtəlifdir ki, keçmişin çoxsaylı variantları hətta ən mehriban cütlüklərin də həyatına təsir göstərə bilir.
Şəxsiyyətin formalaşmasına irsiyyət amili də təsir edir.
Bütün bunları yekunlaşdırmaq üçün demək lazımdır ki, daha bir vacib şərti diqqətlə nəzərdən keçirmək lazımdır. Kişilər və qadınlar arasında sadəcə, bu cür yaradıldıqlarına görə bəzi səciyyəvi fərqlər vardır.
Məsələn, adətən kişilər obyektiv və abstrakt fikirləşirlər. Qadınlar isə subyektivdirlər. Onlarn düşüncələri isə konkret formaya malikdir. Buna görə də onlar çox şeyləri ürəklərinə salırlar. Kişilərin aləmində yaradıcılıq və peşəkar fəaliyyət bir qayda olaraq evdən kənarda təmərküzləşir. Qadınlar üçün isə əsas şeylər adətən ailədə baş verir.
Bu səbəblərə görə dünyanı simasızlaşmış şəkildə qəbul etmək kişilər üçün daha asandır.
Bu şeyləri bizə məktəbdə öyrətmirlər. Amma çox təəssüf. Işdə hər iki cinsin nümayəndəsi ilə ünsiyyətdə olan insanlar şahiddirlər ki, işdə kişilərlə ümumi dil tapmaq çox asandır, qadınlarla işləmək isə tamamilə başqa sürət tələb edir. Bir çox təcrübəsiz insanlar qadınlara və kişilərə yanaşmada olan fərqi dərk etməyincə bu problemin öhdəsindən gəlməyə bilərlər.
Xoşbəxt nikah müəyyən qədər bu amildən asılıdır. Müdrik ailələr bu fərqlərdən bir-birini tamamlamaq üçün istifadə etməyə çalışırlar.
Bundan başqa, sizin bir-birinizə uyğun olmamağınız ərin təzə pərdələrlə bağlı öz təklifini irəli sürəndə və yaxud körpənin birinci dişi çıxarkən sənin qədər sevinməyəndə məyus olmamaqda sənə kömək edəcəkdir. Ərin işdən qayğılı gələrək ümidsiz görkəmlə şam yeməyi yeyirsə, bu anadangəlmə fərqləri xatırlamağın lazımdır. Əks halda, sən həqiqətə qətiyyən uyğun gəlməyən şeyləri öz üzərinə götürməli olacaqsan. Sən onun kişi təbiətinin sadə əksini öz üzərində görəcəksən.
İndi isə sənin intim həyatın haqda danışaq. Bir çox cütlüklər üçün seks əsl məyusluqlarla başlayır və getdikcə daha dağıdıcı olur, hətta o həddə çatır ki, sadəcə olaraq, vəzifənin yerinə yetirilməsi kimi bəsit bir hala düşür. Bəzi ailələr heç vaxt sadə bir həqiqətin gözünün içinə baxmadığına görə bu tələyə düşürlər. Bu sadə həqiqət kişi və qadının arasında təbii, bioloji fərqin olmasıdır.
Bu fərqlər nədən ibarətdir?
Gəlin, real bir nümunəyə baxaq.

1. Seks kişilərə nisbətən qadınlar üçün daha böyük əhəmiyyət daşıyır.

İlk baxışda bu bir qədər təəccüblü görünə bilər.
Məsləhətlər zamanı bir çox qadınlar deyirlər: “Mənə elə gəlir ki, ərim yalnız bir şey - seks haqda fikirləşə bilir. O mənim hər bir hərəkətimdə sekslə məşğul olmaq üçün eyham görür. Necə olur ki, kişilər həmişə həyatı seks simvollarında görürlər?”
Bu problemə nəzər saldıqda sən vacib olan bir şey görəcəksən. Kişilərin zahirən seksə həvəsli görünməsi heç də o demək deyildir ki, seks qadınlara nisbətən onlar üçün daha böyük əhəmiyyət daşıyır. Əksinə, bu cür davranış bunun əksini sübut edir. Onun seksual istəkləri əslində səthi xarakter daşıyır. Bu kişi “eqo”sunun fiziki təzahürüdür. Qadınların istəkləri daha dərindir və qəlbdən gəlir.
Cazibəli və gözəl qadınlardan biri mənə bəzi şeylər danışdı. İndi mən həmin şeyləri səninlə bölüşmək istərdim. Onun özü də ərinin doymayan seksual iştahı qarşısında şoka düşmüşdü. Təəssüflər olsun ki, kişi ona qarşı münasibətində olduqca kobud idi.
Beləliklə, biz onunla cinslər arasında fərqi müzakirə edirdik. Qəfildən o, fikirli halda soruşdu: “mən həmişə elə hesab edirdim ki, seks səhər yeməyi ilə başlayır. Bir neçə kəlmə zərif söz o qədər şey edə bilər ki! Sonra isə gün ərzində telefon zəngləri. Sonra isə o evə qayıdanda incə görüş, daha sonra şam yeməyindən sonra qabları yumaqda qadına kömək etmək. Uşaqlar yatdıqdan sonra isə söhbət. Gün ərzində edilmişlərin müzakirə edilməsi. İncə toxunuşlar və vaxtında öpüşlər. Görünür, mən düz hesab etmirmişəm. Mən fikirləşirdim ki, seks səhər yeməyi ilə başlayır, bütün gün ərzində qurulur və nəhayət, gecə yataqda fəvvarə vurur!”
İş burasındadır ki, o tamamilə 100 faiz haqlıdır. Bütün şeylərin necə olmalı olduğunu təhlil edərkən o, bundan yaxşısını fikirləşib tapa bilməzdi. Onunla minlərlə qadın razılaşardı! Bu elmi mənimsəmiş kişi çox müdrik olardı. O öz arvadının qəlbindəki lazımi tellərə toxunmağı bacarardı.
Mən sənə belə bir virtuoz arzulayardım. İndiki vaxtda müdrik kişilər azdır. Bir də ki, kişilər dərhal müdrik olmurlar.
Bu isə öz növbəsində bizi sənin bilməli olduğun ikinci bioloji fərqə gətirib çıxarır.



Məqsədsiz gələcəyə doğru addım addım ilərləyən narsist...
 


mehriban-p Tarix: Bazar Ertəsi, 2009-01-12, 11.16 | Mesaj # 2
Ən Böyük Nəzarətçi !!! imza:xancano
Qrup: Admin
Şərhlər: 2455
Reputasiya: 71 []
Status: Offline
məlumat üçün sag ol smile


Боль! Отпусти меня, прошу!
Бьётся сердце, чуть дышу!
И, поверь мне, я в любовь не играла...
p.s.həyatımızda nə baş verirsə hamısı yaxşılıga dogrudur

 


Salik Tarix: Bazar Ertəsi, 2009-01-12, 12.18 | Mesaj # 3
General
Qrup: Aktiv istifadəçi
Şərhlər: 1051
Reputasiya: 11 []
Status: Offline
tesekkur maraqli idi......


...:::Dünya göründüyü kimi gözəl olsaydı körpə ilk doğulanda ağlamazdı.:::...
 


Vuska Tarix: Bazar Ertəsi, 2009-01-12, 16.33 | Mesaj # 4
en vefali dostumuz
Qrup: Aktiv istifadəçi
Şərhlər: 2814
Reputasiya: 38 []
Status: Offline
hm tsk


 


AINKA Tarix: Bazar Ertəsi, 2009-01-12, 16.43 | Mesaj # 5
Qrup: Removed
Şərhlər:
Reputasiya: []




[b]hmm.. raziyam..[/b]


 


RHB Tarix: Çərşənbə axşamı, 2009-01-13, 00.48 | Mesaj # 6
Qrup: Removed
Şərhlər:
Reputasiya: []




MEne oxumaq olmaz Isgederim :)) Ureyime ziyandi :))


 
Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!! » Ümumi Bölmə » Sağlam ol! » Kişilərlə qadınların seksual fərqləri
Page 1 of 11
Search:
New reply
Ad:
İsmarıc mətni:
İsmarıcda dəyişiklik:
 


Gizlilik kodu:


soz6.com


soz6.com


Create a website for freeCopyright Qerib Yazarlar © 2014Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!